MühaziRƏ II əhaliNİn sağlamliq vəZİYYƏTİ, onun meyarlari və ona təSİr göSTƏRƏn amiLLƏr kompleksi. Rİsk faktorlari haqqinda anlayiş, onlarin təSNİfati və TƏSİr güCÜ



Yüklə 41,43 Kb.
səhifə1/15
tarix02.02.2022
ölçüsü41,43 Kb.
#114080
  1   2   3   4   5   6   7   8   9   ...   15

MÜHAZİRƏ II
ƏHALİNİN SAĞLAMLIQ VƏZİYYƏTİ, ONUN MEYARLARI VƏ ONA TƏSİR GÖSTƏRƏN AMİLLƏR KOMPLEKSİ. RİSK FAKTORLARI HAQQINDA ANLAYIŞ, ONLARIN TƏSNİFATI VƏ TƏSİR GÜCÜ
İnsanın sosial mahiyyəti, onun həyatı, təbiəti, imkanları, xüsusiyyətləri həmişə alimlərin diqqətini cəlb edərək çoxlu müşahidələrə, mülahizələrə, diskusiyalara, səbəb olmuşdur. Helvetsi insanı xüsusi xarici görünüşə malik, əlləri olan, silahdan, istehsal alətlərindən istifadə etməyi bacaran bir heyvan hesab edirdi. Dekart, Hobss və başqa filosoflar nitqi və şüuru insanın təbiətinin əsası sayırdılar. Yum, Kant insana alətlər hazırlamağı bacaran, düşünən varlıq kimi baxırdılar. Franklinin fikrinə görə insan - alətlər düzəldən heyvandır.

K.Marks və F.Engels insanın mahiyyətini abstrakt mücərrədlik hesab etmirdilər, çünki o, öz fəaliyyətində bütün istehsal münasibətlərini özündə təcəssüm etdirir. İnsan bioloji və sosialın vəhdətidir. Aparıcı yeri onun sosiallığı tutur. Təbiətə təsir göstərib onu dəyişdirən insan öz təbiətini, öz istehsal münasibətlərini də dəyişmiş olur. Kiçik tibbi ensiklopediyada «İnsan» (homosapiens,- dərrakəli insan onurğalılar tipinə, primatlar dəstəsinə, məməlilər sinfinə aiddir) yer üzərində bioloji orqanizmlərin ən alisi olan ictimai varlıqdır. istehsal alətləri yaradıb, onlardan istifadə etməyi bacaran, xarici aləmi, ətrafdakıları dəyişdirə bilən yüksək dərəcədə inkişaf etmiş beynə, nitqə və zəkaya malik varlıqdır».

İnsanın, onun sağlamlığı və xəstəliyinin sosial mahiyyəti bəlli olsa belə, konkret araşdırmalarda ona müxtəlif yanaşmalar mövcuddur. Məsələn: xəstəlik - fizioloji normanın pozulmasıdır, insanın yaşadığı mühitə uyğunlaşa bilməməsidir, orqanizmlə xarici mühit arasında vəhdətın pozulmasıdır.

Kibernetika, informatika, sistemli təhlil, riyazi modelləşdirmə orqanizmin müxtəlif sistemlərinin idarəedilməsi funksiyasmın pozulmasını qiymətləndirməyə irnkan verir, Orqanizmdə ruhi enerjinin çoxluğu və vaxtında onun kənara çıxarılması - katarsis haqda hələ vaxtilə Əsərtun, daha sonralar isə

Z.Freyd söyləmişlər. Son zamanlar ictimai funksiyaların, davranışın bir çox xəstəliklər zamanı pozulmasına diqqət cəmləşdirilmişdir. K.Marks xəstəliyi azadlığı sıxışdırılmış həyata bənzədir.

Y.P. Lisitsın insanlarda xəstəliklərin mahiyyətini müxtəlif əlamətlərə görə təsnif etmişdir.

1. Bioloji əlamətlərə görə xəstəlik:

- orqanizmin, onun orqan və sistemlərinin pozulması, defektləridir;

- xarici aləmlə əlaqənin, harmoniyanın, adaptasiyanın pozulmasıdır;

- orqanizmin daxili mühitinin daimliyinin pozulmasıdır;

- adaptasiya mexanizminin, ümumi adaptasion sindromun pozulması, disstres vəziyyətidir;

- təbii və orqanizmdaxili bioritmlərin uyğunsuzluğu, disxronozudur.

2. Kibernetik əlamətlərə görə xəstəlik:

- orqanizmin funksiyalarının requlə edilməsi, koordinasiyası və idarə olunması mexanizminin pozulmasıdır;

- mürəkkəb kibernetik sistem kimi götürülən orqanizmin funksional strukturunun pozulmasıdır;

- həyat fəaliyyəti alqoritminin pozulmasıdır.

3. Energetik əlamətlərə görə xəstəlik:

- orqanizmin energetik resurslarının sərf olunmasının

pozulmasıdır;

- insan orqanizmində enerji çatışmazlığı, çoxluğu və

disbalansıdır;

- orqanizmin tələbatına müvafiq gəlməyən energetik güc,

maqnit sahələrinin qeyri adekvatlığıdır.

4. Sosioloji və psixoloji əlamətlərə görə xəstəlik:

- insanın həyatında azadlığın sıxışdırılması, pozuimasıdır;

- insanı münasibətlərin, əlaqələrin, sosial xüsusiyyətlərin və cizgilərin pozulmasıdır;

- psixoloji dezadaptasiya, psixoloji sarsıntı, şəxsiyyətin

deqradasiyası, dezinteqrasiyası, psixosomatik pozğunluqlardır;

- şəraitin, həyat tərzinin, həyat steriotipinin, həyat stilinın pozulmasıdır.

İnsanın xəstəliklərinin şərhlərinin sayı minlərlədir Məsə lən: H.Heyne deyirdi: əgər insan mənzilə düşən işıq şüasını görüb sevinmirsə, demək o, xəstədir. Verilən təyinatların belə çoxluğuna, onların rəngarəngliyinə baxmayaraq, hər birinin çatışmayan cəhətləri vardır. Buna görə xəstəliyə sistemli yanaşma, vaxtında qeydiyyat və kompleks xarakterizə edilmə vacibdir.




Yüklə 41,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin