Qadın adları
|
Kişi adları
|
1
|
Zöhrə
|
Yusif
|
2
|
Nuray
|
Əli
|
3
|
Fatimə
|
Hüseyn
|
4
|
Zeynəb
|
Məhəmməd
|
5
|
Ayan
|
Murad
|
6
|
Aylin
|
Ömər
|
7
|
Xədicə
|
Rəsul
|
8
|
Tamilla
|
Kənan
|
9
|
Fidan
|
Osman
|
10
|
Leyla
|
Fərid
|
11
|
Aysel
|
Ayxan
|
2016-cı ildə işlək olan kişi və qadın adları aşağıdakılardır:
İşlək adlar (2016-cı il)
|
Kişi
|
Qadın
|
Yusif
|
Zəhra
|
Hüseyn
|
Nuray
|
Əli
|
Fatimə
|
Ömər
|
Aylin
|
Məhəmməd
|
Zeynəb
|
Murad
|
Ayan
|
Tunar
|
Məryəm
|
Uğur
|
Mələk
|
Ayxan
|
Mədinə
|
İbrahim
|
Dəniz
|
Kənan
|
Xədicə
|
Ümid
|
Leyla
|
Nihad
|
Səma
|
Həsən
|
Gülay
|
Rəsul
|
Fidan
|
Mehdi
|
İnci
|
Emil
|
Banu
|
İsmail
|
Yağmur
|
Fərid
|
Nəzrin
|
Ramal
|
Damla
|
Nihat
|
Aysu
|
Amin
|
Ayla
|
Raul
|
Əsma
|
Tuncay
|
Nuray
|
Sadiq
|
Aydan
|
Nicat
|
Nərgiz
|
|
Nazlı
|
|
Nigar
|
|
Nilay
|
2016-cı ilin iki ayı ərzində Azərbaycanda doğulan oğlan uşaqlarına daha çox Yusif, Hüseyn və Əli adları verilmişdir. Bütövlükdə 2016-cı ildə doğulan körpələrə ən çox verilən ilk beş ad Yusif, Zəhra, Hüseyn, Nuray və Əlidir.
№
|
Kişi adları
|
2016 (iki ay)
|
2016 (il boyu)
|
2011-2016
|
1
|
Yusif
|
382
|
3398
|
17000-ə yaxın
|
2
|
Hüseyn
|
261
|
2363
|
|
3
|
Əli
|
248
|
2197
|
|
4
|
Ömər
|
198
|
1752
|
7366
|
5
|
Murad
|
152
|
|
|
6
|
Tunar
|
147
|
|
|
7
|
Ayxan
|
142
|
|
|
8
|
Məhəmməd
|
139
|
1438
|
6743
|
9
|
Uğur
|
139
|
|
|
10
|
İbrahim
|
111
|
|
|
11
|
Amin
|
|
61
|
|
12
|
Adəm
|
|
43
|
|
13
|
İslam
|
|
20
|
|
14
|
Əbəlfəz
|
|
18
|
|
15
|
Abdullah
|
|
17
|
|
16
|
Cəsur
|
|
14
|
|
Cədvəldən göründüyü kimi, 2011-ci ildən 2017-ci ilə kimi ölkədə doğulan oğlan uşaqlarına verilən adlar arasında Yusif adı birinci yeri tutur. Həmin dövr ərzində qızlara verilən adlar arasında Zəhra ilk sıradadır.
№
|
Qadın adları
|
2016-cı il
|
2011-2016
|
1
|
Zəhra
|
3008
|
|
2
|
Nuray
|
2176
|
|
3
|
Aylin
|
1667
|
7657
|
4
|
Zeynəb
|
1863
|
7655
|
5
|
Ayan
|
1354
|
7299
|
Son 5 ildə kişi adlarının işlənmə tezliyi aşağıdakı cədvəldə verilir:
№
|
Kişi adları
|
2017
|
2018
|
2019
|
2020
|
2021
|
1
|
Yusif
|
2932
|
2505
|
2464
|
2008
|
136
|
2
|
Əli
|
2184
|
2128
|
2262
|
1905
|
141
|
3
|
Hüseyn
|
2009
|
1926
|
1977
|
1797
|
147
|
4
|
Uğur
|
1472
|
1597
|
1921
|
1932
|
149
|
5
|
Ömər
|
1627
|
1568
|
1424
|
1236
|
88
|
6
|
Məhəmməd
|
1477
|
1381
|
1311
|
1232
|
103
|
7
|
Murad
|
1258
|
1337
|
1305
|
1166
|
99
|
8
|
Ayxan
|
1115
|
1086
|
1061
|
870
|
58
|
9
|
Tunar
|
874
|
964
|
920
|
829
|
62
|
10
|
Raul
|
646
|
690
|
799
|
985
|
71
|
İlk onluğa daxil olan qadın adları isə bunlardır:
№
|
Qadın adları
|
2017
|
2018
|
2019
|
2020
|
2021
|
1
|
Zəhra
|
2773
|
2511
|
2468
|
1968
|
180
|
2
|
Nuray
|
2132
|
1700
|
1545
|
1221
|
105
|
3
|
Zeynəb
|
1664
|
1600
|
1706
|
1580
|
126
|
4
|
Məryəm
|
1690
|
1594
|
1603
|
1507
|
115
|
5
|
Aylin
|
1561
|
1606
|
1587
|
1437
|
139
|
6
|
Fatimə
|
1545
|
1406
|
1452
|
1318
|
115
|
7
|
Mələk
|
1478
|
1345
|
1415
|
1399
|
113
|
8
|
Dəniz
|
1362
|
1067
|
1087
|
961
|
70
|
9
|
İnci
|
767
|
1224
|
1111
|
1057
|
85
|
10
|
Mədinə / Nilay
|
956/518
|
1010/801
|
971/1008
|
893/1113
|
79/111
|
Bütün statistik məlumatlar göstərir ki, son illərdə Yusif (12278) və Zəhra (11719) ən çox işlənən adlar olmuşdur. Bundan əlavə, bəzi dəyişikliklər olsa da, illər boyunca ilk onluğa daxil olan adlar, demək olar ki, eynidir.
Son 5 ildə qızlara müxtəlif gül adları da verilmişdir. Bunların arasında Lalə və Nərgiz adları xüsusilə seçilir. Həmin adlar həm sadə, həm də mürəkkəb formada işlənir. Məsələn, Laləzar, Lalənur, Laləxanım, Laləxatun, Laləgül, Nərgizxatun, Nərgizbanu, Nərgizzəhra, Nərgizxanım, Nərgizə. Bununla yanaşı, adqoymada Çiçək, Banuçiçək, Bənövşə, Gülbahar, Qızılgül, Qərənfil, Gülşahnaz, Gülşah adlarından da istifadə olunmuşdur.
Statistik məlumatlar onu deməyə əsas verir ki, artıq valideynlər övladlarına görkəmli şəxsiyyətlərin, şairlərin, yazıçıların adlarını qoymağa maraq göstərmirlər. Son beş ildə Azərbaycanda doğulan xeyli sayda körpəyə məşhur futbolçuların adları və soyadları verilib, məsələn: Messi, Ronaldo, Zidan və s. Həmin adların arasında türk futbolçularının adları üstünlük təşkil edir.
№
|
Oğlan adı
|
2011-2016
|
1
|
Nihat
|
2729
|
2
|
Fateh
|
889
|
3
|
Sinan
|
405
|
4
|
Ayhan
|
228
|
5
|
Ali
|
225
|
6
|
Arda
|
131
|
7
|
Tayfun
|
22
|
8
|
Hakan
|
21
|
9
|
Mehmet
|
21
|
10
|
Necati
|
16
|
11
|
Hasan
|
16
|
12
|
Aleks
|
6
|
13
|
Tayfur
|
4
|
14
|
Hamid
|
4
|
15
|
Zidan
|
2
|
16
|
Sabri
|
2
|
17
|
Halil
|
2
|
18
|
Volkan
|
2
|
19
|
Georgiy
|
1
|
Müasir dövrdə dəbdə olan adlar bunlardır: Orxan, Tural, Turan, Türkan, Nərmin, Nəzrin, Ayla, Aysu, Nihad, Elvin, Nuray, Fidan, Ləman, Aydan, Banu, Nural və s. Artıq paralel şəkildə həm qızlara, həm də oğlanlara verilə bilən adlar zaman keçdikcə daha çox qızlara qoyulur. Arzu, Məhəbbət, Pərvin, İntizar və s. adlar 1950-1960-cı illərdən indiyədək həm oğlanlara, həm də qızlara verilir. Lakin son dövrlərdə Arzu adı daha çox qızlara, arzu mənasında isə oğlanlara Amal adı qoyulur. Məhəbbət adı oğlanlara, İntizar adı qızlara verilir.
Bəzən valideynlər övladlarına elə qəribə adlar verir ki, uşaqlar böyüdükdə belə adlardan imtina etməli olur, həmin adları daşımağa utanır və rəsmi şəkildə onları başqaları ilə əvəz edir. Məsələn, Stəkan, Şüşəbənd, Türmə, Cinayətkar, Məstan, Kəniz, Kündə, Dilənçi, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rahat, Şikayət, Kommunist, Marlen, Traktor, Kombayn və s. Şəxsiyyətin formalaşma prosesini tədqiq edən mütəxəssislər göstərirlər ki, ad xarakterə, hətta sağlamlığa təsir edən mühüm faktorlardan biridir. İngilis terapevti Trever Uestonun apardığı tədqiqat göstərib ki, adı əlifbanın son üçdə birindəki hərflərlə başlayan pasiyentlər ürək-damar xəstəlilərinə üç dəfə çox tutulur [599].
Çikaqolu tədqiqatçılar hesab edir ki, gülməli və ya qəribə adlı insanlar başqalarından dörd dəfə çox müxtəlif növ psixi komplekslərə meyillidir. Çikaqo həkimlərindən biri olan Robert Nikoley qeyd edir: “Uşaq gülünc ad alanda ilk andan öz yaşıdlarına qarşı müdafiə mövqeyi tutur. O, özünə qarşı normal münasibət uğrunda mübarizə etməyə məcbur olur. Həm oğlana, həm də qıza aid edilən adlarla bağlı da uşaqda müəyyən dərəcədə küskünlük yaranır” [608].
Tədqiqatçılar təsdiq edir ki, valideynlər öz uşaqlarına çox diqqətlə ad seçməlidir. Axı ad, həyatı saymasaq, valideynlərin uşağa ilk, həm də ömürlük hədiyyəsidir. Lakin o, ömürlük lənət də ola bilər. Nazirlər Kabinetinin qərarına görə, cinsi uyğun gəlməyən, dilimizə yad olan, mənası düzgün verilməyən, mənası olmayan, uşağın gələcəyinə xələl gətirən və s. adların qoyulması qadağandır. Rəsmi qurumlar tərəfindən valideynlərə dəfələrlə xəbərdarlıq olunsa da, uşaqlara gülünc, qeyri-adi adların verilməsi halları davam edir.
Azərbaycanda 2016-cı ilin yanvar, fevral və mart ayları ərzində 575 nəfər adının, ata adının və soyadının dəyişdirilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib. Onların 296 nəfəri kişi, 279-u isə qadındır. “ASAN Xidmət” mərkəzlərindəki məlumatlara görə, valideynlər uşaqlarına İngilis, Frunze, Nyuton, Qaliley, Tutma, Bəy, Yaraşıq kimi adlar qoymaq istəyirlər. Arsen, Mutluay, Mutlugün, Peşiman, Lumu kimi adlar vermək üçün müraciət edənlər də var” [611]. Müraciətlər arasında belə qəribə adlar da vardır: Vaqif Raul Lukas, Vaqif Mete, Nizamir, Fateh Edvard, Ardan və s. Soyadı formasında adlar da geniş yayılıb: Əhmədli, Əhmədov.
Şəxs adlarının tənzimlənməsi Terminologiya Komissiyası tərəfindən həyata keçirilir. Komissiyada adlar müzakirə olunur və xoşagəlməz adların qarşısı alınır. Şəxs adlarının nizamlanması istiqamətində qeydiyyat idarələri də mühüm işlər görür. S.Sadıqovanın sözlərinə görə, bu səbəbdən də adlarla bağlı problem olduqda bütün qeydiyyat idarələri komissiyaya müraciət edir. Komissiyanın işi Nazirlər Kabinetinin qərarına əsasən aparılır. Artıq Azərbaycanda adların verilməsinin yeni mexanizmi tətbiq olunur. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Azərbaycanda uşaqlara qoyulan adların siyahısını təsdiq etmişdir. Siyahıya əsaslanaraq valideynlər gözəl adlar seçə bilər. S.Sadıqovanın fikrincə, “siyahıdan kənar adların qoyulması qadağan edilə bilməz, çünki xalqın yaradıcılığı sayəsində adlar sistemi daim inkişaf edir. Valideynin özünün yaradıcılıq qabiliyyəti varsa, tarixi vərəqləyib dilimizə yeni adlar gətirirsə, bunun əleyhinə çıxa bilmərik” [612]. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na görə, uşaqlara onların mənafeyinə xələl gətirən, habelə onların cinsinə uyğun gəlməyən və gülünc adın qoyulmasına yol verilmir. Əvvəllər adların qoyulması ilə bağlı heç bir məhdudiyyətin olmaması bu sahədə acınacaqlı vəziyyətin yaranmasına gətirib çıxarmışdı. Uşaqlarına Fındıq, İnək, Dovşan, Saat, Maşın və s. kimi gülünc adlar verən valideynlər var. Bu adları daşıyan uşaqlar gündəlik həyatda insanların reaksiyası ilə rastlaşır və psixoloji gərginlik keçirir. Yeni qaydaların tətbiqi artıq bu mənfi təcrübəyə son qoyulmasına əsas yaradır [Bu barədə bax: 606].
Keçmişdə uşaqlara verilən qəribə adlar, eyni zamanda, həddindən artıq sosialist məzmun daşıyan adlar, demək olar ki, aradan qalxıb. Həsənqulu, Hüseynqulu kimi ikimərtəbəli adların uşaqlara verilməsinə də rast gəlinmir. Bu adlarla bağlı qadağa olmasa da, tövsiyə edilmir.
“Qaydalar”da arxaik, kənardan gələn, başqa xalqlardan götürülən adların uşaqlara verilməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmayıb. “Qaydalar” yalnız Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri olan Azərbaycan vətəndaşlarına da adların verilməsi həmin “Qaydalar”a uyğun həyata keçirilir. Əgər hər hansı şəxs Azərbaycan vətəndaşlığını qəbul edərsə, onun da göstərilən hüquqları yaranır və bu hüquqlardan öz arzusuna əsasən istifadə edə bilər.
Dostları ilə paylaş: |