Müasir dövrdə iqtisadiyyatımız yüksək templərlə inkişaf edir və iqtisadi inkişafın surətli inkişafını təmin etmək üçün iqtisadiyyatın bütün sahələrini müasir tələbələr səviyyəsində qurmaq lazımdır ki, iqtisadiyyatın surətli inkişafında
elm sahələrinin o cümlədən də, statistika elminin də böyük rolu və əhəmiyyəti vardır. Statistika latın sözü olub «status» sözündən götürülüb və «hal vəziyyət» deməkdir. Statistika öyrənilən hadisə və proseslərin faktiki vəziyyətini konkret məkan və zaman çərçivəsində xarakterizə edir.
Statistika dedikdə, hadisə və proseslər haqqında məlumatın toplanması, yekunlaşdırılması, qruplaşdırılması, işlənib hazırlanması və təhlili ilə əlaqədar insanların praktik fəaliyyəti başa düşülür. Statistika hadisə və proseslər haqqında məlumat toplamaqla yanaşı, onların inkişaf qanunauyğunluqlarını da öyrənir. Statistika hadisə və proseslərin kəmiyyət tərəfini keyfiyyət tərəfi ilə əlaqəli surətdə öyrənir. Statistik məcmun dedikdə vahid bir əlamət əsasında
birləşmiş, lakin bir çox əlamətlərə görə bir-birindən fərqlənən statistik vahidlərin məcmusu başa düşülür.
Statistik təqdiqatlar zamanı statistikanın 3 əsas metodundan istifadə edilir:
Kütləvi müşhaidə metodu – bu metod statistik məlumatın toplanması zamanı tətbiq edilir və statistik tədqiqatın ilkin mərhələsini təşkil edir.
Statistik məlumatların yekunlaşdırılması və qruplaşdırılması metodu – bu metod müşhaidə zamanı toplanmış məlumatların işlənib – hazırlanması zamanı tətbiq edilir.
Statistik məlumatların ümumiləşdirilməsi metodu – bu metod statistik məlumatların təhlili zamanı istifadə edilir.
Statistika orqanları
hər bir müəssisə, şirkət, firmanın fəaliyyət növündən və mülkiyyət formasından asılı olmayaraq fəaliyyəti haqqında müvafiq
hesabatlar üzrə həftəlik, aylıq, rüblük, illik məlumatlar əldə edilir.
Hər bir rayon, şəhər üzrə statistika orqanları
mövcuddur ki, bu orqanlar həmin ərazi bölgüsü üzrə yekun məlumatları Dövlət statistika komitəsi yerlərdən daxil olan bu məlumatları Respublika üzrə yekunlaşdırır və son nəticələri müvafiq orqanlara və mətbuata təqdim edir.