1. Ali məktəbdə pedaqoji texnologiyaların təsnifatı



Yüklə 2,79 Mb.
səhifə1/5
tarix02.12.2023
ölçüsü2,79 Mb.
#137048
  1   2   3   4   5
ped 5


MÖVZU 5-ALİ MƏKTƏBDƏ PEDAQOJİ TEXNOLOGİYALAR.TƏLİM KEYFİYYƏTİNİN DİAQNOSTİKASI Plan: 1.Ali məktəbdə pedaqoji texnologiyaların təsnifatı 2.Problemli və fəal təlim texnologiyaları, pedaqoji oyunlar 3.İnkişafetdirici və distant təlim texnologiyaları 4.Monitorinq və qiymətləndirmənin pedaqoji prosesdə yeri 5.Qiymətləndirmə metodları və.s
1.Ali məktəbdə pedaqoji texnologiyaların təsnifatı- Pedaqoji texnologiya (yunanca techne - sənət, ustalıq, bacarıq deməkdir) - bütövlükdə pedaqoji prosesin situyasiyası və onun iştirakçdarının fəaliyyətinin biri-birilə qarşdıqlı əlaqədə olan komponentlərinin, mərhələlərinin ardıcıl, fasiləsiz hərəkətidir. Pedaqoji sistemlərin, pedaqoji proses və situasiyaların proyektləşdirilməsi - çoxmərhələli mürəkkəb proses olmaqla onun üç mərhələsi (pilləsi) qeyd olunur: I mərhələ-modelləşdirmə. Pedaqoji modelləşdirmə (mo­delin, nümunənin, etalonun hazırlanması) - pedaqoji ideyaların, pedaqoji proses və situasiyaların ümumi cəhətlərini, əsas məqsədlərini və onlara nail olmaq yollarının müəyyənləşdirilməsidir. 2 mərhələ-proyektfəşdirmə. Pedaqoji proyektləşdirmə - I mərhələdə hazırlanmış modelin tətbiqi mərhələsidir. Bunlar bir-birini qarşılıqlı tənzimləyici kimi özünü göstərir. 3 mərhələdə-konstruksiya. Pedaqoji konstruksiya- hazırlanmış model və proyektin konkret pedaqoji prosesdə, situasiyada, hadisədə reallaşdırılmasıdır. Təlim texnologiyası sistemli kateqoriyadır. Onu tənzimləyən struktur elementləri aşağıdakılardır: təlimin məqsədləri; təhsilin məzmunu. Təlim texnologiyası - vasitə və metodların məcmusudur, həm də müəllimin təlim prosesində tələbələrə müxtəlif texniki və informasiya vasitələri ilə təsiri prosesidir. Təlim texnologi­yası təhsilin məzmununu, təlim vasitələri, metod və formalarını sistem halında reallaşdırmaqla, məqsəd və vəzifələrin effektiv həllini təmin edir. Təlim metodu - tələbələrin müvafiq bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə yönəlmiş öyrənmə qaydaları sistemidir. Təlim vasitələri - təlim prosesinin effektivliliyini təmin edən obyektlərdir.Son dövrün maraqlı təsnifatlarından biri aşağıdakı kimidir. Fəaliyyətin istiqamətinə görə (öyrədənlər, öyrənənlər). Təlimin məqsədlərinə görə. Fənlərin istiqamətinə görə (humanitar, təbiət, texniki və s.). 2.Problemli və fəal təlim texnologiyaları, pedaqoji oyunlar-Müasir ali təhsil sisteminin qarşısında duran prioritet məqsəd - yaradıcılıq metodologiyasına və texnologiyasına dərindən bələd olan, yeni biliklər kəşf etməyə, yaıanmış problemləri həll etməyə qabil insanlar, peşəkar mütəxəssisləı yetişdirməkdir. Problemli təlim texnologiyasının mühüm elementləri aşağıdakılardır: mövcud biliklərin yeni situasiyalarda istifadəsi; öyrənilən obyektin strukturunu «görmək»; tanış obyektdə yeni mahiyyətin aşkarlanması; məsələnin həllinin alternativ yollarının müəyyənləşdirilməsi; məsələnin həllinin məlum yollarından yenisinin kombinə edilməsi; məsələnin həllinin orijinal həlli yollarının tapılması. Yaradıcılıq tələb edən problemli təlim texnologiyası tələbədə professional təfəkkürün formalaşmasına xidmət göstərir və aşağıdakı elementləri özündə ehtiva edir: problemi bütün çalarları ilə «görmək» və müstəqil surətdə dərk etmək; fərziyyə irəli sürmək və yoxlamaq; faktik material toplamaq; materialın təhlili metodikasını hazırlamaq; nəticələri ifadə etmək və praktik tətbiqi imkanlarını müəyyənləşdirmək; problemin həllinin bütün aspekt və mərhələlərini aşkarlamaq; problemin kollektiv həllində öz statusunu düzgün müəyyənləşdirmək. Problemli təlim texnologiyasının struktur elementləıı aşağıdakılardır: öyrənilmiş materialın aktuallaşdırılması, problem-situasiyanın yaradılması, təlim probleminin qoyulması; problem məsələnin qoyulması; əqli fəaliyyət və problemin həlli, problemin həllinin yoxlanması. «Problem-situasiya», «problem-təlim» və «problem məsələ» probelemli təlim texnologiyasının əsas komponentləridir. Ali məktəb təcrübəsində problemli təlim aşağıdakı formalarda təşkil olunur: - Problemli təlimin monoloji mühazirə vasitəsilə təşkili forması. -Problemli təlimin seminar məşğələlərində dialoq vasitəsilə təşkili forması. -Eksperiment aparılması zamanı problemli təlimin qismən-axtarıcılıq formasında təşkili; -Problemli təlimin tələbənin müstəqil tədqiqatçılıq fəaliyyətində təşkili forması Fəal təlim texnologiyaları-Fəal təlim pedaqogika elminin son dərəcə aktual problemlərindəndir. Fəal təlim tələbələrin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində həyata keçirilən təlimi nəzərdə tutur. Pedoqoji oyunlar-Ali məkəbdə təlimin təşkilinin əsas formalarından biri də pedaqoji oyunlardır. Ali məktəbdə təlim prosesində pedaqoji oyunlardan istifadə edilməsi son dövrlər daha da aktuallaşmışdır. Hərçənd ki, onun kökləri çox uzaqlara gedib çıxır. Pedaqoji oyunlar qədim dövrlərin müxtəlif təlim ənənələrinin yaranması ilə meydana gəlib.Müasir dövrdə ad təhsil sistemində fəal təlim texnologi yasına geniş yer verilir. Problem mühazirə, problem seminar, tematik diskussiya lar «fikirlərin hucumu», «əqli hücum», «dəyirmi stol», konkret situasiyaların təhlili, treninq və s. müasir ali məktəb təlimində «həyat vəsiqəsi» almış fəal texnologiyalardır. Müasir şəraitdə nəinki ali məktəblərdə, hətta müxtəlif ixtisasartırma kurslarında da işgüzar oyunlardan geniş istifadə olunur. İşgüzar oyun deyərkən, mütəxəssisin peşə (ixtisas) fəaliyyətinin daxili məzmununun və müvafiq fəaliyyət üçün xarakterik olan münasibətlər sisteminin formalaşdırılması nəzərdə tutulur.İşgüzar oyunlar eyni situasiya yaradır (əşyavi kontekst). Həmçinin öyrənən tərəf (bu halda tələbə) təcrübə prosesinin digər iştirakçıları ilə (bu halda qrup yoldaşları ilə) münasibətə - «rola» girir (sosial kontekst). Beləliklə, məlum olur ki, işgüzar oyunların iki aspekti var: əşyavi (predmet) aspekt; sosial aspekt. Nəticədə aydın olur ki, işgüzar oyun şəraitində gələcək mütəxəssisin formalaşması biri-birilə vəhdətdə olan 2 istiqamətdə gedir: -mütəxəssisin formalaşması; -istehsal (konkret olaraq təlim-tərbiyə) prosesində müvafiq münasibətlər sisteminin formalaşması. Aşağıdakı sxem işgüzar oyunların tələbədə formalaşdırdığı bacarıqları əks etdrır.

Aşağıdakı sxemlər oyun məqsədlərini əks etdirir:

İşgüzar oyunların prinsipləri aşağıdakılardır:
1-Mütəxəssisin peşə fəaliyyətinin oyun modelin salınması prinsipi. 2-Təlim işgüzar oyunlarının problem xarakter daşıması və tələbələrin idraki fəallığı şəraitində onun həlli prinsipi. 3-Mütəxəssis fəaliyyətinin həyata keçirilməsinin, həlli­nin, miivajiq vəzifələrin bölüşdürülməsinin oyun iştirakçılarının birgə fəaliyyəti və qarşılıqlı ünsiyyəti prosesində reallaşdırılma­sı prinsipi (birgə fəaliyyət prinsipi). 4-Oyun iştirakçılarının dioloji ünsiyyəti prinsipi. 5.Oyun xarakterli təlim prosesinin ikiplanlı olması prinsipi. 6-Dialoji ünsiyyət prinsipi. Oyun prosesində real və şərti fəaliyyətin nisbətinə əsas ən işgüzar oyunların üç tipini qeyd edə bilərik. 1-Şərti komponentlər dominantdır, eyni üstünlük təşkil edir. 2-Şərti və real komponentlər eyni nisbətdədir. 3-Real komponentlər üstünlük təşkil edir. Real komponentlərin üstünlük təşkil etdiyi üçüncü tip oyunlar təlim materialının möhkəmləndirilməsini təmin edir. Müxtəlif şəraitlərdə obyekt idarə etmək və onunla əlaqədar vərdişləri möhkəmləndirmək) rolunu oynamaqla təlim məqsədlərinin yerinə yetirilməsinə yönəlmiş olur. İşgüzar oyunu mühazirəyə başlamazdan əvvəl də, mühazirəni oxuyub qurtarandan sonra da təqdim etmək olar. Bəzən də bütün təlim prosesini pedaqoji oyun şəklində qurmaq olar.
Birinci halda işgüzar oyun tələbələrin şəxsi təcrübəsinə əsaslanır. Onların bilik və təsəvvürlərindəki kəsirləri aşkarlamaqla və mühazirə zamanı həmin məsələləri xüsusi vurğulamaqla aradan qaldırmağa xidmət edir. İkinci halda işgüzar oyun tələbələrə mühazirə müddətində verilmiş biliklərə əsaslanır. Bir tərəfdən, mühazirə müddətində verilmiş nəzəri biliklər möhkəmlənir, digər tərəfdən isə praktik bacarıq və vərdişlər formalaşır. Müasir texnologiyalar sisteminə daxil olan işgüzar oyunlarda gələcək mütəxəssisin bir şəxsiyyət kimi formalaş­ması aşağıdakı amillərlə müəyyənləşir: -pedaqoji oyunların ictimai-sosial və habelə şəxsi məna kəsb edən motivlər sistemini formalaşdırması imkanı; -kollektiv fəaliyyət prosesində məqsədin reallaşdırıl­ması və müntəzəm olaraq daha artıq mürəkkəbləşdirilməsi imkanı; -peşə fəaliyyətinin sosial aspektlərinin bütöv, inteqrativ sistemini yaratmaq imkanı. Pedaqoji oyunların qarşısında aşağıdakı təlim-tərbiyə məqsədi qoyulur: mühazirələrdə, seminar məşğələlərində, müstəqil işlərdə tələbələrin əldə etdikləri bilikləri dərinləşdirmək, sistemləşdirmək, genişləndirmək, möhkəmləndirmək; tələbələrdə müstəqil işləmək və müstəqil mühakimə yürütmək bacarıq və vərdişləri formalaşdırmaq; tələbələrə gələcək mütəxəssisə xas olan professional keyfiyyətlər aşılamaq; tələbələrin tədris materialını hansı səviyyədə mənimsəmələrinə nəzarət etmək və korreksiya işi aparmaq.
Pedaqoji oyunların struktur sxemi (A.A.Verbiskiyə 1 görə) aşağıdakı kimidir:

Cədvəldən göründüyü kimi, oyunun struktur elementləri aşağıdakılardır; Oyun modeli - oyunun məqsədlərinə yönəlir və iştirakçıların sosial kontekstdə fəaliyyətini təmin edir. Pedaqoji (imitasion və ya prototip) model - modelin prototipidir, mütəxəssisin təlim prosesində fəaliyyətinin predmetidir. kontekstidir. Pedaqoji model kimi, bir- qayda olaraq, peşə fəaliyyətinin hər hansı bir tipik fraqmenti götürülür. Oyunun müvəffəqiyyəti iştirakçıların malik olduğu müvafiq bacarıq və vərdişlər sistemindən asılı olur.Pedaqoji model didaktik (öyrədici) və tərbiyəedici məqsədlərin reallaşdırılmasına xidmət edir.Pedaqoji model - oyunun məqsədi predmeti, iştirakçıların qarşılıqlı təsirinin qrafik modeli, qiymətləndirmə sistemi kimi komponentlərdən ibarət olur.Oyunun predmeti deyərkən, iştirakçıların fəaliyyət predmeti, başqa sözlə, professional kompetent (adekvat) fəaliyyət tələb edən proseslər nəzərdə tutulur və mütəxəssisin yaratdığı modeldən asılı olur. İşgüzar oyunun ssenarisi deyərkən, aparıcıların və iştirakçıların fəaliyyətinin xüsusiyyətləri və ardıcıllığı, oyunun əsasına qoyulan konfliktlər və ziddiyyətlər başa düşülür.Oyun modelinin bütün elementlərinin əsasına qoyulan konflikt və ziddiyyətlər oyunun gedişini təsbit edir. Ssenarinin əsas elementi oyun prosesinin xarakterini və dinamikasını müəyyən edən hadisələrin generalizasiyası, başqa sözlə, ümumiləşdirilməsidir. Tərəf-müqabillərin (oyun iştirakçılarının) qarşılıqlı münasibətlərinin qrafik modeli -iştirakçıların kəmiyyət və keyfiyyət tərkibini, əlaqələrini, qarşılıqlı münasibətlərini, oyunçuların yerləşdirilməsini nəzərdə tutur və oyunun müvəffəqiyyətli başa çatmasını təmin edir. Rollar komplekti və oyunçuların funksiyaları oyunda modelləşdirilən peşə fəaliyyəti fraqmenti üçün xarakterik olan professional və şəxsi-sosial münasibətlərə adekvat olmalıdır.Oyunun qaydaları sadə variantda modelləşdirilmiş real proses və hadisələrin xüsusiyyətlərini əks etdirir. Oyun qaydaları (reqlamentin gözlənilməsi; diskussiya xarakterli suallar, informasiyaların aktiv formalarda təqdim edilməsi və s.) oyunun işgüzar kontekstini reallaşdırmağa xidmət edir.Qiymətləndirmə sistemi qəbul edilmiş qərarlara nəzarəti, özünənəzarəti, oyun- iştirakçılarının fəaliyyətini və fərdi keyfiyyətlərini qiymətləndirməyi, iştirakçı qrupların işinin rasional gedişini təmin etməyə xidmət edir. Oyun faktik nəticələrini şərtləndirən səbəblərin təhlili və nəticələrin ümumiləşdirilməsi ilə başa çatır. Oyunun metodik təchizatı deyərkən, oyunun parametrləri, real və oyun sənədləri komplekti (vəsaitləri) nəzərdə tutulur.
Pedaqoji oyunun texniki təchizatı deyərkən, oyun prosesində təlimin texniki vasitələrindən, kompüterdən istifadə edilməsi başa düşülür.Bu funksiyalar aşağıdakılardır:-tələbənin öz fəaliyyətini təhlil etməsi və qiymətləndəməsi; -tələbənin oyun prosesində öz mövqeyini düzgün başa duşməsi,tələbənin qrupun kollektiv təlim-idrak fəaliyyətinin məqsəd və vəzifələrini düzgün dərk etməsi;-tələbənin mikrokollektivdə özünü idarə edə bilməsi; -tələbədə müsbət əxlaqi keyfiyyətlərin formalaşması və s. İşgüzar oyunların təsnifatının 2 mümkün variantı var: I variant- Qeyri-imitasion, İmitasion II variant- tədqiqatçılıq oyunları,didaktik oyunlar,refleksiv oyunlar,diaqnostik oyunlar,motivləşdirici və psixoloji oyunlar. 3.İnkişafetdirici təlim texnologiyaları- İnkişafetdirici təlim deyərkən, təlim prosesinin yeni fəal növü başa düşülür. İnkişafetdirici təlim ənənəvi izahlı- illüstrativ təlim tipindən fərqli olaraq, şəxsiyyətin qısa zaman kəsiyində inkişafını, başqa sözlə, fiziki və psixi parametr­lərinin sadədən-mürəkkəbə doğru irəliləməsini nəzərdə tutur.Mükəmməl inkişafetdirici təlim konsepsiyasını yaratmaq üçün təfəkkür proseslərinin mexanizmini dərindən dərk etmək lazımdır.İnkişafetdirici təlim didaktikasının müasir inkişaf səviy­yəsində onun aşağıdakı xarakteristikasını vermək olar: • Təlim-inkişafetdirici xarakterə malik olmalıdır. İnkişafetdirici təlim öz məqsəd və vəzifələrinə, iştirakçıların (öyrədən və öyrənənlərin) fəaliyyətinin xarakterinə görə ənənəvi təlim texnologiyalardan prinsipial surətdə fərqlənir. İnkişafetdirici təlimin birinci əsas şərti təhsilalanların müvafiq bilik ehtiyatına malik olmasıdır. Bunsuz qarşıya çıxan problemləri həll etmək mümkün deyil. Belə bir həqiqətlə razılaşmaq lazımdır ki, insan ona məlum olmayan sferada problem həll edə bilməz. Bütün idrak prosesləri kimi, yem problemin də həlli uzunmüddətli hafizənin hifz etdiyi biliklərə əsaslanır. İkinci əsas şərt: öyrənənin idrak imkanları və bacarıqlarıdı. İnkişafetdirici təlimin elmi-tədqiqat metodikasına əsaslandığını nəzərə alsaq, onda məlum olar ki, təhsilalanı müstəqil axtarıcılıq fəaliyyətilə bağlı idrak bacarıqları ilə silahlandırmaq lazımdır. Bacarıqların izahlı-illüstrativ təlim bacarıqlarından nə qədər fərqli olduğunu aşağıdakı müqayisədən görmək olar.


Cədvəldən göründüyü kimi, izahlı-reproduktiv və inkişafetdirici təlimdə öyrənənin mümkün bacarıqları əks etdirilmişdir. İzahlı-reproduktiv təlimlə inkişafetdirici təlimin bu müqayisəsi bir daha sübut edir ki, inkişaletdiıici təlim öyrənəndən tədqiqatçılıq fəaliyyətinin elementləıi olan kompleks idrak bacarıqları tələb edir. Bir çox xarici dıdaktlar təhsilalanları tədqiqatçılıq fəaliyyətinə tədricən qoşmağı tövsiyə edirlər və bu məqsədlə üç səviyyə (mərhələ) qeyd edirlər: Birinci səviyyədə müəllim problemi qoyur və həlli yollarını göstərir. Öyrənən onu alqoritm əsasında həll edir. İkinci səviyyədə müəllim problemi qoyur, lakin həlli yollarını göstərmir. Öyrənən problemi özü müstəqil olaraq həll edir. Üçüncü, daha yüksək səviyyədə öyrənənlər müstəqil olaraq problemi aşkar edir. Yuxarıdakı cədvəldə ənənəvi və inkişafetdirici təlimin öyrənənlərdən tələb etdiyi bacarıqları müqayisəli şəkildə göstərmişdik. Analoji müqayisəni müəllim fəaliyyəti üçün aparaq.

Cədvəl izahlı reproduktiv və inkişafetdirici təlimdə müəllimin pedaqoji fəaliyyətinin əsas elementlərini əks etdirir. Ənənəvi təlim modeli ilə inkişafetdirici təlim modelini müqayisə etdikdə, inkişafetdirici təlimin üstünlükləri daha aydın şəkildə nəzərə çarpır.

İnkişafetdirici təlimdə təkcə motivləşmə kifayət deyil. Təhsilalan problemli-situasiya şəraitinə salınmalıdır. Faktlaıın toplanması, təhlili, hipotezin irəli süriilüməsi və yoxlanması şəraitində qavrama və anlama prosesləri, ənənəvi təlimdə olduğu kimi, ciddi ardıcıllıqla getmir, onlar qaynayıb qarışır. Təhsilalan mənimsəmənin yüksək səviyyəsinə qalxır, mənimsənilən biliklər və bacarıqlar şəxsi «mən»ə keçir, «özününküləşir», «özəlləşir», «interiorizasiya» baş verir. Deməli, inkişafetdirici təlim aşağıda göstərilən ardı­cıllıqla cərəyan edir:
PS Q A ■ «interiorizasiya».
Burada PS - problem situasiya; Q - qavrama; A - anlama deməkdir. Distant təlim texnologiyaları-Distant təlim deyərkən, əhalinin geniş təbəqələri üçun ölkə daxilində və xaricdə xüsusi informasiya - təhsil şəraitinin yaradılması başa düşülür. Kompleks təhsil xidmətlərinə əsaslanan distant təlim məsafədən (telekommunikasiya, kompüter, elektron poçtlar, sputnik televiziya, radio, kompüter və internet əlaqələr və s.) təlim informasiyası mübadiləsi vasitəsilə həyata keçirilir. Distant təlim sistemi müxtəlif səviyyələrdə təşkil olunur: -Qlobal (xalqlararası və federal) distant təlim sistemləri və onların təminatı.
-Regional distant təlim sistemləri və onların təminatı. -Lokal distant təlim sistemləri və onların təminatı. Distant təlimin təşkili istiqamətləri aşağıdakılardır: -Distant təlimin konseptual aspektləri. -Distant təlimin didaktik aspektləri. Müəllim-məsləhətçilər sistemi və onların təhsilalanlarla əlaqə formaları. -Distant təlimdə testləşdirmə. -Distant təlim şəraiti və texnologiyaları. -İnformasiyaların verilməsi qaydaları. -Kommunikasiya formaları. Distant təlim texnologiyası dedikdə, insanın müəyyən bilikləri müstəqil surətdə əldə etməsinə, habelə bu prosesə nəzarət etməyə imkan verən metod, forma və vasitələrin məcmusu başa düşülür. Distant təlim texnologiyası aşağıdakı vəzifələrin həllini təmin etməlidir: -təhsilalanlara öyrənilən materialın əsas məzmununu çatdırmaq; -öyrənən və öyrədənlərin interaktiv qarşılıqlı münasibətini təmin etmək; -tədris materialının müstəqil surətdə mənimsənilməsi üçün əlverişli şərait yaratmaq; -qiymətləndirmə. Dünya praktikasında bu vəzifələrin həllini təmin edən texnologiyalar aşağıdakılardır: -Tədris və digər çap materialının təqdim edilməsi. -Öyrənilən materialları computer telekommunikasiya vasitəsilə göndərilməsi. -Kompüter telekommunikasiya vasitəsilə diskussiya və seminarlar keçirilməsi. -Videoplyonka. - Milli və regional televiziya və radiostansiyalar vasitəsilə tədris proqramlarının translyasiyası. -Kabel televiziyası. -Səsli poçt. -İkitərəfli videokonfrans. -Birtərəfli videotranslyasiya və telefonla əks-əlaqə. -Lazer disklərində kompüter elektron dərsliklər, yaxud elektron dərsliklər. Əsas materialın tekst (mətn), yaxud qrafik şəkildə təqdim edilməsinin ən sadə texnologiyaları İnternet, Batnet, EuNet tipli kompüter şəbəkəsidir.
Öyrəniləcək materiallar və məlumat materialları qlobal kompüter şəbəkəsinin arxivində saxlanılır və kompüter şəbəkəsinə qoşulan sifarişçiyə operasion rejimdə, yaxud sinxron (yunanca a-inkar şəkilçisi, sunchrons - «eyni vaxtda» deməkdir) elektron poçt vasitəsilə çatdırılır. Video-distant təlimin çox faydalı texnologiyasıdır. Videoplyonka ən yaxşı müəllimlərin mühazirələrini dinləməyə imkan verir. Bunlardan həm videoauditoriyalarda, həm də ev şəraitində istifadə etmək mümkündür. Distant təlim sistemi aşağıdakı xüsusiyyətlərə malikdir: Çeviklik.Distant təlim iştirakçıları mühazirə və seminar məşğələlərinə müntəzəm olaraq gəlmirlər. Özlərinə uyğun vaxtda, şəraitdə və tempdə işləyirlər. Bu öz həyat tərzini dəyişə bilməyən, yaxud bunu istəməyənlər üçün çox əlverişlidir.Modulluq.Distant təlim modul prinsip əsasında qurulur. Hər bir kursun proqramı - modulu müəyyən bilik sahəsi haqqında tam təsəvvür yaradır.İqtisadi səmərəlilik.Dünya təhsil sistemlərinin orta qiyməti göstərir ki, distant təlim ənənəvi təlimdən 50 % ucuz başa gəlir.Tezləşdirmə.Distant təlimdə nəzarət məqsədilə vahid dövlət testləri müəyyənləşdirilməlidir. Nəzarət formaları kimi distant imtahanlar, müsahibələr, kurs və proyekt işləri, eksternat, intellektual testlər tətbiq oluna bilər. Test sistemi mənimsəmə pıosesinə nəzarət etməklə yanaşı, öyrənən haqqında (mənim­səmənin dərinliyi və sürəti, unutmanın tezliyi və s.) məlumat toplamaqla ona (öyrənənə) öyrənmənin səmərəli yollarını göstərməlidir. Ümumi didaktik prinsiplərdən başqa distant təlimin spesifik prinsipləri də mövcuddur: Distant təlimin humanistləşdirmə prinsipi.Təlim və təhsil prosesi şəxsiyyətə istiqamətlənməli, onda yaradıcılıq qabiliyyətlərinin, əxlaqi, intellektual və fiziki key­fiyyətlərinin inkişafı, vətəndaşlıq mövqeyinin formalaşması üçün şərait yaratmalıdır.Yeni informasiya texnologiyalarının tətbiqinin məqsədəuyğunluğu prinsipi. Yeni informasiya texnologiyaları təlim sisteminin bütün komponentlərinə, təlimin məqsədlərinə və məzmununa, təlimin vasitələrinə, metod və təşkili formalarına təsir göstərir ki, bu da pedaqogika elminin aktual vəzifələrinin həllini, xüsusən də insanın intellektual və yaradıcı potensialının, analitik təfəkkürünü və müstəqilliyinin inkişafını realaşdırmağa imkan verir.Təlimin «qabaqlama» prinsipi. Bu prinsipin mahiyyəti; gənc nəsli bəşəriyyətin yaratmış olduğu biliklərlə silahlandırmaq, dünyagörüşünü və təfəkkür tərzini inkişaf etdirmək, onların sürətlə dəyişən aləmə adaptasiyasını təmin etməkdən ibarətdir. Distant təlim idrak və təlim strategiyasına yönəlməli, şəxsiyyətin idrak resurslarını (potensialını) (məsələn, uzunmüddətli hafizə, mərkəzləşdirilmiş və uzunmüddətli diqqət və s.) təlim məqsədlərinin icrasına səfərbər etməlidir. 4.Monitorinq və qiymətləndirmənin pedaqoji prosesdə yeri-Təhsildə keyfiyyət dedikdə, təhsilin qarşısında dıırun məqsəd və vəzifələrin hansı səviyyədə həll olunması başa düşülür. Ümumiyyətlə, təhsil-tərbiyə prosesinin keyfiyyəti təhsil alanlara verilən bilik, bacarıq və vərdişlərin cəmiyyətin və dövlətin təlabatlarına, müvafiq dövlət standartlarına uyğunluğu və şəxsiyyətin inkişaf səviyyəsi ilə ölçülür.Monitorinq və qiymətləndirmə anlayışlarının mahiyyətini açmaq məqsədilə aşağıda təlim prosesinin sadələşdirilmiş kurikulum modelini təqdim edirik:Təlim prosesinin sadələşdirilmiş modeli


Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin