Fxslxgghpxn ncplhkxn ncpxl


SӘKKİZİNCİ DӘRS VEDA AYİNİ (2)



Yüklə 0,83 Mb.
səhifə10/31
tarix01.07.2018
ölçüsü0,83 Mb.
#55417
1   ...   6   7   8   9   10   11   12   13   ...   31

SӘKKİZİNCİ DӘRS

VEDA AYİNİ (2)

MÜQӘDDӘS KİTABLAR - VEDA


Veda dinində “Veda” adlı dörd müqəddəs kitab vardır ki, bunlar hind-ariyayi xalqların ən qədim sənədləri olub ariyalıların Hindistana köçmələri, orada yaşamaları, onların tarixləri, mədəniyyətləri, yaşayış tərzləri, ticarət və istehsal məşğuliyyətləri, əxlaq, ədəb, ictimai və fərdi həyat tərzləri, eləcə də dini və etiqadi qayda-qanunları sayılır.

Vedalıların tarixi eramızdan 1200 il əvvələ aid edilir. O kitablar əvvəllər kahinlərin vasitəsilə ustad-şagird üslubunda və şifahi surətdə bir nəsildən digər nəsilə ötürülürdü. Qədim hindlilərin inancına görə, veda nəğmələri elə bir müqəddəsliyə malikdir ki, onları hərf, söz və kitab şəklinə salmaq olmaz. Çünki bu surətdə o, öz zati bərəkət və fəzilətlərinin yarısını itirəcəkdir. Amma vedalar nəhayət eramızdan qabaq altıncı əsrdə yazılmağa başlanmışdır.

Veda kəlməsi bilmək mənasını daşıyır; bu sözdən məqsəd xüsusi elm və mərifətdir. Vedaya “Apaverşiya”, yəni “insandan yüksəkdə olan” adı da verilmişdir. Hinduların əqidəsinə görə bu nəğmələr heç bir məxluq və şair təfəkkürünün məhsulu deyildir; onlar qeyri-adi bir varlıqdan, vəhydən qaynaqlanır. Buna görə də vedaları “nazil olma” mənasında olan “Səruti” yazılarının bir hissəsi hesab edirlər ki, o da ilahi mənbədən qaynaqlanmış, qədim hind şəxsiyyətlərinin qəlbində cərəyan etmiş və onların varlıqlarının ayrılmaz bir hissəsinə çevrilmişdir. Buna görə də hindular veda məcmuəsinin heç bir şəxs tərəfindən qələmə alınmadığına inanırlar və tarixi sənədlərdə bu müqəddəs kitabların kimlər tərəfindən yazıldığı da göstərilmir. Dörd veda kitabı aşağıdakılardan ibarətdir:

1. Rigveda: Bu kitab vedaların ən məşhur, ən mühüm və ən əhatəli hissəsi sayılır və qədimilik baxımından da sonrakı üç kitabdan irəlidir. Rigvedada məbudların tərif və mədhinə aid olan 1017 nəğmə vardır. Bu nəğmələr allahların qarşısında sitayiş edilib ehtiyacların istənilməsi üçün oxunur. Veda allahları arasında hamısından daha çox indra, sonra Agni və daha sonra isə Valuna bu nəğmələr şəklində çağırılır.

Bu kitabların yazılmasından 3000 il keçməsinə baxmayaraq, hindular hələ də onun nəğmələrini sübh və axşam çağları, toy mərasimlərində xeyir-dua məqsədi ilə oxuyurlar. Onların təfəkkür tərzi ilə tanış olmaq üçün burada həmin nəğmələrdən bir neçə nümunə gətiririk. İndiraya xitabən deyilən ilk nəğmədə belə deyilir:

«Ey indira, bizim düşmənlərimizin hamısını qov!

Nə qədər çoxlu güclü baxtəri fatehlər və nə qədər xavər qaliblərini!

Ey qəhrəman, şimal və cənub düşmənlərimizi uzaqlaşdır,

Ki, sənin sayəndə şad və xürrəm yaşaya bilək!

Ondan sonra nə baş verəcəkdir?

Elə insanlar ki, onların əkin sahələri arpa ilə doludur.

Yetişmiş taxılları biçirlər və xırmana aparırlar.

Belə isə o insanların yeməklərini cücərt.

Elə bir yerdə cücərt ki, yeri pərəstiş üçün hazırlamayıblar.

indira xilas etməkdə güclü və kömək etməkdə bağışlayandır!

O hər bir şeyin malikidir, nə qədər bağışlayan və mehribandır!

Bəlkə bizim düşmənlərimizi pərakəndə etsin, əmin-amanlığı bizə hədiyyə etsin!

Bəlkə biz güclü sahiblər olaq.

Bəlkə müqəddəs pənahında onun lütfündən bəhrələnək.

Onun bərəkətli mehribançılığından faydalanaq.

Bizi qüdrətli və gözəl saxlayan indira!

Bizə qarşı kin bəsləyənləri bayıra at və bizi saxla!»

İkinci nümunə yaradılış nəğməsi adlanır. Onun məzmunundan tövhid və yeganəpərəstliyə yönəlmə ilə yanaşı, veda dininin xüsusiyyətlərindən olan çoxallahlığa etiqad da məlum olur. Bundan əlavə, xilqət aləmi və yaradılışın necəliyi barəsində şəkk və tərəddüd də müşahidə olunur:

«Nə varlıq var idi, nə də ki, yoxluq.

parlaq asiman görünürdü, nə də geniş asiman tavanı yuxarıda döşənmişdi.

Onların hamısını nə örtürdü? Nə onları gizlədirdi?

Görəsən ucsuz-bucaqsız su dəryası idimi?

Dərinliklərinə çata bilməyən sular idimi?

O zaman ölümün əbədiliyi də yox idi.

Gecə gündüzdən də bir nişanə yox idi.

Yeganə vücud təklikdə nəfəs çəkirdi.

Ondan başqa hələ bir şeyin vücudu yox idi.

Zülmət idi qaranlığı qaranlıq bürümüşdü.

Bunların hamısı su idi və əlamətsiz.

Ki, o yeganə vücud təbiəti yandırıcı istiliyin daxilindən yardı.

Әvvəlcə eşq yarandı, daha sonra əqlin mənşəyi əyan oldu.

Sonra toxumlar səpildi və güclü qüdrətlə qalxdılar.

Təbiət altda, qüdrət və iradə isə yuxarıda.

Bu sirlərə agah olan kimdir?

Burada aşkar edən kimdir və kimdir ki, haradan olduğunu desin?

Bu rəngarəng yaradılış haradan qaynaqlanır?

Allahlar özləri bir qədər gec varlıq libasını geyindilər.

Kim bilir bu böyük yaradılışın mənşəyi haradandır?

O kəs ki, bu böyük yaradılışın mənşəyidir, ən ali asimanlarda mövcud olan ən ali görəndir.»

Bu nəğməyə uyğun olaraq allahların varlığı və varlıq aləmi təbiətin xilqəti kimi izah edilmişdir. Təbiət haqda onun xaliqinə sual verir və ona hər bir şey barədə ayrıca müraciət edir.

Rigvedanın digər bir nəğməsində belə oxuyuruq:

«O kəs ki, həyat və qüvvə bağışlayır, onun sayəsi əbədidir...

O kəs ki, dağların, dəryaların, uzaqda olan çayların varlığı ondandır.
O kəs ki, asiman onun qüdrət nahiyəsidir.

O allah ki, biz öz qurbanlıqlarımızla ona ehtiram edirik, o kimdir?

O kəs ki, yeganə allahdır və bütün allahlardan üstündür.

Әql sahibləri vahid allaha müxtəlif adlar qoyurlar.

Onu Agni, Mitra və Varuna adlandırırlar.
2. Yacurveda: Vedaların ikinci müqəddəs kitabı olan Yacurveda nisbətən az əhəmiyyətə malikdir. Çünki Rigveda nəğmələrinin bir çoxunun məzmunu bu kitabda da əks olunmuşdur. Bu kitab nəsr formasında yazılan və əksər hallarda qurbanlıq mərasimlərində istifadə edilən zikr və virdlərə şamildir.

3. Samaveda: Bu, vedaların üçüncü müqəddəs kitabıdır ki, allahlara ibadət və onlarla razi-niyaz etmək üçün lazım olan dua və nəğmələrə şamildir. Bu nəğmələrin əksəriyyəti Rigvedadan götürüldüyündən, onun müstəqil və yüksək dəyəri yoxdur.

4. Asarvaveda: Bu vedanın dördüncü və sonuncu kitabıdır ki, məzmun baxımından yerdə qalan üç kitabla müqayisədə daha artıq imtiyaz və üsluba malikdir. Çünki bu kitab müxtəlif məqalələr, zikrlər və nəğmələrdən ibarətdir ki, sehr və cadugərlik məsələlərində Әhrimən qüvvələrinə qələbə çalmaq məqsədi ilə yazılmışdır.

Bu dörd vedadan hər biri öz növbəsində iki hissəyə bölünür:

1. Samhita;

2. Brahmana.

“Samhita” dedikdə, müxtəlif mərasimlərdə, xüsusilə qurbanlıq mərasimlərində veda kahinləri tərəfindən icra olunan nəğmələr məcmuəsi nəzərdə tutulur. Qurbanlıq mərasimlərində adətən brahma, yəni mərasimi icra edən kahin əvvəldə Asarvavedadan bir hissəni qiraət edir, sonra huteri adlı digər bir kahin Rigvedadan müəyyən nəğmələri oxuyur. Sonra üçüncü kahin, yəni ədqateri Samavedadan müəyyən nəğmələri əzbər şəkildə deyir, sonra isə dördüncü kahin olan adhuvariyu camaatın qurbanlıq məqsədi ilə gətirdiyi hədiyyələri pak və əbədi atəşə qurban edərək Yacurvedadan müəyyən nəğmələri oxuyur və beləliklə də bu mərasim sona çatır.

Brahmana veda kahinləri tərəfindən yazılmış müəyyən təfsir və bəhslər məcmuəsidir ki, dua və qurbanlıq mərasiminin keçirilməsi ilə əlaqədar tərtib olunmuşdur.

Dini göstərişlər və hökmlər, mubədlərin təklif və vəzifələrinin bəyan olunması, hökmlərin, duaların, qurbanlıq mərasimində oxunan nəğmələrin mənaları brahman məsələlərini təşkil edir. Bu məsələlər hekayə, simvol və ya əfsanələr şəklində bəyan olunur.

Brahmanın iki ümumi hissəsi vardır:

1. Aranyaka;

2. Opanişad.

Aranyakalar meşə kitabları adı ilə məşhurdur və ucqar meşələrdə aspekt həyat tərzi keçirən tərki-dünya şəxslər üçün yazılmışdır.

Bu kimi şəxslər tənha həyat sürdükləri mühitlərdə şəri vəzifələrini yerinə yetirmək üçün kifayət qədər vəsaitə malik olmadıqlarından batini həqiqətlərə diqqət yetirmiş və daha çox ruhi vəziyyətlərini nəzarət altında saxlamağa başlamışlar. Sonralar aspekt həyat tərzi keçirmək və batini aləmə diqqət yetirmək düşüncələri vedaya inananların dua mərasimində elə böyük rola malik olmuşdur ki, bu məsələ tədrici olaraq qurbanlıq mərasiminin yerini tutmuş və batini qurbanlıq adı ilə məşhurlaşmışdır. Bu hadisənin ardınca əvvəllər müqəddəs atəş olan qurbanlığın məqamı da öz yerini insan cisminə verdi və get-gedə insanın cismi də mehrab və qurbangaha çevrildi.

Opanişadlar vedaların son hissələri hesab olunur. Buna görə də onlara vedanta, yəni vedanın sonu adı da verilir; o, aranyakaların, opanişadların yazılmasının ardınca, maddi aləmdən uzaqlaşıb xüsusi mənəvi həyat üslubunu seçərək nəfsini saflaşdıranlar üçün yazılmışdır.

Aranyaka və opanişadın yazılması veda ayini üçün bir başlanğıc idi ki, nəticə etibarı ilə brahman dininin formalaşmasına gətirib çıxardı. Bu dəyişikliyin mühüm xüsusiyyətlərindən biri kimi mubədlərin və kahinlərin mənəviyyatı yüksəltmək və xariqül-adə işlər əldə etməkdəki rolu, allahlarla rabitə və sitayiş, brahmanların nisbi olaraq məbudların yerinə keçməsini qeyd etmək olar.

Gələn iki dərsdə brahman dinini araşdırıb şərh etməklə yanaşı, veda ayinindəki əsaslı dəyişiklikləri, bu ayinin xüsusiyyətlərini, ibadi və əqidəvi səciyyələrini və opanişadların məzmununu aydınlaşdıracağıq.

DӘRSİN XÜLASӘSİ


Veda ayininin dörd kitabı vardır ki, onların ən mühümü Rigveda adlanır. Bu kitab allahların mədh və sitayiş olunması ilə əlaqədar dini nəğmələr və şerlər məcmuəsindən ibarətdir.

Vedanın sair kitabları aşağıdakılardır:

Yacurveda, samaveda, asarvaveda.

Bu dörd kitabdan hər biri iki hissədən – samhita və brahmanadan təşkil olunmuşdur.


SUALLAR VӘ TAPŞIRIQLAR


1. Veda nə deməkdir?

2. Nə üçün vedalara “səruti” deyilir?

3. Rigvedanın nəğmələrinə diqqət yetirməklə, veda ayininin təkallahlı olmasını isbat etmək olarmı?

4. Yacurvedanın məzmunu nədir?

5. Samhitanın mövzusu nədən ibarətdir?

6. Aranyaka hansı mövzularla əlaqədardır?

7. Nə üçün opanişadaya vedanta deyilir?

8. Veda ayininin sair ibtidai dinlərlə müştərək və fərqli cəhətlərindən bir neçəsini izah edin.



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin