“Mənimlə sizin aranızda Allahın və yanında kitabın elmi olan şəxs şahid ola- raq yetər!” 1 Qeys Əli (ə) haqqında enən bir ayəni belə tərk etmədən hamısını
bir-bir oxudu.
Müaviyə dedi: “Bu ümmətin Siddiqi Əbu Bəkr, faruqu isə Ömərdir, yanın-
da kitabın elmi olan şəxs isə Abdullah ibn Salamdır!”
Qeys dedi: “Bu adlara daha layiq və daha çox haqq sahibi Allah onun
barəsində bu ayəni nazil etdiyi şəxsdir: “Məgər Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ardınca Allahdan bir şahid gələn...” 2 Və həmçinin bu ayə nazil olan: “Sən yalnız qorxudansan. Hər bir qövmün bir hidayət edəni vardır”. 3 Allaha and olsun, belə nazil olub ki, “Əli hər bir qövmün hidayət
edənidir”. Siz isə onu sildiniz
4
. Və o şəxsdir ki, Peyğəmbər (s) Qədir Xum-
da onu xəlifə olaraq təyin etdi və buyurdu: “Mən kimə canından övlayamsa
(üstünəmsə), Əlidə ona canından övladır”. Və Peyğəmbər (s) Təbuk döyüşündə
Əliyə (s) belə dedi: “Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbətidir.
Yalnız məndən sonra peyğəmbər yoxdur”.
2. Müaviyənin İmam Əlinin (ə) lənətləməyə başlanması haqda məktubu Müaviyə o gün Mədinədə qaldı. Şəhərlərdəki valilərinə belə bir məktub
yazdı və bir münadi yüksək səslə bunu çatdırdı: “Bilin ki, Əli ibn Əbu Talibin
və Əhli-Beytinin fəzilətləri və üstünlükləri barədə bir hədis nəql edəcək şəxsin
üstündən amanımı götürürəm. Belə bir şəxs özünə qarşı cəzanı halal etmişdir”.
Bundan sonra xətiblər hər yerdə və hər məqamda minbərlərindən Əli ibn
Əbu Talibə (ə) lənət etməyə və ondan uzaq olduqlarını bildirməyə, onun və
1
“Rəd” surəsi, ayə 43.
2
“Hud” surəsi, ayə 17.
3
“Rəd” surəsi, ayə 7.
4
Məqsəd ayənin təfsiridir. (Tərc.)