Pisever-geceleri



Yüklə 5,47 Mb.
səhifə44/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
1   ...   40   41   42   43   44   45   46   47   ...   63

AMUDİNİN TƏCÜMEYİ-HALI


vətçi: «İbni Hacəri Əsqəlani «Lisanul-Mizan»da belə yazmışdır: «Bir çox kitabı olan Seyf Amudi, mütəkəllim bir şəxsdir bir çox kitablar təlif etmişdir və azğın əqidəsinə görə Dəməşqdən sürgün edilmişdir. Namazı tərk etdiyi də doğrudur».

Yenə sizin böyük alimlərinizdən olan Zəhəbi «Mizanul-İtidal»da eyni hadisəni nəql etmiş və öz nəzərini belə bildirmişdir: «Amudinin bi᾽dətçi olduğu qətidir».

Siz də bir az dəqiq baxsanız, anlayacaqsınız ki, əgər Amudi bi᾽dət əhli, azğın əqidəli və imansız bir şəxs olmasaydı, heç bir zaman təbiətinin azğınlığını və pis düşüncələrini bəlli etdirməzdi. O Rəsulallahın bir çox səhabəsinə, hətta Ömər bin Xəttaba və sizin bir çox böyük alimlərinizə qarşı çıxmışdır.

Hər şeydən daha təcüblü budur ki, sizlər şiəni Səhihlərinizdəki hədisləri qəbul etmədiyi üçün qınayırsınız. (Halbuki vəziyyət belə deyildir, əgər hədislər səhih sənədlərə sahib olarsa, sizin kitablarınızda nəql edilmiş olsa belə biz qəbul edirik.) Amma Müslim, Buxari və digər Səhih sahiblərinin kitablarında nəql etdikləri hədisləri, Amudi açıq bir şəkildə rədd edir, yenə də siz ona yaxşı bir gözlə baxırsınız!

Əgər sizin yanınızda Amudinin heç bir eybi olmasa belə, sırf Səhihlərə müxalif olaraq nəzərini izhar etməsi, ‒ həqiqətdə Ömər, Müslim və Buxarini pisləməsi ‒ onun tanınması üçün yetərli bir səbəbdir.

Əgər siz bu hədis haqqında daha ətraflı mə᾽lumata sahib olmaq, onun bütün dəlil və böyük alimlərinizdən olan sənədlərini görmək, bu mövzu haqqında aydınlığa çıxmaq, Amudi kimilərə bəd dua etmək və həqiqətin sizə aşikar olmasını istəyirsinizsə, alim, adil, zahid, mühəqqiq, hədis və rəvayətlərin tədqiqatçısı olan mərhum Əllamə Mir Seyyid Həmid Hüseyn Dehləvinin «Əbəkatul-Ənvar» kitabının bütün cildlərini, xüsusilə «Mənzilət» hədisiylə əlaqəli cildini oxuyun və bu böyük şiə aliminin, bəhs edilən hədisi sizin öz qaynaqlarınızdan dəlilləriylə birlikdə necə əldə etdiyini görün.



Hafiz: «Siz buyurdunuz ki, bu hədisi nəql edənlərdən biri də Ömər bin Xattabdır (r.z) mümkünsə sənədini də söyləyin».

ÖMƏR BİN XƏTTABDAN MƏNZİLƏT HƏDİSİ


vətçi: «Əbu Bəkir Məhəmməd bin Cəfəri əl-Mütəyri və Əbul-Leysi Nasir bin Məhəmməd Səmərqəndi əl-Hənəfi «Məcalis» kitabında, Məhəmməd bin Əbdurrəhman Zəhəbi «Riyazun-Nəzrə»də, Mövla Əli Müttəki «Kənzul-Ummal»da, İbni Səbbaği Maliki «Fusulul-Muhimmə»nin 125-ci səhifəsmndə «Həsais»dən nəqlən, İmamul-Hərəm «Zəhairul-Uqba»da, Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-Məvəddə»də, İbni Əbil-Hədid «Nəhcul-Bəlağa Şərhi»nin ΙΙΙ cildinin 258-ci Səhifəsində «Naqzul-Osmaniyyə»dən və Şeyx Əbu Cəfər İsqafi bir neçə kəlimə fərqiylə İbni Abbasdan belə dediyini nəql etmişlər:

Bir gün Ömər bin Xəttab belə dedi: «Əlinin adını (yə᾽ni onun qeybətini etməyi) buraxın. Çünki mən Peyğəmbərdən; «Əlidə üç xüsusiyyət vardır» buyurduğunu eşidim; əgər onlardan biri mən Ömərdə olsaydı, günəşin, üzərinə doğduğu her şeydən mənim üçün daha sevimliydi».

Sonra sözünə belə davam etdi: «Mən, Əbu Bəkir, Əbu Ubeydə bin Cərrah və Rəsulallahın əshabından bir qrup şəxslər O, həzrətin hüzurundaydıq, Rəsulallah da Əli bin Əbu Talibə söykənib oturmuşdu. O, bu vaxt Əlinin çiyninə vuraraq belə buyurdu: «Ya Əli! Sən iman etmə baxımından mö᾽minlərin ilkisən, İslam baxımından da Müsəlmanların ilkisən».

Sonra yenə belə buyurdu: «Ya Əli! Sən mənə nisbətlə Harunun Musaya olan mənziləti kimisən; sənə düşmən olduğu halda məni sevdiyini söyləyən yalan söyləmişdir».

Sizin məzhəbinizdə xəlifə Ömərin sözünü rədd etmək caizdirmi? Əgər caiz deyilsə, o zaman nə səbəbdən Amudi kimi halı hər kəsə mə᾽lum olan birinin bəsid sözlərini nəzərə alırsınız?

XƏBƏRİ-VAHİDİN ƏHLİ-SÜNNƏT MƏZHƏBİNDƏKİ HÖKMÜ


Bu mövzu əlaqədar sizin bir sualınız cavabsız qaldı. O, da budur ki, buyurdunuz: «Bu hədis Xəbəri-vahiddir; Xəbəri-vahidin də etibarı yoxdur».

Əgər biz, bu sözü söyləsək, əlimizdəki olan rical ölçülərinə görə doğrudur. Amma bunu sizin söyləməniz həqiqətən təcüblü bir şeydir. Çünki sizin məzhəbinizdə Xəbəri-vahidin höcciyəti sabitdir. Çünki sizin mühəqqiq alimləriniz! Xəbəri-vahidi inkar edənin kafir və ya fasiq olduğunu söyləmişlər. Məsələn: Məlikul-Uləma Şəhabuddin Dövlət Abadi «Hidayətüs-Süəda»da belə demişdir:

«Kim Xəbəri-vahid və qiyası inkar edər və onların höccət olmadığını söylərsə, kafir olar. Amma əgər bir adam; «Bu Xəbəri-vahid səhih və bu qiyas sabit deyildir» söylərsə, kafir olmaz; amma fasiq olar».

Hafiz: «Gözəl bəyanınız və əhli-sünnət kitabları haqqındakı geniş mə᾽lumatınıza görə çox şad oldum. Bizə şiə alimlərinin əhli-sünnət kitablarını oxumaq üçün ələrinə, almaq istədikləri zaman, əlləri bu kitablara dəyməsin deyə bir bir bez parçasıyla tutulmalıdır söyləyirlər».

vətçi: «Bu sözlərin doğruluğuna dair heç bir dəlil yoxdur. Bunlar, Qərbin və yerli şeytanların, suyu bulandıraraq Müsəlmanların arasındakı ixtilafdan öz məqsədlərinə istifadə etmək üçün gizli əllər vasitəsiylə icad etdikləri sözlərdir. Bu mövzuda sizin və bizim vəzifəmiz davamlı olaraq xalqı oyatmaqdır.

Qur᾽ani-kərim «Hücurət» surəsinin 6-cı ayəsində müsəlmanlara belə xatırladır: «Ey insanlar! Sizə fasiq (yoldan çıxmış) bir adam bir xəbər gətirsə, onun doğruluğunu araşdırın. Yoxsa bilməyərək bir cəmiyyətə qarşı pislik etsəniz, sonra da etdiyinizdən peşman olarsınız».

Biz alimlər bundan qafil olmamalıyıq. Əgər Allahın bu göstərişi ağalar üçün bir me᾽yar olsaydı, eşidikləri iddialar onlarda tə᾽sir buraxmaz və bu gün peşmanlığa səbəb olmazdı.

Biz kafir, müşrük və mürtədlərin kitablarını əlinizə alıb oxuyarkən necə olur Müsəlman qardaşlarımızın kitablarına həqarət gözüylə baxırsız! Sizin buyurduğunuzun əksinə biz sizin böyük alimlərinizin mö᾽təbər kitablarını dəqiq bir şəkildə oxuyur və səhih sənədlərə sahib olan hədisləri qəbul edirik. Elmi və məntiqi ixtilafların, məzhəb və etiqatla hər hansı bir bağlantısı yoxdur.

Görəsən, sizin, şiə tələbələrinin Sərf, Nəhv, Məani, Bəyan, Məntiq, lüğət, Təfsir və Kəlamda sizin alimlərinizin yazdığı kitablardan istifadə etdiklərindən xəbəriniz yoxdurmu? Bu halda necə ola bilər ki, onlar kitabları hər hansı bir vəsiləylə yerdən qaldırmış olsunlar.

Əlbəttə, sizin nəql edilmiş hədislərinizin sənədində yer alan bə᾽zi raviləriniz qəbul olunmazdırlar, onların sözlərinə etina edilməz. Ənəs, Əbu Hüreyrə, Səmurə və digərləri ki, daha əvvəl də ərz etmişdim. Çünki sizin alimlərinizdən bə᾽ziləri də onları rədd etməkdədirlər; Əbu Hənifə də bunlardan birisidir. Biz də yuxarıda adı zikr edilən şəxslərdən nəql etmiş hədisləri qəbul etməməkdə və rədd etməkdəyik. Bunların xaricində sizin mühəqqiq alimləriniz tərəfindən yazılmış elmi kitablar üzərində diqqətlə durmaqdayıq. Xüsusilə mənim, Həzrt Peyğəmbər və Əhli-beytin həyatları üzərində araşdırdığım ən çox oxuduğum və qaynaq kimi əsas götürdüyüm kitablar, sizin kitablarınız olmuşdur.

Öz şəxsi kitabxanəmdə, 200-cild əhli-sünnət alimlərinin təfsir, hədis və tarix kitabları mövcudur və mən araştırmalarımda bunlardan istifadə edirəm. Amma bizim üləmamız sərraf kimidir və bu kitablardakı doğru ve yanlışları bir-birindən ayırd edirlər; Fəxri Razilərin İbni Hacərlərin, Ruzbehanların, Amudilərin və İbni Teymiyələrin şübhə və işqallarına aldanmayır və onların yanlış fikirlərinin tə᾽siri altına düşmürlər.

Lütfən səmimi qəbul edin ki, mənim həzrət Peyğəmbərin Əhli-beytinə və mə᾽sum İmamların mə᾽qamına olan yaxın dərəcədə mə᾽rifətim daha çox sizin mö᾽təbər kitablarınızı oxumağım sayəsində olmuşdur».



Hafiz: «Mövzudan çox uzaqlaşdıq, lütfən siz mənzilət hədisinin həzrət Əlinin nübuvvət məqamına necə dəlalət etdiyini və Əlinin (k.v) hansı yolla nübuvvət məqamına sahib olduğunu açıqlayın».

vətçi: «Bizə mütəvatir olaraq yetişən bu hədisi şeərifdən, Əmirəl-mö᾽minin həzrət Əli (ə) üçün üç xüsusiyyət sabit olmaqdadır:

1- Mə᾽na və həqiqətdə O, həzrət üçün olan nübuvvət mə᾽qamı .

2- həzrət Peyğəmbərdən sonra zahiri Xilafət və rəhbərlik mə᾽qamının O həzrətə yetişməsi.

3- həzrət Əlinin bütün əshabdan və digər insanlardan üstün olması.

Çünki həzrət Peyğəmbər (s) mənzilət hədisiylə həzrət Əlinin, həzrət Harunun mənzilətinə (konumuna) sahib olduğunu açıqlamışdır. Harun (ə) da nübuvvət və həzrət Musanın xəlifəsi olmaq məqamına sahib olmaqla Bəni-İsraildən üstündü.

Nəvvab: «Möhtərəm qardaşımız bağışlayın; həzrət Musanın qardaşı Harun (ə) görəsən, nəbi idimi?».

vətçi: «Bəli, həzrət Harun nübuvvət məqamına sahibdi».

Nəvvab: «Qəribədir, mən indiyə qədər eşitməmişdim. Görəsən, Qur᾽anda da sizin bu sözünüzü təsdiqləyən bir ayə vardırmı?».

vətçi: «Bəli, bir neçə ayədə Allah-təala O həzrətin nəbiliyini açıqlamışdır».

Nəvvab: «Mümkünsə o ayələri, feyizlərindən istifadə etməmiz üçün oxuyasız».

vətçi: «Nisa» surəsinin 163-cü ayəsində belə buyurur: «Nuha ondan sonra peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yəquba nəslindən olanlara, İsaya, Əyyuba, Yunisə, Haruna Süleymana da vəhy etdik. Davuda da Zəbur verdik».

«Məryəm» surəsinin 52-ci ayəsində də belə buyurur: «Ona (Musaya) Turun sağ tərəfindən səsləndik onunla danışmaq üçün özümüzə yaxınlaşdırdıq. Ona rəhmətimizdən qardaşı Harunu da bir peyğəmbər olaraq ərməğan etdik».



Hafiz: «Sizin bu dəlilərinizə görə həm Məhəmməd (s) və həm də Əli (ə) peyğəmbər olaraq xalqa göndərilmişlər?».

vətçi: «Mən sizin bəyan etdiyiniz şəkildə söyləmədim. Sizin özünüz də peyğəmbərlərin sayı haqqında ixtilaf olduğunu bilirsiniz. Peyğəmbərlərin 120 min və ya daha çox olduğu belə yazmışlar. Amma onların hamsı zamanlarında dövürlərinin kitab və əhkam sahibi olan peyğəmbər tabe idilər. Onlardan sadəcə beş nəfəri ulul-əzim idi. Onlar; həzrət Nuh, həzrət İbrahim, həzrət Musa, həzrət İsa və məqamı hamsından daha yüksək olan həzrət Xatəmul-Ənbiya Məhəmməd Mustafa (s)dır; ki, o məqam da Xatəmiyət məqamıdır.


Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə