XəBƏRİn dəYƏRLƏNDİRİLMƏSİ VƏ seçİLMƏSİ


XƏBƏRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ



Yüklə 38,94 Kb.
səhifə4/12
tarix10.01.2022
ölçüsü38,94 Kb.
#106217
1   2   3   4   5   6   7   8   9   ...   12
XƏBƏRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ

Jurnalistin gündəlik fəaliyyətində xəbərlərin seçilməsinin və qiymətləndirilməsinin ən mürəkkəb iş olduğuna kim şübhə edə bilər?

Xəbərləri seçərkən redaksiyaların qərarları çox vaxt ədalətli olur. İnformasiyanın seçilməsi prosesinin tədqiqatı haqqında birinci fəsildə söz açmışdıq. Bu prosesin mürəkkəbliyinə baxmayaraq, hər halda biz işimiz üçün əsas ola biləcək ayrı-ayrı meyarları qeyd edəbilərik. Xəbərlərdə əsas şey nədir?

Aidlik və ünvanlılıq. İnformasiyanı alarkən özünüzdən soruşun: “Bu informasiyanın əhəmiyyəti nədir? O, oxucuya aiddirmi, oxucuya ünvanlanıbmı? Bu xəbəri mənim oxucuma çatdırmaq lazımdırmı ?”

Məşhur jurnalist Nəriman Zeynalov deyirdi ki, xəbər auditoriyaya hesablanmalıdır. Həqiqətən də, Argentinada prezident seçkisinin nəticələri öz-özlüyündə mühüm xəbər olsa da, Azərbaycan oxucusu üçün yerli bələdiyyələrə seçkilərin nəticələri barədə xəbər bundan daha önəmli ola bilər. Çünki Azərbaycanda baş verən hadisələr Azərbaycan oxucusunu daha çox maraqlandırır. Beləliklə, Argentinada prezident seçkisi xəbərini argentinalılara, Azərbaycanda bələdiyyə seçkilərinin nəticələri xəbərini isə azərbaycanlılara ünvanlamaq daha düzgündür.



Lazımlılıq.Bu informasiya lüzumludurmu, yaxud o, oxucuya nə verir? Oxucu informasiyadan yararlana bilirmi? Bu xəbər ona qərar verməkdə yardımçı ola bilirmi? Argentinada kimin prezident seçilməsi Azərbaycan oxucusunun qərarlarına təsir etmir, amma Ceyranbatan bələdiyyəsinə kimlərin seçilməsi bu rayonun sakinlərinin qəbul edəcəyi qərarlar üçün önəmlidir.

Təsirli.Xəbərin təsir dairəsi nə qədərdir? Yəni xəbər nə qədər insana təsir göstərə bilər? “ANS”-in “Xəbərçi”sinin hər buraxılışının ilk xəbərinin davamlı olaraq cəbhə xəttindən verilməsini şərtləndirən cəhət bu xəbərin təsir dairəsidir.

Zamanlı.Xəbər təzə olmalıdır. O, köhnəlibsə, demək, xəbərlikdən çıxıb. “Nyu York Tayms”ın sabiq redaktoru Törner Katlecin təbirincə desək, “Xəbər dünən bilmədiyin, bu günsə bildiyin hər şeydir”.

Münaqişəli.Münaqişə təkcə xəbərə deyil, istənilən ədəbi nümunəyə, istər nağıl olsun, istər dram əsəri, irəli sürülən vacib tələblərdən biridir. Qruplar və insanlar arasında narazılıqdan, toqquşmadan bəhs edən xəbər daha çox maraq doğurur.

Təzəlik. Xəbər nə qədər təzədirsə, qiyməti bir o qədər yüksəkdir. Hadisənin baş verdiyi andan nə qədər çox vaxt keçirsə, ona olan maraq da düz mütənasib şəkildə azalır. Hətta kiçik bir xəbər də böyük effekt yarada bilər. Əgər bu xəbər «deadline»dən (didlayn - materialın nömrəyə verilməsinin, radio və televiziya

proqramının efirə çıxmasının son həddi) azca əvvəl baş verən hadisəni təsvir edirsə, proqramın əsas xəbərini kölgədə qoyur.

Lakin bir qayda olaraq bu xəbər yeniliklərin növbəti buraxılışında «solur», çünki daha az aktual xarakter daşıyır, öz yerini digər əsas xəbərlərə verərək ininci dərəcəli olur.

Əvvəllər məlum olmayan. İnsanların geniş dairəsinəməlum olmayan hadisənin açılması – bu hadisə bir qədər əvvəl başversə belə, şübhəsiz ki, xəbərdir. Bu mövqedən çıxış edərək materialı qiymətləndirərkən, nisbətən keçmiş hadisəni də xəbər kimi dəyərləndirmək olar, o şərtlə ki, bu hadisə cəmiyyətə məlum deyil.




Yüklə 38,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin