BiRİNCİ FƏSİL

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 279.21 Kb.
səhifə6/14
tarix24.02.2018
ölçüsü279.21 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   14

ÜÇÜNCÜ FƏSİL

MÖVCUD DURUMUN QÜSURLARI

İRANDA TANINMAMIŞ ALƏM


Əgər kitabın sayı çoxalarsa, əgər müxtəlif mövzularda bir çox kitablar çapdan çıxarsa, əgər bütün mövzularda kitaba ehtiyac artarsa, əgər xalq kitaba müraciət etməyi və suallarının cavabını kitabda tapmağı bacararsa, o zaman başqa bir aləm və başqa bir macəra olacaqdır. Təəssüflər olsun ki, bu gün İranda bu aləmdən xəbər-ətər yoxdur! Məşğuliyyətin kitab olduğu yer ruhi keyfiyyət və fikri vəziyyət baxımından müqayisədə digər yerlərlə hiss olunacaq dərəcədə fərqlidir. 1

BÖYÜK ƏSƏRLƏRƏ ÇEVRİLMƏK CÖVHƏRİ


Mən indi sizin romanlarınıza baxarkən görürəm ki, əgər bir az bunların üzərində işlənərsə, Viktor Hüqonun "Səfilləri", yaxud Tolstoyun "Hərb və sülh"ü olacaqdır. Mən bu gövhəri öz qardaşlarımızın “Hözeyi-hünəridə”, yaxud digər yerlərdə çap etdirdikləri kiçik romanlarında müşahidə edirəm. Bu cövhəri digərlərinin təqlidçi yazılarında, on cildli, beş cildli, min səhifəlik, yaxud on min səhifəlik kitablarında görmək olmur. Sizin işlərinizdə doğrudan da bu cövhər mövcuddur. Onların işi sırf makina işidir. Çünki daxillərindən qaynamır. 2

MÜHARİBƏ - YAZIÇILIQ FÜRSƏTİ


Müharibə bu zəmində istedadların üzə çıxması üçün meydandır. Bilirsiniz ki, ədəbiyyat və incəsənəti bütün ölkələrdə çiçəkləndirən amillərdən biri acınacaqlı hadisələr, o cümlədən müharibədir. Ən gözəl romanlar, ən gözəl filmlər, bəlkə ən yaxşı şeirlər müharibələrdə və müharibə münasibəti ilə yazılmış, çəkilmiş və deyilmişdir. Bizim müharibəmiz də bu qəbildəndir.1

BİLMİRƏM, BU QƏDƏR TƏKRAR TƏSİR GÖSTƏRİB, YOXSA YOX!


Bu mühüm məsələ haqqında (mütaliə) çox danışmışam. Amma mənə bunun nə qədər təsirli olduğunu deyən olmayıb. Düzü hər dəfə bu haqda danışmaq istədikdə bunun artıq faydasız söz olacağına şübhə edirəm! Mən bilmirəm bu qədər təkrar doğrudan da təsirli olub, yoxsa yox. Bunu siz deməlisiniz. Statistika hazırlayın, görün kitab oxucuları nə qədər artıb. Elə iş görün ki, insanlar kitab oxumağa adət etsinlər.2

XALQLARIN ƏN MƏHRUMU


Biz, əsrlər boyu davamlı olaraq dünyada ən çox kitab istehsal etdiyimizə baxmayaraq, hazırda və son iki-üç əsr ərzində yazılı əsər və kitab maarifi baxımından ən geridə qalmış xalqlar sırasındayıq. Yəqin bilin ki, bu məsələnin öz-özlüyündə mədəniyyətlə əlaqədar olmasına baxmayaraq, ictimai-siyasi durumun da müdaxiləsi olmuşdur. Hər nə olmuşsa, geridə qalmışdır. Bu gün bizim üçün yeni gün və yeni dövran başlamışdır. Biz bu nöqsanları aradan qaldırmalıyıq. ... Mütaliə xalqımız arasında adi vəziyyət almamışdır. Hətta təhsil almış savadlı insanlar, kitabla ünsiyyətdə olan və öz gündəlik həyatlarının bir qismini mütaliəyə ayıranlar, doğrudan da olduqca azdır. Bir halda ki, biz, dünyada bu gün elmi tərəqqi baxımından seçilən ölkələrdə vəziyyətin fərqli olduğunu müşahidə edirik. Cəmiyyətdə mütaliə ruhu, ölkənin müxtəlif təbəqələrinin elmi inkişaf, maarif və informasiyaya münasibəti bir-biri ilə əlaqədardır. Bu əlaqə üzə çıxarılmalı və bu əhval-ruhiyyə xalq arasında yayılmalıdır.1

KİTAB OXUMAMAQ


Bizim millətimiz kitab oxucusu deyil. Mütaliədən kənar düşmək çox böyük nöqsandır. Millətimizin çoxu, hətta qəzet də oxumur. Qəzetə baxdıqda isə böyük hərflərlə yazılmış başlıqlarla kifayətlənirlər. Camaatın bir çoxu radionu hər hansı bir şey öyrənmək, xəbərlər, yaxud mədəni və həyati məsələlər haqqında məlumat almaq üçün yox, yalnız əyləncə məqsədi ilə dinləyirlər. Bizim bu nöqsanları aradan qaldırmağımız zəruridir. 2

KİTAB OXUMAQDA KİTAB ÇAPINDAN DAHA GERİDƏYİK


Kitab çapı baxımından geri olmağımızdan öncə, kitab oxumaq baxımından geriyik. Təəssüflər olsun ki, bizim ölkəmizdə kitab oxumaq xüsusi iş halını alıb, camaatın yalnız bir qisminə məxsusdur. Bütün xalqa aid bir məsələ deyil. Bir halda ki, maarif, bilik, incəsənət və mədəniyyətlə bağlı bütün işlər, bütün xalqa aiddir. İnsanların yalnız bir qisminə aid deyil. Kitaba hamının ehtiyacı var. Buna baxmayaraq, kitabdan hamı istifadə etmir.

Bu gün İran xalqı geri qaldıqları sahələrin yerini doldurmalıdır. İndi elm və din hökumətində İran üçün bənzərsiz fürsət qarşıya çıxmışdır ki, cəmiyyət bu fürsətdən ölkənin mədəni və ideoloji yüksəlişi üçün faydalanmalıdır. Bu gün kitab oxumaq və elm öyrənmək təkcə milli vəzifə yox, həm də dini baxımdan vacibdir. Hər kəsdən çox yeniyetmələr və gənclər bu məsuliyyəti hiss etməlidirlər. Kitabla ünsiyyət yaranarsa, mütaliə yalnız tapşırıq yox, şirin bir məşğuliyyət, qaçılmaz ehtiyac və şəxsiyyətinizin formalaşması üçün vasitə rolunu oynayacaqdır. Təkcə gənclər yox, bütün nəsillər və bütün təbəqələr zövq və istəklə ona meyl göstərəcəklər.1


KİTAB HƏYAT “ZƏRURƏT”LƏRİNDƏN BİRİDİR


Xalqımızın arasında kitab alıb oxumaq, sonra oxumaq üçün onu dostlarına, yaxud övladlara ötürmək ənənəsi hələ formalaşmayıb. Bir çox hallar olur ki, kitabı alırlar, sonra onu bir kənara atırlar. Yaxud məsələn, bir dost öz dostuna kitab hədiyyə verir, o da götürüb bir kənara qoyur. Həqiqətən, ölkəmizdə kitab oxumaq ənənəsi formalaşmayıb və bu böyük ağrıdır. Biz bu ağrının böyüklüyündən və zərərindən xəbərsizik. Bir halda ki, zehinlərdəki bu qədər mövzu kağız üzərinə axır və çapa böyük xərclər sərf olunur. Əgər bu mövzular bütün xalqın arasında yayılarsa gör cəmiyyətin mədəni səviyyəsi nə qədər yüksələr və bu yöndə nə qədər uğurlar əldə edilmiş olar. Siz də az-çox təsirli olan işlər kampaniyasına qoşulun. İndi neçə ildir ki, camaatı mütaliəyə vadaretmə işlərinə start verilib. Bunları təbliğatlarınızda, çıxışlarınızda bəyan edin. Ümumiyyətlə kitab yazın, məqalə yazın, elan edin. .... Romanlar, povestlər yazılsın, bədii əsərlərin üzərində işlər görülsün ki, camaat kitab oxumağa məcbur olsun və kitab həyatın zərurətlərindən birinə çevrilsin.2

BU QƏDƏR YAZIÇI VƏ ŞAİR OLSA DA...


Təəssüflər olsun ki, cəmiyyətimizdə kitab, cəmiyyətin özünə layiq şəkildə rəvac tapa bilməyib. Bəli, əgər biz dünyada mövcud olan bəzi cəmiyyətlər kimi tarixi olmayan cəmiyyət olsaydıq, keçmişi, mədəniyyəti, mədəniyyət baxımından görkəmli və bilikli insanı, istedadlı, müdrik, uzaqgörən və yüksək düşüncə tərzinə malik şəxsiyyətləri olmayan toplum olsaydıq, bu zaman bizim kitaba meylsizliyimizə bəraət qazandırmaq olardı. Lakin bizim cəmiyyətimizdə yüksək mədəniyyətli insanlar, müəllimlər, müəlliflər, kitabla yaxından tanış olanlar, şairlər, yazıçılar, böyük alimlər və ziyalılar var. Belə olduqda kitabla ünsiyyətimiz nə üçün belə olmalıdır? Bizim böyük tarixi və mədəni keçmişimiz var. Cəmiyyətimiz püxtə və yetkin cəmiyyətdir. İbtidai bir cəmiyyət deyil. Xalqımız kitabla daha çox tanış olmalıdır.1


Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə