Kimyadan sinifdəNKƏnar iş ÜÇÜn maraqli suallar və cavablari IX sinif üÇÜn V. M. Abbasov, A. M. Tağıyeva, G.Ə. Piriyeva



Yüklə 124 Kb.
səhifə1/14
tarix10.01.2022
ölçüsü124 Kb.
#107593
  1   2   3   4   5   6   7   8   9   ...   14

Kimya məktəbdə




KIMYADAN SINIFDƏNKƏNAR IŞ ÜÇÜN

MARAQLI SUALLAR VƏ CAVABLARI

IX SINIF ÜÇÜN
V.M.Abbasov, A.M.Tağıyeva, G.Ə.Piriyeva
Bu suallar 9-cu sinifdə intellektual oyunlar təşkil etmək üçün istifadə oluna bilər. Bu oyunlar müəllimə imkan verir ki, şagirdlərin proqram materiallarını mənimsəmə dərəcələrini cəlbedici formada müəyyənləşdirsin, öyrətmənin motivasiyasını artırır, məktəblilərin dünya görüşünü genişləndirir.

Dərsdənkənar tədbirlərə hazırlaşarkən şagirdlər elmi-kütləvi ədəbiyyat ilə işləməyi öyrənirlər, bizi əhatə edən aləm, onda baş verən hadisələr haqqında maraqlı suallar seçirlər və onlara cavab axtarırlar. Əlavə ədəbiyyatın öyrənilməsi şagirdlərin lüğət ehtiyatının kimya terminləri ilə zənginləşməsinə kömək edir [1-3].

Komandada iş məktəblilərdə kommunikativ mədəniyyət, görülən işə görə kollektiv qarşısında məsuliyyət formalaşdırır, kollektivizm və sağlam rəqabət, qələbəyə can atmaq hissləri yaradır, əmək bölgüsü və qarşılıqlı kömək etmək bacarığını inkişaf etdirir. Bu oyunlar imkan verir ki, şagirdlər auditoriya qarşısında çıxış edə bilsinlər, bir-birinə qulaq asmağı bacarsınlar, yoldaşlarına hörmətlə yanaşsınlar.

Bu məqalədə bizim maraqlı saydığımız sualları və onların cavablarını veririk. Məqalə kimya müəllimləri üçün nəzərdə tutulmuşdur. Kimya müəllimləri oxşar sualları özləri də tərtib edə bilərlər. Lakin oyunlar təşkil olunmazdan bir neçə gün əvvəl müəllim şagirdlərə hansı əlavə ədəbiyyatları oxumaq lazım olduğunu söyləməlidir.

Qoyulan sualların əksəriyyəti həyatla əlaqəli olduğundan şagirdlər onların cavablarını maraqla axtarırlar və yaddaşlarında saxlayırlar. Sualların bir çoxu tarixi hadisələrlə əlaqədar olduğu üçün tarix fənni ilə inteqrasiya olunmuş kimya-tarix viktorinaları da təşkil etmək olar.

Biliyə yanğını müəllim alışdırır. Dərk etmə təəcübdən başlayır, fəaliyyətdən keçərək davam edir. Öyrənmək biliklərin sərbəst axtarışını stimullaşdıran üsullardan daima istifadə etmək deməkdir. Məktəbdə kimyanın tədrisinin çox illik təcrübəsi inandırır ki, o üsullar daha səmərəlidir ki, onlar şagirdlərin düşünmə qabiliyyətlərinin inkişafına, hər bir uşağın yaradıcı potensialının tam açılmasına kömək edir. Tədris-tərbiyə prosesində səmərəliliyin yüksəldilməsi məksədinə nail olmaqda məhz oyun-istirahətin, öyrənmənin, bütövlükdə mədəniyyətin əhəmiyyətli hissəsi olan oyun böyük rol oynaya bilər.

Yeniyetmə oyunda özünü sərbəst və rahat hiss edir, məmnuniyyətlə oyun qaydalarını qəbul edir, qələbəni və onun olmamasını təbii qəbul edir.


  1. Müxtlif maddələrin qarışığından ibarət olan substansiya necə adlanır?

  • Qarışıq

  1. Kimyəvi reaksiyanın istilik effekti göstərilən kimyəvi reaksiya tənliyi necə adlanır?

 Termokimyəvi

  1. Maddənin həll olmasının temperaturdan asılılıq qrafiki necə adlanır?

 Həllolma əyrisi

  1. Hansı su közərmiş metalı daha tez soyudar: soyuq (200C) və ya qaynar (1000C)?

 Qaynar su közərmiş metalı daha tez soyudar. Belə ki, suyun buxar əmələ gətirməsinin xüsusi istiliyi xüsusi istilik tutumundan 1000 dəfə çoxdur və isti suyun apardığı istilik miqdarı soyuq suyun apardığı istilik miqdarından çoxdur.

  1. Nə üçün yayda açıq su hövzələrində suyun temperaturu həmişə ətraf mühitin temperaturundan aşağıdır?

 Açıq su hövzəsindən suyun buxarlanması mayenin daxili enerjisinin azalması ilə müşayət olunur; bu zaman həm maye, həm də onunla təmasda olan hava soyuyur.

  1. Əvvəllər adamlar yağış suyunu yığırdılar və içmək üçün təsərrüfat ehtiyatlarını ödəmək məqsədi ilə istifadə edirdilər. İndi yağış suyunu az istifadə edirlər və çalışırlar ki, yağışa düşməsinlər. Nə üçün?

 Yağış suyu avtonəqliyyatın tüstü qazları, sənaye müəssisələrinin tullantıları hesabına zərərli maddələrə malik ola bilər.

  1. Qarşınızda iki nömrələnmiş və içərilərində su olan stəkanlar var. Hansı stəkanda qaynanmış su olduğunu müəyyən edin.

 Qaynanmış su divarlarında qaz qabarcıqları olmayan stəkandadır. Əgər stəkana krandan soyuq su tökülərsə və isti yerə qoyularsa stəkanın divarlarında qaz qabarcıqları (oksigen, azot, karbon qazı) əmələ gəlir. Bu qazlar soyuq suda həll olmuş halda olur və qızdırıldıqda sudan ayrılır (qazların suda həll olması temperatur artdıqca azalır).

8. Bir stəkanda su, digərində spirt var. Hər iki stəkana yağ damızdırdılar. Nə üçün içərisində su olan stəkanda yağ səthdə üzür, spirt olan stəkanda isə yağ kürəciyi spirtin həcmində “asılı” qalır?

 Mayeyə tökülmüş yağ damcısına ağırlıq qüvvəsi və arximed qüvvəsi (suyun sıxlığından asılı olur) təsir edir. Su olan stəkanda ağırlıq qüvvəsi arximed qüvvəsindən azdır və yağ damcısı səthdə üzür. İçərisində spirt olan stəkanda ağırlıq qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir və yağ mayenin istənilən yerində tarazlıqda olur (üzür).



  1. Qarşınızda iki stəkan su var. Hansı stəkanda dəniz suyu, hansında içməli su olduğunu müəyyən edin. Suyun dadına baxmaq olmaz.

 Stəkana çiy yumurta salmaq lazımdır. İçməli suda yumurta batacaq, dəniz suyunda isə üzə çıxır. Bu, onunla əlaqədardır ki, duzlu suyun sıxlığı içməli suyun sıxlığından çoxdur, uyğun olaraq yumurtaya təsir edən arximed qüvvəsi duzlu suda daha böyükdür.

10. Bitkilər 70%-dən çox suya malikdirlər. Nə üçün onlar kifayət qədər soyuqda donmurlar?

 Məsələ ondadır ki, 0oC-də adi şəraitdə yalnız təmiz su donur, bitkilərdə isə mürəkkəb, o cümlədən kolloid məhlullar var ki, onların da donma temperaturları xeyli aşğıdır. Bundan başqa soyuğa dözmək üçün xüsusi tədbirlər görürlər: krioprotektorlar (şəkər, enerji tutumlu piylər) istehsal edir və toplayırlar. Bu maddələr oksidləşdikdə hiss olunacaq dərəcədə istilik ayrılır ki, bu da bitkiləri soyuqdan qoruyur.



11. Su molekulları ionlara parçalanırmı?

 Bəli, parçalanır. Su molekulları olduqca möhkəmdir, amma onların az bir hissəsi ionlara dissosiasiya edir. Adi temperaturda hər milyard su molekulundan 2-si dissosasiya edir.



12. Nə üçün dərin sulu göldə su mavi rəngli görünür, kran suyu isə rəngsizdir?

 Bizim bəzən ağ adlandırdığımız günəş işığında optik diapazonunun bütün dalğa uzunluqlarına (infraqırmızıdan ultrabənövşəyiyə qədər) malik şüalar var. Suyun səthinə düşdükdə işığın bir hissəsi udulur və bütün istiqamətlərə səpələnir (su molekulları ilə toqquşaraq). Bu zaman spektrin qırmızı hissəsi daha tez udulur, mavi spektr isə hamısından ləng.

On beş-iyirmi metr dərinliyə çataraq spektrin qırmızı şüaları tamamilə udulur. Əsasən spektrin mavi hissəsinin şüaları səpələnir və udulmadan geri qayıdır. Məhz buna görə dərin və təmiz göldə su mavi rəngdə görünür. Stəkana krandan tökülmüş su ona görə rəngsiz görünür ki, onun dərinliyi hətta spektrin qırmızı hissəsinin olduqca az miqdarını da uda bilmir.

13. Nə üçün Elbrus zirvəsində su 820C-də qaynayır,

 Elbrus zirvəsində təzyiq atmosfer təzyiqindən azdır, odur ki, suyun qaynama temperaturu 1000C-dən aşağıdır.



14. Şüşə tikinti materiallarının geniş istifadəsi nə ilə əlaqədardır?

 Onların nisbətən ucuz olması, geniş yayılması, asan tapılması və xammalın ucuzluğu ilə əlaqədardır. Bundan başqa ərimiş şüşəni mexaniki üsulu ilə məmulata formalaşdırmaq asandır. Şüşə asanlıqla mexaniki işlənə bilir. Bu da şüşə məmulatlarının qiymətini aşağı salır.




Yüklə 124 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin