Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə11/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   7   8   9   10   11   12   13   14   ...   238
VIII mətn

Mənim böyüh bajım danışırdı ki, hal dayımın yoldaşının üs­dünə gəlif. Onun da uşağı olajaxmış, hamiləymiş. Deyillər, o vaxtı hal hamilə qadınnarın üsdünə gəlirmiş. Babamın adı Süleyman oluf. Səs eşidif. O vaxt da camaat miçətkənin içində yatırmış axı. Babam o vaxt halı tutmuşdu. Halı saxlıyırdı, işdə­dirmişdər. Sora onun orda uşağı oluf. Deyif:

– Gedirəm bulağa su gətirməyə, əliizi vurmuyun, uşağın üzünü aşmax olmaz.

Babam dayımgilə-zada tapşırıf ki, əl vurmuyun. Dayımgil də uşax imişdər də, olara da maraxlı oluf da, görələr uşax necədi. Deyir, gərəh qırx gün üzünü aşmıyasan. Dayımgil üzünü açıf, uşax ölüfdü. Anasına ayan oluf. Qaçıf gəlif evə. Deyif ki, Süleyman ki­şi, maa halallıx ver, mən gedim. Məəm uşağım öldü, burda mən qa­la bilmərəm. Babam halallıx verif. Deyif ki, ancax söz ver ki, yeddi arxadönənaa dəyif dolaşmıyajam.

Deyif:

– Gedirəm, yeddi arxadönənaa dəyif dolaşmıyajam. Amma səni görüm yeddi arxadönəninin küncünnən-bucağınnan zibil əysih olmasın.

Həqqi də, tezdənnən mən əyax üsdəyəm. Ha yığıf-yığışdırı-ram xeyri yoxdu, tör-töküntü olur.
IX mətn

Bir arvad tək çıxır dağın başına, bir damka tikif orda olurmuş. Ayləsi də varmış, tək yaşıyırmış. Bu zahı yatır. Daa şəriyətdi, de­mə­liyik. O vaxdı pəncərə nə gəzir, baja vardı. Bajadan hal gəlir. Ar­vat qorxax arvad dəəlmiş. Deyir: “Hərrən gəl qapıdan, mən qapı­nı açajam”. Qapını açır, bı halı tutur. Tez üsdünə iynə sancır, san­cax sancır. Nəysə, bir müdət bını saxlıyır. Deyirmiş, “tez gəlginən” gej gəlirmiş, “gej gəlginən” deyəndə tez gəlirmiş. Belə-belə bını bir müddət işdədir. Deyir ki, mənnən nə diliyirsən, dilə. Bı arvadın da nə bilim, ağlına heylə gəlir, dilinə gəlir, deyir ki, zibil. Zarafatyana deyir da, bilmir bı neyniyə bilər. Bu elə bil yeddi arxadönəninə qədər gedir. Bir müddət bını işdədəndə deyir ki, get su gətir. Gedir bir kadına deyir ki, bı sancağı aşginan, nolar. Açanda yoxa çəkilir.

Bu qadın çox qoçax oluf. Bir gün damın pəncərəsinnən ayı is­di­yif girə içəri. O vaxdı ojax qalıyırmışdar da. Bu közü yalın əliy­nən götürər, ayını qavalıya-qavalıya aparar gəzdən keçirər. İndi o gəzin adını Mapəri gəzi* qoyufdular, dağın lap kəlləsindədi.
X mətn

Deyillər ki, zahıya toxunuflar yuxuda, ağlı başınnan çıxıf, dəli kimi olur. Mənim anam söhbət eliyip yanımda. Deyir ki, nənəmin babası dəyirmançı oluf, nənəm dağlı qızı oluf. Görüf ki, başında teşt bir arvat, alaşa* arvat teşdəkini suya verir dəyirmanda. İrəllər dəyirman suynan işdiyirdi. Elə mənim kimi hazırmış, iynəni sancır arvadın üsdünə ki, qoy yerə teşdi. Gəlinin ciyarını çıxarıf bir belə suya vermişmiş. İynəni sancır. Deyir ki, bunu hardan gətirmisən? Deyir, ode, filan yerdən. Hal nənəmin babasına deyir ki, durmuşam bırda, get, bir qara qoyun kəssinnər, qanını tutsunnar, bı suya verdi­yim yeri onun qanına bılaşdırıf qoyajam yerinə, axsırıf ayılajax. Amma hər sözü deyif kutaranda bir dəfə məliyəjəh.

Deyif:

– Əşi, məliyir, balasının üsdə mələsin.



Nənəm deyir, həmən gəlin söhbət eliyif, eliyif, hər sözün arasında bir dəfə də qoyun kimi məliyirdi.

Onu tutuf üş gün də saxlıyıf nənəmin babası. Deyir ki, mənim də balam var, mənim də evim var, qoy gedim dana, a qardaş, əlimi küləə basım, unaa basım? Külə bassa, kül kutaran dəyil, una bassa un bərəkətdi olur. Yanı ojağın külünə basım, yoxsa ununa basım əli­mi. Unu deyər dana ki, un bərəkətdi olsun. Gəlinin də ciyərini qara qoyu­nun qanına çəkənnən sora dirilif. Qoyun qanı olduğuna görə məliyipbiş.


XI mətn

Mənim nənə babamdı Hajı Niyazqulu, getmişmişdər dağa. Dağda bının bir atı varmış. Hər gün suyun içində gəlirmiş. – “Əə, bı nolajax?” Gedir xeylağ ağ alıf gətirir, qır-sakqız alır, atın belinə doluyur. Axşam tərəfi görür ki, atın üsdündə bıdı, bir qadın gəlir. Haldı, əmcəhli arvatdı. Tez deyir ki, iynəni gətir bıra. İynəni gətiril­lər bına. Taxır mının yaxasına. Bını bir ilə qədər saxlıyır. Ha­çan ki, deyəndə «get, tez gəl» gej gəlirmiş, «get, gej gəl» deyəndə tez gə­lir­miş. Uşaxlara-zada yalvarırmış ki, bı iynəni çəkin, alın. Bı da tafşırıfmış heş kəs dəyməsin.

Vaxt gəlir bını buraxır. İynəni çəkir, deyir:

– Bala, get daa.

Daa and içir ki, yeddi arxadönənızacan sizin nəslıza dəymi­yəjəm. Yəni bizim nəslimiz sizin nəslııza dəymiyəjək. Gedir.

Gejə qoyun sürüsü (o vaxtlar Mərcannı qoyunnan məşğu­luy­du daa), qapıdan gedir. Nəkqədər axtarıllar, heç harda tapbıllar. Gejənin bir vaxdı həmən kadın gəlir, çağırır:

– Baba, baba.

Deyir:


– Can bala, nə deyirsən?

Deyir:


– Baba, qoyun filan yerdədi. Qoyunu otarajayıx, arxayın sə­hər­­dənnən gəlif filan yerdən qoyunu götürüf gətirərsən, arxayın ol.

Səhərdənnən eləmillər tənbəllik, gedillər. Gedəndə indi aralı­dan bı hal bılları görür, amma bılar görmür. Daa görühmür. Deyir:

– Baba, gəldin?

Deyir:


– Hə.

Deyir:


– Onda malaa yəə dur. Qoyunu qoyur bılların yanında, çıxır, gedir.

Bax, o da həylə olur.



Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin