##Fakültənin adi Riyaziyyat ## Kafedranın adı: Riyaziyyat və onun tədrisi texnologiyası



Yüklə 1,75 Mb.
səhifə1/21
tarix18.01.2020
ölçüsü1,75 Mb.
#101979
  1   2   3   4   5   6   7   8   9   ...   21

##Fakültənin adi.....Riyaziyyat

## Kafedranın adı: Riyaziyyat və onun tədrisi texnologiyası

## İxtisas .....Riyaziyyat və informatika muəllimliyi

##Fənnin adi ..... Riyaziyyatın tədrisi metodikası

##Bölmə ..... Azərbaycan Qrup: Rİ-501-504

##Müəllimin adı: b/m. Məmmədov Valeh Mahmud oğlu

##Kafedra müdiri: dos.Cəfərov Allahverdi Qədir oğlu

##Kafedra üzrə işçi qrupun üzvlər:

1. dos.N.B.Nəsirov

2. b/m M.T.Rzayev

3. prof.A.S.Adıgözəlov


##book_id=215//book_name=Riyaziyyatın tədrisi metodikası//

##fk=101//ks=03//fn=215// sumalltest= 300/

##1. Riyaziyyatın tədrisi texnologiyasının məqsədi və vəzifələri. RTT-in başqa elmlərlə əlaqəsi...........................................................................................................................................1-21

## 2. Riyaziyyatın tədrisi texnologiyasının elmi tədqiqat metodları..................................... 1-20

##3. Riyaziyyat təliminin funksiyaları............................................................................... 1-21

##4. Riyaziyyat fənn kurikulumlarının xüsusiyyətləri ..............................................................1-21

##5. Riyaziyyatın təlimi prinsipləri (ənənəvi və fəal)....................................... ...................1-20

##6. Riyaziyyat təlimində istifadə olunan fəal metodları (ənənəvi və fəal).................... 1-23

##7. Riyaziyyat təliminin vasitələri.................................................................................1-21

##8. Riyaziyyat təliminin təşkili......................................................................................1-20

##9. Riyaziyyat təliminində məsələlərin rolu................................................................... 1-20

##10. Riyazi anlayışların, təriflərinin, teoremlərinin təlimi............................................. 1-20

##11. Orta ixtisas məktəblərində riyaziyyatın təlimi. Riyaziyyat təlimində sinifdənxaric işlərin təşkili, növləri aparılması......................................................................................1-23

##12. Şagird nailiyyətlərinin qiymətləndirilməsi. ........................................................... 1-20

##13. Ədədlər sisteminin təlimi. Natural, rasioanal, həqiqi ədədlərin təlimi........................................1-21

##14. Adi, onluq kəsrlər, müsbət, mənfi, kompleks ədədlər və onlar üzərində əməllərin təlimi. Riyazi ifadələr və eyni çevirmələrin təlimi........................................................................................................1-20

##15.Tənlik və bərabərsizliklərin onların sisteminə aid məsələlərin təlimi......................1-21

##16. Elementar funksiyaların öyrədilməsi.......................................................................1-20

##17. Tənliklərin ümumi həllinin öyrədilməsi. Eynigüclü tənliklərin təlimi. Tənlik qurmaqla məsələ həlli...................................................................................................... 1-20

##18. Ədədi ardıcıllığın və silsilənin təlimi. Funksiyanın limiti və kəsilməzliyinin öyrədilməsi....................................................................................................................... 1-20

##19. Məktəbdə həndəsənin məntiqi quruluşu. Planımetriyanın və sterometriyanın aksiomatikası.... 1-20

##20. Həndəsi kəmiyyətlərin təlimi....................................................................................................... 1-23

##21.Çoxüzlülərin səth və həcminin təlimi ..............................................................................1-21

##22. Yuvarlaq cisimlərin səth və həcminin təlimi.................................................................................1-21


##num= 1// level= 1//sumtest=20 // Riyaziyyatın tədrisi texnologiyasının məqsədi və vəzifələri. RTT-in başqa elmlərlə əlaqəsi
1. Bunlardan hansı riyaziyyatın tədrisi metodikasının predmetidir?

1- Riyaziyyatın tədrisi metodikasının məqsədi

2- Riyaziyyatın tədrisində əyanilik

3- Riyaziyyatın tədrisi metodikasının məzmunu

4- Riyaziyyatın tədrisi metodikasının vəzifələri

5- Riyaziyyatın tədrisi metodikasının anlayışları

A) 1, 4, 5

B) 1, 3, 4

C) 2, 3, 5

D) 1, 2, 5

E) 1, 2, 3



2. Uyğunluğu müəyyən edin.

1. öyrənilmə və ya tədqiqat üçün ayrılan varlığın bir hissəsi

2. obyektin ideallaş­dı­rıl­ması, tədqiqatçının şüurunda onun fikrən inikası

3. riyaziyyat təh­sili, təlimi və riyazi vasitələrlə tərbiyə

a. Elmin obyekti

b. Obyektin təşkili

c. Elmin predmeti

A) 1b, 2c, 3a

B) 1a, 2b, 3c

C) 1b, 2a, 3c

D) 1c, 2b, 3a

E) 1a, 2c, 3b



3. Elmin obyekti dedikdə nə başa düşülür?

A) Məktəb riyaziyyatının nəzəri əsasları başa düşülür.

B) Məktəb riyaziyyat kursunun praktik istiqamətləri başa düşülür.

C) Elmin obyekti dedikdə öyrənilmə və ya tədqiqat üçün ayrılan varlığın bir hissəsi başa düşülür.

D) Riyaziyyat tədrisinin pedaqoji əsasları başa düşülür.

E) Riyaziyyat tədrisinin psixoloji əsasları başa düşülür.



4. Elmin pred­meti dedikdə nə başa düşülür?

A) Elmi predimet dedikdə riyaziyyatın təlimi prosesində idrak marağının inkişaf etdirilməsi başa düşülür

B) Elmi predimet dedikdə riyaziyyatın tədrisi metodikasının məqsədi başa düşülür

C) Elmi predimet dedikdə riyaziyyatın təlimi prosesində fəza təsəvvürünün inkişaf etdirilməsi başa düşülür

D) Elmin pred­meti dedikdə obyektin ideallaş­dı­rıl­ması, tədqiqatçının şüurunda onun fikrən inikası kimi özünü gös­tərir.

E) Elmi predimet dedikdə riyaziyyatın təlimi prosesində şagirdlərin tərbiyə olunması başa düşülür



5. Bunlardan hansı riyaziyyat təliminin məqsədlərindən biridir?

1- Təhsil öyrətmək

2- mücərrədləşdirmə

3- tərbiyə etmək

4- sistemləşdirmə

5- proqramlaşdırma

6- inkişaf etdirmək

A) 1, 3, 4

B) 2, 4, 5

C) 1, 4, 5

D) 1, 3, 6

E) 3, 4, 5

6. Riyaziyyatın tədrisi metodikası fənni nəyi öyrənir?

1- Məktəbdə riyaziyyatın mənimsənilməsinin qanunauyğunluqlarını öyrənir.

2- Məktəbdə cəbrin öyrənilməsinin qanunauyğunluqlarını araşdırır

3- Məktəbdə həndəsənin mənimsənilməsinin qanunauyğunluqlarını öyrənir

4- Məktəbdə riyaziyyatın əsaslarının mənimsınilməsinin qanunauyğunluqlarını öyrənir

5- Məktəbdə ədədi sistemlərin mənimsənilməsinin qanunauyğunluqlarını öyrənir

A) 3, 2

B) 2, 5

C) 1, 4

D) 4, 5

E) 5, 1

7. Uyğunluğu müəyyən edin.

1. Uşaqlara riyaziyyatın element­ləri­nin, riyaziyyatın siste­matik kursunun təliminə, riyaziy­yat təhsilinin ixtisaslaşmasının həyata keçirilməsinə və s. başlanılacaq yaşın bilinməsi nəzərdə tutulur (məktəb, obyekt)

2. Riyaziyyat təli­mi­nin məz­mu­n­u­nu nəzərdə tutur.

3. Riyaziyyat təli­mi­­nin metodları, vasitələri, formalarının aşkar edilməsini nə­zər­də tutur.

4. Riyaziy­yat təliminin məqsədlərini aydınlaşdırmağa isti­qa­mət­ləndirir.

a Nə üçün öyrədirik?

b. Kimi öyrədirik?

c. Necə öyrədirik?

d. Nəyi öyrə­dirik?

A) 1a, 2b, 3c, 4d

B) 1b, 2a, 3d, 4c

C) 1c, 2a, 3b, 4d

D) 1d, 2b, 3c, 4a

E) 1c, 2d, 3a, 4d



8. Aşağıdakılardan hansı riyaziyyatın inkişaf dövrünə daxil deyil.

  1. İlkin faktların toplanılması ilə səciyyələnən riyaziyyatın yaranması dövrü;

  2. Elementar riyaziyyat dövrü;

  3. Diskret riyaziyyat dövrü;

  4. Dəyişən kəmiyyətlər riyaziyyatının yaranması dövrü;

  5. Klasik riyaziyyat dövrü;

  6. Müasir dövr

A) 4, 5

B) 2, 4


C) 3, 5

D) 1, 6


E) 1, 5
9. Riyaziyyatın tədrisi metodikası neçə hissədən ibarətdir və hansılardır?

A) kəmiyyətlərin və funksiyaların öyrənilməsi metodları

B) həndəsənin və cəbrin tədrisi metodikası

C) cəbr və analizin başlanğıcının tədrisi metodikası

D) ümumi və xüsusi metodikalar

E) riyaziyyatın və həndəsənin tədrisi metodikası


10. Riyaziyyatın tədrisi metodikasına verilən tərif aşağıdakılardan hansıdır:

1-Tədris fənni kimi riya­ziy­yat haqqında və müxtəlif yaş qruplarından olan şagird­lərə riya­ziyyat təlimi prosesinin qanunauyğunluqları haq­qında elmdir.

2- Riyaziyyat ədədi sistemləri və kəmiyyətləri öyrənir

3- Riyaziyyat fəza formaları və kəmiyyət nisbətlərini öyrənir.

4- Riyaziyyat strukturlar və onların modelləri əsasında ümümiləşdirilmiş mücərrəd aləmi öyrənir

5- Riyaziyyat fiqurları və kəmiyyətləri öyrənir

6- Riyaziyyat çoxluqları və funksiyaları öyrənir

A) 2, 3


B) 1, 4

C) 3, 4


D) 4, 5

E) 5, 6


11. Məktəb riyaziyyat kursunun əsas məzmun xətləri:

A) Tam ədədlər, həndəsə, ölçmələr, ehtimal və riyazi statistika, xətti və yüksək dərəcəli tənliklər, çoxüzlülər, ehtimal nəzəriyyəsinin elementləri

B) Ədədlər və əməllər, cəbr və funksiyalar , natural ədədlər, üstlü və loqarifmik tənliklər, dördbucaqlılar, birləşmələr

C) Ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə, ölçmələr, ehtimal və riyazi statistika

D) Həqiqi ədədlər, triqonometrik tənliklər və bərabərsizliklər, sahələr, fəza fiqurları, təkrarsız birləşmələr

E) Cəbr və funksiyalar, həndəsə, kompleks ədədlər, tənliklər sistemi, həcmlər, müstəvi fiqurlar.


12. Hazırda dünyəvi riyazi təhsil sisteminin inkişafına verilən tələblərdən biri:

1- Vətəndaşların riyazi mədəniyyəti və peşə ixtisasları səviyyəsinə verilən tələblərin yüksəldilməsi

2- Vətəndaşların hesablama mədəniyyətləri və riyazi qabiliyyətlərinə verilən tələblərin artırılması

3- Vətəndaşların komputerdən istifadə mədəniyyətlərinin və tərbiyə edicilik səviyyəsinin artırılması

4- fasiləsiz riyazi təhsil sisteminin yaradılması

5- Şagirdlərdə riyaziyyata maraq və onun təcrübəyə tətbiqi istiqamətində aparılan işin səviyyəsinə verilən tələblərin yüksəldilməsi

A) 4, 3


B) 3, 5

C)5, 1


D) 2, 4

E) 1, 4
13. Kurikulum məzmun xəttinə aşağıdakılardan hansı daxil deyil.

A) İnformasiya təminatı və nəzəri biliklər;

B) Milli qiymətləndirmə

C) Hərəki bacarıq və vərdişlər;

D) Hərəki qabiliyyətlər;

E) Şəxsiyyətin mənəvi- iradi xüsusiyyətlərinin formalaşması
14. Uyğunluğu müəyyən edin

1. Milli qiymətləndirmə

2. Yol, istiqamət bildirir

3. Fənn kurikulumu qiymətlədirmə standartlarının səviyyələri



a. Milli kurikuluma aid deyil

b. Kurikulumu ifadə edir

c. Məzmun xəttinə daxil deyil

A) 1a, 2c, 3b

B) 1a, 2b, 3c

C) 1b, 2a, 3c

D) 1c, 2b, 3a

E) 1c, 2a, 3b



15. Kurikulum islahatlarını zəruri edən səbəblər hansılardır?

1-Cəmiyətdə yeni içtimai münasibətlərin yaranması

2-Siyasi və sosial competensiyalar

3-Planlı iqtisadiyyatdan bazar iqtisadiyatına keçid

4-Dünya təhsil sisteminə inteqrasiya

A) 1,3,4


B) 1,4,2

C)1,2,3


D) 2,3,4

E) 1, 2, 4


16. Milli Kurikulum hazırlanarkən aşağıda göstərilən prinsiplərin hansi nəzərə alınmamışdır?

A) Şəxsiyyətyönümlük

B) Nəticəyönümlük

C) Subyektlivlik

D) Tələbyönümlük

E) Bilikyönumlük


17. Yeni fənn kurikulumlarının xüsusiyyətlərini seçin.

1- Fənn kurikulumları nəticəyönümlü xarakter daşıyır.

2- Fənn kurikulumları elmi potensialı çoxdur.

3- Fənn kurikulumları şagirdyönümlüyü ilə seçilir.

4- Fənn kurikulumlarında potensial əsaslıdır.

A) 1, 2, 4

B) 1, 3, 4

C) 2, 3, 4

D) Heç biri

E) 1, 2, 3


18. Fənn kurikulumlarının strukturunu müəyyənləşdirin.

A) Şagirdlərin yekun biliklərinin qiymətləndirilməsi

B) Giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarektirik xüsusiyyətləri, təllim strateguyaları

C) Ümumi təlim nəticələri, məzmun xətləri, məzmun standartları

D) Ümumi təlim nəticələri, məzmun xətləri, müəllimin təlim fəaliyətinin planlaşdırılmasına aid nümunələr

E) Giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, təlim strategiyaları. Şagird naliyətlərinin qiymətləndirilməsi


19. Uyğunluğu müəyyən edin

1. Giriş, fənnin məqsəd və vəzifələri, fənnin xarakterik xüsusiyyətləri, təlim strategiyaları. Şagird naliyətlərinin qiymətləndirilməsi

2. Şagirdyönümlüdür, şəxsiyyətyönümlüdür, nəticəyönümlüdür, qiymətləndirmə standartları müəyyən edilib.

3. Təlimin məzmununu təşkili və qiymətləndirilməsinə bəhs edən konseptual bir sənəddir

a. Kurikulumun xüsusiyyəti

b. Kurikulumlarının strukturunu

c. Kurikulumun sahəi

A) 1b, 2c, 3a

B) 1a, 2b, 3c

C) 1c, 2b, 3a

D) 1b, 2a, 3c

E) 1c, 2a, 3b



20. Kurikulumun əsas komponentini təşkil edən məzmun standartlarını məntiqi ardıcıllıqla göstərin.

  1. Fənn üzrə veriləcək bilik, bacarıq və vərdişləri özündə əks etdirir.

  2. Təlimdə başlıca məqsəd bilikləri təkcə yadda saxlamaq deyil, həmdə tətbiq etməkdir.

  3. Qiymətləndirmə həm sinif, həm də nazirlik səviyyəsində həyata keçirilir.

  4. Tapşırıqlar test vasitəsilə yoxlanılıb qiymətləndirilir.

A) 2, 4, 3, 1

B) 1, 2, 3, 4

C) 1, 2, 4, 3

D) 4, 3, 2, 1

E) 4, 1, 2, 3
21. Əsas standartların funksiyalarını seçin.


  1. Fənlər üzrə müəyyən olunan təlim nəticələrini məzmun xətləri üzrə ümumi şəkildə ifadə edir.

  2. İnformasiyalar yaddaşlarda mühafizə edilməli deyil.

  3. Sinif və siniflər üzrə summativ qiymətləndirmə aparılması təmin edilir.

  4. Fənn üzrə təlimin təşkilinə verilən əsas tələblər.

  5. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr.

A) 2, 4

B) 2, 3


C) 3, 4

D) 4, 5


E) 1, 3
##num= 2// level= 1//sumtest=20 // Riyaziyyatın tədrisi texnologiyasının elmi tədqiqat metodları
1. Uyğunluğu müəyyən edin:

          1. Beyin həmləsi

          2. Perespektiv planlaşdırma

          3. Fərdi iş

  1. Fəaliyyətin planlaşdırılması

  2. Təlim üsulları

  3. Iş formaları

A) 1c; 2a; 3b

B) 2a; 1c; 3b

C) 3a; 1b; 3c

D) 1b; 2a; 3c

E) 1a; 2b; 3c

2. Uyğunluğu müəyyən edin.

1. Problem situasiyanın yaradılması

2. Şagird tədqiqatçı, müəllim fasilitator

3. Dialoq və əməkdaşlığın zəruriliyi

4. Psixoloji dəstək, hörmət və etibar

a. Şagird subyektiv rolunda çıxış edir

b. Şagird qarşısında problem qoyulur

c. Təlim dialoji şəkildə həyata keçirilir

d. Şagird dəstəklənməsi onların idrak fəallığını saxlamaq vasitəsidir

A) 1b, 2d, 3c, 4b

B) 1c, 2d, 3a, 4d

C) 1a, 2c, 3d, 4-b

D) 1d, 2a, 3b, 4c

E) 1b, 2a, 3c, 4d



3. Müasir təlimdə həm aktiv (fəal), həm də interaktiv təlim prinsiplərinə neçə məqamdan yanaşılır?

A) 4


B) 3

C) 2


D) 5

E) 1


4. Fəal dərsin quruluşu neçə mərhələdən ibarətdir?

A) 4


B) 7

C) 5


D) 6

E) 3


5. Motivasiya nədir?

A) faktların öyrənilməsi yeni biliklərin kəşfi deməkdir

B) Materialın təqdim olunma üsulları və formalarıdır

C) Fərziyyələrin irəli sürülməsi ilə bağlı müsbət emosiyalar təcrübədir

D) Psixoloji amil kimi hər hansı fəaliyyətin mexanizmini işə salan qüvvədir.

E) İdrak fəallığının artırılması və şagirdlərin bilik, bacarıq və vərdişlərinə verilən tələblər



6. Təlim üsulunun müəyyənləşdirilməsi nədən asılı deyil?

A) tapşırıqdan

B) mövzudan

C) tədqiqat sualından

D) təlim nəticəsindən

E) heç biri



7. Hansı cərgədə sadalananların hamısı üsul deyil?

A) Auksion, BİBÖ

B) Şaxələndirmə, Venn diaqramı

C) Kiçık qrupda müzakirə, BİBÖ

D) Akvarium, səhnələşdirmə

E) Əqli hücum, cütlərlə iş



8. İnteqrasiyanın novləri hansılardır?


      1. fəndaxili

      2. fənlərin əlaqələndirilməsi

      3. fənlərarası

      4. fənlərin birləşdirilməsi

A) 1, 2

B) 2, 4

C) 1, 3

D) 3, 4

E) 1,4

9. BİBÖ abveturası nə bildirir?

A) Bilirəm. İstəyirəm bilim. Öyrəndim

B) Bilmirəm. İstəyirəm bilim. Öyrənərdim.

C) Bilmədiklərim. İstəyirəm bilim. Öyrənərdim.

D) Bilmək istəyirəm. Bildim. Öyrəndim

E) Öyrənirəm, bilirəm



10. Təlim üsullarını seçin.

1. Müzakirə

2. Qeyri-standart dərs

3. Beyin həmləsi

4. Kiçik qruplarla iş

5. Venn diaqramı

6. Debatlar

7. Dərs oyunu

A) 3, 4, 5, 6

B) 1, 2, 4, 6

C) 1, 4, 5, 7

D) 1, 3, 5, 6

E) 3, 5, 6, 7



11. Təlim üsullarını seçin

1. qruplarla iş

2. karusel

3. BİBÖ

4.ziqzaq

5.auksion

6.cütlərlə iş

A) 1, 2, 4, 5

B) 2, 3, 4, 5

C) 2, 4, 5, 6

D) 1, 3, 5, 6

E) 3, 4, 5, 6



12. Təlimin təşkilinə aid deyil:

A) Təklif

B) Pedaqoji prosesin tamlığı

C) Şagirdyönümlülük

D) Dəstəkləyici mühitin yaradılması

E) Nəticəyönümlülük



13. Dərsin səmərəli təşkili müəllimdən nə tələb edir

A) Çalışqanlıq

B) məsuliyyət

C) Dərsin bilik və pedaqoji məharəti

D) İstedad

E) Hamısı


14. Mənimsəməni təmin edən təlim necə baş verməlidir?

A) Şagirdlər problem həllinə əsaslanan layihələrə cəlb edilməklə praktik məsələlərdən nəzəri prinsiplərə doğru istiqamətləndirilir.

B) Cari planlaşdırmanın düzgün yerinə yetirilməsi nəticəsində

C) Şagirdləri kollektiv və qruplar şəklində təhsilə istiqamətləndirilir

D) Şagirdyönümlülük prinsipinə istiqamətləndirməklə

E) Təlimdə bərabər imkanların yaradılması istiqamətində



15. Hansı təlim üsullarına üstünlük verilməlidir?

A) Şagirdlərin idrak fəallığının artırılmasına üstünlük verilməlidir

B) Proqramlaşdırılmış test tapşırıqlarına üstünlük verilməlidir. Bu üsul vasitəsilə şagirdlərin idrak fəallığı inkişaf edir

C) Layihələr üsuluna üstünlük verilməlidir. Bu üsul vasitəsilə şagirdlər problemlərin həll edilməsinə istiqamətlənməlidirlər.

D) Şagirdlərin hərtərəfli inkişafına

E) Diaqnostik və cari qiymətləndirmə üsullarına



16. Biri təlimin təşkilinə verilən tələblər arasında verilə bilməz

A) Dəstəkləyici mühütün yaradılması

B) Pedoqoji prosesin tamlığı

C) Fəaliyyətin stimullaşması

D) Biliklərin reproduksiyası

E) Biliklərin korreksiyası



17. Aşağıdakılardan hansı təlimin təşkilinə verilən tələblərə daxil deyil?

A) Dəstəkləyici mühitin yaradılması

B) Bilikyönümlüdür

C) Təlimdə bərabər imkanların yaradılması

D) Fəaliyyətin stimullaşdırılması

E) Nəticəyönümlüdür



18. Uyğunluğu müəyyən edin

1. Problem-situasiyanın yaradılması

2. Şagird-tədqiqatçı , müəllim-fasilitator

3. Dialoq və əməkdaşlığı zəruriliyi

4. Psixoloji dəstək: hörmət və etibar

a- Şagird subyekt rolunda çıxış edir

b- Şagird qarşısında problem qoyulur

c- Təlim dialoji şəkildə həyata keçirilir

  1. Şagirdin dəstəklənməsi onların idar fəallığını saxlamaq vasitəsidir

A) 1d, 2a, 3b, 4c

B) 1c, 2d, 3a, 4b

C) 1a, 2c, 3d, 4b

D) 1b, 2a, 3c, 4d

E) 1c, 2d, 3b
19. Aşağıdakılardan hansı təlimin təşkilinə verilən əsas tələblərə aid deyil

A) Şagirdyönümlülük

B) Pedaqoji prosesin tamlığı

C) Təlimdə bərabər imkanların yaradılması

D) Nəticəyönümlülük

E) Inkişafyönümlülük



20. Dərsin səmərəli təşkili və uğurlu təlim nəticələrin əldə olumasına aiddir?

A) Təlim üsullarından istifadə

B) Iş formalarından istifadə

C) Standartların seçilməsi

D) Dərs mərhələlərindən ardıcıl istifadə

E) Interaktiv təlim metodlarına ehtiva etmək




##num= 3// level= 1//sumtest=21 // Riyaziyyat təliminin funksiyaları
1. Aşağıdakı təriflərdən hansı anlayışa verilən tərifdir?

a-cisim və hadisələrin ümumi və mühüm əlamətlərinin inikasından ibarət olan təfəkkür formasına anlayış deyilir.

b-Ümumi anlayışlar müəyyən cisim və hadisələr qrupunun mühüm və ümumi əlamətlərinin əks etdirir.

c-Müəyyən cins əşyalara aidliyi zəruri olan və onları digər cins əşyalardan fərqləndirən əlamətlərə mühüm əla­mətlər deyilir.

A) Yalnı b

B) Yalnız a

C) Yalnız c

D) a, b

E) a, c


2. Bunlardan hansı riyaziyyat təlimində təfəkkür formasıdır?

1- Anlayış

2- Tənlik

3- Müəllimin şərhi

4- Xüsusiləşdirmə

5- Müqayisə

A) Yalnız 3

B) 3,2

C) 5,1


D) 2,4

E) Yalnız 1



3. Təfəkkürün əsas formaları hansılardır?

1- Anlayış, hökm, əqli nəticə

2- Teorem, məsələ, aksiom

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin