1. Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə13/13
tarix23.03.2022
ölçüsü0,68 Mb.
#114942
1   ...   5   6   7   8   9   10   11   12   13
milli exlaq 60s pdf

                           15.Ailənin büdcəsi 

Ailə büdcəsini necə düzgün idarə etmək lazımdır? 

 

 



Ailə büdcəsi: Bu mövzu ətrafında, xərclər və gəlirlər haqqında asanlıqla danışırıq. 

Nəticə isə uzun müddət çəkmir. Bəs ailənin büdcəsini necə düzgün idarə etmək 

lazımdır? 

Bir əmək haqqı alırsınız, ancaq qısamüddətdən sonra baxırsınız ki, digər ehtiyaclarınız 

üçün vəsait artıq qalmayıb. Pullar hara gedir, niyə onlar həmişə tez bitirlər? 

Məqalədə bunun haqqında danışacağıq. 

 

1 PUL NİYƏ HEÇ VAXT BİZƏ ÇATMIR?



 

 



2 XƏRCLƏRİ NECƏ NƏZARƏTDƏ SAXLAMAQ OLAR?

 



 

3 AİLƏ BÜDCƏSİNİ DOĞRU YÖNƏLTMƏK

 



 



4 GƏLİR

 



 

5 XƏRC


 

 



6 VACİB QAYDALAR

 

PUL NİYƏ HEÇ VAXT BİZƏ ÇATMIR? 



Bunun səbəbi çox sadədir – insanlar öz xərclərini hesablamırlar. 


Bir  çox  insanların  ən  çox  yadında  qalan  xərcləri  kommunal  ödənişlərdir.  Əsas 

problemlər  də  məhz  buradan  qaynaqlanır.  Xərcləri  qeydə  almamaq. 

Büdcənizə zərər gətirən yerlərdən biri də supermarketlərdir. Yadınıza salın ay ərzində 

çörək  üçün  baş  vurduğunuz  supermarketdən  neçə  dəfə  əlidolu  paketlərlə  çıxmısınız. 

Evə gəldikdən sonra baxırsınız ki, əslində aldığınız məhsulların bir neçəsi əslində çox 

da  lazımlı  deyilmiş.  Əgər  xərclərinizi  izləməyi  öyrənməsəniz  bu  hallar  tez-tez  baş 

verəcək. 

XƏRCLƏRİ NECƏ NƏZARƏTDƏ SAXLAMAQ OLAR? 

Bir çox insanlar elə zənn edirlər ki, xərclərə nəzarət etmək çox qəliz məsələdir. Əslində, 

bu belə deyil. Bütün xərcləri, qeyd dəftərinə və ya mobil telefonuzun qeyd bölməsinə, 

müvafiq proqramlarda qeyd etmək çox az zamanınızı alacaq. Hətta sizə əhəmiyyətsiz 

görünən 


xərclər 

belə 


qeyd 

olunmalıdır. 

Ekspertlər təsdiqləyirlər ki, xərclərinizi daim qeyd etməyiniz büdcənin təxminən 20% və 

ya daha çoxunu xilas edəcək. Narahat olmayın, ilk vaxtlarda belə bir xərc nəzarəti sizdə 

çətin  ola  bilər,  amma  gələcəkdə  bir  vərdiş  halına  gələcək  və  bunu  rahat  şəkildə 

edəcəksiniz. 

AİLƏ BÜDCƏSİNİ DOĞRU YÖNƏLTMƏK 

Ailə  büdcəsi  ailənin  cari  ay  üçün  bütün  xərcləri  və  mənfəətini  göstərir.  Siz  büdcənizi 

planlaşdırmaqla  vəsaitinizi  harda  gəldi  deyil,  doğru  şəkildə  xərcləyəcəksiniz. 

Nəticədə, təkcə özünüzü idarə etməyi deyil, ailənizin maddi vəziyyətinə də müsbət təsir 

göstərəcək 

qənaət 

etməyi 

də 

öyrənəcəksiniz. 

Maraqlıdır  ki,  bu  proses  çətin,  hətta  xoş  görünməyəcək,  ancaq  ilk  müsbət  nəticələrə 

çatanda sevinc hissi yaşayanda nə qədər doğru etdiyinizi biləcəksiniz. 

GƏLİR 


Ailənin büdcəsini planlaşdırmağa başlayın, gəlirlərinizi əlavə xərclərdən qorumaq üçün 

bu ən yaxşı yoldur. Əmək haqqınızı, əlavə nə gəliriniz varsa hamısının siyahıya alın. 

XƏRC 

Gəlirləri qeyd etdikdən sonra əsas məsələ olan xərc ödənişlərini qeyd edin. Zəruri olan 



bütün xərclərlə yanaşı, ən xırda ödənişlərinizi belə qeyd edin. 

VACİB QAYDALAR 

Hər  bir  gün  və  ya  ay  üçün  bir  məbləğ  təyin  edin.  Zəruri  olmadığı  təqdirdə  heç  vaxt 

müəyyən 


etdiyiniz 

xərc 


məbləğini 

keçməyin. 

Büdcə qaydası sistemli bir şəkildə pozulursa, ehtimal ki, düzgün sistem qurmamısınız. 

Xərclərinizi yenidən nəzərdən keçirib, daha düzgün büdcə planlayın. 

Əslində, büdcəni saxlamaq çətin deyil və onu planlamaq çox faydalıdır. Daha faydalı isə 

əlinizdə olan vəsaiti daha doğru şəkildə dəyərləndirməkdir. Əlavə qalan vəsaitinizi, 

məsələn, valyuta bazarlarında yatırım edərək daha çox gəlir əldə edə bilərsiniz. 

 

 



 


 

 

                



 

 

Document Outline

  • Valideynlərin və uşaqların hüquq və vəzifələri
  • Ailə büdcəsini necə düzgün idarə etmək lazımdır?
    • PUL NİYƏ HEÇ VAXT BİZƏ ÇATMIR?
    • XƏRCLƏRİ NECƏ NƏZARƏTDƏ SAXLAMAQ OLAR?
    • AİLƏ BÜDCƏSİNİ DOĞRU YÖNƏLTMƏK
    • GƏLİR
    • XƏRC
    • VACİB QAYDALAR

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin