1. Kursun öyrənilməsinin əhəmiyyəti və məqsədi


Azərbaycan şifahi xalq ədəbiyyatında milli mənəviyyatın dəyərləri



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə3/13
tarix23.03.2022
ölçüsü0,68 Mb.
#114942
1   2   3   4   5   6   7   8   9   ...   13
milli exlaq 60s pdf

 

   3.Azərbaycan şifahi xalq ədəbiyyatında milli mənəviyyatın dəyərləri 

Azərbaycan şifahi xalq yaradıcılığının tarixi min illəri əhatə edir. Xalqın istək və 

arzuları, gələcəyə ümidləri, sevinc və kədəri, mübarizə əzmi, müdrikliyi, təbiət və 

cəmiyyət  hadisələrinə  münasibətləri  bu  nümunələrdə  özünün  dolğun  ifadəsini 

tapmışdır. 

Kamil şəxsiyyət, nümunəvi davranış və əxlaq, böyüyə hörmət, insanlar üçün vacib 

bilinən mənəvi keyfiyyətlər, milli dəyərlər, əməyə bağlılıq, şərəf, ləyaqət, ədalət və 

s. xalq yaradıcılığı materiallarının başlıca mövzusu olmuşdur.  

Həmin nümunələr,  ata  –  babalarımızın  müdrik  kəlamları,  atalar  sözləri,  nağıl, 

rəvayət,  əfsanə, mif, əsatir,  bayatılar  və  s.  əsrləri  adlayaraq  bu  günümüzə  gəlib 

çatmışdır. Tarixən mövcud olmuş, qorunub saxlanmış qədim adət - ənənələrimiz 

haqqında da həmin nümunələrdən maraqlı məlumatlar əldə edirik.  

Şifahi  xalq  yaradıcılığına  başqa  sözlə,  folklor  da  deyilir.  Folklor  ingilis  dilində 

“xalq hikməti” deməkdir. Bu hikmət və müdriklik xəzinəsindəki dəyərlər, tərbiyəvi 

fikirlər neçə - neçə gəncin təşəkkül tapıb formalaşmasına təsir göstərmişdir. 

Şifahi  xalq  yaradıcılığı  xalqın  təfəkkürünün  məhsulu  olduğundan  ona  xalq 

ədəbiyyatı da deyilir.  

Xalq öz yaradıcılığında çox müxtəlif və rəngarəng növlərə müraciət etmişdir. Ata – 

babalarımızın müəyyən hadisəni, bu və ya digər hərəkəti, əməli, davranışı və rəftar 

tərzini,  insanlar  arasındakı  münasibətləri  nəzərdə  tutaraq  müvafiq  fikirlər 

söyləmişlər.  

Tarixən sınaqlardan keçərək gəlib bu günümüzə çatan atalar sözləri öz həqiqətini, 

doğruluğunu özündə saxlayır. Ata – babalarımız dediyi bu və ya digər sözü, fikri, 

özünün təcrubəsində,  başqalarının  həyatında  dəfələrlə  sınaqdan  keçirdikindən, 

ölçüb – biçdikdən sonra meydana çıxarıb. İnsan bu və ya digər vəziyyətə düşəndə, 

çətinlik çəkəndə, uğur qazananda hər hansı atalar sözü xatırlana, yaxud bu və ya 

digər fəaliyyəti həyata keçirmək istəyəndə atalar sözü köməyinə gəlir. 

Hər  hansı  bir  cisim,  təzahür  çox  müxtəlif xüsusiyyətlərin  məcmusudur.  Odur  ki, 

özünün müxtəlif, rəngarəng tərəfləri ilə faydalı olur. Bu faydalılıq onun dəyəridir. 

O, pedaqoji ədəbiyyatda pedaqoji dəyərlər, sosial, qrup və şəxsiyyət dəyərləri kimi 

təsnif  edilir.  Şəxsiyyət  dəyərlərinə  dəyərlər,  keyfiyyətləri  aid  edilir.  Tərbiyə  də 

dəyərdir.  Milli  tərbiyədən  danışanda  milli  –  mənəvi  dəyərlərə  diqqət  yetirmək 

lazım  gəlir.  Xalq  müdrikliyi  əsasında  folklor  nümunələrimizin  tərbiyəedici 

imkanları əsasında tərbiyə alan nəsillər öz uşaqlarını da xalq müdriklərinə istinad 

etməklə böyüdüb, yetişdirəcəklər.  



Milli  –  mənəvi  dəyərlərimiz  arasında,  böyüyə  hörmət  xüsusi  yer  tutur.  Tarixən 

xalqımız da, kiçiklər yaşca özlərindən böyüklərə, yaşlı adamlara, qocalara, böyük 

bacı – qardaşlarına, valideynlərinə, qonşulara hörmətlə yanaşmış, onların üzünə ağ 

olmamış, yolunu saxlamış, məsləhətlərini dinləmişlər. 

Atalar sözləri və məsəllərimizdə deyilir:  

“Böyüyə hörmət elə, sən də böyüyəcəksən”. 

“Böyük danışanı kiçik götürər”. 

“Böyüyün üzünə ağ olanı torpaq götürməz”. 

“Böyüksüz evdə bərəkət olmaz”. 

Vətən  sevgisi  milli  –  mənəvi  dəyərlərdəndir  ki,  onun  əsasında  da  vətənpərvərlik 

hissi  durur.  Vətənpərvərlik  hissi  hər  bir  şəxsə  xas  olmalıdır.  Bu  hiss  lap  körpə 

yaşlarından  uşaqlara  təlqin  edilməlidir.  Həm  də  Vətəni  sözdə  sevmək  azdır, 

özünün hərəkəti, təəssübkeşliyi, dövlət rəmzlərimizi, torpağımızı, maddi və mənəvi 

sərvətlərimizi,  xalqımızı,  dövlət  başçılarımızı,  tarixi  və  mədəniyyət  abidələrimizi 

sevmək,  onlara  görə  iftixar  və  qürür  hissi  keçirmək, ölkəmizin tərəqqisi, 

çiçəklənməsi və  möhkəmlənməsi,  Azərbaycanı  dünyada  tanıtmaq  və  şərəflə, 

ləyaqətlə təmsil etmək, vətənimizi hər cür təcavüzdən qorumaq lazımdır.  

Atalarımız demişlər: 

“Vətənin yüz bir qışı, qürbətin yüz baharından yaxşıdır”. 

“Doğma yurd şirin olar”. 

“Vətənsiz vətəndaş olmaz”. 

“Qürbət yer cənnət olsa, yenə vətən yaxşıdır”. 

Ailəyə  bağlılıq,  qadının  sədaqəti,  kişi  qeyrəti,  qadın  isməti, ailənin  şərəfini 

qorumaq  milli  –  mənəvi  dəyərlər  arasında  xüsusi  yer  tutur.  Şifahi  xalq 

yaradıcılığında da bu məsələlərə geniş yer ayrılmışdır: 

“Arvadın isməti, ərin izzəti”. 

“Varını itirən az şey itirər, namusunu itirən çox şey”. 

“Ağıllı gəlinin ailədə üzü ağ olar”. 

“Ailədə yanılmaq yamanlıq gətirər”. 

Şifahi xalq yaradıcılığında nəsihətlərin də öz yeri vardır. Ləyaqət, ismət, namus, 

ailə  şərəfi kimi milli –  mənəvi  dəyərlərimiz  nəsihətlərdə  özünün  geniş  əksini 

tapmışdır. 




Diqqət yetirək: “Qeyrətsiz,  namussuz  yaşamaqdansa  ölmək  yaxşıdır”.  “Ev 

düşmənindən qorx və ehtiyatlı ol”.  

Əxlaq  tərbiyəsi,  uşaqların  tərbiyə  məsələləri  şifahi  xalq  yaradıcılığında  diqqət 

yetirilən  məsələlərdən  biridir.  “Ata  evin  tərbiyə  ocağıdır”  atalar  sözü  deyilən 

sübutdur. Ata – babalarımız tərbiyəçinin şəxsiyyətinə yüksək qiymət verir. Uşağın 

tərbiyəvi  təsirlərə  laqeyd  qalmaması  üçün  tərbiyəçinin,  valideynin  sözü  də, 

əməlinin vəhdət təşkil etməsi, onun şəxsi nümunə göstərməsi tələb olunur. 

“Uşaq gördüyünü götürər”. 

“Ana qızına taxt verər, ata oğluna baxt”. 

“Ata oğlunun pisliyini istəməz”. 

Şifahi xalq yaradıcılcğında şəxsiyyətin keyfiyyətlərinin inkişafı qayğısına qalmaq 

vacib  tələb kimi irəli  sürülür.  Düzlük,  doğruluq,  yoldaşlıq  və  dostluq, 

vətənpərvərlik, böyüyə hörmət, mərdlik və qəhrəmanlıq, humanizm və s. bu kimi 

nəcib  sifətlər təqdir  olunur.  Yalançılıq,  pislik,  yaltaqlıq,  namərdlik,  satqınlıq, 

kobudluq, qəddarlıq xoşagəlməz və mənfi keyfiyyətlər tənqid edilir. 

Atalar sözlərində müsbət keyfiyyətlər: 

“Adama adamlıq lazımdır”. 

“Doğruluq insanı heç vaxt utandırmaz”. 

“Düz yaşa, yüz yaşa”. 

“Dost dosta arxa olar”. 

“Ən böyük gözəllik sadəlikdir”. 

Mənfi sifətlər: 

“Adam başından böyük danışmaz”. 

“Alçaqlıqdan ölüm yaxşıdır”. 

“Yalançılıq üz qızardır”. 

Xalq  təfəkkürünün  ən  gözəl,  bariz  nümunələrinin  toplandığı  folklor  insanların 

mənəvi baxımdan saflaşması, bir şəxsiyyət kimi kamilləsməsi, yetkinləşməsi üçün 

zəngin material verir. Şifahi xalq yaradıcılığı nümunələrindən ailədə və məktəbdə 

uşaqların yeniyetmə və gənclərin tərbiyəsində istifadə olunmalıdır. 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin