Mündəricat Fəsil Abortlar: təhlükələr və sosial perspektivlər


Azərbaycanda abortların statistikası



Yüklə 3,12 Mb.
səhifə4/11
tarix08.03.2020
ölçüsü3,12 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

1.2. Azərbaycanda abortların statistikası

demoqrafik perspektivlər

Azərbaycanda abortlar nəticəsində ana ölümü səviyyəsi illərə görə 1990-cu ildən 1994-cü ilədək 17-dən 70 nəfərədək artmış, 1995-ci ildən 2003-cü ilədək 53-dən 21 nəfərədək enmiş, 2004-cü ildən 2007-ci ilədək 34-dən 54 nəfərədək artmış və 2008-ci ildən 2016-cı ilədək 40-dan 22 nəfərədək enmişdir (Cədvəl 1.1).



Cədvəl 1.1. Azərbaycanda ana ölümü səviyyəsi

İllər

Nəfər

İllər

Nəfər

İllər

Nəfər

1990

17

1999

51

2007

54

1991

20

2000

44

2008

40

1992

32

2001

28

2009

37

1993

60

2002

22

2010

26

1994

70

2003

21

2011

27

1995

53

2004

34

2012

26

1996

57

2005

41

2013

25

1997

41

2005

41

2015

24

1998

51

2006

51

2016

22

Azərbaycanda sosial-iqtisadi durum və tibbi xidmətlərin səviyyəsi, ana ölümünün səviyyəsinin yüksək olmasına şərait yaratmır. Avropada ana ölümləri və kriminal abortların səviyyəsinin aşağı olmasının əsas səbəblərindən biri, orada kontraseptiv vasitələrdən geniş istifadə ilə bağlıdır.

1. Azərbaycanda əhalinin müasir kontraseptiv üsullardan istifadə səviyyəsi

Azərbaycanda qadınların müasir kontraseptiv üsullardan istifadə səviyyəsi (14%) digər postsovet ölkələri ilə müqayisədə iki-üç dəfə (30-50%) aşağıdır. 15-49 yaşarası ailəli qadınların kontraseptiv üsullardan istifadə edənlərinin (54.9%) 41 %-i ənənəvi, 14 %-i müasir üsullara etimad edir (DSS, 2011 – Diaqram 1.7).

Diaqram 1.7. Seçilmiş ölkələrdə kontraseptiv üsulların

cari istifadəsi (faizlə - AzDSS-2011)





Müasir kontraseptiv üsullardan istifadə etməmək, dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulmasına, arzuolunmaz hamiləliklərin artmasına, doğuma nəzarət üsulu kimi süni abortların sayınn çoxalmasına, abortlar nəticəsində ana ölümü riskinin artmasına şərait yaradır. Buna görə də, bu sahədə maarifləndirmə işlərinin artırılmasına ehtiyac vardır.
2. Azərbaycanda abortların demoqrafik vəziyyətə təsiri

2010-cu ildə Dünya Sağlamlıq Təşkilatının məlumatlarında bildirilir ki, abortların sayına görə Gürcüstan və Ermənistan Aİ-dən çox irəli getmişdir. Lakin, Azərbaycanda abortların səviyyəsi onlardan iki və üç dəfə aşağıdır (diaqram 1.8). Bu abortlar arasında selektiv abortların da payı böyükdür.



Diaqram 1.8. Doğulan hər 1000 nəfərə düşən abortların sayı

(World Health Organization 2010)



2012-ci ilədək Səhiyyə Nazirliyi sistemi üzrə, 2012-ci ildən başlayaraq digər nazirlik, komitə və təşkilatların nəzdində olan tibb müəssisələrin məlumatları əsasında Azərbaycanda doğuş və abortların səviyyəsinin statistikası ortaya qoyulmuşdur (Cədvəl 2.2 - DSK).



Cədvəl 2.2. Doğuşlar və abortlar



Azərbaycanda 2000-2016-cı illərdə ümumi doğulanların sayı 116.6 mindən 158.1 minə yüksəlmişdirsə, həmin ərəfədə abortların sayı da 17.5 mindən 34.6 minə qalxmışdır. Abortlar arasında selektiv aborların sayını göstərən statistika olmasa da, yeni doğulan cinslər arasında olan disbalans göstəricisi böyük ehtimal ilə selektiv aborların payına düşür.

Azərbaycanda 2000-2016 illərdə abortların sayının 7.8-dən 13-ə qədər artması müşahidə olunur (diaqram 1.9).



Diaqram 1.9. 2000-2016-cı illərdə abortların sayı

Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara görə, son 60 ildə Azərbaycanda ümumi nəsilvermə əmsalı 5-dən 2-yə enmişdir. Xüsusilə, 1995-ci ildən başlayaraq bu günədək həm kənd, həm də şəhərdə nəsilvermə əmsalı təqribən 2 səviyyəsində olmuşdur. Halbuki, bu əmsal 1960-1990-cı illərdə şəhərlərdə 3.5-dən 3-ə, kənd yerlərində 7-dən 3-ə enmişdir. 1995-ci ildən başlayaraq bu günədək ümumi nəsilvermə əmsalının təqribən 2 səviyyəsində olması, demoqrafik inkişafa mənfi təsir göstərə bilər (diaqram 1.10).



Diaqram 1.10. Azərbaycan üzrə əhalinin

ümumi nəsilvermə əmsalı



Nəsilvermə əmsalında doğum və ölüm səviyyələrinə diqqət yetirsək görərik ki, doğum səviyyəsi kəskin aşağı düşsə də, ölüm səviyyəsi təqribən eyni səviyyədə olmuşdur (6.7 – 5.9 nisbətində) (diaqram 1.11).




Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə