Yin
|
Yanq
|
Qadın
|
Kişi
|
Qara
|
Ağ
|
Gizli
|
Açıq
|
Qeyri-müəyyənlik
|
Müəyyənlik
|
Qaranlıq
|
Aydınlıq
|
Soyuq
|
İsti
|
Su
|
Od
|
Yumşaq
|
Bərk
|
Passiv
|
Aktiv
|
Zəif
|
Güclü
|
Şəfqət
|
Qəzəb
|
Torpaq
|
Göy
|
Daxili
|
Xarici
|
Qış
|
Yay
|
Dərə
|
Dağ
|
Dairəvi
|
Xətti
|
Ay
|
Günəş
|
Nəm
|
Quru
|
Yavaş
|
Cəld
|
Sakit
|
Səs-küylü
|
Həssas
|
Qeyri-həssas
|
Güzəştli
|
İnadkar
|
Hamar
|
Kələ-kötür
|
Gecə
|
Gündüz
|
Stabillik
|
Dinamiklik
|
Sədaqət
|
Dəyişkən
|
Praktika
|
Nəzəriyyə
|
İrrasionallıq
|
Rasionallıq
|
İntuitivlik
|
Ağıl
|
Anarxiya
|
Nizam
|
Sülh
|
Müharibə
|
Kök
|
Budaq və yarpaqlar
|
Hərəkətsizlik
|
Hərəkət
|
Kölgə
|
İşıq
|
Sirlilik
|
Sirsizlik
|
Təbiilik
|
Sünilik
|
Müqavimətsizlik
|
Müqavimət
|
“Bütün mövcudatın anası” (1, 26) olan Daonu, Lao Tszıya görə heç cür definisiyalaşdırmaq olmaz, onu nə adlandırmaq, nə də göstərmək mümkündür. Lakin Lao Tszı onu “bütün mövcudatı” doğan anaya – qadına bənzədir və onun femininliyini təsdiq etmiş olur.
Daonun əsas keyfiyyətlərinə nəzər salaq: 1. Dao gizlidir, “ona baxarsan üzünü görməzsən, dalınca gedərsən izini görməzsən”. 2. Dao passivdir, fəaliyyətsizdir. 3. Dao “wu-wei-wu”-dur, heç nə etmədən edir. 4. Dao “syuan”dır, sirli, qaranlıq və dərkedilməzdir. Göründüyü kimi, Daonun sadalanan bütün keyfiyyətləri Yinə aid feminin keyfiyyətlərdir.
“Dao De Çinq” də deyilir:
“Vadi ruhu olümsüzdür.
Deyirlər ki, qaranlıq bir dişiymiş o
qaranlıq dişinin qapısı
köküymüş göyün, yerin.
Durmadan, yorulmadan
Təsir edər dörd bir yana” (1, 31)
Ömər Tulqan yuxarıda yazılanları belə şərh edir: “ “Qaranlıq dişi” həm mistik, sirr dolu qadınlığı, başqa sözlə Yini, batiniliyi, daxililiyi simvollaşdırır, həm də, Çin dilində eyni zamanda “ana bətni”, “ana rəhmi” mənasına gəlir. “Qaranlıq dişinin qapısı” da həm hər cür mövcudatın doğuluşunun tablosunu rəsm edir, həm də “sirlər sirri” olan “bütün möcüzənin qapısını” – Daonu assosiasiya edir.” (1, 104-105)
Daoistlərin kamil insan konsepsiyası – “doğmaq və bəsləmək”, “mənimkidir demədən yaratmaq”, “işini bitirincə çəkilib getmək”, “dəyərliyə dəyər verməmək”, “savaşmayıb zərərsiz olmaq”, “(heç nə etmədən) etmədən (nə isə etmək) etmək”, “əksiyini əksiltmək”, “dünyanı ələ keçirtmə ehtirasından uzaq olmaq”, “savaşda zəfər qazananda ölü evi kimi davranmaq” (yəni yasa batmaq), “bilik nümayiş etdirməmək”, “özünü bilmək”, “istəyi az olmaq” – daosizmin təbiriylə desək, “De”yə yüksəlmiş insan idealına əsaslanır. Bu konsepsiya Daonun feminin prinsiplərinə uyğun olan təməllər üzərində qurulub. Bu prinsiplər aşağıdakılardır: təbiilik, təvazökarlıq, fədakarlıq, acıqsızlıq, müqavimətsiz olmaq, sülhsevərlik, sezgi, həssaslıq, sakitlik, soyuqqanlılıq və s.
Daosizmdə feminin prinsiplər təkcə insani keyfiyyətlərlə deyil, eyni zamanda ayrı-ayrı təbiət hadisələri ilə də, məsələn su, kölgə, qaranlıq, torpaq və s. simvolizə edilir. Bunlardan Dao fəlsəfəsində, xüsusilə Lao Tszının “Dao De Çinq” əsərində tez-tez müraciət edilən “su” simvolu üzərində dayanaq. Su simvolu Yinə aid anlayış kimi bir çox feminin atributları özündə ehtiva edir: Su yumşaqdır, elastikidir, mahiyyətini, məzmununu dəyişmədən istənilən formaya düşə bilir. Hansı qaba, hansı yerə dolur dolsun, hansı ölçüdə axır axsın, bir stəkan su olanda da, nəhəng bir okean olanda da, göl olanda da, sel olanda da, çay olanda da, arx olanda da, o – sudur. Hansı formada olsa da, buxar kimi, duman kimi, yağış kimi, qar kimi, dolu kimi, buz kimi, onun sonrası – sudur.
Su bütövlüyə meyillidir, dama-dama, damla-damla yığışıb göl ola bilir.
Daş – Yanqın, yəni maskulin gücün simvoludur. Su daş kimi eqoist, özü kimilərə belə daş olan, daim quma çevrilmək qorxusuyla (qum daşın damla halıdır, amma daş nə qədər xırdalansa da öz fərdiyyətini itirmədən heç bir özü kimisilə birləşmir) yaşayan, sərt, acıqlı deyil, su damlaları bir-birinə can atır, bir-birinə qovuşur, bir-birində itməkdən qorxmur. Daş daşla birləşməkdənsə, xırdalanıb qum olmağı üstün tutar. Dağlar xırdalana-xırdalana daş olurlar, damlalar birləşə-birləşə okean.
Daş “mənəm-mənəm” deyir, su “bizik-bizik”.
Su çox “mənəm-mənəm” deyən daşları udub:
“Qöylərin altında ən yumşaq olan su,
Yenər qöylərin altında ən sərti.” (1, 56)
Daşın böyük halı olan dağın ucalığı varsa, suyun böyük halı olan okeanın da dərinliyi var. Ucalıq – Yanqın, kişinin, göyün rəmzidir, dərinlik – Yinin, qadının, yerin rəmzidir.
Su birlikçidir, barışçıdır, sülhçüdür, tolerantdır.
Su təvazökardır, yuxarıya can atmır, dərinə axmağı yuxarı dırmaşmaqdan üstün tutur. Su ucalıq görməmişi də deyil, bulud halında o, çox ucalıqlar görüb, su, ucalıqlardan gəlir. Suda qalib ədası yoxdur:
“Çay kimi aşağıdan axan böyük ölkə,
ana olur dünyaya.
Qadın – sükunətiylə üstündür kişidən.
Sükunətiylə aşağıda qalaraq,
çatır hər kəs hədəfə. ” (1, 71)
Və yaxud:
“Çaylar və göllər nədən hökmdarıdır
sellərin, dərələrin?
Hər zaman altda qaldıqlarından,
bunlar hökmdarıdır
sellərin, dərələrin.” (1, 76)
Su sevgiçidir, sevəndir, yoxsa su suya qovuşmazdı...
Su təvazökar olmayanları, özünü sevənləri xoşlamır, güzgü kimi onları özlərinə göstərib Narsisə çevirir, öz-özünə qovuşa bilməyən Narsisə.
Su daşdan güclüdür, o, daşı deşə bilir. Su sığallaya-sığallaya daşı yumşalda bilməsə də onu istədiyi formaya sala bilər. Əlavə olaraq suda daşlıq da var, su donanda daşdan da bərk olur. O, donanda, buza dönür, daşlaşır, əvvəlki yumşaq, elastiki, fağır sudan əsər-əlamət qalmır.
Dünyada su qədər aydın, su qədər sirli heç nə ola bilməz. Suyun sirliliyi onun aydınlığındadır. O, öz sirrini öz aydınlığında gizlədib.
Su qaranlıq kimi gizlədir, əslində onun rəngi qaradır. Məsələn, duman ağ qaranlıqdır.
Suyun əksi kimi verilən od Yanqın simvollarından biri kimi maskulindir.
Su oddan güclüdür, odu söndürə bilir. Əlavə olaraq, suda odluq da var. Buxar halında o, bəzən oddan daha pis yandırır. O, qızanda daha su olmur, od olur. (Amma ən qızğın halında belə, yenə odu söndürəcək qədər güclü olur).
Od suyu olsa-olsa buxara çevirə bilir, su – odu kömürə. Kömür suya təslim olmuş oddur. Buxar Oda qalib gəlmiş Sudur:
“Su qədər yumşaq və zəif şey yoxdur,
amma sərt və güclü olanı yenməkdə
ona tay olan yoxdur” (1, 85)
Su candır, canlılıqdır, ana balasını doğub bəsləyən kimi canlıları da su doğub bəsləyir. Suyun femininliyi həm də bu səbəbdəndir. Ana balasında itən kimi su da bəslədiyində itir. “Dao De Çinq” əsərində deyilir :
“Su kimidir uca xeyir.
Yaxşıdır ki, su
hər şeyi bəsləyir zor etmədən.
O, bu səbəbdən yaxındır Daoya” (1, 32)
Daosizmdəki Yin-Yanq əkslikləri idealist-platonik əksliklərdən və zərdüştçülükdəki xeyir-şər əksliklərindən fərqlənir. Daosizmin əksliklərindən fərqli olaraq buradakı əksliklərdə maskulin münasibətlər dominantlıq təşkil edir. Bu, o deməkdir ki, həmin əksliklər daim bir-birilə ziddiyyət halında, bir-birilə döyüşərək düşmən vəziyyətindədir.
Hegeldə əksliklərin mübarizəsi sonda vəhdətlə nəticələnsə də, bu vəhdəti təşkil edən ünsürlər hər zaman bir-birini inkar edir. Hegeldə inkişaf maskulin dəyərlər və keyfiyyətlər üzərində qurulub. Sanki varlığın hər sahəsində mübarizə və müharibə gedir. Lakin kamil sintez ustası olan Hegel, burada da məharətlə femininliyi maskulinliklə birləşdirib: Təzadların bir-biriylə münasibəti formaca maskulin (mübarizə, aktivlik mənasında), məzmunca feminindir (birləşmə, vəhdət mənasında).
Zərdüştçülüyün Əhrimən-Hörmüzd ikiliyi də Daosizmin Yin-Yanq ikiliyindən fərqli məqamlara malikdir. Əhrimən-Hörmüzd dualizmi Xeyir-Şər və İşıq-Qaranlıq təzadı üzərində qurulub. Zərdüştə görə, Əhrimən Şərin və qaranlığın səbəbidir. Yin-Yanqdan fərqli olaraq, onların arasında kəskin və barışmaz mübarizə gedir. Dünya, həyat, tarix Xeyirlə Şərin, aydınlıqla qaranlığın mübarizəsindən ibarətdir
Yin-Yanq ikiliyi Xeyi-Şər mübarizəsi deyil, hətta Yin-Yanqda bir çox əksliklər olduğu halda Xeyir-Şər ziddiyyəti yoxdur.
Zərduştçülükdə hansı ziddiyyətdən söhbət gedir getsin, mütləq onun bir tərəfi xeyir, digər tərəfi isə şərlə əlaqədar olacaq: işıq-qaranlıq, çalışqanlıq-tənbəllik, təmizlik-natəmizlik və s.
Daosizmdə əksliklər ontoloji xarakter daşıyır. Burada Yin-Yanq arasında döyüş yoxdur, digər tərəfdən isə onların arasındakı ziddiyyət feminin-maskulin xarakterlidir: işıq-qaranlıq, açıqlıq-sirlilik, bərklik-yumşaqlıq, aktivlik-passivlik və s.
Göründüyü kimi, zərdüştçülük, bütünlüklə maskulin anlayışların və münasibətlərin dominantlığı altındadır, lakin buradakı Əhrimən-Hörmüzd dualizmində qadın-kişi bölgüsü yoxdur, daosizmin Yin-Yanqında isə Xeyir-Şər tərəfi yoxdur. Daosizm nöqteyi-nəzərindən baxsaq, zərduştçülükdə qaranlıq, fəaliyyətsizlik, çalışqan olmamaq kimi feminin anlayışlar şəri təmsil edir, od, günəş, işıq, aydınlıq kimi maskulin anlayışlar isə xeyirin ifadəsidir. Beləliklə, burada vurğu maskulin anlayışların üzərinə düşür.
Daosizmdə qadının şər sayılması hadisəsi yoxdur, bu daosizmin mahiyyətini inkar etmək demək olardı.
Daosizmin əkslikləri bir-birinə keçən əksliklərdir. Heç bir əkslik xalis öz əksliyindən ibarət deyil, hər biri digərinin bir hissəsini özündə daşıyır. Yin-Yanq simvolundan göründüyü kimi Yində Yanq,Yanqda Yin var, qadında kişi, kişidə qadın var, gecədə gündüz, gündüzdə gecə var, qarada ağ, ağda qara var. Bir sözlə, xalis əkslik yoxdur, hər bir əkslikdə öz əksliyindən az da olsa var. Ona görə də, əksliklər bir-birinə münasibətdə yumşaq və elastikidirlər. Daosizmdə əksliklərin bir-birilə münasibəti feminindir.
Çin mədəniyyəti harmoniya prinsipinə əsaslanır: harmoniyanın təbiətdə təcəssümü (daosizm), cəmiyyətdə təcəssümü (konfutsiçilik), səsdə təcəssümü (musiqi), rəngdə təcəssümü (rəssamlıq), hərəkətdə təcəssümü (idman), qidada təcəssümü (kulinariya), ev quruculuğunda təcəssümü (fen-şuy) və s. Harmoniya – uymaq, uyğunlaşmaq, güzəştə getmək, yumşaq, tolerant, yarışcıl, sakit və rahatlıq içində olmaq, mənəmliyin və eqonun ölümü və s. feminin keyfiyyətləri özündə birləşdirir. Bir sözlə, harmoniya femininlikdir. Çinin başlıca dini-fəlsəfi dünyagörüşünə, yəni konfutsiçiliyə və daosizmə uyğun olaraq iki cür harmoniya mövcuddur: konfutsian harmoniya və daoist harmoniya. Konfutsian harmoniya şaguli, daoist harmoniya isə üfüqidir. Konfutsiyə görə, harmoniya o zaman yaranır ki, cəmiyyət iyerarxik sistemlə nizamlansın, yaşca, vəzifəcə, rütbəcə və s. böyük olanlara itaət edilsin, çünki “Dövlət hakimin hakim, təbəənin təbəə, atanın ata, oğulun oğul olduğu halda çiçəklənir”. (2, 345) Göründüyü kimi, konfutsian harmoniya formaca feminin olsa da, məzmunca maskulindir.
Daoist harmoniya isə təbiətə uyğunluq nəticəsində yaranır, burada yuxarı insanla, aşağı insanın, varlı ilə kasıbın, əxlaqlı ilə əxlaqsızın elə bir fərqi yoxdur: “Göylərin altında bir imperatorla bir qarışqanın fərqi yoxdur” (3, 135). Ən əsası burada harmoniya təbiətə uyğun yaşamağın nəticəsində yaranır, sosial normalara itaət etməyin deyil. Daoist harmoniya həm formaca, həm də məzmun etibarilə feminin harmoniyadır.
Dostları ilə paylaş: |