1.Daşınmaz əmlakın dövlət reyestrindən
“Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın təsviri təsdiq edilsin (əlavə olunur).
2. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilsin (əlavə olunur).
3.Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
-
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
-
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
-
daşınmaz əmlaka dair mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən texniki sənədlərin tərtib edilməsini nəzərdə tutan
qanunvericilik aktı layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
-
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
-
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
-
Bu Fərman 2015-ci il iyulun 1-dən qüvvəyə minir.
2.Hüquqların dövlət qeydiyyatı haqqında
daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri
Bu sənəd daşınmaz əmlaka, növündən asılı olmayaraq, mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin, habelə daşınmaz əmlak üzərində hüquqların yüklülüyünün dövlət qeydiyyatının rəsmiləşdirilməsi zamanı verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (bundan sonra - dövlət reyestri) çıxarışın təsvirini müəyyən edir. Dövlət reyestrindən çıxarış ciddi hesabat sənədidir və onun iki hərfdən ibarət seriyası və yeddi rəqəmdən ibarət nömrəsi olur.Dövlət reyestrindən çıxarışı qanunla müəyyən olunmuş qaydada hüquqların qeydiyyatı üçün əsas olan sənədlər əsasında, Azərbaycan Respublikasının dövlət dilində, A4 formatlı qoruyucu nişanlı xüsusi kağızda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərtib edir.Dövlət reyestrindən çıxarış daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alındıqda – hüquq sahibinə (sahiblərinə), daşınmaz əmlak üzərində hüquqların yüklülüyü qeydiyyata alındıqda – xeyrinə hüquq yüklü edilir.
3.Dövlət reyestrindən çıxarışın təsviri
Dövlət reyestrindən çıxarışda aşağıdakılar göstərilir:
-
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri;
-
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin adı;
-
Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış blankının seriyası və nömrəsi;
-
hüququ rəsmiləşdirilən (qeydiyyata alınan) şəxs haqqında məlumat:
-
fiziki şəxs olduqda - soyadı, adı, atasının adı;
-
hüquqi şəxs olduqda - tam adı (o cümlədən təşkilati-hüquqi forması);
-
daşınmaz əmlakın növü;
-
daşınmaz əmlakın ünvanı (olduğu yer - Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi);
-
daşınmaz əmlakın mülkiyyət növü;
-
daşınmaz əmlak üzərində hüququn növü;
-
daşınmaz əmlakın ümumi sahəsi (kvadratmetrlə);
-
torpaq sahəsinin mülkiyyət növü;
-
torpaq sahəsi üzərində hüququn növü;
-
torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı);
-
torpaq sahəsi (ölçüsü, hektarla);
-
daşınmaz əmlakın reyestr nömrəsi;
-
daşınmaz əmlak ümumi birgə mülkiyyətdə olduqda - hər bir hüquq sahibinin adı, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, ümumi paylı mülkiyyətdə olduqda isə, əlavə olaraq, hər bir hüquq sahibinin payı;
-
reyestr kitabının və onun vərəqinin nömrəsi;
-
dövlət reyestrindən çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi,
imzası, adının baş hərfi və soyadı;
-
qeydiyyat icraçısının imzası, adının baş hərfi və soyadı.
Hüquqların yüklülüyü barədə daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışda aşağıdakı məlumatlar göstərilir:
-
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri;
-
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin adı;
-
hüquqların dövlət qeydiyyatı haqqında çıxarış blankının seriyası və nömrəsi;
-
xeyrinə hüquq yüklü edilən şəxs (şəxslər);
-
hüququ yüklü edilən şəxs (şəxslər);
-
yüklü edilən əmlakın (əmlak hissəsinin) növü və ünvanı (olduğu yer-Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi);
-
yüklülüyün növü və müddəti;
-
əsas öhdəliyin mahiyyəti və icra müddəti (olduqda);
-
hüququn əvvəlki yüklülüyü (olduqda);
-
yüklü edilən əmlakın reyestr nömrəsi;
-
qeydiyyat nömrəsi;
-
qeydiyyat tarixi;
-
reyestr kitabının və onun vərəqinin nömrəsi;
-
dövlət reyestrindən çıxarışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi,
imzası, adının baş hərfi və soyadı;
-
qeydiyyat icraçısının imzası, adının baş hərfi və soyadı.
İpoteka kağızı verildikdə, ipotekanın qeydiyyatı zamanı dövlət reyestrindən çıxarışda bu barədə məlumat göstərilir:
-
Dövlət reyestrindən çıxarışın mətnində düzəlişlərə, pozulmalara, əlavə yazılara yol verilmir və belə çıxarışın hüquqi qüvvəsi yoxdur. Dövlət reyestrindən çıxarışın aşağı sağ küncündə onun laminasiyası olunmasına yol verilmədiyi barədə
qeyd göstərilir.
-
Dövlət reyestrindən çıxarış itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə dublikat verilir. Bu halda dövlət reyestrindən çıxarışın yuxarı sağ tərəfinə iri hərflərlə “DUBLİKAT” ştampı vurulur. Dublikat dövlət reyestrindən çıxarışı verən qeydiyyat orqanının rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq olunur.
-
Dövlət reyestrindən çıxarış itirildikdə, dublikatın alınması ilə bağlı ərizəyə çıxarışın itirilməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks etdirən qəzet səhifəsi, daxili işlər orqanlarının müvafiq arayışı əlavə edilməlidir.
Daşınmaz əmlak ümumi mülkiyyətdə olduğu halda, çıxarış hər bir mülkiyyətçiyə verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Torpaq sahəsinin planı və ölçüsünün təsviri
-
Bu sənəddə torpaqlara dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - Komitə) tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir.
-
Nümunəsi bu sənədə əlavə edilən plan və ölçünü Komitənin strukturuna daxil olan qurum Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edir.
-
Plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur.
Plan və ölçüdə aşağıdakılar göstərilir:
-
Komitənin, habelə onun strukturuna daxil olan, plan və ölçünü verən qurumun adı;
-
torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan
Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi;
-
torpaq sahəsi üzərində hüquq sahibi haqqında məlumat:
-
fiziki şəxs olduqda - soyadı, adı, atasının adı;
-
hüquqi şəxs olduqda - tam adı (o cümlədən təşkilati-hüquqi forması);
-
torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı);
-
torpaq sahəsinin mülkiyyət növü;
-
torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü;
-
torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi;
-
torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla);
-
torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla);
-
torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat;
-
plan və ölçünün tərtib edilməsi üçün əsas olan sənədin rekvizitləri;
-
plan və ölçünün tərtib edilməsi tarixi;
-
torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı);
-
torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr;
-
torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış;
-
şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri);
-
torpaq sahəsinin qonşu sərhədləri;
-
torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı;
-
plan və ölçünün Dövlət Torpaq Kadastrı Kitabında uçota alındığı nömrə və tarix (üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair tərtib edilən plan və ölçü istisna olmaqla);
-
Komitənin strukturuna daxil olan qurumun möhür yeri, vəzifəli şəxsinin imzası, soyadı, adı, atasının adı, plan və ölçünü tərtib etmiş icraçının imzası, soyadı, adı, atasının adı.
-
Torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur.
Plan və ölçü yaşayış məntəqələri hüdudlarında yerləşən torpaq sahələri üzrə tərtib edildikdə, blankın arxa tərəfinin sol hissəsindəki göstəricilər doldurulur, digər torpaq sahələri (o cümlədən, kənd təsərrüfatı təyinatlı torpaqlar) üzrə tərtib edildikdə arxa tərəfinin sağ hissəsindəki göstəricilər doldurulur.Plan və ölçü itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə dublikat verilir. Bu halda plan və ölçünün yuxarı sağ tərəfində iri hərflərlə “DUBLİKAT” ştampı vurulur. Dublikat müvafiq vəzifəli şəxs tərəfindən imzalanır və
möhürlə təsdiq olunur. Plan və ölçü itirildikdə, dublikatın alınması ilə bağlı ərizəyə plan və ölçünün itirilməsi ilə əlaqədar onun etibarsız hesab olunması barədə məlumatı əks
etdirən qəzet səhifəsi, daxili işlər orqanlarının müvafiq arayışı əlavə edilməlidir.
4.Daşınmaz əmlakın dövlət reyestri haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir.Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
-
Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir;
-
Daşınmaz əmlakın dövlət reyestr nömrəsi (reyestr nömrəsi) - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən nömrədir;
-
Hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə);
-
Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır.
Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı
1.Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
2.Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
3.Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.
4.Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
Əvvəllər yaranmış hüquqların tanınması
1. 2016-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
2.Bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır.
3.2016-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər.
Dövlət reyestrinin açıqlığı
1.Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir.[3]
2.Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir.
3.Daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncam verən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncam verənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius, notariat hərəkətləri aparan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində əldə edilir.
4.İpoteka qoyulan daşınmaz əmlakla bağlı məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, maliyyə bazarlarına nəzarət orqanı, ipoteka fondları, ipoteka saxlayan banklar və digər kredit təşkilatlarının informasiya sistemləri ilə daşınmaz əmlakın dövlət reyestri arasında əlaqə yaradılır.
6. Dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir.
7.Qeydiyyat orqanı 1 iş günü müddətində müraciət etmiş şəxsə arayışı və ya əsaslandırılmış imtina məktubunu yazılı və ya elektron formada verməlidir.
8.Hüquq sahibinin yazılı və ya elektron sorğusuna əsasən ona məxsus olan daşınmaz əmlak haqqında qeydiyyat orqanının digər şəxslərə verdiyi arayışlar (məlumatlar) barədə yazılı və ya elektron bildiriş sorğu verildiyi gün iş vaxtı ərzində qeydiyyat orqanı tərəfindən hüquq sahibinə verilməlidir. Sorğunun və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
9. Dövlət reyestrindəki məlumatlardan hüquq sahibinin qanuni mənafelərinə ziyan vuracaq üsul və formalarda istifadə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.
10.Daşınmaz əmlak obyektinə sərəncam verənin bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın notarius tərəfindən real vaxt rejimində əldə edilməsi, eləcə də notariat qaydasında təsdiqlənmiş müqavilənin elektron formada dərhal dövlət reyestrinə ötürülməsi məqsədilə elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsi təmin olunur. Bu zaman qarşılıqlı əməkdaşlığın və arayışın əldə edilməsinə görə ödənişlərin həyata keçirirməsi qaydası, həmçinin elektron informasiya sistemləri vasitəsi ilə məlumatların mübadiləsinin təhlükəsizliyinə dair tələblər müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
11. Dövlət reyestrindən arayışların və onun əldə edilməsi üçün ərizələrin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
i
Dostları ilə paylaş: |