4. H.Z.Tağıyevin tikdirdiyi teatr binası 1918-ci ildə yandırılmışdır.
5. 1920-ci ilin Aprel işğalından sonra hakimiyyətdə olan Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi nəzərdə tutulur.
6. Mirzağa Əliyev (1883-1954) – Azərbaycan teatr və kino aktyoru; komik rolların mahir ifaçısı. İki dəfə SSRİ Dövlət mükafatı laureatı olmuş, SSRİ Xalq artisti fəxri adına layiq görülmüşdür.
7. Hüseynqulu Sarabski (1879-1945) –Azərbaycan opera artisti, rejissor, pedaqoq, teatr xadimi. 1908-ci ildə H.Z.Tagıyev teatrında tamaşaya qoyulmuş ilk Azərbaycan və Şərq operası “Leyli və Məcnun”da Məcnunun partiyasını müvəfфəqiyyətlə ifa etmişdir.
8. 1920-ci ilin aprelindən sonra H.Z.Tağıyev ailəsilə birlikdə Mərdəkandakı bağ evində yaşayırdı.
9. S.Ruhullanın nəql etdiyi hadisə 1922-ci ildə, 1918-ci il yanğınından sonra bərpa olunmuş teatr binasının təntənəli açılışı zamanı baş vermişdir. H.Z.Tağıyev üçün zalda xüsusi kreslo ayrılmışdı. O, zalda görünərkən, bütün tamaşaçılar, o cümlədən də, xalq komissarları Hacını ayaq üstə alqışladılar. H.Z.Tağıyev dəvətə görə təşəkkür edib, teatrın bərpa olunmasından məmnun qaldığını bildirdi. Teatrda keçirdiyi məmnunluq, xoşbəxtlik hissini o, həyatında bir dəfə də, Məkkədə, müqəddəs daşa toxunan zaman yaşadığını söyləmişdi.
10. Azərbaycan peşəkar teatr səhnəsinin banilərindən biri, aktyor və rejissor Hüseyn Ərəblinski 1919-cu ilin martında dayısı oğlu Əbdülxaliq tərəfindən ailə mübahisəsi üstündə qətlə yetirilmişdir. Lakin sovet dövründə çıxan kitabların əksəriyyətində aktyorun qətlinin siyasi sifariş olduğu, guya hökumət tərəfindən təşkil edildiyi iddia olunurdu. S.Ruhulla H.Ərəblinskinin ölümünün əsl səbəbini qeyd etməklə, rəsmi versiyanın yanlış olduğunu göstərir.