Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə43/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   39   40   41   42   43   44   45   46   ...   96
2. Xatirələr X.Ağayevanın dilindən M.F.Axundov adı­na APİ-nin (indiki Bakı Slavyan Universitetinin) tələbəsi Şövkət Qədirova tərəfindən yazıya alınmışdır.

3. Hənifə Məlikova (Abayeva) (1856-1929) – pedaqoq, Azərbaycanın ilk maarifçi qadınlarından biri, ictimai xadim. Həsən bəy Zərdabinin həyat yoldaşı. 1901-1909-cu illərdə Aleksandrinski rus-müsəlman qız məktəbinin müdiri olub. 1909-cu ildə Bakıda açılan birinci rus-tatar (Azər­bay­can) şəhər qız məktəbinin müdiri təyin edilmişdi. Ömrünün sonunadək pedaqoji fəaliyyətini davam etdirmiş, Azər­bay­can qadınlarının savadlanması üçün iş aparmışdır.

4. Şəfiqə Əfəndizadə (1883–1959) – pedaqoq, maarifçi, publisist, yazıçı. Məhəmməd Hafiz Əfəndizadənin qızıdır. H.Z.Tağıyevin qız məktəbində, şəhər rus-Azərbaycan qız məktəbində müəllimə işləmişdir. Sonrakı illərdə mədəni quruculuq işlərinə cəlb olunmuş, qadın müəllim kadrları hazırlayan pedaqoji məktəbdə dərs demişdir.

5. Rəhilə Terequlova (Hacıbababəyova) (1881-1954) – pedaqoq, maarif xadimi. Tiflisdə Müqəddəs Nina qız məktəbini bitirmiş, pedaqoji fəaliyyətə Aleksandrinski qız məktəbində başlamışdır. 1910-cu ildə Bakıda açılan III şəhər rus-Azərbaycan qız məktəbinin müdiri təyin olun­muş­dur. Sovet hakimiyyəti illərində bir sıra məktəblərdə, savad kurslarında dərs demişdir.

6. Səkinə xanım Axundova (Axundzadə) (1865-1927) – pedaqoq, yazıçı, ilk azərbaycanlı qadın-dramaturq. Tağı­ye­vin qız məktəbində dram dərnəyinin yaradıcısı.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin