Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu qarabağ: folklor da bir tariXDİr III kitab



Yüklə 2,66 Mb.
səhifə13/238
tarix04.01.2022
ölçüsü2,66 Mb.
#54269
1   ...   9   10   11   12   13   14   15   16   ...   238
III mətn

Allahverdi kişi həmən bağdan cini tutub gətirib. Cini tutmağ üçün ya gərək sancağ sancasan üsdünə, ya gərək iynə sancasan. Bu heylə eliyib, gətirib əvində işdədib. Bir-iki il işdədib. Bu yalvarır ki, məni burax. İynəni çəkəndə deyib ki, maa bir xeyr-dua. Deyib ki, zibi­lin çox olsun. İndi o tayfanın – həmin Allahverdinin tayfa­sı­nın qapı­sın­­da çox zibil olardı. Süpürərdilər, yığardılar, elə hey zibil olardı. De­yir­dilər, bu nədi? Deyirdi ki, cin qarğıyıbdı. Deyibdi ki, zibilin çox olsun.


IV mətn

Gecəyarısı bir kişi kələsərin* yanınnan ötürmüş. Görür qa­ran­nıxdı, amma uzaxdan çalıf-oynamax səsi gəlir. Kələsərin başıy­nan gedir. Görür xeyli adam toplaşıf. Heş birinin üz-gözünü yadın­da saxlıya bilmir. Qazannar qaynıyır, süfrüyə yeməhlər paylanır. Kişi də onnarnan oturur. Qavağına yeməh gətirillər. “Bismillah” – deyif ye­mə­yə başlamax isdiyəndə səs-küy batır, hər kəs itir. Baxır ki, qava­ğına çoxlu mal təzəyi yığıflar. Sən demə, kişi cin yığın­cağına düşüf.


V mətn

Nənəm mana bulama verifdi ki, apar qonşüyə. Getmişəm, ağ­zıbəri gəlmişəm. Gələndə o qonşüynən bizim aramızda bir dərə var. Gələndə bu dərəyə qulax asdım ki, qəşəh bir çalğı var. Öz-özümə ye­nirəm ki, gedəm. Helə gedirəm, gedirəm, baxıram, yoxdu. Də­rəən qavşağına girdigim yerdə dedim: “Bismillah, bəs bu hardadı, mənim gözüm görmür?” Çalğı kəsildi, getdi.


VI mətn

Nənəmgilin kəndində Cahan addı, Ağapəri addı bir arvat var­dı. Cahanın malı azmış, Ağapərinin malı çoxumuş. Deyifdi ki, ay Ağapəri, nola, bircə səfər o cini mana görkaz. Deyifdi ki, bir gün ma­lın içinə gələndə görkazcəm. Malın içində sağın sağanda baydə­kəni verir əlinə. İndi suhnuy deyirıx, onda baydəkə deyirmişdər. Bay­dəkəni verif əlinə, deyif ki, get denən Ağapəri xala, nənəm de­yir ki, maa bir baydəkə süt versin.

Ağapəri də deyif:

– Aaz, niyə qoymursuz inəyi sağam, altınnan qalxam? A bala, qoy inəyi sağım, altınnan qalxım da.

Helə deyəndə bu yoxa çıxır. Gedir əvdən həmən Ağapəri sağdığı sütdən bir baydəkə götürüf gedir. Arvat malı sağıf irahat­dı­yanda çağırır ki, ay Ağapəri, ay Ağapəri, burya gəl. Deyir:

– Aaz, özünü öldürürdün ki, o cini bircə səfər mana görkaz görüm. Göndardım, filankəsin paltarı da əynindəydi, niyə ona biraz süt vermədin? Bax, bu baydəkədəki süt sənin südündü.

Deyir:

– Ay qız, mən vermədim ki mənim sütüm ola. Mən aparıf əvdə qazana töküf gəlirəm.

Deyifdi ki, yox, sənin südündü. Südü də görkazıfdı. Deyifdi ki, bir də sana görkazmənəm. Üz görkazeydin, bir də sana görkazeydim.


Yüklə 2,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   238




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin