Ayətullah Fazil Lənkərani



Yüklə 0,8 Mb.
səhifə20/30
tarix14.06.2018
ölçüsü0,8 Mb.
#53648
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

İSTİDRADİN MƏQSƏDİ


İstidradın nitq söyləməkdə və yazıçılıqda daşıdığı məqsəd aydındır. Bəzən cümlə ilə zahirdə əlaqəsi olmayan bir mötərizə cümləsi həmin cümlənin arasında gətirilməzsə, ifa edəcəyi məfhum və mənanı itirir. Əgər nitq söyləyən adam və ya müəllif buna riayət etməsə öz məqsədini hərtərəfli rə düzgün şəkildə aydınlaşdırmamış olur. "Təthir" ayəsi də bu cür mötərizə cümlələrindəndir. Bəzən də bir əsas mətləbə malik olan kəlam arasında ona diqqət yetirməyi tələb edir. Çünki, bu, xatirələrdə daha yaxşı qalır. Bəhs etdiyimiz ayə də bu qismdəndir. Çünki ayədə İslamın xanımları, Peyğəmbərin zövcələrinin vəzifələri, haqqında söhbət gedir. Belə bir həssas yerdə Peyğəmbərin zövcələrinin təcavüzkarlığa və rüsvayçı əməllərə mürtəkib olmaları, Allahın Rəsuluna itaət etməmələri ehtimalı verildiyindən, camaatın hesablamalarına əsasən müsəlmanların bu ehtimalı Əhli-beyt(əleyhimussalam) haqqında da vermələri mümkün idi. Halbuki onlar bu kimi işlərdən tamamilə pakdırlar. Həmin ehtimalın qarşısının alınması üçün Əhli-beytə xüsusi diqqət yetirilməli və onların haqqında mötərizə arasında söz açılmalı idi ki, onların məqamı müsəlmanlar üçün aydınlaşsın, nəticədə o böyük şəxsiyyətlər haqqında yersiz ehtimallar verilməsin. Şair demişkən,

كار اكان را قياس از خود مگير گرچه باشد در نوشتن شير شير

هر دو گان زنبور خوردند از محل أن يكي شد نيش و أن ديگر عسل

هر دو گان أهو گيا خوردندو أب أن يكي سرگين شد وأن مشگ ناب



"Pak insanları heç də özünlə müqayisə etmə

Hərçənd ki, yazıda "şir" (farsca süd) şirdir.

Hər ikisindən arı yedi

Biri bal oldu, digəri isə arının iynəsi.

Hər iki ahu bir otdan yedi,

Birininki peyin oldu, digərininki müşk.

لاَ يُقاَسُ اَحَدٌ بِآلِ مُحَمَّدٍ مِنْ هذِهِ الاُمَّةِ



"Bü ümmətdən heç kəs Ali-Mühəmməd ilə müqayisə edilə bilməz."52

"Bəqərə" surəsində yəhudilər haqqında qeyd olunan ayə-lər ikinci dəstədəndir. Bu ayələrdə Quran müsəlman-ların səadət və xoşbəxtlik yolundakı mövcud olan ən böyük maneənin yəhudilər olduğunu onlara xatırladır. Yəhudilərin iman gətirməsini arzulamaq düzgün deyil. Buna görə də Qurani-Kərim Bəni-İsrailin ruhi xüsu-siyyətlərini müsəlmanlar üçün şərh etdiyi ayələrdə birdən-birə müsəlmanlara xitab edərək buyurur ki, onlardan ümidlərini kəssinlər. Bunu da həmin ayələrin arasında qeyd etmək tamamilə məntiqidir. Çünki, müsəl-manların xatirələrində yəhudilərə ümid bağlamağın gerçəklikdən uzaq olması birdəfəlik həkk olunur.


NƏTİCƏ


Bu sözlərdən alınan nəticə istidrad ünvanı altında yaranan yanlış təsəvvürləri aradan qaldırır. Belə təsəvvür oluna bilərdi ki, "Təthir" ayəsi təhqiq olun-muş ayələrin içində yaddır və fəsahətli natiqin, məş-hur müəllifin kəlamında zahirən yad və istidradi olan cümlə işlədilməməlidir. Cavabda qeyd olundu ki, istid-radi cümlə fəsahət üslubu ilə heç də ziddiyyət təşkil etmir, əksinə bəzən onun işlənməsini tələb edir.

Buna görə də "Təthir" ayəsinin başqa ayələrin ara-sında yerləşməsi yarana biləcək yanlış təsəvvürləri aradan qaldırmaq və Peyğəmbərin yaxın adamlarını iki dəstəyə ayırmaq məqsədini daşıyır: birinci dəstə Həzrətin zövcələri, ikinci dəstə isə Əhli-beytdir.


ÜÇÜNCÜ MƏSƏLƏNİN TƏHQİQİ


Üçüncü məsələ bu idi ki, "yuridullah" cümləsindəki "iradə" kəlməsinin (bu, yuridu felinin məsdəridir) mənası nədir? Bu mənanı araşdırmazdan qabaq əvvəlcə təkvini və təşrii iradənin mənasını, sonra isə Quranda bu iki növ iradə haqqında ayə nazil olub-olmamasını aydınlaşdırırıq.

TƏKVİNİ İRADƏ


Təkvini iradə, adından da məlum olduğu kimi, iradənin həqiqət və mahiyyətidir ki, bəşərin mürid faili (iradə sahibi) olan Allah həmin iradə ilə iş görür.

İnsanın da iradəsi vardır, məsələn bir nəfər yemək yeməyi istəyir, iradə edir. Bu iradənin mənşəyi bir neçə şeydir: Birinci mərhələdə iradə etdiyi şeyi təsəvvür edir, sonra həmin şeyin faydalı olmasını, müsbət nəticə verəcəyini təsdiq edir, həmin şeyə meyl və rəğbəti artır, onu görməyə əzmi çoxalır. Bunun ardınca təkidli şövq gəlir ki, həmin şeyi iradə edir. Məsələn, yemək yemək istəyən zaman əvvəlcə onun faydasını nəzərində canlandırır, onun düzlüyünü təsdiq edir. Təbiidir ki, bu zaman onu yeməyə meyli və rəğbəti artır. Bu nəfsani istəyin ardınca əzm və qəti qərar gəlir. Bu zaman şövq özünün son mərhələsinə çatır və ki, yemək yeməyi iradə edir.

Deməli, iradə insanın daxilində baş verən beş mərhələ və əməliyyatdan sonra gerçəkləşir.

Əlbəttə, təkvini iradənin həqiqətini Allah-Taalaya nisbət vermək (aid etmək) mümkündür və bu, Haqq-Taalanın Müqəddəs Zatının sifətlərindən biridir. Lakin Allah-Taalanın təkvini iradəsi, insanda olduğu kimi, beş əməliyyat və mərhələ əsasında deyil və bu mərhələ əsasında olması ağlasığmaz bir iddiadır. Çünki Allah-Taala haqqında iradənin bu beş mərhələ əsasında gerçəkləşməsini təsəvvür etmək, bir növ, Haqq-Taala üçün nöqsanlı haldır. Halbuki, Allah belə şeylərdən çox-çox uzaqdır!

Amma təhqiqatçıların ifadəsi ilə desək, iradənin həqiqəti Allahın elmi və zatı ilə eyniyyət təşkil edir və Onun müqəddəs sifətlərindən hesab olunur.

Təkvini iradədə, iradə, iradə sahibinin fel və istəyinə bağlıdır. Allah-Taala iradə edib Öz iradəsi ilə aləmi yaradır, zəlzələ icad edir, insanı vücuda gətirir və s. kimi işlər görür. İnsan da öz iradəsi ilə yemək yeyir, yeriyir, dərs oxuyur və s. Amma Allah-Taalanın iradəsi insanın iradəsi ilə fərqlənir. Çünki, Allah-Taalanın əzəli iradəsi qaçılmazdır (mütləq həyata keçməlidir). Allah hər nə istəsə, dərhal həyata keçir. Lakin, insanın iradəsi həyata keçməyə də bilər, ola bilsin ki, insan bir şeyi iradə etsin, amma öz istəyinə çatmasın.


TƏŞRİİ İRADƏ


Təşrii iradə, başqasının öz ixtiyarı və razılığı ilə bir işi görməsini iradə etməsi, istəməsidir. Mə-sələn, ata öz oğlunun dərs oxumasını iradə edir. Ata, iradənin qeyd olunan müqəddimələri gerçəkləşəndən sonra oğlunun dərs oxuması üçün şiddətli şövq tapır. Bu şövqün nəticəsində oğluna əmr edir ki, dərs oxusun.

Başqa bir misal: Ata oğlunun lazım olmayan yerlərə gəzintiyə çıxmasını istəmir, iradənin müqəddimələri mövcud olandan sonra, oğlunun lazımsız gəzintiyə çıx-mamasına dair şiddətli şövq tapır, gəzintiyə çıx-mağı ona qadağan edir. Bu şiddətli şövq təşrii ira-dədir.

Allahın təkvini iradəsinin mənası aydın olduqdan sonra deyə bilərik ki, Allahın təşrii iradəsi"Onun əmr və nəhyləridir.


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin