## İxtisas: Təhsildə sosial psixoloji xidmət ## Fənnin adı: Azərbaycan dili və nitq mədəniyyəti


##num= 9// level= 1// sumtest=20 // name= Sintaksis. Sadə cümlə və onun növləri //



Yüklə 1,59 Mb.
səhifə9/14
tarix24.02.2020
ölçüsü1,59 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   14

##num= 9// level= 1// sumtest=20 // name= Sintaksis. Sadə cümlə və onun növləri //


1. Verilmiş xüsusiyyətlərdən hansı nəqli cümlələrə aid deyil?

A) Hər hansı məlumatı bildirir.

B) Xəbəri feilin bütün şəkilləri ilə ifadə olunur.

C) Başqa cümlə növlərinə nisbətən çox işlənir.

D) Sonunda, əsasən, nöqtə işarəsi qoyulur.

E) Məqsəd və intonasiyaya görə cümlə növüdür.

2. Əmr cümləsinə aid verilmiş xüsusiyyətlərdən hansı səhvdir?

A) Xəbəri feilin əmr və lazım şəkilləri ilə ifadə olunur.

B) Məqsəd və intonasiyaya görə cümlə növlərindən biridir.

C) Əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s. bildirir.

D) Belə cümlələrlə müəyyən bir işə təhrik edilir.

E) Bədii ədəbiyyatda üslubi rəngarənglik yaratmaq üçün işlənir.

3. Hansı cümlədə feli bağlama tərkibi işlənmişdir?

A) Kəndə gedəndə həmişə ona baş çəkirəm.

B) Vətəni sevmək hər birimizin müqəddəs borcudur.

C) Gələndə qəribə bir hadisə ilə üzləşdim.

D) Gözdən pərdə asıb özünü yaxşı adam kimi göstərmə.

E) Dərsə gedən bir uşaq, Çıxdı buz üstə qoçaq.

4. Biri heç vaxt xəbər vəzifəsində işlənmir:

A) sifət

B) isim

C) feli bağlama

D) məsdər

E) feli sifət

5. Əmr cümləsinə aid verilmiş xüsusiyyətlərdən hansı səhvdir?

A) Belə cümlələrlə müəyyən bir işə təhrik edilir.

B) Məqsəd və intonasiyaya görə cümlə növlərindən biridir.

C) Əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s. bildirir.

D) Xəbəri feilin əmr və şərt şəkilləri ilə ifadə olunur.

E) Bədii ədəbiyyatda üslubi rəngarənglik yaratmaq üçün işlənir.

6. Hansı feli birləşmələrdə asılı tərəf hərəkətin subyektini bildirir?

1 - əsgərlər yola düşəndə 2 - ucadan gülmək

3 - uşaqlar gələndə 4 - çox danışan

5 - məktubu yola salmaq

A) 1, 3

B) 2, 4, 5

C) 2, 3

D) 1, 3, 5

E) 3, 5

7. Hansılar sərbəst söz birləşməsidir?

1 - dərsə gedən

2 - sərvaxt olmaq

3 - yaxşı oxumaq

4 - dilə tutmaq

5 - bel bağlamaq

6 - sürətlə qaçmaq

A) 1, 3, 4, 5, 6

B) 1, 3, 6

C) 1, 3, 5, 6

D) 2, 4, 6

E) 1, 2, 4, 6

8. Verilmiş nümunələrin neçəsi təsirlik hallı feli birləşmədir?

Düzgün bəndi müəyyənləşdirin.

1 - düşündüklərini açıq yazan

2 - söz demək

3 - el qədrini bilənlər

4 - gözləyənləri azad etmək

5 - küçələri sulayanda

6 - axşam düşəndə

7 - şeir yazanda

8 - yaz ayları gələndə

A) 1, 2, 3, 4, 5, 7

B) 2, 3, 4, 6

C) hamısı

D) 5, 6, 7, 8

E) 4, 5, 8

9. Feli birləşmələri göstərin.

1 – torpağı qoru 2 – torpağı qoruyanda 3 – torpağı qorumalıyıq

4 – torpağı qorumaq 5 – ana yurdu sevən

A) 2, 5

B) 2, 3

C) 1, 5

D) 2, 4, 5

E) 4, 5

10. Təyini ismi birləşmə ilə ifadə olunmuş cümləni göstərin.

1 - Kənd mollası Səməndər məclisə daxil olanda, elə bil, qurbağa gölünə daş atdılar.

2 - Ər axar çaydır, arvad isə bənd.

3 - Həyatdan dərs ala bilməyən adama heç kəs dərs verməməlidir, çünki əməyi hədər gedər.

4 - Bu sözlər əcəm şahlarının şahı Ənuşirəvan Adilin dilindən deyilmişdir.

5 - Bu il yaman quraqlıq oldu, taxıl yandı.

6 - Yeni il qoy hamıya uğur, xeyir - bərəkət gətirsin.

7 - Tələbəni incidən şəxsə mələklər lənət oxuyarlar .

A) 1, 4

B) 2, 3, 6

C) 3, 7

D) 1, 3, 4

E) 5, 6

11. Əsas tərəfi məsdərlə ifadə olunmuş sərbəst birləşməni göstərin.

1 - elm öyrətmək 2 - oxumağın faydası

3 - alışıb - yanmaq 4 - yola salmaq

5 - rəhm etmək 6 - sahilə çatmaq

A) 2, 3, 6

B) 1, 6

C) 1, 4, 5

D) 4, 5

E) 3, 4, 6

12. Hansı birləşmələr həm sabit, həm də sərbəst söz birləşməsi kimi işlənə bilər?

1 - yola düşmək 2 - əldən düşmək 3 - sərin su

4 - axırına çıxmaq 5 - dilotu yemək 6 - dil - dil ötmək

7 - burnunun ucu göynəmək

A) 1, 2, 4, 7

B) 2, 4, 5, 7

C) 3, 5, 7

D) 1, 2, 6

E) heç biri

13. Əvvəl yanlış, sonra düzgün mühakimələri ardıcıllıqla düzün.

1 - Feillər ismin yiyəlik halı ilə əlaqədər olur və onu idarə edir.

2 - Feil olmayan nitq hissələri ilə idarə də mümkündür.

3 - Sərbəst söz birləşmələrinin tərəfləri arasındakı sintaktik əlaqələr təsiredici vəziyyətdə olmur.

4 - Sərbəst söz birləşmələrini əmələ gətirən sözlər leksik - semantik müstəqilliyini tamamilə saxlayır.

5 - Söz birləşmələrinin hər komponentinə ayrılıqda sual vermək olur.

6 - Söz birləşmələrinin tərəfləri arasındakı sintaktik əlaqələri əmələ gətirən qrammatik vasitələr dinamik xüsusiyyət daşıyır.

7 - Yiyəlik halın idarəsində feli sifət və məsdərlər ad kimi çıxış edir.

A) 3, 4, 1, 2, 5, 6, 7

B) 1, 3, 2, 4, 5, 6, 7

C) 2, 4, 1, 3, 5, 6, 7

D) 5, 6, 1, 2, 3, 4, 7

E) 1, 2, 3, 4, 5, 6, 7

14. Verilmiş cərgələrdə əsas tərəfi məsdər, sonra feli sifət və daha sonra feli bağlama ilə ifadə olunmuş feli birləşmələri ardıcıllıqla düzün.

1 - məktəbdə oxuyan

2 - dağdan enən

3 - evə getmək

4 - oxuyan bülbül

5 - sən güləndə

6 - oxumaq arzusu

7 - quşların oxumağı

8 - işləməyən dişləməz

9 - çox bilib az danışmaq

10 - mənim yazdığım

A) 3, 9, 1, 2, 10, 5

B) 3, 6, 7, 1, 2, 10, 4, 5

C) 1, 2, 4, 6, 10, 8, 4, 7

D) 3, 4, 9, 1, 2, 10, 5, 7

E) 3, 9, 1, 2, 4, 10, 5, 8, 9

15. Verilmiş nümunələri əvvəl qeyri - təyini, sonra təyini söz birləşmələri olmaqla ardıcıllıqla düzün.

1 - boynu bükük

2 - gözləri yaşlı

3 - qan rəngli

4 - durna gözlü

5 - camalı solğun

6 - payız küləyi

7 - könülsüz həyat

A) 3, 4, 5, 6, 7, 1, 2

B) 1, 2, 4, 5, 6, 3, 7

C) 1, 2, 3, 4, 5, 6, 7

D) 6, 7, 1, 2, 3, 4, 5

E) 4, 5, 6, 1, 2, 3, 7

16. Sərbəst söz birləşmələrini ardıcıllıqla göstərin.

1 – kəndə gəlmək

2 – can almaq

3 – uzaqdan gəlmək

4 – danışa bilmək

5 – dil tökmək

A) 1, 3

B) 2, 3, 5

C) 4, 5

D) 2, 3

E) 1, 3, 4

17. Uyğunluğu müəyyən edin.

I Əmr cümləsi II Nəqli cümlə III Sual cümləsi

1 - Belə cümlələrdə müəyyən bir hadisə əşya, əlamət və. s haqqında məlumat təsviri yolla verilir.

2 - Bu cümlənin xəbərləri daha çox feilin əmr şəkli ilə ifadə olunur.

3 - Epik əsərlərin hamısında, lirik əsərlərin böyük qismində bu cümlələr əsas yer tutur.

4 - Bu cümlələrin feli xəbərləri daha çox feilin xəbər forması ilə ifadə olunur.

5 - Bu cümlələr əmələ gəlmə vasitələrinə görə 3 növə ayrılır.

6 - Bu cümlələr cavab tələb edən cümlələrdir.

7 - Sərəncamlar, qərarlar, göstərişlər, hərbi xarakterli fikirlər, əsasən, bu cümlələrlə çatdırılır.

A) I 2, 5; II 1, 4, 6; III 3, 7

B) I 2, 7; II 1, 3, 4; III 5, 6

C) I 6, 7; II 1, 2, 4; III 3, 5

D) I 2, 4; II 3, 5, 7; III 1, 6

E) I 4, 7; II 2, 3, 6; III 1, 5

18. Uyğunluğu müəyyən edin.

I Əmr cümləsi II Nəqli cümlə III Sual cümləsi

1 - Bu hicran düşkünü, illər xəstəsi Qapına dərmanə gəlsin - gəlməsin?

2 - Ah, o günlər bizimçin ən xoş gün. . .

3 - Qaldır məni, ta görməyim insandakı zülmü.

4 - İnsanları yaratmaqda var, bəlkə də, bir hikmət, İblisə nə hacət?

5 - Yan, yan, tərlanların yaşıl yuvası, Ruhuma can versin ölüm havası.

6 - Ah, o günlər bizimçin ən xoş gün…

A) I 3, 6; II 1, 2; III 4, 5

B) I 2, 3; II 1, 5; III 4, 6

C) I 1, 3; II 2, 4; III 5, 6

D) I 4, 5; II 1, 6; III 2, 3

E) I 3, 5; II 2, 6; III 1, 4

19. Uyğunluğu müəyyən edin.

I Əmr cümləsi II Nəqli cümlə III Sual cümləsi

1 - Arif, mənə bax, səndəmi övhamə qapıldın?

2 - Mən sənə tay - tuş deyiləm.

3 - İnsanları yaratmaqda var, bəlkə də, bir hikmət, İblisə nə hacət?

4 - Yeni il qoy hamıya uğur, xeyir - bərəkət gətirsin.

5 - Ədalətli ol ki, ədalət məhkəməsinə işin düşməsin.

6 - Bu hicran düşkünü, illər xəstəsi Qapına dərmanə gəlsin - gəlməsin?

7 - Bu sözlər əcəm şahlarının şahı Ənuşirəvan Adilin dilindən deyilmişdir.

A) I 4, 5; II 2, 7; III 1, 3, 6

B) I 3, 4; II 1, 2; III 5, 6, 7

C) I 2, 3; II 4, 7; III 1, 5, 6

D) I 1, 5; II 2, 3; III 4, 6, 7

E) I 3, 6, 7; II 2, 4; III 1, 5

20. Uyğunluğu tapın.

A - nəqli cümlə B - sual cümləsi C - əmr cümləsi D - nida cümləsi

1 - Xəbəri daha çox feilin əmr şəkli ilə ifadə olunur.

2 - Xüsusi forması yoxdur.

3 - Başqa cümlə növlərinə nisbətən çox işlənir.

4 - Yüksək hiss - həyəcanla tələffüz edilən cümlələrə deyilir.

5 - Sorğu məqsədilə işlədilir.

6 - Sual intonasiyası ilə əmələ gəlir.

7 - Sonunda daha çox nida işarəsindən istifadə edilir.

A) A - 2, 3; B - 5, 6; C - 1; D - 4, 7

B) A - 3, 5; B - 6; C - 1; D - 2, 4, 7

C) A - 3; B - 5, 6, 7; C - 1; D - 2, 4

D) A - 3; B - 5, 6; C - 1; D - 2, 4, 7

E) A - 3; B - 5, 6; C - 1, 2; D - 4, 7


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə