Mən, müxtəlif romanlarla çox tanış olduğumdan bu sahədə fikir söyləyə bilərəm. Bədii əsərlərlə məşğul olduğum bu uzun müddətdə, 30-40 ildə bəlkə də dünyanın ən güclü yazıçılarından minlərlə əsər oxumuşam. Özlərində hər hansı məzmunu əks etdirən əsər o əsərdir ki, bu nümunələrin hamısına özündə yer verir, ancaq bunu hiss elətdirmir. Necə ki, siz hansısa romanda bir cümləni böyük hərflərlə yazırsınız və burada artıq romanın (əsərin) istiqaməti məlum olur. Belə bir vəziyyətdə roman gözəlliyini itirir.2
TƏRCÜMƏDƏ İNCƏLİKİLƏR
Bir gün tanınmış və sevimli tərcüməçilərdən biri (hansı ki, bizim onunla heç bir problemimiz yoxdur, dəyərli və möhtərəm insandır) bir qrupla görüşə gəlmişdi. O, dörd cildlik roman tərcümə etmişdi və mən onu oxumuşdum. ...Güman ki, mənim fransız dilindən tərcümə olunmuş dörd cildlik roman oxumağıma təəccüb etmişdi.
O kitabda iki məsələ yersiz idi. Birincisi budur ki, kitabın birinci cildində faydasız, ehtiras dolu eşq səhnələrinə əsərin sujet xəttinin ona bir ehtiyacı olmadan müəllif tərəfindən çox yer verilmişdi. Tərcüməçi onlardan bir çoxunu silə bilərdi. Əlbəttə ki, əsərin orijinalına sədaqət baxımından kitabın əvvəlində “ixtisarla” sözünü əlavə edə bilərik. O, müəllifin yazılarını sətir-sətir köçürəcəyini and içməyib. Məsələn, uyğun olmadığı üçün əsərin bu yerindən beş sətir, yaxud on səhifəsini sildik deyə bilər. Bunun bir problemi yoxdur. İkinci məsələ isə bir keşiş və ateist arasındakı dialoq idi. Burada hər iki tərəf öz fikirlərini bir-birinə zorla qəbul etdirmək, yaxud çatdırmaq üçün dəlil göstərirlər. Mübahisə uzun çəkir. Lakin nəticədə ateist qalib gəlir! Mən dedim ki, məsələ əslində belə deyil. Sizin özünüz də ateistin haqq olmasına inanmırsınız. Nəyə görə ateisti qalib edirsiniz? Ateistin söhbətindən ibarət olan sonuncu fəsil cəmi bir səhifədir. Onu siləydiniz, bunun heç bir problemi yoxdur.1
MƏDƏNİ VƏ MƏNƏVİ TƏRAVƏT
İşlərim həddindən artıq çox olsa da Allaha şükür olsun ki, kitabdan uzaq düşməmişəm. Əslində aralı düşə də bilmərəm. Üzərimə düşən məsuliyyətin çoxluğuna və ağırlığına baxmayaraq, kitabla daim ünsiyyətdəyəm. Düşünürəm ki, əgər insan mədəni və mənəvi baxımdan təravətli olmaq istəyirsə, kitabla ünsiyyətdən başqa çarəsi yoxdur. Kitabla ünsiyyət bulaqla ünsiyyətə bənzəyir. Hansı ki, daim cərəyandadır və insana yeniliklər təqdim edir. Əlbəttə, məsələ çarəsi olub-olmamaqda deyil, məsələ meyl və şövq məsələsidir. Kitabla maraqlananlar üçün qaçılmaz məsələdir.2
Bir dövlətin çətinliklər içində yaşadığı dönəm, - istər müharibə, istər iqtisadi, istərsə də müxtəlif siyasi sıxıntılar olsun, - istedadların üzə çıxdığı dönəmdir. Bir millətin nə qədər bacarığı, nə qədər qabiliyyəti, nə qədər ləyaqəti olması bu dönəmdə məlum olur. Buna görə də insan ən gözəl sənət əsərlərinə baxdıqda, yaxud hansısa əsərin ən gözəl hissəsi ilə qarşılaşdıqda onun bu dövlətin həmin dövrünə aid olduğu anlaşılır. Siz bədii əsərlərə nəzər salın. O zaman ən maraqlı və ən ustalıqla yazılmış bədii əsərlərin, böyük romanların xalqların bu qəbil böyük işlər gördüyü dönəmə təsadüf etdiyini görərsiniz. Tolstoyun "Hərb və sülh"ü rus xalqının Napolionun həmlələrinin qarşısında müqavimətləri və Moskva əhalisinin Napolionu məğlub etmək üçün fədakarlıqları dövrünə aiddir. Tolstoyun başqa kitabları da var. Ancaq mənə elə gəlir ki, bu kitabın digərlərindən fərqi onun tam şəkildə rus xalqının müdafiə ruhu üzərində qurulması ilə əlaqədardır. Sovet inqilabı, eləcə də böyük Fransa inqilabı, yaxud Fransa və Almaniya müharibəsi və Fransa xalqının göstərdiyi müqavimət haqqında yazılmış kitabların böyük əksəriyyəti bu qəbildəndir. Emil Zolyanın bəzi kitabları kimi.1
BU KİTABLARIN CİDDİ ALICILARINDAN İDİM
Müqavimət haqqında yazılmış, dövlət və xalqın müdafiəyə qalxdığı xüsusi dönəmə təsadüf edən sənət və ədəbiyyat doğrudan da ən seçilmiş və ən önəmli əsərlərdir. Əlbəttə, dostlar bu haqda çox işləyiblər. Altmışıncı ildən bəri incəsənət sahəsində çap olunmuş xatirə kitablarının ciddi alıcılarından idim. Bu yazıların, söhbətlərin səmimiyyəti, sədaqəti və cazibəsi məndə çox dərin izlər buraxır. Bu mənim doğru sözümdür. Bunları ərsəyə çıxaran heç vaxt xatirələrdən silinməyəcək. Kitablarına baxdığım və bu kitabların arxasında adlarını oxuduğum şəxslər adətən yadımda qalır. Mən bunların qədrini bilən və dəyərləndirənlərdən biriyəm. Gücüm çatsaydı, (şeirlər yazar və) bu işin böyüklüyünü mədh edərdim. Tarix boyu şairlər adətən sərvət və qüdrət sahiblərini və bu kimi insanları mədh ediblər. Fikrimcə, sizi mədh etmək lazımdır. Əgər şair olsaydım, mütləq sizin haqqınızda, Sərhənginin, Behbudinin, Qədəminin və bu qəbil digər memuaristləri mədh edən qəsidə yazardım. Doğrudan da lazımdır. Çünki bunlar çox böyük və əhəmiyyətli işlərdir. 1
Müqavimət ədəbiyyatı silsiləsindən çap olmuş kitabların, təqribən hamısını oxumuşam. Onların bəzisi həddən artıq gözəldir. "Mənim komandirim" əsəri bu fəaliyyətlərin ən önəmlilərindən biridir. ... Mən bunları oxuduqda bu qərara gəldim ki, əgər bu inqilabi anlayışların yayılması üçün bu kitab və kitabçaları çap etdirsək, az iş görmüş olmarıq. Böyük işlər həyata keçmiş olar. Bunlar çox önəmlidir. "Qətlgah" adlı bir kitabça gördüm. Burada ən həssas və həlledici anlar öz əksini tapmışdır. Kitabçada yer almış məqamlarda İslam məfhumları özünü büruzə verməkdə idi. Bir halda ki, ümumi hərbi əməliyyatlarda İslam anlayışlarından əsər-əlamət yoxdur.
Bütün dünyada hərbi təcavüzlər baş verir, bütün dünya döyüşür, hamı bir gün udur, bir gün uduzur, hamı həm qaçır, həm həmlə edir, həm də fədakarlıq göstərir. Lakin İslam əxlaqının, əhval-ruhiyyəsinin və təfəkkürünün özünü göstərdiyi yerlər xüsusi yerlərdir. O yerləri axtarmaq, onlara söykənmək və onları gözəl təsvir etmək doğrudan da olduqca əhəmiyyətli işdir. Xoşbəxtlikdən sizin fəaliyyətləriniz bu yöndədir.
Mən gördüm ki, bu kitabların bəzisi (müqavimət ədəbiyyat silsiləsinin çapları) çox peşəkarcasına qələmə alınmışdır. Bir saatın xüsusiyyətləri, hisslər düzgün izah olunub. Oradakı duyğulu, sentimental fəza və bunların hamısı o kitablarda bir yerə toplanıb. Çox əhəmiyyətlidir, olduqca əzəmətlidir. Bunlar yazılmalıdır.1
Dostları ilə paylaş: |