Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə71/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   67   68   69   70   71   72   73   74   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

150 saylı orta məktəbin direktoruna
Hörmətli cənab M.Sadıxov
İyun ayının 10-da məktəblərdə təlim-tərbiyə işlərinin ümumi vəziyyəti müzakirə olunacaqdır. Yığıncaqda Sizin və rəhbərlik etdiyiniz məktəbin tədris işləri üzrə direktor müavininin məlumatı dinləniləcəkdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri Təhsil İdarəsinin müdiri: (imza) Məmmədov Ə.M.
26 may 2017-ci il


31. TƏLİMAT. "Təlimat" ərəb mənşəli olub "təlim" sözünün cəm formasındadır. Bir şeyi həyata keçirmək üçün qayda və üsulları müəyyənləşdirən yazılı rəsmi sənəddir.
Nümunə:
2017/2018-ci tədris ilində Azərb. DBTİA-da qış imtahan sessiyasında kredit sistemi üzrə I və II kurslarda imtahanların aparılması haqqında
Təlimat
1. "Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi" haqqında əsasnamə 2016/2017-ci dərs ili üçün qüvvədə saxlanılsın;
2. "İmtahan sessiyasının təşkili və keçirilməsi qaydaları" nəzərə alınmaqla fakultə dekanları imtahan cədvəllərini dekabrın 10-dan gec olmayaraq hazırlayıb tələbələrə çatdırılmasına nail olsunlar;
3. "İmtahana görə balların yığılması", "Fənlər üzrə dərslərə davamiyyətə və dərslərin nəticələrinə görə balların hesablanması" qaydaları bütün qruplarda tələbələrə və müəllimlərə elan edilsin. Nəzərdə tutulsun ki, I və II kurs tələbələri Təhsil Nazirliyinin müəyyənləşdirdiyi fənləri Boloniya sistemi (kredit üsulu) üzrə imtahan verirlər. Azərb. DBTİA-nın rektoru: (imza) A.A.S.


32.TƏRCÜMEYİHAL (AVTOBİOQRAFİYA). "Tərcümeyi-hal" ərəbcə "tərci" (geri çevirmə, təkrar etmə) və hal (surət, vəziyyət) sözlərinin birləşməsindən düzəlmişdir. Tərcümeyi-hal şəxsin öz əli ilə həyatını ətraflı təsvir etməsi, özü haqqında tam məlumat verməsidir. Tərcümeyihalda şəxs özünün keçdiyi həyat yolunu əks etdirməklə bərabər, ata və anası, ailə üzvləri haqqında da məlumat verir. Tərcümeyi-hala verilən tələblər:
1. Tərcümeyi-hal sözü başlıq kimi vərəqin yuxarı hissəsində ortada yazılır;
2. Tərcümeyi-halda şəxs adını, atasının adını, soyadını, doğulduğu gün, ay, ili və yeri (şəhər, rayon, kənd) şəxsiyyət vəsiqəsində olduğu kimi dəqiq göstərir;
3. Məktəbdə oxuduğu dövrdə apardığı ictimai işləri və nailiyyətləri ardıcıl sadalayır.
4. Ailə üzvləri haqqında qısa məlumat verir;
5. Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılır, sonda şəxsi imza qoyulur və altında yazılma tarixi göstərilir;
Nümunə:

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin