İxtisas ---- İSM
Kurs ----- II kurs
Fənn------ Ana dilinin tədrisi metodikası
Müəllim : T.Qəbulova
MÖVZU:1. Müasir təlim formaları,iş üsulları və texnikaları
PLAN:
1.Müasir təlim formaları haqqında məlumat
2.Qruplarla,cütlərlə,kollektivlə,fərdi iş formaları
3.İş üsulları və texnikaları haqqında məlumat
4.BEYİN HƏMLƏSİ ,BİBÖ;Müzakirə; Venn diaqramı; Klaster;
5. Anlayışın çıxarılması, Suallar, Problemli vəziyyət,Akvarium və s.haqqında məlumat.
ƏDƏBİYYAT SİYAHISI
1.Y.Ş.Kərimov. İbtidai siniflərdə ana dilinin tədrisi metodikası. Bakı, 1997.
2.Orta məktəbdə Azərbaycan dilinin tədrisi metodikası. II hissə, Maarif, 1977.
3.A.Abdullayev. İbtidai məktəbdə Azərbaycan dili tədrisinin metodikası. Bakı, 1962.
4.B.Əhmədov. Azərbaycandilitəltimininqanunları, prinsiplərivəmetodları. Bakı, 1974.
5.Y.Kərimov Ana dilinin tədrisi metodikası (dərslik) “Kövsər ”nəşriyyatı
Bakı, 2011,2015
6.Ş.Nəbiyeva Ana dili tədrisi metodikasının aktual problemləri . Bakı,2010
7.A.Məmmədov Azərbaycan dilinin tədrisi tarixi (dərs vəsaiti). Bakı,2011
8.Y.Kərimov Ana dili tədrisi metodikasının nəzəri problemləri . Bakı,2005
9.İbtidai siniflərdə “ Müəllim üçün metodik vəsait”I,II,III,Ivsiniflər üçün
Kurikulumda müəyyənləşdirirlmiş standartlara uyğun bilik və bacarıqların formalaşdırılması üçün ənənəvi təlim metodları ilə yanaşı aşağıdakı interaktiv üsulların istifadəsi tövsiyə olunur:
• Beyin həmləsi (əqli hücum),
• BİBÖ;
• Müzakirə;
• Venn diaqramı;
• Klaster;
• Anlayışın çıxarılması
• Suallar,
• Problemli vəziyyət və s.
1. BEYİN HƏMLƏSİ
Bu üsul əqli hücum da adlandırılır. Şagirdlərdə yeni mövzuya maraq oyatmaq, habelə onların nəyi yaxşı (və ya pis) bildiklərini aydınlaşdırmaq məqsədilə bu üsuldan istifadə olunur. Hazırlanmış sual lövhədə yazılır, yaxud şifahi şəkildə şagirdlərin diqqətinə çatdırılır. Şagirdlər suallara əsasən fikirlərini bildirirlər.Bütün ideyalar şərhsiz və müzakirəsiz yazıya alınır. Yalnız bundan sonra söylənilmiş ideyaların müzakirəsi, şərhi və təsnifatı başlayır. Aparıcı ideyalar yekunlaşdırılır,
şagirdlər söylənmiş fikirləri təhlil edir, qiymətləndirir.
Dərsdə 5-10 dəqiqə ərzində şagirdlərin öyrənilən mövzu, problemin həlli yolları üzrə müxtəlif ideyaları irəli sürməsi vasitəsi kimi istifadə olunur. Ədəbiyyat dərslərində problemli vəziyyətin yardılması üçün gərək olan ilkin ideyanın formalaşmasında beyin həmləsi əvəzsiz rol oynayır.
Beyin həmləsi şagirdlərin yeni bilikləri üzə çıxarmağa, müzakirə olunan məsələyə maraq oyadır.
Əqli hücum şagirdlərin yeni mövzu üzrə biliklərini sürətlə üzə çıxarmağa, onlarda müzakirə olunan məsələyə maraq oyatmağa imkan verir. Bu metodun tətbiqi şagirdləri fəallaşdırır, verilən suala tez və düzgün cavab tapmağa, müxtəlif ideyalar irəli sürməyə həvəs yaradır.
Əqli hücum tətbiq edilərkən müəllim həll olunmalı problemi elan edir. Sual lövhəyə yazılır və ya şifahi şəkildə verilir. Əqli hücum zamanı yeni mövzu ilə əlaqədar hər hansı bir fikrin, ifadənin tamamlanması üçün mümkün variantları müəyyənləşdirmək tapşırığı vermək də məqsədəuyğundar.
Müəllim mümkün qədər çox şagirdin fikir söyləməsinə nail olmalıdır. Şagirdlər vaxt itirmədən problemlə bağlı yığcam şəkildə müxtəlif ideyalar, təkliflər irəli sürürlər. Söylənilən bütün mülahizələr heç bir şərh verilmədən, tənqidi münasibət bildirilmədən lövhədə qeyd olunur. Sonra təhlil, müzakirə mərhələsi gəlir. Müxtəlif ideyalar qiymətləndirilir, lehinə və əleyhinə fikirlər söylənilir. Şagirdlər müzakirə olunan problemin həlli üçün faydalı hesab etdikləri ideyaları seçirlər.
2. AKVARİUM
Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır.15-20 dəqiqədən sonra diskussiya dayandırılır, “xarici dairənin” iştirakçıları diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər problemin müzakirəsini davam etdirirlər.
“Akvarium”un keçirilməsinin 2-ci variantı:
“Daxili dairənin” iştirakçıları müəllimin təklif etdiyi problemi müzakirə edir və birinci variantdan fərqli olaraq iştirakçılar bu zaman yalnız problemin “lehinə” olan dəlilləri söyləyirlər.
Digər qrupun üzvləri xarici dairədə stullarda əyləşirlər,dəlilləri dinləyir, yazıya alır, təhlil edir, öz əks dəlillərini hazırlayırlar.15-20 dəqiqədən sonra diskussiya dayandırılır, xarici və daxili dairədən olan şagirdlər öz yerlərini dəyişirlər. Onlar əvvəlki iştirakçıların dəlillərini təkzib etmək üçün diskussiya aparırlar.
Burada qrupların vahid fikrə gəlməsi önəmli deyil.
3. AUKSİON
Müəllim öyrənilən məsələni müəyyən edərək şagirdləri auksionun keçirilmə qaydaları haqqında təlimatlandırır. Öyrənilən əşya və ya hadısənin xüsusiyyətləri ardıcıl şəkildə adlandırılır.Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən sonra müəllim sayır. “Bir, iki”. Bu zaman başqa iştirakçı tez təklif verə bilər. Sonuncu təklif verən qalib sayılır .Fikirlər birbirini təkrarlamamalıdır. Bunun üçün hamı bir-birini dinləyir.
Nümunə:
Riyaziyyat dərsində müəllim 7 ədədinin tərkibini keçərkən sinfə “7 ədədini necə aldınız? “ sualını verməklə auksion keçirir.
Müəllim üçün məlumat
Mümkün olan cavablar:
1)6+1=7 2)4+3=7 3)2+5=7 4)5+2=7 5)3+4=7 6)1+6=7 7)1+1+1+1+1+1+1=7
Oyunda axırıncı mümkün cavabı verən şagird “Auksion”u qazanır.
4.ZİQZAQ
Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən mənimsənilməsinə imkan yaradır. Şagirdlər dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplardakı şagirdlər yenidən nömrələnir. Hər qrupdakı eyni rəqəmli şagirdlərdən yeni qrup (ekspert qrupu) yaradılır. Öyrəniləcək mətn qrupların sayı qədər hissələrə bölünür və ekspert qruplarına verilir. Ekspert qrupları onlara verilən hissəni oxumalı və məzmununu qavramalı və öz əvvəlki qrupuna qayıdaraq öyrəndiyi hissəni onlara danışmalıdır.Bu zaman müəllim informasiyanın dəqiq verildiyinə əmin olmaq üçün suallar verə bilər.
5.MÜHAZİRƏ
Mühazirə məlumatın müəllimdən şagirdə ötürülmə üsuludur. Bu üsuldan mövzu ilə bağlı məzmunun zənginləşdirilməsi, tamamlanması məqsədilə istifadə etmək məqsədəuyğundur. Belə qısa mühazirələr 10-15 dəqiqə ərzində aparılır.
Mühazirə ilə bağlı aşağıdakı məsələlərə nəzər yetirmək məqsədə müvafiqdir:
• Mühazirənin məqsəd və vəzifələrini dəqiq müəyyənləşdirmək,
• Plan tərtib etmək və onu şagirdlərə paylamaq (və ya lövhədə yazmaq).
• Əyani və texniki vasitələrdən istifadə etmək.
• Müəllim mühazirə prosesini verbal (suallar vermək) və vizual (şagirdlərin sifətlərinin ifadəsini və jestlərini müşahidə etmək) tənzimləməlidir.
6.KARUSEL
Dərsdən əvvəl iri ağ kağızlarda (vatman) mövzuya aid suallar yazılır. Müəllim qruplara müxtəlif sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur və bir cavab yazır. Kağızlar saat əqrəbi istiqamətində müəllimin köməkliyi ilə qruplara ötürülür. “Karusel” kimi kağızlar bütün digər qruplardan keçərək axırda öz qrupuna qayıdır. Müəllim bu kağızları yazı lövhəsinə yapışdırır və bütün sinif cavabları müzakirə edir.
7.KLASTER (şaxələndirmə)
Müəllim tərəfindən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli sözlər xətlərlə birləşdirilir. Vaxt bitənə qədər mümkün qədər çox fikir yazmaq və onları əlaqələndirmək tövsiyə olunur.Vaxt bitəndən sonra alınan klaster müzakirə edilir və ümumiləşdirmə aparılır.
8.SUALLAR
Suallar dərs prosesində tədqiqatların səmərəli qurulmasını stimullaşdırır. Şagirdlərin idrak fəallığının artırılmasında böyük rol oynayır.
Sualların sayının 4-5 arasında olması məqsədəuyğundur. Sualların qoyuluşu tənqidi təfəkkürün inkişafına doğru yönəldilməli, məntiqi ardıcıllıq gözlənilməli, məzmunlu və mövzu ilə bilavasitə əlaqəli olmalıdır.
9.BİB(Bilirəm/İstəyirəm bilim/Öyrəndim)
BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır:
• Problem müəllim tərəfindən elan edilir.
• Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: – Bilirəm/İstəyirəm bilim/Öyrəndim
• Şagirdlər problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda qeyd olunur.
• Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır.
• Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı öyrəndikləri üçüncü sütunda qeyd edilir. Dərsdə 5-10 dəqiqə ərzində şagirdlərin öyrənilən mövzu, problemin həlli yolları üzrə müxtəlif ideyaları irəli sürməsi vasitəsi kimi istifadə olunur. Ədəbiyyat dərslərində problemli vəziyyətin yardılması üçün gərək olan ilkin ideyanın formalaşmasında beyin həmləsi əvəzsiz rol oynayır.
Beyin həmləsi şagirdlərin yeni bilikləri üzə çıxarmağa, müzakirə olunan məsələyə maraq oyadır.
Əqli hücum şagirdlərin yeni mövzu üzrə biliklərini sürətlə üzə çıxarmağa, onlarda müzakirə olunan məsələyə maraq oyatmağa imkan verir. Bu metodun tətbiqi şagirdləri fəallaşdırır, verilən suala tez və düzgün cavab tapmağa, müxtəlif ideyalar irəli sürməyə həvəs yaradır.
Əqli hücum tətbiq edilərkən müəllim həll olunmalı problemi elan edir. Sual lövhəyə yazılır və ya şifahi şəkildə verilir. Əqli hücum zamanı yeni mövzu ilə əlaqədar hər hansı bir fikrin, ifadənin tamamlanması üçün mümkün variantları müəyyənləşdirmək tapşırığı vermək də məqsədəuyğundar.
Müəllim mümkün qədər çox şagirdin fikir söyləməsinə nail olmalıdır. Şagirdlər vaxt itirmədən problemlə bağlı yığcam şəkildə müxtəlif ideyalar, təkliflər irəli sürürlər. Söylənilən bütün mülahizələr heç bir şərh verilmədən, tənqidi münasibət bildirilmədən lövhədə qeyd olunur. Sonra təhlil, müzakirə mərhələsi gəlir. Müxtəlif ideyalar qiymətləndirilir, lehinə və əleyhinə fikirlər söylənilir. Şagirdlər müzakirə olunan problemin həlli üçün faydalı hesab etdikləri ideyaları seçirlər.
BİBÖ (nəyi bilirik, nəyi bilmək istəyirik, nəyi öyrəndik və nəyi öyrənməliyik) şagirdlərin əvvəlki biliyi, təcrübəsi ilə yeni biliklər arasında əlaqə yaratmağa imkan verir, mövzu, problem barədə düşünməsini təmin edir.
Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri qeyd edir: “Nəyi bilirik”, “Nəyi bilmək istəyirik”, “Nə öyrəndik və hələ nələri öyrənməliyik”.
Şagirdlər əvvəl mənimsəmiş olduqları bilikləri bir daha nəzərdən keçirir və öyrənmək, cavabını tapmaq istədiyi məsələləri, sualları müəyyənləşdirir. Bu məqsədlə müəllim özü və ya şagirdlər cütlər, qruplar halında mətni oxuyur.
Cütlər və ya qruplar mövzu barəsində əvvəlki biliklərinə dair qeydlər aparırlar. Mətn oxunduqdan sonra müəllim ikinci sütundakı suallara qayıdır, əgər mətndə sualların cavabları verilibsə, onları üçüncü sütunda qeyd etməyi tapşırır.
Şagirdlərin qeydləri dinlənilir, məqsədəuyğun sayılan cavablar müvafiq sütunda qeyd edilir. Şagirdlər əvvəlki biliklərini (birinci sütunda qeyd edilənləri) yeni öyrəndikləri biliklərlə (yeni öyrənilənlər sütunundakı məlumatla) müqayisə edir, nəticə çıxarırlar.
Ədəbiyyat dərslərində istifadə ediləcək təlim metod və texnika nümunələri sırasında auksion, anlayışın çıxarılması, rollu oyun, debat, şaxələndirmə və başqalarından səmərəli şəkildə istifadə etmək üçün onları yalnız məqamında işlətmək tələb olunur.
10.ROLLU OYUN
Rollu oyunlar hər hansı bir problemə müxtəlif nöqteyi-nəzərdən yanaşmağı tələb edir. Bu üsul şagirdlərə hadisələrin iştirakçısı olmaq və mövcud vəziyyətə başqalarının gözu ilə baxmaq imkanı verir.
11.ANLAYIŞIN ÇIXARILMASI
Bu üsul oyun- tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq yaradır.Müəllim lövhədə dairəvi kart asır, onun arxasında şagirdlərdən tələb olunan anlayışı yazır. Kartın yazı olmayan tərəfini şagirdlərə göstərir və gizlədilmiş anlayışların xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayır və ya yazır. Şagirdlər həmin xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar. Əgər şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq yeni xüsusiyyətlər sadalayır.
Şagirdlər öz fərziyyələrini dedikdən sonra müəllim bu tapmacananın tapilib-tapilmamsını hamıya çatdırır və kartoçkalarda yazılan sözləri açıqlayır.
12.MÜZAKİRƏ
Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır.
Müzakirə dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi və tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir.
Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır. Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “Bəli” və ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir.
Müzakirədə mövzuya aid “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin fikrinizcə, həmin obraz nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?” kimi suallardan istifadə olunur.
Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır.
Müzakirə dinləmək, təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi və tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir.
Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır. Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni tənzimləyir. Bu zaman cavabı “Bəli” və ya “xeyr” olan qapalı suallar vermək məqsədəuyğun hesab edilmir.
14.SÖZ ASSOSİASİYALARI
Bu üsuldan istifadə edilərkən öyrəniləcək mövzuya aid əsas söz (və ya söz birləşməsi) lövhəyə yazılır. Şagirdlər həmin söz ilə bağlı ilk xatırladıqları fikirləri söyləyir və həmin fikirlər müəllim tərəfindən lövhəyə yazılır.Mövzu ilə bağlı olan sözlər deyilən fikirlərin arasından seçilir və əlaqələndirilir, onlardan anlayış və yaxud ideya çıxarılır.Bu anlayış əsasında yeni materialın öyrənilməsinə başlanır. Bu üsul həm də şifahi formada tətbiq edilə bilər.
15.PROBLEMLİ VƏZİYYƏT
Bu üsul tənqidi təfəkkürü, təhliletmə və ümumiləşdirmə vərdişlərini inkişaf etdirir.Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır.
Şagirdlər 4-5 nəfərlik qruplara bölünür. Problemli vəziyyət əks olunmuş iş vərəqləri uşaqlara paylanır. Hər qrup təklif edilən vəziyyətlərdən birini müzakirə edir və həlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə aparılır.
16. VENN DİAQRAMI
Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur.Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır.
–Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir
–Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanır)
–I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur
–Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə danışılır).
–Müqayisə olunan obyektlər təsvir edilir: (fərqli cəhətlər sağ və sol tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).
–Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir.
16. LAYİHƏLƏRİN HAZIRLANMASI
• Layihələrin hazırlanması müxtəlıf mövzuların müstəqil şəkildə tədqiq edilməsidir. Şagirdlər öz layihələrini təqdim etməzdən əvvəl uzun müddət onun üzərində işləyirlər. Layihələr şagirdlərin tədqiqat vərdişlərinin, biliklərə müstəqil yiyələnmə bacarıqlarının formalaşmasında mühüm rol oynayır, onlara müstəqil şəkildə öz fəaliyyət proqramlarını qurmağa, habelə öz vaxtını və işini qrafik üzrə planlaşdırmağa kömək edir.Bu üsul həmçinin şagirdlərin bir-biri ilə, eləcə də məktəbdən kənarda müxtəlif adamlarla qarşılıqlı əlaqəsi üçün şərait yaradır, hadisələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir, əlavə ədəbiyyatdan istifadə etməyə istiqamətləndirir.
• Layihələr hazırlayarkən müəllim mövzu və ya problemi müəyyən edir və sinfə bunlardan birini seçmək imkanı verir. Problem həmçinin sinif tərəfindən “əqli hücum ” üsulu ilə seçilə bilər. • Problem konkret olmalıdır. Müəllim və şagirdlər birlikdə layihə üzərində işin başlama və başa çatma müddətini, istifadə olunacaq əyani vasitələri (ədəbiyyatlar, mənbələr, təsviri vasitələr və s.) bunları əldə etmək yollarını, iş formalarını (fərdi yoxsa, qrup şəklində) müəyyən edirlər.• İş prosesində müəllim suallara cavab verə və ya yol göstərə bilər. İşin icrasına isə şagirdlər özü cavabdehdir. • Tədqiqatın nəticəsi hesabat, xəritə, illüstrasiya, fotoşəkillər cədvəllər, qrafiklər, formasında ifadə oluna bilər.
17.SORĞU VƏRƏQLƏRİ VƏ MÜSAHİBƏ
Bu üsullar araşdırılan məsələ ilə bağlı fakt və hadisələr haqqında müəyyən qrupların ictimai rəyini öyrənmək məqsədilə aparılır.
• Sorğu vərəqi araşdırılan məsələ ilə bağlı tərtib edilir və burada suallar qoyulur. Sorğuda iştirak edənlər bu vərəqi müstəqil doldurur.
• Müsahibə isə araşdırılan məsələ ilə bağlı məlumat almaq üçün aparılır.
• Bu üsullardan istifadə edərkən aşağıdakı mərhələlərin gözlənilməsi məqsədə müvafiq hesab edilir:
• Problemi müəyyən etmək
• İşi təşkil etmək (Sorğu və ya müsahibə keçirmək üçün suallar hazırlamaq)
• Məlumatları toplamaq ( Sualların cavablarını toplamaq).
• Əldə edilmiş məlumatları təhlil etmək və ümumiləşdirmək
18.Təqdimat
Fəal (interaktiv) təlim metodları ilə aparılan dərslərin mühüm elementləeindən biri olan təqdimat şagirdin tədqiqat fəaliyyətinin göstəricisi sayılmalıdır. Bu metod şagirdlərə imkan verir ki, o, tədqiqatın nəticəsini müxtəlif yollarla təqdim edə bilsin, öz fikirlərini dəqiq ifadə etmək, mükəmməl nəticə çıxarmaq bacarığına yiyələnsin. Təqdimata hazırlaşan şagird qrup halında işləyəndə ünsiyyət mədəniyyətinə yiyələnir, fikir bölüşməyi bacarır. Belə olduqda isə onun (onların) hazırladıqları təqdimat dəqiq olur, ya xşı tərtibatı ilə diqqəti cəlb edir.
Təqdimata hazırlaşan şagirdlər təqdimatın hansı formada keçirmək barədə qaydalara yiyələnirlər. Müəllim təqdimatın növü və onun keçirilməsi qaydaları barədə şagirdləri təlimatlandırmalıdır. Bu təlimatlara əməl edən şagird vaxtdan səmərəli istifadə etməyə, fikrini daha dəqiq və yığcam şəkildə ifadə etməyə əvvəlcədən hazır olur. Təqdimatı keçirərkən ona şərh verməyi bacarır. Təqdimat müzakirə olunur və meyar cədvəli əsasında qiymətləndirilir.
Təqdimat fərdi və ya qrup şəklində həyata keçirilə bilər.
19.Kublaşdırma
Bu, tədqiqat metodlarından biri olub mövzunun hərtərəfli öyrənilməsinəə şərait yaradır. Kublaşdırma vasitəsilə şagird mövzunu təsvir və müqayisə etməyə, əlaqələndirməyə, təhlilə, tətbiq və mübahisəyə yönəldir. Bu zaman şagirdin tənqidi və məntiqi təfəkkürü inkişaf edir, mövzuya hərtərəfli baxışı, qiymətləndirmə bacarığı, əməkdaşlıq vərdişləri formalaşır.
Bu metod müəllimə imkan verir ki, mövzunu, vəziyyəti ətraflı tədqiq etsin, şagirdlərin mürəkkəb və inteqrativ yanaşmalarına şərait yaratsın.
1.Kub düzəldilir.
2.kubun hər üzünə verilən altı göstərişdən biri yazılır. (Bu barədə interaktiv iş vərəqləri haqqında verilmiş əlavələrdə yazılıb)
3.Müzakirə olunacaq mövzu müəyyən edilir.
4.Sinif 6 qrupa bölünür və hər qrupa mövzu üzrə bir göstəriş verilir.
5.Şagirdlər təlimatlandırılır.
6.Şagirdlər təsvir, müqayisə, əlaqələndirmə, təhlil, tətbiq, mübahisə edirlər.
7.Təıqdimat edirlər
8.Nəticə çıxarır, ümumiləşdirmə aparırlar.
19 .Qərarlar ağacı .
Bu üsul qərarların qəbul edilməsi zamanı alternativ yolları araşdırmaq və təhlil etmək məqsədi daşıyır.
Müzakirə olunacaq problem müəllim tərəfindən izah edilir və onun həlli yollarının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilır. 4-6 nəfərdən ibarət qruplarda şagirdlər problemin həlli yollarının üstünlüklərini və çatışmazlıqlarını təhlil edir,onları “+”, və ya “-” işarəsinin qarşısında müvafiq qaydada qeyd edirlər. Son nəticə cədvəlin qərar hissəsində yazılır və üstü örtülür.
Bütün qrupların təqdimatından sonra müəllim əldə olunmuş nəticələri ümumiləşdirmək üçün müzakirə aparır. Bu üsul qərarların qəbul edilməsi zamanı alternativ yolları araşdırmaq və təhlil etmək məqsədi daşıyır.
Müzakirə olunacaq problem müəllim tərəfindən izah edilir və onun həlli yollarının bir neçə variantı şagirdlərlə birlikdə müəyyənləşdirilir. 4-6 nəfərdən ibarət qruplarda şagirdlər problemin həlli yollarının üstünlüklərini və çatışmazlıqlarını təhlil edir, onları “+”, və ya “-” işarəsinin qarşısında müvafiq qaydada qeyd edirlər. Son nəticə cədvəlin qərar hissəsində yazılır və üstü örtülür. Bütün qrupların təqdimatından sonra müəllim əldə olunmuş nəticələri ümumiləşdirmək üçün müzakirə aparır.
İş formaları dedikdə kollektiv, qruplarla, cütlərlə və fərdi işlər nəzərdə tutulur. Fəal təlimdə ən çox cütlərlə və qruplarla işə yer ayrılmasına baxmayaraq kollektiv və fərdi işin reallaşdırılması da təlim prosesində zəruridir.Kollektiv iş: bu forma şagirdlərin kolektivdə işləməsinə imkan yaradaraq onların düşüncə tərzinin formalaşmasına, kollektivlə birlikdə qərarlar qəbul edilməsinə, sinfin əməkdaşlığı nəticəsində yaranmış müxtəlif fərziyələrdən düzgün nəticə çıxarılmasına xidmət edir. Azərbaycan tarixi fənn kurikulumunun tədisində ən səmərəli formalardan biri də kollektivlə işdir ki, şagirdlər dərsin motivasiya mərhələsində problemin həlli üçün birgə fəaliyyət göstərir.
Fərdi iş: Bu iş forması şagirdlərin fərdi potensial imkanlarını üzə çıxarmaq üçün ən səmərəli iş formalarından biridir. Şagird fərdi olaraq tədqiqata cəlb olunur. O, öz imkanlarını göstərməkdən ötəri sərbəst düşünərək, sərbəst qərarlar verməyə çalışır. Bu iş formasının tətbiqi mütəmadi olaraq aparılarsa şagirdə fərdi keyfiyyətlər aşkarlanır və formalaşır.
Qruplar və cütlərlə iş: Təlim prosesinin səmərəliliyi şagirdlərin fərdi və kollektiv fəaliyyətinin üzvi şəkildə uyğunlaşdırılmasından əhəmiyyətli dərəcədə asılıdır. Bu mənada təlimin qrup forması daha geniş imkanlara malikdir. İlk dərslərdə qarşıya şagirdlərin təhlil, tarixi fakt və hadisələri müqayisə etmək və aydınlaşdırmaq bacarıqları sahəsindəki boşluğu doldurmaq vəzifəsi çıxır. Bu məqsədlə də şagirdlər dərsliyin mətni və müvafiq sənədlərlə müstəqil işləyir, abzaslara sərlövhələr verir, mətnə dair suallar hazırlayır, plan, cədvəl və sxem tərtib edir, bu və ya digər tarixi təzahürü müxtəlif mənbələr əsasında müqayisə edirlər.Beləliklə, şagirdlər müxtəlif mənbələrlə işi cütlərlə daimi tərkibdə davam etdirərək birgə fəaliyyət vərdişləri əldə edirlər. Daimi cütlərlə iş dərsin müxtəlif mərhələlərində (sorğu, ev tapşırıqlarının yoxlanılması, yeni materialın öyrədilməsi və möhkəmləndirilməsi) bütün dərs boyu təşkil olunur. Məsələn, IX sinifdə «Qarabağ, Quba və Şəki xanlıqlarının siyasi quruluşu və daxili siyasəti»mövzusunun tədrisi zamanı interaktiv təlimin bu iş formasını tətbiq etmək mümkündür. Dərsin başlanğıc hissəsində müəllim Qarabağ, Quba və Şəki xanlıqlarının siyasi quruluşu və daxili siyasətinin səciyyəvi cəhətlərini izah edir. Sonra isə hər bir cütlüyə müxtəlif variantlarda tapşırıqlar yazılmış vərəqlər paylanır.Dərsliyin mətninə, Qarabağ, Quba və Şəki xanlıqlarına dair əlavə mənbələrə istinad edərək XVIII əsrin ikinci yarısında hər bir xanlığın siyasi quruluşunu və daxili siyasətinin səciyyəvi xüsusiyyətlərini aşağıdakı plan əsasında müəyyənləşdirin:
1. Dövlət quruluşu.
2. Hakimiyyətdə təmsil olunmuş sosial qrup və təbəqələrin nümayəndələri.
3. Sosial qrup və təbəqələr arasında münasibətlər.
4. Görkəmli dövlət xadimləri və onların fəaliyyətlərinin səciyyələndirilməsi.
5. Ən mühüm islahatlar (tədbilər), onların xarakteri və əhəmiyyəti.
Bu zaman sinif otağının quruluşuna uyğun olaraq müəllim birinci sırada əyləşmiş cütlərə Qarabağ, ikinci sıradakı cütlərə Quba, üçüncü sıradakı cütlərə isə Şəki xanlığı ilə bağlı tapşırıq variantları (A, B, C) paylayır və onlara həmin suallara cavab hazırlamağı tapşırır.Şagirdlər cüt-cüt işləyərək verilmiş tapşırığın yerinə yetirilməsində biri-birlərinə kömək edir, öz işlərinin nəticələri barədə fikir mübadiləsi aparırlar. Sonra isə hər bir cərgədəki cütlər qarşılıqlı yoxlamalar keçirir, öz nöqteyi-nəzərlərini müqayisə edir və əlaqələndirirlər. Nəticədə müəllim kollektiv işin bu formasından istifadə edərək sinfin bütün şagirdlərinin dərsin başlıca məqsədinin həyata keçirilməsində fəal iştiraklarını təmin etmiş olur.Azərbaycan tarixi dərslərində cütlərlə iş birtərəfli və ikitərəfli xarakter daşıya bilər. Birtərəfli iş onunla səciyyəvidir ki, bir tərəf rəhbərlik edir, kömək göstərir, digər tərəf icraçı rolunu oynayır, köməyi qəbul edir. İkitərəfli iş prosesində vəzifələr bərabər əsaslarla bölünür. Fəaliyyətin müxtəlif növlərində rəhbərlik və tabeçilik funksiyaları növbələşir. Cütdə birləşən uşaqların inkişaf səviyyəsi təxminən bərabər olmalıdır ki, fəaliyyətinin məqsədinin yerinə yetirilməsində bir-birini başa düşsünlər, əməkdaşlığa nail olsunlar, qarşılıqlı olaraq öz məsuliyyətlərini dərk etsinlər.
Cütlərlə iş zamanı kollektiv əməkdaşlıq vərdişlərinə yiyələnmiş şagirdlərlə interaktiv təlimin nisbətən daha mürəkkəb forması olan qruplarla işə keçmək olar. Qrup işinin müvəffəqiyyəti hər şeydən əvvəl, qrupun tərkibi ilə bağlıdır. Qrup öz tərkibinə görə güclü və ya zəif şagirdlərdən ibarət ola bilər. Bu zaman müəllim tapşırığı səviyyəyə əsasən verir. Təcrübə göstərir ki, qrup həm güclü, həm də orta səviyyəli, həm də zəif şagirdlərdən ibarət olduqda daha yaxşı nəticə verir.
Tədris olunan mövzunun xarakterindən asılı olaraq sinif qruplara bölünür. Məqsəddən asılı olaraq hər qrupda 3 nəfər, ən çoxu 6 nəfər ola bilər. Təsadüfi qruplaşmalardan da istifadə mümkündür. Birdən beşədək hər bir rəqəm 6 kartoçkaya yazılır, kartoçkalar qarışdırılıb üzü aşağı stolun üstünə qoyulur. Şagirdlərin hərəsi bir kartoçka götürür. Kartoçka nömrələri eyni olan şagirdlər bir qrupda birləşirlər. Hər qrup dəyirmi stol arxasında əyləşir və özü lider seçir.
VI sinifdə Azərbaycan tarixi dərsində «Azərbaycan ərazisində ən qədim insan məskənləri» mövzusunu tədris edərkən qruplara aşağıdakı tapşırıq verilir: qruplardan biri dünyanın və Azərbaycanın siyasi xəritəsində ən qədim insanların yaşadıqları yerləri müəyyənləşdirməklə məşğul olur. İkinci qrup onlara təqdim olunmuş insan tiplərini, ən qədim insanların maddi qalıqlarını əks etdirən şəkilləri fərqləndirir və təsnif edir. Üçüncü qrup Azərbaycan ərazisində yaşamış ən qədim insanların yaşadıqları məskənlərdən birinin (Azıx, Tağlar, Damcılı) təsvirini hazırlayır. Dördüncü qrup dərsliyin mətnindən çətin anlaşılan sözləri seçir və onların izahını verir, zaman oxunda ən mühüm hadisələri yerləşdirir. Beşinci qrupun tapşırığı isə daha qeyri-adidir: plastilindən ən qədim insanların obrazlarını və kollektiv yaşayış səhnəsini əks etdirən illüstrasiya hazırlayır. Altıncı qrup «Qədim ovçuların bir günü» mövzusunda kiçik həcmli esse yazır.Qruplarda iş zamanı şagirdlər yarışdıqları üçün hər biri ən zəifi, ən utancağı da fəallıq göstərir. Qrupun hər bir üzvü bacarığını meydana çıxarmağa, qrupunun qələbəsini təmin etməyə çalışır.
Cütlərlə iş zamanı şagirdlər dərs prosesində iki-iki işləyib, təlim tapşırıqlarının yerinə yetirilməsində birgə fəaliyyət göstərirlər. Bu onlara bir-birini daha yaxşi başa düşməyə, əməkdaşlıq etməyə, məsuliyyətlərini dərk etməyə imkan yaradır.
Bir sıra hallarda şagirdlər kiçik qruplarda birləşir və hər hansı problemi həll etmək üçün birgə fəaliyyətə cəlb olunurlar. Qrup işi şagirdlərə öz fikirlərini qiymətləndirməyə imkan yaradır. Bundan əlavə eyni bir məsələ ilə bağlı müxtəlif baxış və yanaşmalarin olması barədə təsəvvürə yiyələnirlər.Fəal təlim zamanı istifadə olunan üsullar təlim strategiyalarının qurulmasında və təhsilin həyata keçirilməsində əhəmiyyətli yer tutur. Pedoqoji ədəbiyyatda onların müxtəlif növlərinin olduğu göstərilir. Məsələn, beyin həmləsi, öz mövqeyində dayan, diskussiya, oyun fəaliyyətli dərslər, layihə hazırlığı, anket sorğusu vərəqələri və müşahidə, mühazirə, müzakirə və s.Tarix dərslərində interaktiv metoddan istifadə edilməsi prosesində müəllimlərə kömək məqsədilə bir sıra nümunələrin verilməsini müvafiq hesab edirik.
Dostları ilə paylaş: |