Ајәтуллаһ Мисбаһ Јәзди



Yüklə 2,8 Mb.
səhifə256/289
tarix10.01.2022
ölçüsü2,8 Mb.
#106744
1   ...   252   253   254   255   256   257   258   259   ...   289

SUALLAR


1.Əməllərin təcəssümünün (cism şəklinə düşməsinin) işlərə sərf olunan enerjinin maddəyə çevrilməsi kimi fərz olunmasının nə kimi iradı vardır?

2.İnsanın əməlləri ilə onun axirət nəticələri arasında həqiqi rabitəni ağlasığan tərzdə necə təsəvvür etmək olar?

3.Əməllərin təcəssümünə hansı ayələr dəlalət edir? Əcr (savab) və cəza kimi təbirlərin nə üçün işləndiyini bəyan edin.

4.Əməllərin təcəssümü dedikdə elə onları dünyadakı surətlərinin hazır olması kimi izah etmək olarmı? Niyə?


ƏLLİ DÖRDÜNCÜ DƏRS

İNSANIN ƏBƏDİ XOŞBƏXT VƏ YA BƏDBƏXT OLMASINDA İMAN VƏ KÜFRÜN ROLU

Müqəddimə

İman və küfrün həqiqəti

İman və küfrün həddi

İnsanın əbədi xoşbəxt və ya bədbəxt olmasında iman və küfrün təsiri

Bu barədə olan Quran ayələri


MÜQƏDDİMƏ


Digər bir məsələ budur ki, imanla yanaşı olan hər biri saleh əməlin insanın əbədi xoşbəxtliyə çatmasında müstəqil rola malikdir, yoxsa onların məcmusu onun xoşbəxtliyinə çatmasına səbəb olur? Həmçinin bunun müqabilində də belə bir sual yaranır ki, hər bir günah əməl təklikdə insanın əbədi əzaba düşməsinə səbəb olur, yoxsa, onların məcmusu belə bir təsirə malikdir? İkinci halda əgər bir şəxs yalnız imana, yaxud təkcə saleh əmələ sahib olsa, onun aqibəti necə olacaqdır? Eləcə də əgər bir şəxs yalnız küfr edərsə, yaxud (küfr etmədən) təkcə günahlara mürtəkib olarsa, onun axır-aqibəti necə olacaqdır? Əgər imanlı bir şəxs çoxlu günahlara düçar olarsa, yaxud kafir bir şəxs çoxlu yaxşı əməllər görərsə, onda bədbəxt olacaq, yoxsa xoşbəxt? Hər iki halda əgər bir şəxs həyatının bir qismini iman və əməli-salehlə, digər bir qismini isə küfr və günahkarlıqla keçirmiş olarsa, onda onu hansı aqibət gözləyir?

Bu kimi məsələlər İslamın zahir olduğu ilk dövrlərdən etibarən araşdırılmış, xəvaric kimiləri inanmışlar ki, kəbirə günahlara mürtəkib olmaq müstəqil surətdə insanın əbədi bəxbəxtçiliyə düşməsinə səbəb olur. Hətta bu iş insanın küfrünə və mürtəd olmasına belə səbəb olur. Mürciə kimi digər firqələrin inancına görə isə təkcə iman əbədi səadət üçün kifayətdir, günaha mürtəkib olmaq möminin səadətinə zərər və xələl gətirmir.

Amma həqiqət bundan ibarətdir ki, hər günah küfrə və əbədi bədbəxtçiliyə səbəb olmur, hərçənd günahların çoxluğunun imandan çıxmağa da səbəb olması mümkündür. Digər tərəfdən, imanın varlığı ilə hər günahın bağışlanması və heç bir pis təsir qoymaması da düzgün təsəvvür deyildir.

Bu dərsdə əvvəlcə iman və küfrün həqiqəti barəsində izah verəcək, sonra onların insanın əbədi səadət və bədbəxtliyində nə dərəcədə əhəmiyyətə malik olduğunu araşdıracağıq. Qalan məsələləri isə növbəti dərsdə bəyan edəcəyik.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   289




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin