Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Emosional mərhələ (6 aydandan 1 yaşadək) 4



Yüklə 277,04 Kb.
səhifə66/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   62   63   64   65   66   67   68   69   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

3.Emosional mərhələ (6 aydandan 1 yaşadək)
4.Sensomotor mərhələ (1 yaşdan 3yaşadək)
5.Personalizm mərhələsi (3 yaşdan 5 yaşadək)
6.Fərqlənmə mərhələsi (6 yaşdan 11 yaşadək)
7.Cinsi yetişmə və gənclik
Xarici ölkə psixologiyasında uşağın psixikasının tədqiqində xüsusi mövqeyi ilə seçilən psixoloqlardan biri amerikan psixoloqu C.Brunerdir. O, belə hesab edirdi ki, məktəbdən kənar şəraitdə uşaqların intellektual inkişafı 10 yaşdan sonra kəsilir. Onun fikrincə uşaq istənilən materialı mənimsəməyə qadirdir yalnız o halda ki, həmin yaş dövrü üçün təlimin optimal metodik vasitələri tapılmış olsun.
Azərbaycanda uşaq psixologiyası sahəsində tədqiqatlara ötən əsrin 20-ci illərindən təsadüf olunur. Bu sahədə tədqiqatlar aparan A.Makovelski, Ə.Zəküyev, M.Məhərrəmov, Ə.Bayramov, Ə.Əlizadə, Ş.Ağayev, M.Həmzəyev, Ə.Qədirov, Z.Mehdizadə və başqalarının tədqiqatları faydalı mənbə rolunu oynamışdır.

5. Psixi inkişafın zəruri şərtləri və qanunauyğunluqları
Plan:
1. Psixi inkişafın zəruri şərtləri və hərəkətverici qüvvələri
2. İrsiyyət və mühitin qarşılıqlı əlaqəsi
3. Psixi inkişafın qeyri-bərabərliyi və inteqrasiyası
4. Psixi inkişafın kompensasiyası və fasiləsizliyi
5. İnteriorizasiya və şəxsi konstruktlar
Uşağın psixi inkişafında onun hərəkətverici qüvvələri ilə yanaşı, bu inkişafı təmin edən zəruri şərtlər özünəməxsus rol oynayır. Psixi inkişafın zəruri şərtlərinə təbii imkanları, həmin imkanları zahirə çıxaran irsi xüsusiyyətləri, yetkinləşmə proseslərini və istedadı aid etmək olar. Uşaq bunların köməyi ilə həyatda öz mühafizəsini təmin etməyə çalışır. İrsiyyət dedikdə müəyyən anatomik-fizioloji əlamət və xüsusiyyətlərin valideyn genləri vasitəsilə nəsildən nəslə verilməsi nəzərdə tutulur. Əgər ana bətnində uşaq üçün müəyyən kimyəvi maddələr çatışmırsa, irsiyyətdən asılı olmayaraq orqanizmdə müəyyən anormallıq, ağıl kəmliyi özünü büruzə verir. Beyinə dəyən zərbənin əmələ gətirdiyi zədə də əqli çatışmazlığa səbəb olur. Şübhəsiz, belə patoloji hallar irsiyyətin nəticəsi deyildir. Qidanın çatışmazlığı, zərərli maddələrin təsiri, ananın keçirdiyi həyəcan və dəhşət hissləri hələ ana bətnində ikən dölün fiziki və əqli inkişafına mənfi təsir göstərir. Əlbəttə, bu xüsusiyyətlər də irsi hesab edilməməlidir.
Uşağın psixi inkişafında hərəkətverici qüvvələr həlledici rol oynayır. Uşağın psixi inkişafının hərəkətverici qüvvəsi yeni tələbatların ödənilməsi zamanı hər bir yaş mərhələsində özünəməxsus surətdə təzahür edən müxtəlif ziddiyyətlərin, əksliklərin mübarizəsi şəklində təzahür edir. Məsələn, çağalıq dövründə uşaq onu əhatə edənlərlə emosional ünsiyyətdə olarkən onlara təbəssüm, qığıltı, mimika və jestlərlə cavab verir. Həmin yaş dövrünün sonuna yaxın uşağı bu cür ünsiyyət vasitələri qane etmir. Onda ətraf aləmi dərk etmək və yaşlılarla daha çox ünsiyyətdə olmaq tələbatı yaranır. Həmçinin, məktəbəqədər yaş dövründə uşağın qazanmış olduğu bilik, bacarıq, vərdişlərin çoxu kiçik məktəb yaşı dövründə artıq özünü doğrultmur və buna görə də yeni davranış tərzlərinə keçmək lazım gəlir.
İrsiyyət və mühit daim qarşılıqlı dialektik əlaqədə olur. İrsiyyətin xarakterindən asılı olaraq mühit ona müxtəlif cür təsir göstərə bilər. Məsələn, radioda, televizorda verilən musiqi normal uşağın təbii imkanlarını sürətlə inkişaf etdirdiyi halda kar uşaqlarda heç bir reaksiya yaratmır. Xarici təsir sayəsində irsi faktlar müxtəlif şəkildə təzahür edə bilər. Məsələn, əkiz uşaqların birini yaxşı yedirib, digərini yarımac saxladıqda, onlar bir-birindən tamamilə fərqli inkişaf edirlər.
İnsanın psixi inkişafı çox mürəkkəb bir proses olub, həmişə şəxsiyyətin yeni keyfiyyətlərinin təşəkkülü ilə əlaqədardır. Şəxsiyyətin təşəkkülü, psixi inkişafı, müəyyən qanunauyğunluqla bağlıdır. Psixoloji ədəbiyyatda şəxsiyyətin psixi inkişafının aşağıdakı ümumi qanunauyğunluğu qeyd edilir.

Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin