Həsənzadə - Surik nəyinizdir? Nargilə – Yoldaşımdır [54, c.2, s.302]; Tamamlığın suallarına cavab verən yarımçıq cümlə:
Həsənzadə - Yazıq kimlərə deyirsiniz? Nargilə (xəyal içində) Surikə, anama… (54, c.2, s.302);
Zərfliyin suallarına cavab verən yarımçıq cümlə:
Nargilə - Oğlunuzu hara yola salırdınız?
Həsənzadə - Başqırdıstana [54, c.2, s.299]
Yarımçıq cümlə cavab şəklində də olur, sual cümləsindəki əvəzliyin qarşılığı kimi işlənir:
Xanmurad – Nəyi bilirsiniz, ə?
Nəcəf – Sədəfə aşiq olmağını [53, c.2, s.172];
Ballı – Sizi kim nişanlayıb, oğul?
Uğur – Müharibə, ana! [53, c.2, s.187].
Dialoqlarda yarımçıq cavab cümləsi sual cümləsinin məzmunu ilə sıx şəkildə bağlı olur:
Xanmurad – Yox, muştuluğumu verməsən, demərəm.
Turac – Yaxşı, bir cüt qotazlı corab [53, c.2, s.173];
Xanmurad – Sən bir dayan, corabı neyləyirəm, nənəm gündə birini toxuyur. Sədəf (həyəcanla) – Bir gözəl yaylıq. Xanmurad – Yaylıq ayrılıqdır. Bir tikməli köynək [53, c.2, s.174].
Digər bir əlamət yarımçıq cümlənin sual formasında özünü göstərməsidir. Məs.:
Xanmurad – Uğur gəlir!
Nəcəf – Gəlir? [53, c.2, s.172].
2.Replikalarda mürəkkəb cümlənin birinci komponentində işlənmiş xəbər ikinci komponentdə işlənmir, beləliklə, ikinci tərkib hissə yarımçıq şəkildə özünü göstərir. Belə tip yarımçıq cümlə daha çox işləkdir. Məs.:
Mədəd – Mən kəmsavad, sən kəmsavad, haqq-hesabdan nə sənin başın çıxır, nə də mənim [53, c.2, s.176];
Xosrov Atayev – Sən nə ailəni sevmisən, nə də xalqını… [53, c.2, s.292].
Birinci tərkib hissədə “başı çıxmaq”, “sevmək” xəbərləri işləndiyi üçün ikincidə təkrara yol verilməmişdir, bu da üslubi cəhətdən düzgündür.
Bu tip yarımçıq cümlə mikromətnlərdə də işlənir, fikrin lakonik ifadəsinə xidmət edir:
Xuduş – Qəribə adamsan… Dünən yüz dəfə başa saldım ki, səndən bir şey soruşanda əgər “yox” demək lazım olsa, mən yavaşca sol çiynimi qaldıracağam, «hə» demək lazım gəlsə, sağını… [53, c.2, s.271].
3.Dramların dilindəki yarımçıq cümlə əvvəlki replikadakı bir üzvün yenidən təkrarı ilə əmələ gəlir:
Turac – Mən bunu həyatda, təcrübədə görmüşəm.
Uğur – Oho! Təcrübədə… [53, c.2, s.183].
Yarımçıq forma cümlənin ümumi məzmunundan doğur:
Uğur – Toyumuzu mədəniyyət sarayını tikib qurtarandan sonra [53, c.2, s.185]. Cümlənin məzmununa görə müəyyənləşdirmək olur ki, burada “etmək” feili xəbəri buraxılmışdır.
Personajların nitqində yarımçıq cümlə söz-cümlə ilə yanaşı işlənir:
Turac – Siz onunla cəbhədə tanış olmusunuz?
Şəfəq – Bəli, cəbhədə, düşmənin arxasında… [53, c.2, s.190].
Bu cür yarımçıq cümlə sual cümləsindəki bir üzvün yenidən təkrarı ilə meydana çıxır.
6.Personajların nitqində replikaların sual və cavab cümlələri yarımçıq şəkildə təkrar olunur. Məs.: Turac – Siz bir-birinizi istəməyə başlayanda Uğur sizə heç bir söz demədi?
Şəfəq – Nə barədə?
Turac – Nə barədə? (Yenə də hirslənir) Gözünü yolda qoyub getdiyi bir qız barədə! [53, c.2, s.191].
Yarımçıq cümlə dialoqun sual cümləsindəki bir üzvün yenidən təkrarından ibarət olur. Məs.: Nargilə – İşləmək istəyir. Zavodda onun üçün bir iş tapılar?
Həsənzadə – Tapılar [53, c.2, s.356];
Xosrov Atayev – Bu gün tikinti işləri ilə tanış ola bildinmi? İldırım – Oldum [53, c.2, s.257].
7.Dialoqlarda yarımçıq cümlələr cüttərkibli və təktərkibli ola bilər. Bunu müəyyənləşdirmək replikanın əvvəlki cümləsindən asılıdır, yəni replikanın əvvəli quruluşca necədirsə, cavab yarımçıq cümlə də o cürdür. Məs.: Zabitə - Ağasəlimi də, Xuduşu da tutdular – bu qeyri-müəyyən şəxsli cümlədir. Dilşad xanım – Nə vaxt? – sual cümləsindən ibarət yarımçıq qeyri-müəyyən şəxsli cümlə. Zabitə – Bir az bundan qabaq – təktərkbli cümlənin qeyri-müəyyən şəxsli növü, cavab yarımçıq cümlə. Demək, bütövlükdə dialoq təktərkibli cümlənin qeyri-müəyyən şəxsli növündən qurulmuşdur. Eyni misalı cüttərkibli cümlə haqqında da söyləmək olar.
8. Yarımçıq cümlənin bir növü situativ yarımçıq cümlələrdir. “Situativ (situasiya ilə bağlı) yarımçıq cümlələrdə buraxılmış üzv şəraitlə, situasiya ilə, mimika və jestlərlə müəyyənləşir” [93, s.199]. Bu tip cümlələr müəyyən həyəcanlı, ziddiyyətli situasiyalarda istifadə olunur. Məs.:
Dostları ilə paylaş: |