Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə67/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   63   64   65   66   67   68   69   70   ...   162
Elektron diw

Pulpanın funksiyası onun histoloji strukturu və yerləşməsi ilə əlaqədardır. Pulpanın 
birləşdirici toxuma hüceyrələrinin, bol qan təhcizatının və innervasiyasının olması, 
habelə onun bilavasitə periodontun yaxınlığında yerləşməsi trofik, plastik və müdafiə 
funksiyalarını müəyyən edir.  
Trofik funksiya qida maddələrinin gətirilməsini təmin edən qan təchizatının 
bolluğundan və hətta predentinə qədər nüfuz edən böyük miqdarda sinir tellərinin 
olmasından asılıdır. Qida maddələri dentinə odontoblast çıxıntılarının iştirakı ilə 
dentin kanalları boyu çatdırılır. Pulpada çoxlu sinir reseptorlarının olması sübut 
edilmişdir; onlara göstərilən təsir ağız suyu ifrazında (R.Y.Pekker, 1959) və mədə 
bağırsaq yolunun hərəki funksiyasında da (P.N.Kartaşov, 1973) öz əksini tapır.  
Plastik funksiya dentin əmələ gəlməsində meydana çıxır. Bu funksiya diş 
toxumalarının formalaşması zamanı daha intensiv təzahür edir. Sonralar dentin 
əmələ gəlməsi prosesi müxtəlif intensivlikdə gedə bilər. Normal şəraitdə əvəzedici 
dentinin əmələ gəlməsi prosesi, adətən, zəif gedir, lakin dişə hər hansı qıcıqlandırıcı 


amilin (mexaniki, kimyəvi) təsiri dentin əmələ gəlməsi prosesini gücləndirir. Sərt 
toxumaların eroziyası, kariyes və pazabənzər qüsur zamanı odontoblastların əmələ 
gətirdiyi əvəzedici dentinin çökməsi nəticəsində diş pulpası özünü xarici təsirlərdən 
qoruyur.  
Zədələnmə və xüsusən iltihab zamanı pulpanın plastiklik qabiliyyəti haqqındakı 
məsələ xüsusi müzakirə mövzusudur.  
Uzun müddət belə bir fikir mövcud idi ki, pulpa ümumiyyətlə, son dərəcə zəif 
regenerasiya qabiliyyətinə malikdir, zədələnmə və iltihab zamanı isə bu qabiliyyət 
əslində təzahür etmir. Sonrakı tədqiqatlar (əvvəlcə eksperimental, sonra isə klinik 
tədqiqatlar) göstərdi ki, pulpanın plastiklik qabiliyyəti hətta iltihab zamanı da qalır. 
Q.D.Feldman sümük əmələgətirmə simulyatoru kimi diş boyunluğu divarlarından 
götürülmüş dentin yonqarlarından istifadə etməyi təklif etdi. Qeyd etmək lazımdır ki, 
bu işlərin böyük nəzəri əhəmiyyəti olmuşdur. İltihablı dişin kök pulpasını 
sümüyəbənzər toxumaya çevirməyin mümkünlüyü fikri indi də mövcuddur.  
Müdafiə və ya sədd funksiyası retikulo endotelial sistemin hüceyrələri tərəfindən 
həyata keçirilir. Y.M.Qofun (1928) diş pulpasında retokulo-endotelial sistemin 
hüceyrələrinin olması barədə ilk dəfə olaraq məlumat vermişdir. O,histiositləri bu 
hüceyrələrə aid etmişdir. Sonrakı tədqiqatlar pulpada retikuloendotelial sistemin 
hüceyrələrinin olduğunu sübuta yetirdi; eksperimental tədqiqatların göstərdiyi kimi 
həmin hüceyrələr uduculuq qabiliyyətinə malikdir.  
Hazırda adventisial hüceyrələrdən makrofaqların əmələ gəlməsi sübut edilmiş hesab 
olunur. Makrofaqlar faqositoz qabiliyyətinə malik olduğundan mikroorqanizmləri 
udur. Anticisim hazırlanmasında iştirak edən plazmatik hüceyrələri pulpanın 
müdafiə-uyğunlaşma aparatı hüceyrələrinə aid edirlər.  
Pulpanın lifli törəmələri də sədd funksiyasını yerinə yetirir, onlar turş mühitdə şişmə 
qabiliyyəti sayəsində pulpada asidozu azalda bilir.  
Beləliklə, retikulo-endotelial sistem hüceyrələrinə, ferment sistemlərinə, lifli 
törəmələrə və digər müdafiə mexanizmlərinə malik olan diş pulpası əlverişsiz 
şəraitdə onları səfərbərliyə almaq qabiliyyətinə malikdir. Bunun da nəticəsində onun 
həyat fəaliyyəti davam edir. Bundan əlavə, diş pulpası iltihabi prosesin periodonta 
yayılmasının qarşısını alır.  

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin