XəBƏRİn dəYƏRLƏNDİRİLMƏSİ VƏ seçİLMƏSİ


XƏBƏRLƏRİN İZLƏNMƏSİ QAYDASI



Yüklə 38,94 Kb.
səhifə7/12
tarix10.01.2022
ölçüsü38,94 Kb.
#106217
1   2   3   4   5   6   7   8   9   ...   12
XƏBƏRLƏRİN İZLƏNMƏSİ QAYDASI

İnformasiyanın harada olmasını biləndən sonra redaksiya ilə reportyorun işi bunu əldə etməkdir. Bunu iki üsulla həyata keçirmək olar: mümkün mənbələrə müntəzəm zəng etmək, onlara baş çəkmək, yaxud işi elə qurmaq lazımdır ki, informasiya mütəşəkkil surətdə və az-çox müntəzəm gəlsin. Yazılı sənədlər poçt ilə (adi və ya elektron), yaxud faksla gələ bilər. Redaksiyalara informasiya axınının böyük hissəsi qəbul olunmuş qaydalara əsasən gəlir. Redaksiyalar informasiyanın ünvan siyahıları üzrə təqdim olunmasına nəzarət edə bilər ki, press-relizlər və informasiya dövlət və bələdiyyə idarələrindən, həmçinin müəssisələrdən avtomatik olaraq göndərilsin.

Şifahi xəbərlərin alınmasını təşkil etmək daha çətindir. Heç bir jurnalist tələb edə bilməz ki, onun mövcud və potensial mənbələri öz təşəbbüsləri ilə ona bərabər intervalla zəng vursunlar.

Onları tərtib olunmuş müvəqqəti planla axtarıb tapmaq lazımdır. Məhz buna görə də «intizamlı» redaksiyalarda polis məntəqələri ilə müntəzəm əlaqə ənənəsi yaradılmışdır:

-Bu gün təzə nə var?

İzləmək və axtarmaq bir qayda olaraq çox vaxt aparır, amma özünü doğruldur. Mənbələrin geniş şəbəkəsini yaradan jurnalist xəbərləri əldə etməkdə böyük uğur qazanır. İnformasiya materiallarnın axını redaksiyalardan bunları mütəşəkkil surətdə qəbul etməyi tələb edir və bu işi qaydasına qoymaq çətin deyil. Bunun üçün lazım olan şeylər – telefondur, qeyd dəftərçəsidir və hadisələrin gündəliyidir. İsveçdə bu gündəliyə «redaksiyanın vicdanı» deyirlər. Gündəliyin məlumatlarını saxlamaq və paylamaq üçün çoxlu üsul mövcuddur.

Gündəliyin əhəmiyyəti ondan ibarətdir ki, informatorun sözələrinə görə yazılmış bütün dəvətlər, press-relizlər, işarələr hadisələrin aktuallığına görə günlərə bölünür. Buna görə dəgündəliyin aylar və günlər üzrə cədvəli olmalıdır. Bu kiməsə sadəlövhlük kimi görünə bilər, buna baxmayaraq gündəliyə tikmək üçün gələn materialların bölünməsi xəbərləri qiymətləndirməyi bacaranlardan ötrü mühüm işdir.

Ümumi kompüterləşdirmə dövründə yaşadığımıza baxmayaraq gündəliyin kağız forması şəklində olmasının klassik variantı redaksiyalarda xəbərlərlə işləməyin əsas aləti kimi saxlanılmaqdadır. Parlamentin, dumanın, seymin iclaslarının gündəlikləri redaksiyaya daxil olarkən gündəlik aylar və günlər üzrə aktual məsələlər bölməsinə salınmalıdır. Gündəlikdə redaksiyanın klassik yaddaşı saxlanılır ki, bunların da mənbələri əməkdaşların ideyaları, qəzet kəsikləri, press-relizlər, dəvətlər, kiminsə məlumatları və s. ola bilər. Yaddaşın mənası ondadır ki, redaksiya əməkdaşlarından kimsə müntəzəm olaraq bu kağızlarda göstərilən hadisələrin inkişafını yoxlayır və izləyir. Belə yaddaş əslində xəbəri bütün proses boyu müşayiət edir. Bu iş çox vaxt aparmır. Teleqraf agentliyinin xəbərində deyilir ki, hansısa mühüm məsələ barəsində qərar qəbul edilməsi gözlənilir.

Bir vaxt sonra redaksiyanın əməkdaşlarından biri yazır ki, bu məsələnin müzakirəsi üçün komissiya yaradılmışdır. Başqa jurnalist bu mövzuya dair qəzetdən kəsdiyi parçanı yapışdırır, komissiya katibinin adını və telefonunu qeyd edir və «Bir aydan sonra zəng etməli» deyə yazır. Xəbərə təzə faktlar əlavə olunduqca, yaddaşa digər reportyorların qeydləri də yazılır. Xəbəri izləmək bir növ redaksiyanın kollektiv yaddaşına çevrilir.

Yoxlama zəngləri və redaksiya yaddaşları jurnalist peşəsinin adi hadisələridir. Lakin bunların təmin etdiyi xəbərlər axını olmasa, informasiyanın gur çayı quruyar və tədricən yoxa çıxar.




Yüklə 38,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin