“Kiçik orqan” kitabını yazır. 1739-cu ildə yazdığı Clavierbung və "Böyük on səkkiz"



Yüklə 56,1 Kb.
səhifə1/35
tarix31.12.2021
ölçüsü56,1 Kb.
#112528
  1   2   3   4   5   6   7   8   9   ...   35
musiqi bestekarlar


Sual 23. Qərbi avropa klassik musiqisi İohann Sebastyan Bax (1685 – 1750)

Dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri İohann Sebastyan Baxdır. İohann Sebastian Bax 1685-ci il 31 martda Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olmuşdur.

14 yaşında Bax məktəb yoldaşı Georq Erdmanla birgə o vaxtlar Müqəddəs Roman imperiyasının ən böyük şəhərlərindən biri olan Hamburq şəhəri yaxınlığındakı Lüneburq şəhərciyində yerləşən nüfuzlu Müqəddəs Mixayel məktəbində təhsil almaq imkanı əldə edir. Burada keçirdiyi iki il Baxın həyatında və musiqi yaradıcılığında dönüş nöqtəsi rolunu oynayır və bəstəkara Avropa musiqisi ənənələri ilə daha yaxından tanış olmaq imkanı verir. Kapella xorunda ifa etməklə yanaşı, o, məktəb orqanında da ifa edir. 1720-ci illərin əksəriyyətini kantatalar yazmağına sərf edən Bax Leyspiqin iki əsas kilsəsi üçün çox zənin kilsə musiqi repertuarı toplayır.

Ömrünün sonlarına yaxın Bax görmə qabiliyyətini itirməyə başlayır və 1750-ci ildə Britaniyalı oftamoloq Con Teylor Baxın gözlərində cərrahiyyə əməliyyatı aparılır. Bax 1750-ci ildə 65 yaşında əməliyyatın uğursuz nəticələri səbəbindən vəfat edir.

Baxın orkestr üçün ən məşhur əsəri Brandenburq konsertləridir. Bax bu əsəri 1721-ci ildə Brnadenburq-Şvedt əyanı Margreyv Kristian Lüdvigin sarayında musiqiçi olmaq arzusu ilə yazmış, lakin rədd cavabı almışdır. Konsertlərindən əlavə, Bax dörd orkestr suitaları da yazmışdır. Bundan əlavə, Bax şəhər şurasının inaqurasiyası və bu kimi hadisələrə bağlı dünyəvi kantatalar da bəstələmişdir.

Yaradıcılığın ən məhsuldar dövründə (1708-14-cü illərdə) bir neçə prelüda və fuga cütlükləri, eləcə də tokkata və fuga cütlüklü musiqilər bəstələyir, “Kiçik orqan” kitabını yazır. 1739-cu ildə yazdığı Clavierbung və "Böyük on səkkiz" oralları bu dövrdən sonra meydana çıxır.

Bax hem de dünyəvi kantatalar da bəstələmişdir. Buraya Toy Popurisi, Kəndli Kantatası və Qəhvə Kontatası kimi toy kantataları da daxildir. Baxın böyük xor-orkestra əsərlərindən Müqəddəs Mateyonun ehtirasları və Müqəddəs Conun ehtirasları və Milad Günün Oratpriyası əsərləridir. Bu gün də "Bax üslubu"nun təsiri musiqinin bütün janrlarında hiss olunmaqdadır. Himn və dini əsərlərdən tutmuş pop və rok musiqisində də Bax musiqisinin təsiri aydın görünməkdədir.

Sual 24 .Yozef Haydn (1732 – 1809)

XVIII əsrin ortalarında Avropada emosional, əzəmətli barokko musiqisi önəmini yavaş-yavaş itirməyə başladı. Yeni musiqi formalarına meyl klassisizm cərəyanının yaranmasına gətirib çıxardı. O zaman Avropanın musiqi paytaxtı sayılan Vyananın zəngin bədii ənənələrindən yararlanmış Haydn, Motsart və Bethovenin yaradıcılığı klassisizmin ən parlaq təzahürü kimi ortaya çıxdı. Bu üç dahi sənətkar musiqi tarixinə “Vyana klassikləri” adı ilə daxil olub. Avropa musiqisinin ən nəhəng janrı simfoniya, sonata və kvartet bu bəstəkarların yaradıcılığında klassik səviyyəyə yüksəlib.

Haydn irsi dünya musiqi mədəniyyətinin ən nikbin, işıqlı səhifələrindəndir. Doğma Avstriyanın gözəl təbiətini, kəndlilərin məişət və əmək lövhələrini təsvir edən bəstəkar həyatın kəskin dramatik təzadlarından, faciəvi tərəflərindən sanki kənarda qalır. Hərçənd Haydnın özü heç də asan həyat keçirməmişdir. On yeddi yaşından o, evsiz-eşiksiz qalmış, sonrakı on il ərzində isə yalnız təsadüfdən-təsadüfə iş tapıb pul qazanmışdır. 1761-ci ildən etibarən təxminən otuz il o, varlı macar knyazları Esterhazilərin sarayında kapelmeyster (o vaxt dirijoru belə adlandırırdılar) və bəstəkar kimi çalışmışdır. Haydnın işi çox çətin və məsuliyyətli idi — o həm orkestrə rəhbərlik etməli, həm də knyazın zövqünü oxşayan əsərlər yaratmalı idi. Üstəlik, musiqi alətlərinin və partituraların səliqə ilə saxlanması və hətta musiqiçilərin geyimlərinə nəzarət də ona tapşırılmışdı. Lakin bütün bu çətinliyə və işin çoxluğuna baxmayaraq, Esterhazilərin malikanəsində Haydnın bəstəkarlıq fəaliyyəti üçün hər cür şərait yaradılmışdı.

Yozef Haydnı "simfoniyanın atası" adlandırırlar. Doğrudan da, 100-dən artıq simfoniya bəstələmiş Haydn faktik olaraq bu janrın təməlini qoymuş, onun gələcək inkişafına dəyərli töhfələr vermişdir. O, yüksək peşəkarlıqla bəstələdiyi simfoniyalarında incə yumor hissi də nümayiş etdirir. Məsələn, "Ayı" simfoniyasında ayının ağır, yöndəmsiz hərəkətləri, "Toyuq" simfoniyasında toyuğun qaqqıldaması məharətlə verilmişdir. Məşhur "Vida" simfoniyasında isə Haydn musiqinin dili ilə knyaz Esterhaziyə özünün, eləcə də bütün saray musiqiçilərinin arzusunu bəyan etmişdir. Esterhazi uzun müddət imiş ki, orkestr üzvlərinə məzuniyyət vermirmiş.

Haydn da 7 musiqiçilərin istirahətə möhtaclığını knyaza bildirməkçün orijinal bir yol seçir; simfoniyanın son hissəsində musiqiçilər növbə ilə öz alətlərini götürüb səhnəni tərk edirlər. Əsər iki skripkanın qəmli, lirik dueti ilə bitir. Knyaz Esterhazi bu eyhamı başa düşüb musiqiçiləri məzuniyyətə buraxır.

Haydn həmçinin "kvartetin atası" hesab olunur. 100-dən artıq kvarteti, eləcə də trioları, fortepiano sonataları, konsertləri klassisizm dövrünün instrumental musiqisinin ən gözəl səhifələrindəndir. Həyatının son çağlarında Haydn bütün Avropada böyük şöhrət qazanır. Onun əsərləri bir çox ölkələrdə, xüsusən də səfər etdiyi Fransada, İngiltərədə səslənir, böyük rəğbətlə qarşılanır. Həmin səyahətlərdən aldığı təəssüratları əks etdirən "Paris", "London" simfoniyaları, "Dünyanın yaranması" və "İlin fəsilləri" oratoriyaları dahi sənətkarın son yaradıcılıq zirvələri olmuşdur. Vyanaya qayıdayaraq “Dünyanın yaraması” və “İlin fəsilləri” oratoriyalarını yazır.

Yozef Haydn 1809-cı ildə vəfat edir.

Əsərləri: 100-də artıq simfoniya, 80-dən artıq kvartet, 54 simli trio, 52 sonata.

Operaları: “Gözlənilməz görüş, “Armida”, “Topal çinli”.

Sual 25. Volfhanq Amadey Motsart (1756 – 1791)

Volfqanq Amadey Motsart o dövrlər Müqəddəs Roma imperiyasının tərkib hissəsi olan Avstriyanın Salzburq arxiyepiskopluğunun eyni adlı şəhərində Leopold və Anna Mariya Pertl Motsartların ailəsində 1756—cı ildə dünyaya göz açmışdır. O 1770-1773-cü illər ata və oğul İtalyanın bir çox şəhərlərində böyük konsertlər verir. Milan opera teatrı üçün “Mitrida Qara dəniz şahıdır” operasını yazır. 1781-ci ilin yanvarında Motsartın Idomeneo operası Münhendə böyük uğurla səhnəyə qoyulur. Motsartın Vyanaya gəlişi çox uğurlu alınır. Onu “XVIII əsrin möcüzəsi” adlandırırdılar. Motsart bəstəkar kimi də böyük nailiyyətlərə imza atır. 1782- 1785-ci illər ərzində Motsart piano üçün konsertlər seriyası yazır və bu konsertlərdə özü solo ifaçı kimi çıxış edir.




Yüklə 56,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin