İmza: İzzət Seyfullayev
20 dekabr 2017-ci il
İzzət Seyfullayevin imzasını təsdiq edirəm:
Masallı Dövlət Notariat kontorunun müdiri: imza/A.A.S./ və möhür:
36. ZƏMANƏT. "Zəmanət" ərəb mənşəli sözdür, "zamin olma", "öhdəsinə götürmə" mənasındadır. Hüquqi sənəd olan zəmanət əsasında məhkəmə, prokuror və ya müstəntiq müttəhimi azad edə bilər. Zəmanət əmək kollektivləri və ictimai təşkilatlar tərəfindən hüquq mühafizə orqanlarının adına yazılır.
Nümunə:
Zəmanət Bakı şəhəri, Baş polis İdarəsinin müstəntiqi İlyas Həsən oğlu Kərimova
9-cu mikrorayon, Mir Cəlal küçəsi, bina 12, mənzil 26-da yaşayan 14 yaşlı (2002-ci il təvəllüdlü), 37 saylı məktəbin VIII sinfində oxuyan oğlum Əvəz İlham oğlu Nağıyevin üç nəfər sinif yoldaşı ilə avtomobil qaçıraraq əyləndikləri haqqında məlumatı aldım. Məlumata qədər bu barədə xəbərim olmayıb. Məktəb rəhbərliyinin iştirakı ilə keçirilən yığıncaqda və evimizdə olan söhbətdə oğlum Əvəz söz vermişdir ki, bir də heç vaxt belə hadisəyə yol verməyəcəkdir. Mən öz adımdan söz verir və zamin dururam ki, oğlum Əvəz bir daha belə xoşagəlməz hallara - kiçik dələduzluğa yol verməyəcəkdir.
İmza:İlham Teymur oğlu Nağıyev
Əvəz Nağıyevin valideyni 23 may 2017-ci il
MÖVZU 21
AİLƏ-MƏİŞƏT ÜSLUBU
Bəzən məişət, bəzən də danışıq üslubu adlandırılan ailəməişət üslubu müəyyən mənada sərbəst üslubdur. Burada canlı danışıq dili üstünlük təşkil edir. Bu üslub digərlərindən ayrıayrı sözlərə, onların tələffüzünə, söz sırası və s. cəhətlərə görə fərqlənir, burada terminlərə, poetik sözlərə, bədii ifadə və təsvir vasitələrinə geniş yer verilmir. İctimai yerlərdə olmasa da, adamları danışıq üslubunda ləqəbi ilə adlandırırlar; At Balaxanım, Cin Hüseyn, Gömbul Ələsgər, Gomuş Vəli, Lal Vəkil və s. kimi ləqəbi ilə adlandırılan adamlar çox vaxt bir-birindən məhz bu ayamalarla öz adaşlarından fərqləndirilir. Yazıçılar bədii üslubda, xüsusən, mənfi sürətlərin adlarında bu üsuldan istifadə edirlər. Məsələn: M. İbrahimovun "Böyük dayaq" romanında Yarməmməd, Lal Hüseyn, Yastı Salman kimi obrazlar təkcə adları ilə özlərini tanıtmırlar, həm də öz nitqləri ilə məişət üslubuna xas dolaşıq ifadələrə, yad kəlmələrə, özlərini savadlı göstərmək üçün kənd təsərrüfatı ilə bağlı terminlərə çox yer verməklə də tanınırlar. Ümumiyyətlə, ailənin, onun ayrı-ayrı üzvlərinin təhsilindən, mədəni səviyyəsindən asılı olan danışıq üslubu hamı üçün anlaşıqlı və başa düşülən nitqdir. Danışıq üslubunda məqsəd ünsiyyət yaratmaq, informasiya mübadiləsi aparmaqdır. Danışıq üslubunda fikri ifadə etmək sərbəstdir, danışıq sadə, təbii və fərdidir, deyilənlərə münasibət subyektivdir. Hər kəs fikrini öz bildiyi kimi şərh və ya ifadə edir. Nitq, əsasən, dialoq şəklindədir. Nitqin hansı məcrada aparılması onun qurulmasına təsirsiz ötüşmür, fərdlərin daxili təbiətindən, savadından, dünyagörüşündən, sosial mövqeyindən asılı olaraq cümlə tipləri və sintaktik konstruksiyalar sadə formalarda qurulur. Müsahiblər elliptik və yarımçıq cümlələrdən, söz cümlələr, sintaktik təkrarlar, sual və nida cümlələrindən, inversiyaya məruz qalmış cümlələrdən istifadə edirlər. Standart ifadələr müəyyən hissi halları ifadə etmək üçün işlədilir (üzr istəyirəm; Təşəkkür edirəm! Nə dedin? Dedi… Çox yaxşı! Boş şeydir! Belə de! Ay sağ ol! və s.) Şərait və situasiyadan asılı olaraq ictimai yerlərdə rəqəmlərə, elmi faktlara, sübut və dəlillərə az müraciət olunur. Məlumat və söhbətlərdə fikirlər bir qədər səthi, üzdən, rabitəsiz cümlələrlə, subyektiv rəylərə əsasən verilir. “Getdim, gördüm qız evin ortasında allah-allahdadır. Hay indi nəfəsi getsin gəlməsin, bu saat nəfəsi getsin gəlməsin. İstəyirsən Qurana da əl basım. Gəlmədim! Uşağı tutmadım? Qırmızı yorğana bükmədim? Göbəyini də bağlamadım?” (C.Cabbarlı. “Almaz” pyesindən) Əgər söhbət ciddi planda, dərsdə və ya mühazirə otağında, savadlı adamlar arasında gedirsə, fikirlər daha dəqiq, məntiqi, obyektiv, səbəb - nəticə əlaqələri əsasında qurulur. Deməli, adi danışıq üslubunda söhbətin, informasiyanın xarakterindən, harada və kimlər üçün, nə məqsədlə danışıldığı nəzərə alınır, münasibət bildirilir. Situasiya yadda saxlanmaqlaona müvafiq nitq qurulur. Nitqdə ədəbi dilin üslubi normaları, müxtəlif çalarları diqqətdə saxlanılır. AĞDAŞ RAYONU ġİVƏLƏRİNDƏN BİR PARÇA Patcah əlin hara atdısa, boşa çıxdı. Oğlan unun əlin, qolun sarıdı, arvatdı-uşaxlı saldı qazamata. Patcah burda qalmaqda olsun, sə hindi danışım oğlannan. Oğlan təzə patcah oldu, xalxı çox ədalətnən dolandırdı. Ölkədə hamı and işdi unun başına. Qoyşu döylətlər də ettiyat eləməyə başdadı. Vəzir yalvarıfyapışıf oya vəzir olmağ issədi. Təzə patcah unun şirin dillərinə məhəl qoymadı. "Qurd oğlu qurd olar" -deyif unu da saldı qazamata.
Dostları ilə paylaş: |