Ümumi psixologiyanın mövzusu və vəzifələri Plan


Təlim, hər şeydən əvvəl, şagirdlərə müəyyən bilik və bacarıq sistemini mənimsətməli və onları fikri fəaliyyətə yönəltməlidir. 2



Yüklə 277,04 Kb.
səhifə71/154
tarix24.11.2023
ölçüsü277,04 Kb.
#134001
1   ...   67   68   69   70   71   72   73   74   ...   154
mumi psixologiyan n m vzusu v v zif l ri Plan

1.Təlim, hər şeydən əvvəl, şagirdlərə müəyyən bilik və bacarıq sistemini mənimsətməli və onları fikri fəaliyyətə yönəltməlidir.
2.Təlim prosesində uşağın fəaliyyətinə təsir edən məzmun elə seçilməlidir ki, tərbiyəçi uşağın inkişafına müsbət təsir göstərə bilsin.
3.Təlimin uşağa inkişafetdirici təsir göstərməsi üçün mümarisələrin müntəzəm aparılması zəruridir.
4.Uşağın fəaliyyətinə daim nəzarət edib onun müsbət hərəkətlərini, davranış və vərdişlərini möhkəmləndirmək, ona mənfi təsir göstərən qıcıqların isə qarşısını almaq lazımdır.
5.Uşaqda hər hansı yeni müsbət vərdiş və ya adət əmələ gəlibsə, ona qarşı hər dəfə tələbkarlığı artırdıqda uşaq şəxsiyyəti müvəffəqiyyətlə formalaşır.
K.D.Uşinski tərbiyəçilərə müraciət edərək deyirdi ki, tərbiyəçi insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə tanış olmalıdır. Tərbiyəçi insanı ailədə, cəmiyyətdə, xalq arasında, öz vicdanı ilə üzbəüz durduğu halda öyrənməlidir. O, insanı bütün yaşlarda, bütün vəziyyətlərdə, şadlıq və çətinlik hallarında, yüksələn və alçalan zaman, bədəncə sağlam və xəstə olanda, bütün insan təsəllilərinin gücsüz olduğu zaman öyrənməlidir. Yalnız bu zaman o, insan təbiətinin özündən tərbiyə vasitələrini əxz edə bilər, bu vasitələr isə olduqca çoxdur.


8. Psixi inkişafın akselerasiyası
Plan:
1. Akselerasiyanın mahiyyəti
2. Müxtəlif dövrlərdə yaşayan uşaqların akselerasiya baxımından müqayisəsi
3. Akselerasiya haqqında heliogen nəzəriyyəsi
4. Akselerasiya haqqında urbanizasiya ilə əlaqədar fərziyyələr
Akselerasiya dedikdə uşağın fiziki və psixi inkişafında özünü büruzə verən sürətlənmə, tez böyümə, yetişkənlik nəzərdə tutulur. Bəzən uşaqda müəyyən funksiyaların inkişafı öz təbii xronoloji axınını sürətlə ötüb keçir, uşağın ümumi psixi inkişafında fövqəladə erkən təzahürlər diqqəti cəlb edir. Bu cür halları psixologiyada akselerasiya hadisəsi kimi qiymətləndirirlər.
Akselerasiya hadisəsi bütün yaş dövrlərində özünü büruzə verir. Statistik məlumatlar göstərir ki, indi doğulan uşaqlar öz orta çəkilərinə, boy və başlarının ölçüsünə görə iyirmi il bundan əvvəlki yaşıdlarından xeyli yüksəkdə dururlar. Bugünkü uşaqlar yüz il bundan əvvəlki yaşıdlarından boyda 5 sm, çəkidə isə 1-2 kiloqram artıq olurlar. Bu cür fərq sonrakı yaşlarda da davam edir. Məsələn, indiki yeniyetmələr öz əvvəlki sələflərindən 15-20 sm yüksək, 9-10 kiloqram ağır olurlar. İndi müvafiq olaraq cinsi yetişkənlik də əvvəlki illərdən 2-3 il tez baş verir. Əgər XX əsrin başlanğıcında uşaqlar 8-9 yaşında məktəbə gedirdilərsə, bir qədər sonra 30-40-cı illərdə 7 yaşında təhsilə cəlb olundular, hal-hazırda isə 6 yaşında məktəb partası arxasında əyləşirlər.
Akselerasiya haqda xeyli fərziyyə və mülahizələr olmasına baxmayaraq, elm hələlik bu suala tam və qəti cavab vermək iqtidarında deyildir. Akselerasiya haqda olan nəzəriyyələrdən biri Koxun irəli sürdüyü heliogen nəzəriyyəsidir ki, həmin nəzəriyyəyə görə erkən cinsi yetişkənliyin baş verməsinə günəş müsbət təsir göstərir və bunun sayəsində guya uşaq orqanizmi boy inkişafını sürətləndirir. Lakin həmin nəzəriyyə tənqidə məruz qalmışdır. Hal-hazırda günəş altında, açıq havada gün ərzində daha çox olan kənd uşaqlarında cinsi yetişmə şəhər uşaqlarında olduğundan bir qədər gec baş verir.
Akselerasiyanı müasir ailələrdə uşaqların maddi-məişət şəraitinin və qidalanmasının yaxşılaşması ilə şərtləndirən nəzəriyyələr də mövcuddur. Bu nəzəriyyə tərəfdarları göstərirlər ki, ətdən, heyvan piylərindən, şəkər və süd məhsullarından geniş istifadə inkişafı sürətləndirir. Həmin nəzəriyyəyə qarşı da müəyyən fikir yürüdülür. Məsələn, Yaponiyada uşaqlar heyvan zülalları və piylərini xeyli az qəbul edirlər, lakin burada cinsi yetişkənliyin intensivliyi Avropa ölkələrindən heç də geri qalmır.
Akselerasiyanı urbanizasiya ilə əlaqədar izah edən fərziyyə daha çox elmi xarakter daşıyır. Burada göstərilir ki, müasir uşaq elmi-texniki inqilabın bilavasitə diqtəsi altında formalaşır. Lakin uşağın bugünkü elm və texnika yeniliklərinə, möcüzələrinə uyğunlaşması heç də öz-özünə, birdən birə baş vermir. Əgər bu, birdən baş versə, nəinki uşağı qorxudar, hətta onda psixi-əsəb xəstəliyinin inkişafına səbəb ola bilər.
Deyilənlərdən belə qənaətə gəlmək olar ki, müasir sənaye əsri, müasir mədəniyyət uşaq hələ ana bətnindən dünyaya göz açmamış onun orqanizminə təsir göstərir. Beləliklə, söylənilən nəzəriyyə və fikirlərin hamısı nə qədər ciddi tənqidə məruz qalsa da, akselerasiya hadisəsi mövcuddur və onunla hesablaşmamaq mümkün deyildir. Bundan əlavə, bu hadisə müasir həyatı və ayrı-ayrı mütəxəssisləri müxtəlif və mürəkkəb problemlər qarşısında qoyur. Məsələn, hətta ən adi peşə sahibləri-çəkməçilər və dərzilər belə akselerasiyanın qarşısında aciz qalmışlar. Onlar tikdikləri uşaq ayaqqabıları və paltarlarının yaş ölçüsü hər il əsaslı dəyişikliklərə düçar olur.
Akselerasiyanın müsbət cəhətləri ondadır ki, o, erkən fiziki inkişafla yanaşı, erkən intellektual inkişafı da təmin edir. Müasir yeniyetmələrin əqli iş qabiliyyəti onların əvvəlki sələflərindən xeyli irəli gedir. Bu isə öz növbəsində yeniyetmənin sürətli informasiya axınından baş çıxarmasına şərait yaradır. Təəssüflə qeyd etməliyik ki, akselerasiyanın bir sıra çatışmayan cəhətləri də nəzərə çarpır. Məsələn, erkən fiziki və intellektual inkişaf mənəvi və ictimai inkişafı heç də öz ardınca apara bilmir.
Beləliklə, akselerasiya nəinki ümumi erkən yetişkənliyi təmin edir, o, həm də fiziki inkişafla sosial inkişaf arasında uyğunsuzluğu qüvvətləndirir. Bu məsələyə valideyn və müəllimlər tərəfindən çox böyük diqqət və ehtiyatla yanaşılmalıdır.



Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin