Mövzu №11: İnzibati məsuliyyət və inzibati xəta



Yüklə 108,45 Kb.
səhifə7/17
tarix01.01.2022
ölçüsü108,45 Kb.
#106457
1   2   3   4   5   6   7   8   9   10   ...   17
IH-11Edit

    Bu səhifədəki naviqasiya:
  • FT=Ə
İnzibati xətaların obyektiv tərəfinin aşağıdakı elementləri mövcuddur:

  1. İctimai təhlükəli, hüquqazidd əməl (hərəkət və hərəkətsizlik).

  2. Bilavasitə səbəbli əlaqə.

  3. Nəticə.

  4. Yer.

  5. Vaxt.

  6. Üsul.

  7. Vasitə.

  8. Şərait.

İnzibati xətanın obyektiv tərəfinin əsas elementini ictimai təhlükəli, hüquqazidd əməl (hərəkət ya hərəkətsizlik) təşkil edir. Əgər inzibati xətada qeyd etdiyimiz əlamətlərə malik olmayan əməl yoxdursa, deməli burada heç bir inzibati xəta yoxdur.

Ümumiyyətlə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün hüquqpozmaları ictimai təhlükəlilik dərəcəsinə görə cinayətlərə, xətalara və s. ayırmaq olar.

Hüquq ədəbiyyatında bu məsələyə dair müxtəlif fikirlər söylənilir. Lakin hər bir əməli onun ictimai-təhlükəlilik dərəcəsinə görə fərqləndirmək lazımdır.

Məlum olduğu kimi müxtəlif ictimai münasibətlər cinayət hüququ normaları və inzibati hüquq normaları vasitəsi ilə mühafizə olunurlar. Qəsd olunan ictimai münasibətlərə görə əməlin ictimai təhlükəliliyi özünü biruzə verir. Digər tərəfdən isə törədilmiş əməlin cəmiyyətdə verdiyi əks-sədaya (rezonansa) görə də onun ictimai təhlükəliliyindən danışmaq olar.

Qeyd etdiyimiz, kimi inzibati xətanın obyektiv tərəfinin əsasını ictimai təhlükəli əməl təşkil edir, digər elementlər isə əlavə xarakterə malikdirlər.

Ümumiyyətlə, inzibati hüquq və cinayət hüququ məhz elə hüquq-mühafizə sahəsində toqquşurlar və burada birgə fəaliyyət göstərirlər. Bu sahəni sxem formasında aşağıdakı formada təsvir etmək olar:




İnzibati hüquq




Cinayət hüququ

Cinayət hüququnda cinayətin obyektiv tərəfinin əsas elementləri sırasına ictimai təhlükəli, hüquqazidd əməl, nəticə və səbəbli əlaqə daxildir. Burada olan normalar əsasən maddi tərkiblidirlər.

İnzibati qanunvericilik isə əsasən formal tərkibli normalardan ibarətdir. Bu nə deməkdir?

Birincisi, cinayət hüququ ilə inzibati hüquq hüquq-mühafizə sahəsində birgə fəaliyyət göstərirlər.

İkincisi, cinayət hüququ əsasən maddi tərkibli əməlləri cəzalandırır, inzibati hüquq isə əsasən formal tərkibli əməlləri tənbeh edir.

Beləliklə, formal tərkibli inzibati xətada yalnız qanunvericiliklə qadağan edilmiş ictimai-təhlükəli, hüquqazidd əmələ görə tənbeh (cəza) tətbiq edilir.



Maddi tərkibli inzibati xətada isə aşağıdakı zəruri əlamətlər mütləq olmalıdır:

a) ictimai təhlükəli, hüquqazidd əməl;

b) hüquqazidd, ziyanlı nəticə;

v) bilavasitə səbəbli əlaqə.

Yəni burada əsas fərq məhz elə vurulmuş ziyana görə müəyyən edilə bilər.



Formal tərkibli əməldə vurula biləcək ziyan ehtimal olunur (məsələn, İXM-nin 296-cı maddəsi, Xırda xuliqanlıq burada vurula biləcək ziyan ehtimal olunur və ictimai qaydanın pozulmasına səbəb olan əməl tənbeh edilir.

Maddi tərkibli əməldə isə vurulmuş ziyan müxtəlif formada hesablana bilər. Məsələn, İXM-nin 69-cu maddəsi Xırda talama. Bu maddənin qeydində göstərilib ki, ... Talanmış əmlakın dəyəri şərti maliyyə vahidi məbləğinin otuz mislindən yuxarı olmadıqda bu, xırda talama hesab edilir.

Deyilən formal və maddi tərkibli inzibati xətaları sxem şəklində aşağıdakı kimi təsvir etmək olar:

FT=Ə


MT=Ə+SƏ+N
Bilavasitə səbəbli əlaqə maddi tərkibli inzibati xətanın əsas elementlərindən biridir. Əgər ictimai təhlükəli əməl nəticəsində ziyan vurulubsa, burada mütləq bilavasitə səbəbli əlaqə olmalıdır.

Məhz elə vurulmuş ziyan da bilavasitə həmin ictimai-təhlükəli əməl nəticəsində vurulmalıdır. Məsələn, İXM-nin 152.5-ci maddəsi ... Bu Məcəllənin 152.1 və 152.2-ci maddələrində nəzədə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - ... Burada maddi zərər yalnız İXM-nin 152.1 və 152.2-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində yaranmalıdır və məsuliyyətə səbəb olmalıdır. Əgər maddi zərər başqa xəta nəticəsində vurulubsa, deməli, İXM-nin 152.5-ci maddəsinə görə məsuliyyət yaranmır.

Bəzən Azərbaycan Respublikasının İXM-nin Xüsusi hissəsinin normalarında inzibati xətanın obyektiv tərəfinin tövsifedici əlamətləri içərisində inzibati xətaların törədilmə yeri, vaxtı, üsulu, alət və şəraiti göstərilir.

Məsələn:


  1. Azərbaycan Respublikası İXM-nin 301.0.1-ci maddəsi: Fövqəladə vəziyyət recimi tətbiq edildiyi əraziyə gediş-gəlişin xüsusi reciminin və bu ərazidə hərəkət sərbəstliyinin məhdudlaşdırılmasının pozulmasına...

  2. Azərbaycan Respublikası İXM-nin 306-cı maddəsi: ...gecə vaxtı saat 24-dən 7-dək...

  3. Azərbaycan Respublikası İXM-nin 111.2-ci maddəsi: ...qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə...

  4. Azərbaycan Respublikası İXM-nin 301.0.2-ci maddəsi və 298-ci maddələrdə göstərilən əməllər məzmunca eynidirlər, lakin törədilmə şəraitinə görə müxtəlif tənbehlər tətbiq edilir.

İnzibati xətanın obyektiv tərəfini təşkil edən elementlərdən biri də, bu və ya digər formada münasibətlərdə olan başqa şəxs əlamətidir.

Məsələn, Azərbaycan Respublikası İXM-nin 307-ci maddəsi: ... və ya başqa şəxslər tərəfindən...; İXM-nin 133.1-ci mad....olan şəxslərin gəmi komandirinin sərəncamlarını yerinə yetirməməsinə görə; İXM-nin 310-cu mad. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət yaranır.

Başqa şəxslər kateqoriyasına aşağıdakı şəxslər daxildir:

a) zərərçəkmiş (məsələn: İXM-nin 155.4 mad. ... nəticəsində zərər çəkən şəxsin sağlamlığına ...);

b) inzibati xətanın iştirakçısı (məsələn, İXM-nin 152.1-ci mad. ...və ya nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsinə görə ...)

Tövsifedici əlamət kimi bəzən inzibati xətanın obyektiv tərəfi, yəni əməlin xarakteri də çıxış edir. Obyektiv tərəfin məzmununa görə əməlin təkrarlığı, uzanan və davam edən inzibati xətaları ayrımaq lazımdır.



Təkrarlıq - il ərzində inzibati tənbeh almış şəxs tərəfindən eyni inzibati xətanın törədilməsini nəzərdə tutur. Məsələn, Azərbaycan Respublikasının İXM-nn 151.5-ci maddəsi: ...Bu Məcəllənin 151.2, 151.3-cü və 151.4-cü maddələrində nəzərdə tutulmuş xətalar il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə, yəni 10 və daha çox cərimə balı toplamasına görə....

Uzanan inzibati xəta - təqsirkarın üzərinə qanunla qoyulmuş vəzifələrin uzun müddətdə yerinə yetirilməməsini nəzərdə tutur. Məsələn, Azərbaycan Respublikası 329-cu maddəsi: Şəxsiyyət vəsiqəsi olmadan və ya yaşayış yeri üzrə qeydiyyatdan keçmədən yaşama.

Davam edən inzibati xəta - eyni şəxs tərəfindən bir neçə eyni inzibati xətaların törədilməsidir ki, onların hər birinə görə o, inzibati məsuliyyətə cəlb olunmalıdır. Məsələn, Azərbaycan Respublikası İXM-nin 225.2-ci maddəsi: ...Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə ...; İXM-nin 308-ci maddəsi: Fahişəliklə məşğul olma.

Yüklə 108,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin