7.2. Amerika Birləşmiş Ştatlarında multikulturalizm
A merika Birləşmiş Ştatlarında (ABŞ) multikultralizmlə bağlı müzakirələr müxtəlif səbəblərlə bağlı olaraq inkişaf etmişdir. Bu səbəblərin ilki Amerika qitəsi kəşf olunmamışdan əvvəl bu məkanda yaşayan yerli xalqa – hindulara qarşı aparılan assimliyasiya siyasəti və ölkənin sənaye və kənd təsərrüfatı sahələrində yaranan işçi çatışmazlığını aradan qaldırmaq məqsədilə Afrika mənşəli “kölə işçilərin” toplu şəkildə Amerika qitəsinə gətirilməsi və onların assimliyasiyaya uğradılması prosesidir. ABŞ Müstəqillik aktı elan edildikdən sonra, yəni qitənin şimal hissəsinin siyasi cəhətdən yenidən qurulmasından sonra Avropadan gələn mühacirlərlə birlikdə ölkədə olan anqlo-sakson qata söykənən birliyinin təmin olunması üçün formalaşdırılan “əritmə qazanı” başqa bir səbəb hesab oluna bilər.
Avropalı immiqrantlar sonralar ölkəyə yeni immiqrant dalğaları ilə müqayisədə dil və mədəniyyətlərini ön plana çıxarmaqla yanaşı, “bəyaz” və “anqlo-sakson” olduqları üçün ölkənin siyasi və mədəni sahəsində əhəmiyyətli yer tuta bilmiş, özünəməxsus demoqrafik tablo yaratmışlar. Anqlo-sakson immiqrantlardan sonra ölkəyə Çin və Asiya qitəsinin bir sıra ölkələrindən, eyni zamanda Latın Amerikasından gələn immiqrant dalğası ABŞ mədəni müxtəlifliyini daha da zənginləşdirmişdir. Latın mənşəli immiqrantların əsas özəlliyi onların Çin və digər asiyalılardan fərqli olaraq öz dillərini və mədəniyyətlərini qoruyub saxlamaları, həmçinin öz vətənləri ilə olan siyasi, dil və mədəni cəhətdən əlaqələrini davam etdirmələridir. Yuxarıda adları qeyd edilən bu immiqrant qruplar anqlo-sakson qruplarla müqayisədə daha “yad” və fərqli mədəniyyətlərə mənsub hesab olunurlar. İşləmək məqsədilə ölkəyə gətirilən bu qrupların yad və fərqli mədəniyyət sahibləri kimi qiymətləndirilmələri anqlo-sakson və bəyaz amilini Amerikada siyasi ideologiyanın formalaşmasında ön plana çıxarmışdır. Etnik ayrı-seçkilik sonralar həm yerli xalqın assimilyasiyasında, həm immiqrantların cəmiyyətə adaptasiyasında və “əridilməsində” öz işini görmüşdür. Kimlikanın dediyi kimi “əridən qazan” ilə “anqlo-sakson uyğunluq” modelindən müəyyən yerlərdə birgə istifadə olunub. “Anqlo-uyğunluq” modeli ölkəyə gələn immiqrantların öz keçmişlərini unutmaları və mövcud şəraiti tam mənimsəmələri üçün əsasən assimliyasiyaya önəm verir. Bəyaz düşüncəyə önəm verən və bu sosial-siyasi əsas üzərində formalaşan cəmiyyət ortaya çıxacaq fərqliliklərin “əridən qazan” dan keçməsini məqsədəuyğun hesab edir.
“Əridən qazan”
ABŞ XX əsrin 90-cı illərinin əvvəllərində və Birinci Dünya Müharibəsindən sonra bir milyona qədər immiqrantı qəbul etmək məcburiyyətində qalmışdı. İmmiqrant dalğası ölkəyə, əsasən, Qərbi və Şərqi Avropadan yönəlmişdi. Bu immiqrantların böyük şəhərlərdə yerləşməsi ölkədə “immiqrant problemi” nin yaranmasına gətirib çıxardı. 1960-cı və ondan əvvəlki illərin Amerikası ölkəyə gələn immiqrantları cəmiyyətin sosial-iqtisadi strukturuna adaptasiya edərkən yaranmış fərqlilikləri əridə bilmə qabiliyyətinə sahib idi. Bu da fərqli mədəni xüsusiyyətlərə malik fərd və toplumların ABŞ “ortaq” iqtisadi və ictimai “həyatın” a, “dəyərlər” inə və “həyat tərzi” nə adaptasiya olmalarından, bu quruluşda özlərinə “yer” tapmalarından ibarət idi. Bu məsələ ilə bağlı digər önəmli bir məqam da etnik azılıqların amerikan dəyərlərinə və həyat tərzinə assimliyasiya olmaları ilə bağlıdır.
Assimliyasiya siyasətinin aparılmasının tarixi səbəbini aydınlaşdırmaq çox önəmlidir. Bu tarixi səbəblər sırasında ölkəyə yönələn fərqli mədəniyyətə, dilə və dinə mənsub olan bir çox insan qruplarının bu fərqlilikləri özündə saxlamaqla bərabər, onların cəmiyyətə inteqrasiya prosesi gedir. İnteqrasiya zamanı bu insan qrupları cəmiyyətə uyğunlaşarkən ortaya bir sıra çətinliklər çıxdığından, yaranmış bu çətinliklərin həll edilməsi məsələsi meydana gəlmişdir. ABŞ cəmiyyətinə inteqrasiya edən azlıqların çətinliklərlə üzləşməsi, həm siyasətçilərin, həm də intellektualların bu çətinlikləri həll etmək üçün assimliyasiya anlayışı yerinə “əridən qazan” məfhumunu işlətmələrinə səbəb olmuşdur. Herbeqin də ifadə etdiyi kimi dini müxtəlifliyə sahib olan qrupların və assimliyasiyasında bir sıra problemlər üzə çıxdığından bu cəhətlə bağlı fərqli “ərimə qazanı” nın yaradılması vacibdir.
Dini baxımdan assimliyasiyanın çətinliklər törətməsi bu prosesin öz funksiyasını itirmə səviyyəsinə gəlib çatmasına çıxarmış, beləliklə bu məsələ sosial bir problemə çevrilmişdir. Galzer qeyd edir ki, NyuYork şəhərində yaşayan afroamerikalıların, latınların, yəhudilərin, şotland və italyanların ABŞ-a miqrasiya dalğalarının tarixi XX əsrdən öncəki dövrlərə aid olduğuna baxmayaraq, onlar özlərinin fərqli sosialiqtisadi mühitini yaratmışlar.1960-cı illərə qədər olan dövrdə ABŞ-da olan fərqli etnik qrupların sürətli şəkildə ölkə cəmiyyətinə inteqrasiyası prosesi zamanı yaranmış iqtisadi və ictimai problemləri göstərən Galzerin bu sözlərində bir həqiqət var. ABŞ-ın əsas problemi etnik və dini müxtəlifliklərə sahib olan bir ölkə olaraq, cəmiyyətdə yaranmış bu müxtəlifliklərin ortadan qaldırması, bu fərqliliklərin problemlərə deyil, sosial inteqrasiyaya yönəldilməsi məsələsidir. Eyni zamanda “əridən qazan” məfhumundakı “etnik kultun” vurğulanması da bu məsələni daha da problemli hala gətirmişdir. Çünkü “etnik kult” məfhumu kommunitarianlıq xüsusiyyətinə malik olduğundan, həm anqlo-sakson olmayan ağlar arasında, həm də ağ dərili olmayan qruplar arasında "əridən qazan" ideyasını ifşa etmək, həmçinin fərd məfhumuna meydan oxumaq, digər etnik qrupları qorumaq və dəstəkləmək üçün də formalaşdırlmışdır. Yəni, “etnik kult” bütün millətlərdən olan fərdlərin yeni bir irq içində əriməsi ideyasını rədd edirdi. Eyni zamanda bu amil amerikan xalqının ABŞ fərdlərindən yaranmış bir insan qrupunun deyil, daha çox sosial qrupların meydana çıxardığı ölkə olduğu ideyasını daşıyır. Etnik düşüncə bir çox amerikalının anladığı dəlildir və bu etniklik məsələsi daimi və sabitdir. Bu dəlilə əlavə olaraq, göstərmək lazımdır ki, “etnik kult” həm də ABŞ cəmiyyətinin bütünlüyü iddiası ilə çıxış edən Amerikan tarixi nəzəriyyəsinə də tamamilə ziddir.
“Əridən qazan” etnik azlıqların mədəni xüsusiyyətlərindən və fərqliliklərindən imtina edərək cəmiyyətə inteqrasiyasını nəzərdə tutmuşdur. Daha doğrusu “əridən qazan” cəmiyyətə inteqrasiya olmaq üçün immiqrantların öz həyat tərzlərindən, dəyərlərindən və kimliklərindən vaz keçmələri deməkdir. Lakin “ərimə qazanı” nı assimliyasiya qazanı adlandırmaq da doğru olmazdı. Çünki “ərimə qazanı” məqsəd olaraq bütün etnik azlıqların öz fərqliliklərini, özlərinə məxsus dəyərləri tamamilə intimalarını qarşıya qoymur. “Əridən qazan” da zaman etibarı ilə etnik qrupların mədəni, dini, dil və sosial xüsusiyyətlərinin təkamül nəticəsində cəmiyyətə inteqrasiyası gözlənilirdi. Eyni zamanda “əridən qazan” müxtəlif etnik qrupların, mədəniyyətlərin inteqrasiyasından daha çox, nikah yolu ilə bioloji miksi təşviq edir. Teodor Ruzvelt bu barədə belə demişdir: “Qədim dünyanın ayrı-ayrı irqlərinə mənsub insanlar yeni bir kimlikdə formalaşdılar. Lakin “əridən qazan” bu yeni kimlik – özünüdərk daşıyan insanları 1776-cı ildən 1879-cu ilə qədər olan bir zaman çərçivəsində formalaşdırdı və bizim milliyyətimiz Vaşinqton dövrünün insanları tərəfindən təyin olundu” .
Dostları ilə paylaş: |