Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,84 Mb.
səhifə76/103
tarix01.01.2022
ölçüsü1,84 Mb.
#103909
növüYazı
1   ...   72   73   74   75   76   77   78   79   ...   103
İstifadə edilmiş ədəbiyyatlar

1. Azərbaycan tarixi 7 cilddə. Yeddinci cild Bakı “Elm”. nəşriyyatı 2007.

2. XX əsr Azərbaycan tarixi II cild Bakı 2014.

4. İsmayıl Məmmədov, Azərbaycan tarixi. Bakı 2005.

5. S.Allahverdiyev, Ə.Haqverdiyev, M.Behbudov “Azərbaycan tarixi” Bakı 2007

6. İradə Nuriyeva. Azərbaycan tarixi. Bakı: 2015.


Mövzu: Azərbaycan 1970-1980-ci illərdə.

Plan:

  1. Respublikanın ictimai-siyasi həyat

  2. İqtisadi inkişaf

  3. Əhalinin rifahı və məişəti

1969-cu ilin iyulunda Azərbaycanda rəhbərliyə sistemi gətirilmiş təcrübəli və bacarıqlı siyasətçi, 1967-ci ildən rəhbərliyə gələnə qədər Dövlət Təzlükəsizlik Komitəsinin sədri olmuş, general-mayor Heydər Əliyev respublikada idarəçilik sistemini gücləndirməyə, mərkəzdə, hakimiyyətin yuxan cşalonlarında nüfuz qazanmağa və bundan xalqın xeyrinə istifadə etməyə çalışdı. Rüşvət- xorluğa, xüsusən korrupsiyaya qarşı ciddi mübarizə başlandı. Sovet hakimiyyəti tarixində ilk dəfə cəmiyyətdə belə eybəcər hallar olduğu Azərbaycan KP MK-nm 1969-cu il avqust plenumunda elan olundu və ona qarşı mübarizənin vacibliyi qeyd edildi. Qısa müddətdə idarəçilik sistemi xeyli möhkəmləndirildi.

Heydər Əliyevin ölkədə böyük nüfuzu vardı, onunla hesablaşırdılar. H.Əliyev 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd seçilmişdi. Onun hakimiyyəti illərində respublikada 250-dən çox zavod, fabrik, istehsal sexləri istifadəyə verildi, 630 min nəfərlik yeni iş yerləri yaradıldı. Mütərəqqi texnologiyalara əsaslanan sənaye sahələri inkişaf etməyə başladı. H.Əliyev yapon texnologiyası ilə işləyən məişət kondisionerləri zavodunun başqa regiondan alınıb Azərbaycanda tikilməsinə nail oldu. Bakı, Sumqayıt, Gəncə və başqa şəhərlər böyüdü, ətraflarında yeni yaşayış massivləri salındı, 20 milyon kvadrat metr mənzil sahəsi, yüzlərlə müasir, yaraşıqlı ictimai bina tikildi. Kənddə istehsal dəfələrlə artdı. Pambıqçılıq və üzümçülük rayonlannda əməkçilərin gəlirləri, abad kəndlərin və qəsəbələrin sayı xeyli çoxaldı.

Milli kadr potensialı artdı. Minlərlə azərbaycanlı gənc SSRİ-nin apancı elm və tədris ocaqlanna göndərilmiş, gözəl mütəxəssis kimi geri qayıtmışdı. Bu illərdə Nizaminin, Əcəminin, Nəsiminin, Tusinin, Vaqifin, Aşıq Ələsgərin, Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Hüseyn Cavidin və başqa elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, Azərbaycan teatnnm yüz illiyi respublikada və Moskvada təntənə ilə qeyd olunmuşdu. Azərbaycan dilinin təbliği genişlənmişdi. Dörd cildlik «Müasir Azərbaycan dili» kitabı nəşr olunmuş və 1974-cü ildə dövlət mükafatına layiq görülmüşdü. Azərbaycan dilinə, xalqın tarixinə aid araşdırmalara yüksək dövlət mükafatları verilməsi yaradıcı ziyalılan bu sahədə fəaliyyəti genişləndirməyə ruhlandırırdı. Bir zamanlar «pantürkist» kimi damğalanmış Hüseyn Cavidin cənazəsinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilib Naxçıvanda dəfn edilmişdi.

1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olunmuş, bu sahədə səmərəli işlər görülmüşdü. 1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqının Cənub üzrə katibi seçilmişdi. 1981-ci ildə M.Şəhriyann «Aman aynlıq» poema və şeirlər kitabı çap edildi, «Şəhriyar gecələri» keçirildi. Cənubi Azərbaycanla birlik, həsrət hislərinin ədəbi ifadəsinə geniş imkanlar açıldı. Azərbaycanda milli özünüdərk prosesi xeyli güclənmişdi. Bu proses Heydər Əliyev tərəfindən həssaslıq və uzaqgörənliklə idarə olunur və tənzimlənirdi. SSRİ-nin, demək olar ki, hər yerində amansız «dissedent ovu» apanidığı halda, Azərbaycanda yaradıcı ziyalılar üçün sərbəst düşüncə və iş şəraiti hökm sürürdü.

Heydər Əliyev milli təəssübkeşlikdə suçlanan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Əkrəm Əylisli, Ziya Bünyadov kimi istedadlı yazıçı və alimləri repressiya təhlükəsindən xilas etdi. Yer adları, tədricən incəliklə yad ünsürlərdən təmizlənirdi. «Gəncə» sözü yasaq olduğu vaxt «Gəncə» rayonu yaradılmış, «Yeni Gəncə» yaşayış massivi salınmışdı. Rayonlara «Nizami», «Nəsimi», «Babəb> adlan verilmişdi. Dağlıq Qarabağda «Əsgəran» rayonu təşkil olunmuşdu.

Heydər Əliyev DQMV-də vəziyyəti daim nəzarət altında saxlamağa çalışırdı. Vilayətin iqtisadi və mədəni tərəqqisinə diqqət artınlmış- dı. 70-ci illərdə Şuşa şəhərinin inkişafı üçün bir neçə xüsusi qərar qəbul edildi. Şəhərdə tarixi abidələr bərpa olundu. Yeni binalar tikildi.

Şuşa Ümumittifaq səviyyəli kurorta çevrildi. M.P.Vaqifin qəbri üzərində möhtəşəm abidə, türbə ucaldıldı. Ü.Hacıbəyovun, Bülbülün ev muzeyləri açıldı. Natəvanın heykəli qoyuldu. DQMV-də əhalinin təminatı həmişə Azərbaycan SSR üzrə orta göstəricilərdən yüksək olurdu. 1973-cü ildə Xankəndində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı açıldı. 1979-cu ildə Ağdamdan bura dəmiryolu çəkildi. H.Əliyevin hakimiyyəti dövründə erməni separatçıları açıq çıxışlardan çəkinirdilər. 1977-ci ildə Dağlıq Qarabağ məsələsi növbəti dəfə qaldı- nldı. Lakin onun qarşısı qətiyyətlə alındı.

Bu illərdə Sovet imperiyasında qanunvericilik fəaliyyətinin genişlənməsi, sözdə sovetlərin, partiyanın ilk təşkilatlarının, komsomolun, həmkarlar ittifaqlarının hüquqlarının artırılması, lakin bu hüquqların real şəkildə təmin olunması, «xalq hakimiyyəti orqanlannda», ictimai təşkilatlarda formalizmin daha da dərinləşməsi xarakterik hal idi. Yerli sovetlər, deputatlann statusu haqqında bir neçə dəfə qanunlar - SSRt və Azərbaycan SSR qanunlan qəbul olunmuş, sözdə onlann hüquqları genişləndirilmişdi. 1977-ci ilin oktyabnnda qəbul olunmuş yeni «SSRt Konstitusiyası»nda mövcud siyasi, İqtisadi və ideoloji sistem bir daha təsbit edildi. Burada da sovetlərin, ictimai təşkilatların, vətəndaşların real təminatı olmayan «geniş» siyasi hüquqlanndan bəhs olunurdu. Konstitusiyanın 6-cı maddəsində Kommunist Partiyasının cəmiyyətin rəhbər və istiqamətverici qüvvəsi, onun siyasi sisteminin, dövlət və ictimai təşkilatlannın özəyi olduğu göstərilmişdi. SSRİ Konstitusiyasına müvafiq olaraq 1978-ci ilin aprelində Azərbaycan SSR-in, həmin ilin mayında isə Naxçıvan MSSR-in yeni Konstitusiyalan qəbul edilmişdi.

Geniş qanunyaradıcılıq fəaliyyəti sovet cəmiyyətinin demokratikli- yini hay-küylə bəyan etmək məqsədi güdürdü. Xalqın siyasi proseslərə, təsərrüfat idarəçiliyinə təsiretmə mexanizmi səmərəsiz idi. Siyasi hüquqlann təmin olunması, hüquqi nihilizmin dərinləşməsi, adamlan siyasətə daha da özgələşdirir, siyasi laqeydliyi artırıdı.

80-ci illərin sonlannda Azərbaycan Kommunist Partiyasının sırala- nnda 400 minə qədər üzv vardı. Partiyaya əsasən şəxsi ambisiyalarına nail olmaq, vəzifə tutmaq üçün çox vaxt əyri yollarla, hətta rüşvət verməklə daxil olurdular. Partiyanın mənəvi cəhətdən çürüdüyü göz qabağında idi. Gələcəkdə «partiyaya keçməb>, vəzifə tutmaq istəyənlər komsomolda «tərbiyə olunmalı» idilər. Bu təşkilatın sıralarında artıq milyona qədər oğlan və qız birləşdirilmişdi. «Kommunizm məktəbi» - həmkarlar ittifaqı ən kütləvi təşkilata çevrilmişdi. 1976-cı ildən sıravi kolxozçulara da həmkarlar ittifaqında birləşmək hüququ verildi. 90-cı illərin əvvəllərində həmkarlar ittifaqlannda 2,6 milyona qədər əməkçi birləşdirilmişdi. Lakin bu təşkilatlar partiyanın diktəsi ilə fəaliyyət göstərdiyindən əmək adamlarının həqiqi müdafiəçisinə çevrilə bilməmişdilər.

1987-ci ildə respublikada 1365 yerli sovetə 51 min 686 deputat «seçilmişdi». Formal şəkildə 9 mindən çox daimi komissiyalar yaradılmış, onlann işinə 40 min deputat və on minlərlə fəal cəlb edilmişdi. Lakin xalqı oyanmağa, azadlığı uğrunda siyasi mübarizəyə hazırlaşmağa çağıran qüvvələr də vardı. MAQ gizli fəaliyyətini davam etdirirdi. 1973-cü ildə Asəf Kərimovun rəhbərliyi ilə «Millİ30^ət» adlı qeyri-leqal qrup təşkil olunmuşdu. Bu qrup təbliğatdan başqa, etirazın açıq formalanndan da istifadə edirdi. 1974-cü ilin yayında Litva tələbələrinin «Litvaya azadlıq» şüarı ilə dinc çıxışının qan içində boğulmasına qarşı etiraz əlaməti olaraq Bakı tələbələrinin nümayişi təşkil olunmuşdu. Nümayişçilər «Rədd olsun Sov.İKP!» şüan ilə «Kommunisb) küçəsindən keçmişdilər. Milis nümayişçi tələbələrin bir neçəsini tutub döymüşdü. Bu dövrdə Əbülfəz Əliyev gizli qruplar təşkil edir, siyasi iş apanrdı. 1975-ci ilin yayında o, DTK tərəfindən həbs edildi. Onun işinə Heydər Əliyevin səyləri sayəsində Moskvada deyil, Bakıda baxıldı, bir ildən sonra azad olundu və mübarizəsini davam etdirdi. 70-ci illərin ortalannda Bakı Baş Tikinti İdarəsinin yataqxanalannda Arif Abdullayevin və məsləkdaşlannın təşkil etdikləri üçlük qruplar da fəhlələr arasında azadlıq ideyalannm yayılmasında mühüm rol oynayırdı.

1976-cı ildə «Milliyyəb> qrupu «Azərbaycan Milli Demokrat İttifaqına» çevrildi. Bu təşkilatın üzvləri həmin il Bakının baş meydanında 1 May nümayişinə Azərbaycan Demokratik Respublikasının üçrəngli, ay-ulduzlu bayrağı ilə çıxmışdılar. Azadlıq ideyalarını təbliğ edən gizli siyasi təşkilatlar Sumqayıtda, Gəncədə və başqa şəhərlərdə də fəaliyyət göstərirdi. Onlar əsasən millətçilik zəminində durur, Azərbaycan dilinin dar çərçivədə işlədilməsini, respublikanın xammal bazasına çevrilməsini, SSRİ-nin rəhbər orqanlarında azərbaycanlılann az olmasını tənqid edir, xalqı milli azadlığa çağınrdılar.

L.İ.Brejnevin vəfatından sonra (1982-ci il 10 noyabr) Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosuna üzv seçilib Moskvaya, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə apanidı. Onun yerinə Kamran Bağırov təyin edildi. Lakin siyasi sistemdə çürümə prosesi də rinləşməyə başlamışdı. Moskva «yenidənqurma» ilə əlaqədar ölkədə mərkəzdənqaçan qüvvələrin açıq-aşkar gücləndiyi vaxtda mühüm geosiyasi əhəmiyyəti olan bir respublikada Heydər Əliyev kimi güclü siyasi xadimin nüfuzunu zəiflətməyə çalışırdı. Bu işdə Azərbaycanı parçalayıb torpaqlanna sahib olmaq istəyən erməni millətçiləri, respublikada dərəbəylik edən mafioz qruplaşmalar. Əliyevin siyasətindən narazı olan şəxslər, mərkəzə gələn şikayətlər mühüm rol oynadı.

1987-ci ilin yayında Heydər Əliyev tutduğu vəzifədən istefa verdikdən sonra respublikada siyasi vəziyyət daha da mürəkkəbləşdi, hakimiyyətə can atan qüvvələr arasında mübarizə gücləndi. İqtisadi və sosial 70-ci illərdə respublikada idarəçiliyin, dövlət və inkişafın plan intizamının möhkəmlənməsi, kadrlara tələb- xususiyyətləri karlığın, tapşırılan iş üçün məsuli)^ətin artması nəticəsində xalq təsərrüfatında mühüm irəliləmələr baş verirdi. Respublikanın rəhbəri mərkəzdəki nüfuzundan istifadə edərək iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün müvafiq qərarlar qəbul edilməsinə, vəsait aynimasma nail oldu.

Neft sənayesində tənəzzülü aradan qaldırmağa cəhdlər göstərildi. Kəşfiyyat işləri genişləndirildi. Xəzərdə «28 aprel», «Bahanı, «Azəri», «Günəşli» və başqa zəngin neft və qaz kondensatı yataqlan aşkar edildi. Sualtı neft kəməri çəkildi. Neftçıxarma texnikası və texnologiyası xeyli təkmilləşdirildi. Dənizdə 2800-6500 metr dərinlikdə neft quyulan qazılmağa başlandı. Müasir «Xəzəm, «Bakı», «Kaspmor-neft», «Şelf-1», «Şelf-3» və başqa üzən qazma qurğulanndan geniş istifadə olunurdu.

1970-ci ildə neft hasilatı 17,3 milyon ton olmuşdu. Azərbaycanın neft yataqlanndan 1972-ci ilədək 1 milyard ton neft çıxanimışdı. Daha dərin və zəngin qatlarda olan yataqlann istismarına başlanmışdı. Lakin bu, daha çox vəsait, ən başlıcası isə müasir texnika və texnologiyalar tələb etdiyindən sonrab illərdə hasilat durmadan azalmışdı. 1990-cı ildə respublikada cəmi 12,9 milyon ton neft və 8 milyard kub m. qaz çıxanimışdı. Neft emalı müəssisələri sürətlə inbşaf etdirilirdi. 1976-cı ildə Yeni Bab Neftayırma zavodunda, l982-ci ildə isə Bab neftayırma zavodunda neftin ilbn emalı üçün ELOU-AVT qurğusu işə düşdü. Bu müəssisələrdə 90 adda müxtəlif neft məhsullan - təyyarə, reabiv qurğu, avtomobil və dizel yanacağı, sürtkü yağlan, aşqarlar, bi tum, neft-bmya sənayesi üçün xammal istehsal olunurdu.

Bu illərdə respublikanın neft-maşınqayırma zavodlarında da əsas sexlər yenidən quruldu, yeni istehsal sahələri işə salındı. 1985-ci ildə Dərin dəniz özülləri zavodu ilk məhsulunu istehsal etdi. 90-cı illərin əvvəllərində SSRl-də istehsal olunan neftçıxarma texnikasının 2/3-ni Azərbaycan verirdi.

1983-cü ildə Qrozni-Bakı neft kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan SSRİ-nin vahid neft kəmərinə qoşuldu. Sibir nefti emal olunmaq üçün Bakıya axmağa başladı.

Bu illərdə sənayedə struktur dəyişiklikləri davam edirdi. Yeni cihazqayırma müəssisələri yaradıbrdı. 70-ci illərdə Bala və Gəncə cihazqayırma yeni istehsal xətləri istifadəyə verildi, yenidənqurma işləri aparıldı. 1975-ci ildə Bab məişət kondisionerləri zavodu çox qısa bir vaxtda tiblib işə salındı. Sumqayıtda məişət kompressorlan zavodu istifadəyə verildi. 1984-cü ildə Babda äğır elektrik qaynaq avadanhğı zavodu işə başladı.

Əhalinin tələblərini ödəmək üçün istehlak malları istehsal edən müəssisələr şəbəkəsi genişləndi. 70-ci illərdə Babda tikiş, ayaqqabı, Sumqayıtda trikotaj, xovlu iplik fabrikləri, Gəncədə ət kombinatı, qən- nadı fabrib, melixor qablar zavodu, Yevlaxda yunun ilbn emalı, Xankəndində ayaqqabı fabrikləri, 80-ci illərdə Bakıda makaron, Xırdalan- da dəri mallar, Abşeronda və Siyəzəndə iri broyler fabrikləri, Xırdalan- da metal örtük konstruksiyaları zavodu, habelə onlarla çörək, şərab zavodu, konserv kombinatı işə salındı. Tibnti materialları istehsalı artınl- dı. Bakıda ib evtikmə kombinatı, Sumqayıt və Mingəçevirdə evtikmə zavodlan, Sumqayıtda şüşə zavodu, habelə bir neçə dəmir-beton konstruksiyalar istehsal edən müəssisələr işə düşdü.

Enerjitutumlu sahələrin inkişafı respublikada elektrik enerjisi istehsalının artmasını tələb edirdi. 1971-ci ildə Naxçıvan MSSR-də Araz su- elektrik stansiyası, 70-ci illərin ortalannda Tərtər su-elebrik stansiyası, 1981-1984-cü illərdə Şəmbr su-elektrik stansiyası tikilib işə salınmışdı. 70-80-ci illərdə elektrik enerjisi istehsalı 2 dəfəyə qədər artmış, 1990-cı ildə 23,2 milyard kVt saata çatmışdı.

Azərbaycanda 90-cı illərin əvvəllərində 1026 sənaye müəssisəsi vardı. Onlann yandan çoxu ağır sənayenin payına düşürdü. 70-80-ci illərdə respublikada sənaye məhsulu istehsalı 3 dəfəyə qədər artmışdı.

Əmək ehtiyatlanm istehsalata daha geniş cəlb etmək üçün xırda və orta müəssisələrin çoxu paytaxtdan kənarda tiblirdi. 1970-ci ildə sənaye məhsulunun 32 faizi, 1985-ci ildə isə 42 faizi Bab-Sumqayıt sənaye rayonunun hüdudlarından kənarda istehsal edilirdi.

Respublikada kənd təsərrüfatının, xüsusən pambıqçılığın, tərəvəzçiliyin, tütünçülüyün, 70-ci illərin sonlanndan isə, həm də üzümçülüyün inkişafına diqqət artınlmışdı. Kənd təsərrüfatında texniki təchizat səviyyəsi, ittifaq üzrə orta göstəricilərə belə çatmasa da, xeyli yaxşılaşmışdı. 1990-cı ildə kolxoz və sovxozlarda 36,1 min traktor, 4,5 min taxılyığan kombayn, 4,2 min pambıqyığan maşın, 10 minlərlə başqa texnika vardı. Buna baxmayaraq, işlərin mexanikləşmə səviyyəsi çox aşağı idi. Pambıqçılıqda, tütünçülükdə, tərəvəzçilikdə əsasən ağır əl əməyi tətbiq olunurdu.

70-ci illərdə Baş Mil, Ciqar-Cibar, Abşeron, Lənkəran kanalları, Araz su qurğusu, Arpaçay, Sərsəng, Yuxarı Xanbulançay, Sirab, Şəmkir, Köndələnçay dəryaçalan tikilib istifadəyə verildi. 80-ci illərdə Əy- riçay, Vələşçay, Bələnyar, Qozluçay, Cavanşir, Aşağı Əkərə, İncəçay dəryaçalan yaradıldı. Yuxarı Qarabağ, Yuxan Şirvan kanalları, Şirvan kollektorları yenidən quruldu, Şəmkir kanalı çəkildi. 80-ci illərin axır- lannda respublikada 1,4 milyon hektara qədər suvanlan torpaq vardı. Texniki bitkilərin, xüsusən pambığın əkin sahələri taxıl əkini sahələrinin hesabına xeyli genişlənmişdi. 1986-cı ildə artıq 300,4 min hektar sahədə pambıq əkilirdi. Bərdə, Ağcabədi, Sabirabad və Beyləqan (o zaman Jdanov adlanırdı) iri pambıq istehsalı rayonlarına çevrilmişdi. Dənli bitkilərin əkin sahəsi ən aşağı həddə 412 min hektara endirilmişdi. Sonrakı illərdə rayonlann texnikimonokultura üzrə ifrat ixtisaslaşdırılması prosesinin qarşısı alındı. Pambıq əkini sahələri ixtisar edildi. Dənli bitkilərin əkin sahələri isə yenidən artınidı. 80-ci illərin sonlannda respublikada 245 min hektar sahədə pambıq, 652 min hektar sahədə isə taxıl əkilirdi. 70-ci illərin sonu - 80-ci illərin birinci yansında respublikada üzümçülük intensiv surətdə inkişaf etdirildi, 90 min hektara qədər yeni üzümlüklər salındı. 1985-ci ildə burada 268 min hektar üzümlük vardı. Lakin 80-ci illərin ikinci yansında bütün Sovet imperiyasında alkoqolizmə qarşı düşünülməmiş, tələsik mübarizə kampaniyası başlanandan sonra yüz min hektardan çox üzümlük məhv edilmiş, xalqa böyük ziyan vurulmuşdu.

Respublikanın dağlıq rayonlannda kiçik heyvandarlıq təsərrüfatla- nnın ləğv edilməsi burada heyvandarlığın inkişafının xeyli ləngiməsinə səbəb olmuşdu. Hətta 70-80-ci illərdə iri heyvandarlıq komplekslərinin tikilməsi, təsərrüfatlararası heyvandarlıq müəssisələrinin yaradılması, yem bazasının nisbətən genişləndirilməsi də bu sahədə köklü dəyişikliyə şərait yaratmadı. 80-ci illərin sonunda respublikada 2 milyon başa qədər iribuynuzlu mal-qara, 6 milyon başa qədər qoyun və keçi vardı. Heyvandarlıq ən zəif sahə olaraq qalırdı.

Bu illərdə respublikada tərəvəzçilik daha da inkişaf etdirildi. Tərəvəz əkini sahələri, əsasən Lənkəran-Astara və Quba-Xaçmaz zonala- nnda xeyli artınldı. 80-ci illərin axırlarında hər il 900 min tona yaxın tərəvəz istehsal edən respublikanın əhalisi tərəvəzi ölkə üzrə orta göstəricidən çox az istehlak edirdi.

70-80-ci illərdə Azərbaycan SSR-də kənd təsərrüfatı məhsulu başlıca olaraq, xammal və respublikadan kənara aparılan digər məhsullar hesabına 2 dəfə artmışdı. Lakin texniki monokultura, şəxsi təsərrüfat- lann zəif olması kəndlilərin, habelə bütün əhalinin ərzaqla təminatının pisləşməsinə səbəb olmuşdu. Respublika ərzaq sandan mərkəzdən, demək olar ki, tam asıb idi. 1990-cı ildə burada istehlak olunan taxılm cəmi 30, ətin - 43, südün - 32,3 faizini respublikanın təsərrüfatlan verirdi.

Bu illərdə Azərbaycan SSR-də mühüm təsərrüfat əhəmiyyəti olan kommunikasiya vasitələrinin inkişah da diqqət mərkəzində olmuşdu. 70-80-ci illərdə respublikada 6 min km şose, 260 km dəmir yollan çəkilmişdi. 1979-cu ildə Ağdam - Xankəndi, 1984-85-ci illərdə Yev- lax-Balakən dəmiryol xətləri işə salınmışdı. 1975-ci ilədək Bakı-Böyük Kəsik (Gürcüstan sərhədindədir) və Bakı-Yalama xətlərinin elek- trikləşdirilməsi başa çatmışdı. 1985-ci ildə Bakı-Aktau (Şevçenko) bərə yolu açılmışdı. Xəzər dəniz nəqliyyatı gəmiləri dünyanın 120 limanına yan alırdı. Bakıdan respublikanın 12, SSRİ-nin 80 şəhərinə hava yollan uzanırdı. Lakin respublikanın yerli avtomobil yollanna, körpülərə lazımi diqqət göstərilmirdi. Kənd yollannın çoxu payız və qış aylannda, demək olar ki, keçilməz olurdu.

Respublikada mərkəzin maraqlı olduğu sahələr üzrə sənayenin və kənd təsərrüfatının inkişafı buradan apanlan malların, xüsusən xammalın həcminin artmasına şərait yaratmışdı. 80-ci illərin axırlann- da Azərbaycan SSR-də hər il istehsal olunan milli gəlirin 75 faizi qədər mal ixrac olunurdu. Onun 45-50 faizini xammal təşkil edirdi.

İmperiya Azərbaycanın 120-yə qədər müəssisəsində istehsal olunan 380 adda məhsulu 90-a qədər xarici ölkəyə satır, əldə olunan valyutanın çox az bir hissəsini ona qaytanrdı. Aırarbaycana hər il 6,2 milyard rublluq məhsul gətirilirdi ki, onun da 60 faizdən çoxunu ərzaq təşkil edirdi. Hər il respublikaya gətiriləndən 1,5-2 milyard rubldan çox mal apanlırdı (1987-ci ildə 100 ABŞ dollan 68,30 rubla bərabər idi). Bu, milli gəlirin bir hissəsinin onun əlindən əvəzsiz olaraq alınması demək idi. Bundan əlavə, Azərbaycandan mallar, xüsusən xammal olduqca ucuz, qəpik-quruşa, hətta çox vaxt maya dəyərindən də aşağı qiymətə alınırdı. 1990-cı ildə neftin tonu 42 rubla başa gəldiyi halda, dövlət onu 37 rubla alırdı. Dünyada ən keyfiyyətli hesab olunan Bakı nefti badamlı suyundan 2,5 dəfə ucuz alınıb aparılırdı. Xam şərab materiallan ixrac etməklə respublika hər il 200 milyon rubl, tütün ixrac etməklə 8 milyon rubl, pambıq lifi ixrac etməklə isə 2 milyard rubl və ya dövlət büdcəsinin 50 faizi qədər pul itirirdi.

Azərbaycanın sərvətlərindən istifadə olunmasında da böyük israfçılığa yol verilirdi. Neftin emal səviyyəsi neftayırma müəssisəsində 50 faizdən (başqa ölkələrdə 80-90 faiz idi) yuxarı deyildi. Dəniz mədənlərindən çıxan qazı qəbul və nəql etmək üçün qurğular tikilmir, hər il 2,5-3 milyard m* qiymətli yanacaq havaya sovrulurdu. Kifajrət qədər nəqliyyat vasitələri, ixtisaslaşdınImış anbarlar olmadığından hər il istehsal edilən kənd təsərrüfatı məhsullarının xeyli hissəsi zay olub gedir, itib-batırdı. Azərbaycanın flora və faunasına ciddi ziyan vurulurdu. 60 min hektardan çox meşə sahəsi məhv edilmişdi. Abşeronda 60 min hektardan çox məhsuldar torpaq neftə, mazuta bulanmışdı. Xəlvəti iqtisadiyyat daha da genişlənmişdi.

80-ci illərin ikinci yansında rəhbərliyin zəifləməsi iqtisadi inkişaf sürətinin aşağı düşməsinə səbəb olmuşdu. Belə ki, 70-ci illərə nisbətən 80-ci illərdə istehsalın artım sürəti sənayedə 1,8, kənd təsərrüfatında isə 2,3 dəfə azalmışdı.

Respublikanın iqtisadiyyatındakı vəziyyət adamların güzəranını müəyyən edirdi. Əhalinin sayı 70-80-ci illərdə xeyli artmışdı. 1989-cu ildə əhali sayımı göstərirdi ki, Azərbaycan SSR-də artıq 7 milyondan çox adam yaşayır. Burada 6 milyona qədər Azərbaycan türkü və ya dünyada yaşayan Azərbaycan türklərinin 17 faizi (Birləşmiş Millətlər Təşkilatının hesablamasına görə dünyada 38 milyon nəfərə qədər Azərbaycan türkü yaşayır), 392 min rus, 391 min erməni, 42 min ləzgi, 35 min avar, 28 min yəhudi, 21 min talış, 14 min kürd, 7 min tat, 7 min udin və başqalan, ümumiyyətlə, 82 xalqın nümayəndəsi sakin idi. Azərbaycan uzunömürlülər diyan kimi tanınırdı. 1990-cı ildə respublikada yaşı 100-ü ötmüş 2500-dən çox adam yaşayırdı, əhalinin sayına münasibətdə bu dünyada ən yüksək göstərici idi.

Respublikada əhalinin sosial strukturunda da dəyişikliklər baş vermişdi. Urbanizasiya prosesi davam edirdi. 1990-cı ildə respublika əhalisinin artıq 54 faizi şəhərlərdə məskunlaşmışdı. Sənayedə və kənd təsərrüfatında dövlət sektorunun inkişafı ilə əlaqədar fəhlələrin sayı daha da artmış, kolxozçu kəndlilərin sayı isə əksinə, xeyli azalmışdı. 1990-cı ildə respublikada 1,450 minə qədər fəhlə, 325 min kolxozçu vardı. Ali və orta ixtisaslı mütəxəssislərin sayı 650 mini ötmüşdü.

Əhalinin 2600 min nəfərdən çoxu xalq təsərrüfatında çalışırdı. Bununla belə, əmək qabiliyyətli əhalinin xeyli hissəsi işsiz idi. Kənd rayonlannda, sənayenin zəif inkişaf etdiyi yerlərdə işsizlik daha kəskin şəkil almışdı. 80>ci illərin ortalannda burada 250 min nəfərdən çox işsiz vardı. 80-ci illərin axırlannda Ermənistandan və Özbəkistandan azərbaycanh və məhsəti türklərinin qovulub Azərbaycana pənah gətirməsi ilə əlaqədar onlann sayı yanm milyonu ötüb keçmişdi. İşsizlərin 60 faizini gənclər, 60 faizini isə kənd əhalisi təşkil edirdi. İctimai istehsaldan kənarda zəhmətlə gəlir əldə etmək yollan, demək olar ki, bağlı idi, şəxsi yardımçı təsərrüfatlara lazımi şərait yaradılmırdı.

70-80-ci illərdə işçilərin əməkhaqqı, ictimai istehlak fondlarından gəlirləri - pensiyalar, təqaüdlər, müavinətlər və s. formal olaraq xeyli artmışdı. Pulun məzənnəsi isə durmadan aşağı düşürdü. 1990-cı ildə 1 rublun alıcılıq qabiliyyəti 1961-ci ildəkindən 5 dəfə az idi. Belə bir şəraitdə adamlann güzəranını yaxşılaşdırmaq mümkün deyildi. İqtisadiyyatına lazımi qayğı göstərilmə3rən dağ rayonlannda əhalinin dolanacağı daha çətin idi. İqtisadi çətinlik, mənəvi cəhətdən təmin olunmamaq üzündən gənc oğlanlann bir hissəsi kəndləri tərk edib şəhərlərə, respublikadan kənara qazanc dalınca getməyə məcbur olurdular. Vaxtında ailə həyatı qura bilməyən qızlann, xüsusən kənd yerlərində, sayı xeyli artmışdı. Zəhmətsiz gəlirlərlə dolanan ailələr isə cəmiyyət içərisində aydın şəkildə seçilməyə başlamışdı. 80-cı illərin sonlarında iqtisadi tənəzzüllə əlaqədar əhalinin güzəranı daha da pisləşmişdi, yoxsulluq içində yaşayanlann sayı durmadan artırdı.

Əhalinin istehlak tələbləri də tam ödənilmirdi. Ət, balıq, kürü, süd, mejrvə, hətta üzüm, tərəvəz və s. üzrə istehlak səviyyəsini müəyyən olunmuş elmi normalara qaldırmaq mümkün deyildi. 80-ci illərin ortalannda respublikanın şəhərlərində ət, yağ, axırlarında isə həm də şəkər talonlarla verilməyə başlanmışdı.

Bazar durmadan bahalaşır, inflyasiya, qıtlıq artırdı. 70-80-ci illərdə qeyri-ərzaq mallarının, qızılın və başqa qiymətli metallann qiymətləri dəfələrlə qaldınimışdı. Tələbat olmayan, dəbdən düşmüş malların qiymətlərinin tez-tez aşağı salınması isə əhalinin güzəranına elə bir əsaslı təsir göstərmirdi.

Respublikanın şəhər və kəndlərində mənzil tikintisi xeyli genişlənmişdi. 70-80-ci illərdə ümumi sahəsi 38 milyon kv.m, o cümlədən kənd yerlərində 14 milyon kv.m olan yaşayış evləri tikilmişdi. Lakin əhalinin mənzilə olan tələbatı yenə də ödənmirdi, 80-ci illərin axırlannda respublikada adambaşına şəhərlərdə 13, kənd yerlərində isə 12 kv.m yaşayış sahəsi düşürdü. Bu mövcud normalardan 2-4 dəfə az idi. Ev növbəsində Bakıda 75 min, Gəncədə 11 min ailə dayanmışdı. Minlərlə ailə kirayədə, o cümlədən yüzlərlə azərbaycanlı ailəsi ermənilərə məxsus mənzillərdə kirayədə, kommunal mənzillərdə, şəhərlərin ətrafında genişlənməkdə olan «gecəqondu»larda yaşayırdı. Sumqayıtın ekoloji baxımdan «ölü zona» adlanan sahəsindəki «gecəqondu»larda 1500 ailə məskən salmışdı.

Yaşayış məntəqələrində abadlıq işləri xeyli genişlənmişdi. Minlərlə məktəb, klub, kitabxana, xəstəxana, xidmət müəssisəsi, istirahət evi və başqa binalar tikilmişdi. Bakı daha da gözəlləşmişdi, böyümüşdü. Onun ətrafında yeni mikrorayonlar, Patamdar, Əhmədli, Günəşli, Höv- san kimi yeni yaşayış massivləri salınmışdı. 70-ci illərdə Bakıda Dəniz vağzalı, indiki Respublika sarayı, «Moskva» mehmanxanası, 80-ci illərdə «Gülüstan» sarayı, yeni zoopark, örtülü idman kompleksləri tikilmişdi. İndiki «Azadlıq» meydanı memarlıq ansamblı yaradılmışdı. Dənizkənarı bulvar, park və bağlar yenidən qurulmuş, yeni meydanlar, bağlar, parklar salınmışdı. Bakı metropoliteni daha da genişlənmişdi. 1990-cı ildə onun yeraltı yollanmn uzunluğu artıq 28 km-dən çox idi, əhaliyə 18 metro stansiyası xidmət göstərirdi.

90-cı illərin əvvəllərində respublikada 65 şəhər, 122 şəhərtipli qəsəbə vardı. İqtisadiyyatı inkişaf etmiş kənd rayonlarında yaşayış məntəqələrinin siması çox dəyişmişdi. Bu kəndlərdə ağ daşdan, aynabədli, müasir evlər inşa olunmuşdu. Lakin «perspektivsiz» adlandınlan kiçik, əsasən dağ rayonlannda, kəndlərə qayğı göstərilmirdi. DQMV-nin azərbaycanlılar yaşayan kəndlərində də vəziyyət belə idi. Yaşayış məntəqələrinin encıji, su və qaz yanacağı ilə təchizi nisbətən yaxşılaşmışdı.

80-ci illərin ikinci yansında şəhər və kəndlərə ikinci sərbəst elektrik xətti çəkilişinə başlanmışdı. Əhalinin su ilə təchizini yaxşılaşdırmaq üçün müəyyən işlər görülmüşdü. 1971-ci ilinsentyabnn- da Kür su kəməri işə salınmış. Kür suyu Bakıya gətirilmişdi. 1982-ci ildə Sabirabadda iri su təchizatı kompleksi istifadəyə verilmişdi. Lakin vəziyyət əsaslı şəkildə yaxşılaşmamışdı. Hələ də şəhərlərin 3, kəndlərin 89 faizinin su kəməri yox idi. Baxımsızlıq üzündən kəhrizlərin çoxu dağılmışdı. Kəndlərin əksəriyyətində açıq su mənbələrindən istifadə olunurdu. Şəhər və kəndlərdə mənzillərin qaz yanacağı ilə təchizini yaxşılaşdırmaq üçün 70-ci illərdə Əli-Bayramlı-Astara («Transiran»), Yevlax- Şəki, Dəvəçi-Xaçmaz, Yevlax-Xankəndi-Gorus-Naxçıvan, 80-ci illərdə Naxçıvan-Culfa-Ordubad, Mozdok-Qazıməmməd-Qazax yüksək təzyiqli qaz kəmərləri çəkildi. Əhalinin balonlarda qaz yanacağı ilə təchizi də yaxşılaşdı. 90-cı illərin əvvəllərində respublikanın bütün şəhərlərində və kəndlərin 76 faizində əhali qaz yanacağından istifadə edirdi. Lakin xidmət mədəniyyətinin, xətlərə texniki nəzarətin zəif olması ilə əlaqədar mənzillərin qazla təchizi, xüsusən qış aylarında, xeyli pisləşirdi.

70-80-ci illərdə televiziya verilişlərinin qəbulu və telefonlaşdırma sahəsində də mühüm işlər görülmüşdü. Onlarla radio-rele xətləri çəkilmişdi. 1989-cu ildə Xankəndində televiziya studiyası istifadəyə verilmişdi. 1990-cı ildə respublikada 150-ə qədər telestansiya vardı. 26 peyk əlaqə stansiyasından istifadə edilirdi. Respublikada əhalinin artıq 95 faizinin respublika televiziyasının verilişlərinə baxmaq imkanı vardı. Lakin Qərb zonasında telesiqnallann lazımi səviyyədə qəbul olunması üçün texniki vasitələr kifayət qədər deyildi.

Şəhər və kəndlərdə telefon şəbəkəsi xeyli inkişaf etmiş, 500 minə qədər yeni telefon saylan istifadəyə verilmişdi. Şəhərlərarası telefon rabitəsi genişlənirdi. Lakin hələ minlərlə ailə telefon növbəsində dayanırdı. Kommunikasiya vasitələrinin, telefon xidmətinin texniki səviyyəsi aşağı idi.

Xəstəxanaların, ambulatoriyalann, sanitar-epidemioloji stansiyaların sayı artsa da əhaliyə səhiyyə xidməti, şəhər və kəndlərin sanitar vəziyyəti yaxşı deyildi. 1990-cı ildə respublikada 68 mindən çox çarpayısı olan 846 xəstəxana, xeyli ixtisaslaşdınlmış tibb müəssisəsi, onkologiya, kordiologiya, neyrocərrahiyyə, diaqnostika mərkəzləri, eksperimental və klinik cərrahiyyə institutu, urologiya, travmotologiya və başqa xəstəxanalar fəaliyyət göstərirdi. Bu müəssisələrdə 26 minə qədər həkim, 63 mindən çox orta tibb işçisi çalışırdı. Yeni sanatoriya və profilaktoriyalar istifadəyə verilmişdi. Təkcə həmkarlar ittifaqının 12 min yerlik 22 sağlamlıq mərkəzi, 12 turist bazası və kompleksi vardı. Lakin əhalinin xəstəxanalarda çarpayı-yerlərlə təmin olunmasına görə respublika SSRİ-də ən axınncı yerdə idi. Hər beş rayondan birin də doğum evi vardı. İki mindən çox kənddə tibbi yardım xidməti təşkil olunmasına şərait yox idi.

Sənayedə və kənd təsərrüfatında nəqliyyat vasitələrindən istifadə olunmasında, tikintidə istehsal texnologiyalan ciddi şəkildə pozulduğundan, təmizləyici qurğulardan kifayət qədər səmərəli istifadə olunmadığından respublikada ekoloji şərait gündən-günə pisləşirdi. Təkcə Bakıda il ərzində hər kv. km-ə 800-900 ton zəhərli maddə tökülürdü. Xəzər dənizinə hər gün nülyon kub metrdən çox zəhərli çirkab sular axıdılırdı. Ermənistan və Gürcüstandan Azərbaycana gələn çaylar zəhərli maddələrlə təhlükəli dərəcədə çirkləndin İmişdi. Kənd təsərrüfatında ziyanvericilərə qarşı bütün dünyada hələ 60-cı illərdə işlədilməsi qadağan olunmuş DDT zəhərləyicisindən 90-cı illərə qədər geniş istifadə edilirdi. Meliorasiya kanallannm çoxuna beton vurulmadığı üçün su sızması nəticəsində 600 min hektar sahə yenidən şoranlaşıb sıradan çıxmışdı. Əkinəyararlı sahələrin, demək olar ki, yarısı eroziyaya uğramışdı.

Ekoloji vəziyyəti Sovet ordusunun olduqca zərərli hərbi obyektləri daha da ağırlaşdınrdı. Azərbaycanda radioaktiv maddələr basdın İmiş «şərq qəbiristanlığı» salınmışdı. Yaşayış məntəqələrinin yaxınlığında canlı aləmə ciddi ziyan vuran güclü radioötürücü stansiyalar (ən böyüyü Qəbələdədir) qurulmuşdu. Əhalinin 75 faizi ekoloji baxımdan təhlükəli ərazilərdə yaşayırdı.

Ətraf mühit təhlükəli dərəcədə korlandığından respublikada ağ və qaraciyər, öd kisəsi, mədə-bağırsaq, şiş və digər xəstəliklər durmadan artırdı. Qadmlann hər dörd nəfərindən biri zərərli istehsal sahələrində işləyirdi. Uşaq ölümü çox idi. Kəndlərdə vəziyyət daha pis idi. Yeniyetmələrin fiziki inkişaf göstəriciləri pisləşir, onlar həm boyda, həm də çəkidə geri qalırdılar. Əhalinin sayı artsa da illik artım sürəti azalırdı.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin