Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə74/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   69   70   71   72   73   74   75   76   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

MÖVZU 22
EPİSTOLYAR ÜSLUB

"Epistola" sözü latınca "məktub", "yazıb göndərmə", "iki tərəf arasında yazışma" mənasında işlənir. Epistolyar üslubda korrespondent (yazan) və adresat (yazını, məktubu alan) olur. Bu üsluba nəsihətnamə, öyüdnamə, dəvətnamə və məktublar daxildir. Ərəb mənşəli məktub (yazılmış kağız) yazışmanın ən qədim növü hesab olunur. O, monoloji daxili və yazılı nitq formasında öz əksini tapır. Münasibətdən asılı olaraq yazışanlar müəyyən söz və ifadələrlə -əziz, əzizim, hörmətli, qardaşım, atam, anam, bacım, dostum, həmkarım və s. kimi nəvazişli müraciət etiketləri ilə bir-birinə müraciət edirlər. Məktubların rəsmi-işgüzar, ədəbi, açıq və intim-məişət növləri məlumdur. Rəsmi-işgüzar məktublar, adətən, ölkə başçıları arasında əlaqələr qurmağa hesablanır. Açıq məktublar ictimai-siyasi mahiyyətli olur və mətbuatda-qəzet və jurnallarda çap edilir, korrespondentin adresata müsbət və ya mənfi münasibəti açıqlanır, onun faydalı və ya ziyanlı fəaliyyəti ilə bağlı ziyalı mövqeyi bütün təfərrüatı ilə ortaya qoyulur. Ədəbi məktublar sosial mahiyyətdə olur, yazanın dünyagörüşünü, həyata münasibətini əks etdirir. Ədəbi məktublara misal olaraq XIX əsrin böyük satirik şairi Qasım bəy Zakirin Azərbaycan dramaturgiyasının banisi, dostu Mirzə Fətəli Axundzadəyə, Seyid Əzim Şirvaninin "Əkinçi" qəzetinin naşiri və redaktoru Həsən bəy Zərdabiyə, Cəlil Məmmədquluzadənin Məhəmməd Tağı Sidqiyə, Ömər Faiq Nemanzadəyə, Cənubi Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarın Süleyman Rüstəmə, Məmməd Rahimə, Bəxtiyar Vahabzadəyə və bu şairlərin Şəhriyara və.s. məktublarını göstərmək olar. İntim-məişət məktubları isə ən yaxın, əziz adamların, sevgililərin bir-birinə yazışmasıdır. Bu tipli məktublar ən xoş söz və ifadələrlə - atama, anama, bacıma, qardaşıma, dostuma, sevdiyimə, əzizimə, gözəlimə və s. sözləri ilə başlanır və elə bu ruhda da tamamlanır.


Nümunə:
Şannı məktub
Əziz anam, salam!
Mənim işlərim lap yaxşıdı. Yavaş-yavaş əskərliyə öyrəşirəm. Kamandirlərimin gösdərişlərini cannan-başnan yerinə yetirirəm. Əskər yoldaşlarımın qeydinə qalıram, onlar da məni dost tuturlar.
Allaha şükür ki, müstəqil döylətimiz günnən-günə güjdəşir. Onun güjdəşməsinnən ötəri gücdü də ordu, əskər lazımdı. Biz var güjümüznən xidmət ediriy kin, Vətənimizi müdafə eləyək, Allah qoysa, hər şey yaxşı olajax.
Ana, mənnən niyaran qalmayın. Özümü lap yaxçı his edirəm. Hammızı öpürəm.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin