ROMAN BƏDİİ İFADƏ TƏRZİNİN ƏN ƏHATƏLİ FORMASIDIR
Bədii ifadə tərzinin formaları arasında müxtəlif baxımlardan daha əhatəli olanı romandır. Hətta misal üçün, filmdən də (əhatəlidir). Filmin qavranılması ilə romanın qavranılması arasında fərq var. Film öz məhdudiyyətlərinə görə hər şeyi əhatəli təsvir edə bilmir. Görürsünüzmu, Viktor Hüqonun "Səfillər" əsəri əsasında bu günədək neçə film çəkilmişdir? İranda televiziya indiyə kimi onun iki-üç filmini göstərib. Mən "Səfilləri" dəfələrlə oxumuşam, bu filmləri də həvəslə izləmişəm. Lakin "Səfillər" hara, bu filmlər hara?! Ümumiyyətlə bir-biri ilə müqayisə olunası deyil.3
ROMAN UZUNÖMÜRLÜDÜR
Hələ də bizim ən gözəl romanlarımız, on doqquzuncu əsrin romanlarıdır. On doqquzuncu əsrdə elə romanlar yazılıb ki, onların bənzəri hələ yazılmayıb. Fransada, Rusiyada, hətta İngiltərədə yazılan romanların hələ də bənzəri yoxdur. Demək, roman uzunömürlüdür. Roman yayılır və hadisələri xırdalıqları ilə yüksək şəkildə təsvir edir, açıqlayır. Siz bu xarakteri incəsənətin başqa hansı sahəsində tapa bilərsiniz? Bu xarakter nə musiqidə, nə kinoda, nə teatrda, nə də şeirdə var. Ümumiyyətlə romanın bənzərini tapmaq mümkün deyil! Həm tərcümə olunur, həm hər yerə yayılır, həm qalır, həm də köhnəlmir.1
BU QƏDƏR DƏLİL VARKƏN ROMANIN YERİ BOŞ QALMAMALIDIR
Mən dəfələrlə sizinlə yığıncaqlarda Oktyabr İnqilabı romanlarını misal çəkmişəm. Onlardan biri Aleksey Tolstoyun "Əzablı yollarla" əsəridir. Çox yüksək keyfiyyətli romandır. Digəri Şoloxovun "Sakit don" romanıdır. Bunlar inqilabi romanlardır. Lakin "İt ürəyi" əsəri inqilabın əleyhinə yazılmışdır.
Bir neçə nəfəri müəyyən edin və bu əsərlərin nümunəsini qarşılarına qoyun. Deyin ki, inqilab haqqında bu romanlar kimisini yazmaq istəyirik. Amma inqilab və İmam (Xomeyni) həqiqi şəkildə tanıdılmalıdır. Döyüşçülərin müharibə haqqında yazdıqları xatirələri qarşılarına qoyun. Fikrimcə, bunlardan çox cildli və maraqlı roman yazmaq olar. Onlara üç il də vaxt verin. Nə qədər xərci varsa, öhdənizə götürün. Dəstək olun, görün nə olacaq. Bəlkə bir nəticə əldə edə bildiniz. Görək, ölkədə üç-dörd normal roman yazıb boşluğu doldurmaq mümkün olacaqmı.
İran bu qədər mədəniyyət, bu qədər dəlil və bu qədər mədəni töhfələri ilə roman yazmaya bilməz. Nəhayət, bu iş həyata keçirilməlidir. Bu günə qədər meydan boş qalmışdı və bir qrup hay-küyçü və dəyərsiz adam ... ortaya atılıb özlərini böyük yazıçı kimi qələmə verdilər. Sonra inqilaba əks yazılarını ölkədə yaymağa başladılar. Kitabı çıxmış Allah bəndələrindən birinə yüz yerdən məktub gəldi və kitabını oxuyub ləzzət aldıqlarını bildirdilər. Bir halda kı, bu kitabın bədii və s. baxımdan xeyli nöqsanları vardı. Hər halda siz bu işi görməlisiniz.1
YAXŞI ROMANIN TƏRCÜMƏSİ
Əlimdə bir roman var idi. Bir neçə gün idi ki, onu vərəqləyib oxuyurdum. Altı yüz səhifəlik qalın, olduqca əyləncəli, cəzbedici və bədii baxımdan çox yüksək yazılmış kitabdır. Ancaq bizim maarifimizin tam əksinədir. Mən bir gəncin o kitabı oxumasını qətiyyən münasib görmürəm. Lakin hazırda çap olunur və böyük tirajlarla satışa buraxılır. Nə olar ki, biz yaxşı roman tapaq, təcümə edib çap edək. Həm cazibəli olsun, həm də cavanlarımızın onu oxuması iradsız olsun. 2
BAŞQA DİLLƏRƏ KİTAB TƏRCÜMƏSİ
Hər halda, tərcümə çox önəmli məsələdir. Ancaq düşünülmüş şəkildə yerinə yetirilməlidir. Mən bu kitabları oxuduqda, düşünürdüm ki, məsələn, əgər biz tərcümə olunmuş, xüsusən də müharibəyə aid kitabları ardıcıl şəkildə yaymaq istəyiriksə, əvvəl kiçik, çox İran rəngi vurulmamış, gözəl təsvir olunmuş və yaxşı yazılmış kitablar başqa ölkələrə getməli, yayılmalı və oxunmalıdır. Bu təcrübə zehinlərdə özünə yer etdikdən sonra, başqa kitablar göndərilməlidir. Hər bir kitab digəri üçün yol açacaqdır. Bu minvalla növbə daha geniş kitablara və daha geniş xatirələrə çatmalıdır.1
Əfsuslar olsun ki, bəzi siyasətçilərin qəsdən ixtilaflı məqamları axtarıb tapdıqları, hətta incələdikləri müşahidə olunur. Buna səbəb müsəlman cəmiyyətlərini bir-birindən ayırmaq istəyidir. Kitab müsəlman cəmiyyətləri arasında vəhdət ismarışı rolunu oynaya bilər. Çox yaxşı olar ki, İslam dünyasının dini kitablarını, İslam mütəfəkkirlərinin önəmli yazılarını fars dilinə çevirək və milli kitabxanamıza yerləşdirək. Eyni zamanda öz mütəfəkkirlərimizin, mühüm yazıçılarımızın və alimlərimizin fikirlərini digər müsəlman cəmiyyətlərinə ötürək. Beləcə, İslam cəmiyyətləri arasında vəhdət kanalı yaratmış olaq. Yəqin bilin ki, bu, mədəni və müstəmləkəçilik əleyhinə atılmış bir addım olar.2
BİZDƏ OLMAYAN KİTABLAR
Mən ölkəmizin mütəfəkkirlərindən xahiş etmək istəyirəm ki, millət üçün lazımlı, yaxşı kitabların ərsəyə gətirilməsi məsələsini ölkələrinin və cəmiyyətlərinin zəruri ehtiyacı saysınlar. Baxmayaraq ki, cəmiyyətimizdə yaxşı kitablar var, ancaq çatışmayan cəhətlərimiz də çoxdur. Bir çox kitablar bizdə yoxdur. Elə mövzular var ki, onlar haqqında heç nəyimiz yoxdur, yaxud layiqlisi görünmür. Bir halda ki, başqaları, digər ölkələrdə müxtəlif mövzular haqqında bəzən on minlərlə kitab yazırlar. Ancaq həmin mövzularda bizim kitablarımız barmaq sayı qədərdir. ... Hətta haqqında təcrübəmiz olan mövzularda da kitablarımızın sayı azdır. Doğrudan da keçmişdə lazımi mövzuların təqdimi zəminində layiqli işləməmişik. Kitab bizdə təşrifat xarakteri daşımış və xas bir qrup üçün nəzərdə tutulmuşdur. Kitaba hamı üçün lazımlı vasitə kimi yanaşılmamışdır.
Biz bu nöqsanı aradan qaldırmalıyıq. Həm incəsənət xadimlərinin, yazıçıların, tədqiqatçıların və müəlliflərin, həm də kitab istehsalçılarının, naşirlərin, onları dəstəkləyən orqanların üzərinə ağır məsuliyyət düşür. 1
DAHA ÖNƏMLİ
Amma hər şeydən öncə çalışın, siyasi, bədii, incəsənətlə bağlı və cavanlar üçün maraqlı olan kitabları tapın. Ümumiyyətlə siz mütərcimlərdən, müəlliflərdən istəyin ki, öz tərcümələrini, seçmə əsərləri sizə versinlər və siz onları çap edin.2
Təsəvvür edin ki, bu gün dünyada hansı məsələlərin inqilab məsələlərindən olması müəyyən olunur. Əgər biz bu məsələləri dünyaya çatdıra bilsək, inqilabın həqiqətinə daha çox diqqət yetiriləcək və inqilabın daha çox tərəfdar qazanmasına zəmin yaranacaq. Bu cür məsələləri tapmaq özü bir sənətdir. Mütaliə edərkən, kitab, jurnal və əleyhinizə yazılmış kitabları oxuyarkən dünyanın birinci dərəcəli əsas məsələlərini tapın. Müəyyən olunduqda, həmin alimlər digər alimlərin köməyi ilə bu sahədəki boşluğu doldurmaq üçün lazım olan məzmun və mətləbləri müəyyən etsinlər və toplasınlar. Sonra həmin məsələləri incəsənət xadimlərinə, rəssamlara, rejissorlara, şairlərə, yazıçılara və ssenaristlərə verərək bunlardan əsər yaratmalarını istəsinlər.3
Dostları ilə paylaş: |