İrsi elliptositoz və piropoykilositoz
İrsi elliptositoz və ya ovalositoz eritrositlərin membran zülalların quruluşunun pozulması səbəbindən yaranan və autosom-dominant yolla irsə verilən xəstəlikdir. Xəstəlik bəzən klinik əlamətlərsiz, bəzən isə eritrositlərin hüceyrə daxili parcalanması nəticəsində yaranan anemiya ilə müşahidə olunur.
İrsi elliptositoz haqqında ilk dəfə 1904-cü ildə Amerika fizioloqu Dresbach məlumat vermişdir. Praktik məşğələ zamanı bir tələbə öz qanında eritrositlərin formasının dəyişdiyinin müşahidə edir. Bir müddət sonra tələbə vəfat edir və alimlər hesab edirlər ki, elliptositoz hər hansı bir ağır xəstəliyin nəticəsi olub.
Oval və ya ellipsə bənzər eritrositlər sağlam insanlarda 10%-ə qədər norma hesab edilir.
İrsi elliptositoz gendaşıyıcılarında oval eritrositlər 25-75% olur. Elliptositoz genin populyasiyada tezliyi 0,02-0,04%-dir. Bütün irq və etnik qruplarda rast gəlinir. Afrikada əhalinin 1%-də elliptositoz aşkar olunub. Yeni Qvineyada, Solomon adalarında geniş yayılmışdır.
Müasir müayinələrə əsasən müəyyən edilmişdir ki, elliptositozda molekulyar dəyişikliklər sferositozdakı kimidir. α spektirinin quruluşunda 30 mutasiya haqqında məlumat verilmişdir. Daha cox LELY mutasiyasına rast gəlinir (20-30%). Həm homoziqot həm də heteroziqot daşıyıcılarda xəstəlik yüngül keçir.
β spektirində 20 müxtəlif mutasiya aşkar olunub. Xəstəlik simptomsuz, yüngül və ağır gedişatlı ola bilər. 4.1 zülal fraksiyasında 7, qlükoforin C fraksiyasında isə 2 mutasiya aşkar olunub. α spektirinlə β spektirinin birləşmə nahiyəsindəki amin turşuların mutasiyasında xəstəlik daha ağır keçir.
Molekulyar dəyişikliklər zamanı membranın stabilliyi azalır, sitoskletdə dəyişikliklər yaranır, eritositlərin deformasiya qabiliyyəti pozulur. Elliptositlər də sferositlər kimi dalaqda parçalanırlar.
Klinika. Xəstəlik bəzən simptomsuz, bəzən də agır klinik gedişatla müşahidə edilir. Xəstəliyin simptomsuz formasında periferik qanda oval eritrositlərin səviyyəsi 30%-dən çox olur. Əgər hemoliz yoxdursa, retikulositlərin miqdarı norma həddində olur.
Elliptositoz zamanı eritroblast və normositlərin forması dəyişmir. Qeyri-düz bilirubinin və retikulositlərin miqdarı hemolizin ağırlıq dərəcəsindən asılı olur. Hemoliz infeksiya, hamiləlik və başqa faktorlar tərəfindən yarana bilər. Xəstəliyin ağır formasında sümüklərdə dəyişikliklər, topuq nahiyyəsində xora əmələ gəlir. Hemoliz əlamətləri yoxdursa, osmotik rezistentlik norma həddində olur. Eritrositlərin sekvestrasiyası dalaqda getdiyi ücün dalaq böyüyür. Bəzən qara ciyər də böyüyür, öd daşı yaranır.
Qanın morfologiyası çox müxtəlifdir. Qanda ovalosit və mikrosferositlər olur, anizositoz, xüsusən poykilositoz müşahidə edilir. Perferik qanda eritrositlərin fraqmentləri, bazofil punktasiyası, eritrokariositlər aşkar edilir. Bəzən xəstəlik yenidoğulmuşlarda daha agır keçir. Yaş artdıqca isə gedişatı yüngülləşə bilər.
Dostları ilə paylaş: |