«DƏDƏ qorqud kitabi»nin diLİ



Yüklə 47,41 Kb.
səhifə1/9
tarix15.03.2022
ölçüsü47,41 Kb.
#114849
  1   2   3   4   5   6   7   8   9
2. DƏDƏ QORQUD KİTABI


«DƏDƏ QORQUD KİTABI»NIN DİLİ

–Dədə-Qorqud‖ kitabının Drezden nüsxəsi belə adlandırıl- mışdır: –Kitabi-Dədəm-Qorqud əla lisani-taifeyi-oğuzan‖. Bu o deməkdir ki, boylar ümumi –Oğuznamə‖lər silsiləsinə daxildir. Ancaq bu –Oğuznamə‖ bütövlükdə Azərbaycan türkcəsinin abidəsidir. İlk orta əsrlərə aid olduğundan abidənin dilində başqa türk dilləri, xüsusən oğuz qrupu dilləri ilə müştərək cəhətlər çoxdur. Çünki həmin dövr türk dilləri arasında differensiasiyanın başlanğıcıdır. Ayrılma dövrünün başlanğıcında isə fərqdən çox ümumilik olur. Bununla belə, «Dədə-Qorqud kitabı»nın dilində Azərbaycan türkcəsinin leksik-semantik və qrammatik inkişaf tarixi ilə bağlanmayan heç bir detal yoxdur. –Dədə-Qorqud‖ dilinin əsas lüğət fondu Azərbaycan milli dilinin əsas lüğət fondu ilə əsasən uyğundur. Abidənin dilindəki yüzlərlə söz öz lüğəti mənası, fonetik-tələffüz xüsusiyyəti, morfoloji quruluşu ilə nəinki, ümumiyyətlə, milli dil dövrünə, milli dilin başlanğıc mərhələsinə uyğun gəlir, hətta bugünkü Azərbaycan dilində də eynən qalır. Həmin sözlər leksik-morfoloji təşəkkülü ilə müasir Azərbaycan dilindəki nitq hissələrinin əlamətlərinə cavab verir: isim-ana, ağac, bəg, dəvə, qoyun, qoç, at, yer, gün, ipək, otaq, köks, xan, buyruq, oğul, qız, ev, boy, söz, baş, ağız, saç, qaş, yay, alma, göl, su, alqış ... ; sifət – ağ, qara, al, gözəl, uzun, alçaq, ac, yalıncıq, qoşa, dar, yüksək, boz, yaxşı... ; say – bir, iki, on, otuz, qırx...; əvəzlik - bən/mən, sən, biz, bu, kim, nə... ; feil - bilmək, qarğamaq, çağırmaq, gəlmək, demək, olmaq ,eləmək, görmək, gülmək, sağmaq, vermək, döndərmək, almaq, göndərmək, düşmək, saflaşmaq, güvənmək, sevinmək, öldürmək, seçilən, qoyulan, yatan, dəgəndə, düşməgincə...; zərf - yumru-yumru, bıldır-bıldır, geri, bəri, anmaz (sifət, zərf); köməkçi nitq hissələri - gərək, məgər, bir (ədat), ki, dəxi, mi (sual ədatı)... Hətta müasir dilimiz üçün yayılmış faktlardan substantivləşmə və atributivləşmə faktları geniş çevrədə müşahidə olunur. Atributivləşməyə nümunə: qızıl ismi təyin mövqeyində -qızıl otağ*; qaya ismi təyin kimi, qaya tağ və s. Substantivləşməyə nümunə: ağlı, qaralı seçən (seçilən) çağda; səlvi boylum, qara saçlum və s. Yigit (igit) sözü eynən bugünkü kimi həm şəxs, həm də keyfiyyət məqamlarında işlənir.

Belə sözləri ordan-burdan, məlumluq prinsipi ilə, dediyimizi qəsdən sübut üçün seçib vermirik, əsərin dili məhz bu materialdan təşəkkül tapır. İki mətn parçasına diqqət yetirək: –Xanlar xanı xan Bayandır yildə bir kərə toy edüb, Oğuz bəglərün qonaqlardı. Genə toy edüb atdan ayğır, dəvədən buğra, qoyından qoç qırdırmıĢdı. Bir yerə ağ otağ, bir yerə qızıl otağ, bir yerə qara otağ qurdırmıĢdı. Kimiŋ ki oğlı-qızı yoq, qara otağa qondurın, qara kecə altına döĢən, qara qoyun yəxnisindən öginə gətürün. Yersə, yesün, yeməzsə, tursun-getsün demiĢdi. Oğlı olanı ağ otağa, qızı olanı qızıl otağa qondurun. Oğlı-qızı olmayanı Allahtaala qarğayubdır, biz dəxi qarğarız, bəllü bilsün demiĢdi.‖ (Drezden nüsxəsi,s.10).

Bütün nəşrlərdə şeir misraları ilə verilən bu parça həm tarixiliyi, həm də bugünkülüyü ilə möcüzədir:



Bərü gəlgil, baĢum baxtı, evüm taxtı, Evdən çıqub yürüyəndə səlvi boylum, Topuğında sarmaĢanda qara saçlum, Qurulu yaya bənzər çatma qaĢlum, QoĢa badam sığmayan dar ağızlum, Güz almasına bənzər al yanaqlum (Drezden, s. 11- 12).

Əslində bu altı misra, Azərbaycanın xəritədən öyrənilməsi kimi, bütün –Dədə-Qorqud‖ dilinin öyrənilməsinə bəs edər: üç alınma söz var- baxt, taxt, səlvi; bir arxaik söz işlənib: güz (payız); bir arxaik ədat- gil əmr ədatı; bir yerdə yerlik hal şəkilçisi yönlük məzmunu bildirir- məkani halların tarixən bir- birini əvəz etmək xüsüsiyyətinin göstəricisi- topuğında ‖topuğuna‖; tarixi orfoqrafiyanın təzahürü- çıqub, bərü, başum, evüm, yüriyəndə, topuğın, saçlum, ağızlum, yanaqlum. Həqiqətən, bu kiçik mətndəki fakt bütöv dastanın dilindəki fərqlərin nisbətidir və maraqlıdır ki, burada orfoqrafik fərqlər çoxluq təşkil etdiyi kimi, bütövlükdə dastanın dilindəki fərqlər də məhz həmin cəhətdən üstünlüyə malikdir. Bu da, deyildiyi kimi, məhz yazı- orfoqrafiya faktıdır. Çıqub sözü q (x yerinə)və-ub (ıb yerinə) şəkilçisi 1929-cu ildə latın əlifbasına keçilənə qədər işlənib. Buraya müəyyən qədər də tarixi fonetika faktı əlavə olunur: kibi (kimi), tağ (dağ), yigid (igid), yil (il) və s. Bütün bu fərqlərlə yanaşı, həmin şeir-mətndəki sözlər Azərbaycan milli dilinin əsas lüğət fonduna daxildir (güz və səlvi sözlərini çıxmaqla- bunlar mətndəki 29 sözün 7 faizini təşkil edir).

Beləliklə, mətnin anlaşılmasına maneçilik törənmir – maneçiliyin törənməməsi isə müasir dilə uyğunluq deməkdir. Bütün bu cəhətlərlə şərtlənən ifadə kamilliyi, fikrin verilməsindəki zəriflik Azərbaycan xalq dilinin VII-XII əsrlər səviyyəsinin necəliyini əyaniləşdirir: qurulu yaya bənzər çatma qaş, qoşa badam sığmayan dar ağız, güz (payız) almasına bənzər al yanaq ifadələri nəinki Füzuli,Vaqif mərhələlərində, hətta XXI əsrin bu illərində ən kamil söz ustası tərəfindən deyilə biləcək, ancaq deyilməmiş ifadə - tablolardır - hələ deyilmiş olsa idi, belə sadə və gözəl deyilə bilərdimi – bu, başqa məsələdir. –Bəri gəlgil‖ zərflik və xəbərindən sonrakı ifadə-misralar –sən‖ mübtədasının təyin-epitetlərindən ibarət həmcins xitablardır. Bu, çox mürəkkəb sintaktik əməliyyatdır. Belə elastikliklə edilibsə, bu nadir mükəmməllik də sintaksisin əlamətidir.

–Dədə-Qorqud‖ dili ilə bugünkü Azərbaycan milli dilinin lüğətindəki fərq müəyyən ölçüdə leksik vahidlərin arxaikləş- məsindən ibarətdir. Ancaq bu arxaikləşmənin özü də Azərbaycan dilinin tarixi təkamülünün tərkib hissəsidir. –Dədə-Qorqud‖un dilində fəal işlənib, zaman-zaman arxaikləşən həmin milli leksikon sonrakı mərhələlərdə Q.Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai kimi klassiklərin, həmçinin –İxtiyaratül-qəvaid‖, –Əsrarnamə‖, –Şühədanamə‖ və s. kimi tərcümə-abidələrin dilində müşahidə olunur. Azərbaycan dilinin tarixi sisteminə daxil olub, lüğət tərkibimizin ümumi inkişaf prosesi ilə bağlıdır. –Dədə-Qorqud‖un dili üçün səciyyəvi olan sağış (məhşər), sonuc, yazı (çöl), damu, uçmaq, tanıq, bəbək (bala), kəndü, şol, dünlə (gecə ikən), çəri, əsən, sayru, irmək, sayrımaq (oxumaq), ısırmaq (dişləmək), ilətmək, tümən (qeyri-müəyyən say), yayaq (piyada), qat (yan,dəfə), şimdi, ulaşmaq, sunmaq, ayıtmaq, ayağ (qədəh), alp və s. kimi onlarla söz XVII əsrə qədərki Azərbaycan ədəbi dili üçün işləkdir. Dastanın dilindəki müasir arxaizmlərin bir qismi bugünkü dialektlərimizdə qalır ki, bu da –Dədə-Qorqud‖ lüğətinin vaxtilə yalnız ədəbi dil səviyyəsində mövcud olmayıb, həm də canlı xalq ünsiyyətində işlənməsinin dəlalətidir: becid, ban, güz, yəxni, gədik, seyvan, suç, aya (əlin içi), ağırlamaq, öylə (nahar və vaxt), döşürmək, ismarlamaq, ülüş/ülüşmək, küvəzləmək, qu (xəbər), us, biləsincə (özü ilə), bozlamaq, yeng (qol), düş və s.

Dastanın dilindəkilərdən sonralar arxaikləşən leksik vahidlərin bir qismi müxtəlif abidələrdə rastlaşsa da, onun öz dili üçün çox tipikdir: qaytaban, qlağuz, ərcil, ağban, altunban (ev), qutlu, əvrən, cilasun, qont, yund (at), qavat, mərə (xitab məqamında ədat), obrilmək, bunalmaq, onarmaq, ərquru, qazlıq (qazlıq at), salqum, tat əri, ərdəmli, qulumaq, ord (yurd), bozlamaq, şülən, bezə (yazıq, miskin), göndər (dirək, mizraq), ınaq, büsərək və s. Bu spesifik dil materialı sırasına idiom, ifadə və konstruksiyaları da əlavə etmək olar:


Yüklə 47,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin