BiRİNCİ FƏSİL



Yüklə 279,21 Kb.
səhifə2/14
tarix24.02.2018
ölçüsü279,21 Kb.
#43270
1   2   3   4   5   6   7   8   9   ...   14

MÜTALİƏNİN QIZIL DÖVRÜ


Mən gənc yaşlarımda çox mütaliə edirdim. Dərs kitablarımdan əlavə tarix, ədəbiyyat, şeir, bədii ədəbiyyat və roman da oxuyurdum. Bədii ədəbiyyatı çox sevirdim. Tanınmış romanların çoxunu gənc yaşlarımda oxumuşam. Şeir də oxuyurdum. Mən gənclikdə bir çox şeir divanları ilə tanış oldum. Tarix kitabları diqqətimi çəkirdi. Ərəb dili kurslarına getdiyimə və bu dillə tanış olduğuma görə hədislə də maraqlanırdım. Uşaqlıqda oxuyub qeyd etdiyim hədislər indi də yadımdadır. Kiçik dəftərçəm var idi. Hədisləri ora qeyd edirdim. Dünən, yaxud bu həftə baxdığım hədislər yadımda qalmır. Bunu yadıma salan nəsə olmalıdı. Ancaq gənclikdə oxuduqlarım tam yadımdadır. Siz, gənclik illərinin qədrini bilməlisiniz. Bu gün nə oxusanız, sizə qalacaq və heç vaxt yadınızdan çıxmayacaq.

Gənclik dövrü mütaliə etmək və öyrənmək üçün çox əlverişli dövrdür. Doğrudan da qızıl dövrdür və başqa zamanların heç biri ilə müqayisəyə gəlməz!

Mən görürəm ki, bu günün dərsləri həcm və məzmun baxımından çox da ağır deyil. Ancaq bizim bəzi gənclərimiz dərin mütaliəyə vaxt ayırmırlar.

Bir halda ki, fikrimcə, gənc həm dərslərini hazırlaya, həm əlavə mütaliə edə, həm də idmanla məşğul ola bilər.1


İŞİM VAR DEMƏYİN


Bir nəfər hansısa bir sahədə işlə, yaxud təbliğlə məşğuldursa, elm və biliklə əlaqələrini kəsməli deyil. İşimiz var və çatdıra bilmirik deməyək. İnqilabın əvvəllərində təqribən iki il kitab oxuya bilmədim. Bizim işlərimizi sona çatdırmaq, bitirmək olmurdu. Mən gecə saat on birdə və yaxud on birdən sonra evə qayıdırdım. İşimiz səhər saat beş və altıda başlayırdı. Bundan əlavə bir qrup insanlarla evdə görüş keçirirdim. Evimiz də get-gəlli idi. Evə getdikdə bəzi dövlət orqanlarının, inqilabçı qurumların, müxtəlif sahələrin nümayəndələrinin, şəhərin alimlərinin və s. oturub məni gözlədiklərini görürdüm. Hamısının mənimlə işləri var idi. Vaxt tapmaq mümkün deyildi. Çox vaxt öz övladlarımı görə bilmirdim. Baxmayaraq ki, öz evimizdə yaşayırdım. Gecə evə getdikdə yuxuda olurdular, səhər evdən çıxdıqda isə hələ oyanmırdılar. Günlərlə uşaqları görə bilmirdim. Bu bizim həyatımızın vəziyyəti idi. Birdən bu vəziyyətə görə dəhşətə gəldim və artıq dörd-beş ildir ki, mütaliələrə başlamışam ...

Prezidentlik dövründə yenidən mütaliəyə qayıtdım. İndi həm mütaliə edirəm, həm işlərimlə məşğul oluram. Bunların bir-birinə mane olmadığını görürəm. Həm elmi-tarixi mütaliələr edirəm, həm də əyləncəli.1

Düşünürəm ki, işlə yanaşı kitab da oxumaq olar. İnqilabın qələbəsindən öncə qısa müddətdə, inqilabın qələbəsindən sonra isə Tehrana gəlib müxtəlif işlərlə məşğul olduğum zamanlarda mütaliə üçün heç cür fürsət tapa bilməmişdim. Son bir-iki ildə fərqinə vardım ki, belə davam edə bilməz və mütaliə üçün vaxt ayırmaq lazımdır. Təqribən iki il öncə (baxmayaraq ki, məşğuliyyətimiz azalmayıb, əksinə, daha da çoxalıb) yenidən mütaliəyə başlamağı qərara aldıq. Başladıq və gördük ki, bu mümkündür. Mən indi hər gün bir az mütaliə ilə məşğul oluram. Tədricən mütaliə etdim, demək olar ki yüzlərlə səhifədən çox qeyd apardım, anladım ki, mümkündür.2

KİTAB MƏNİM VÜCUDUMUN DƏRİNLİKLƏRİNDƏ İZ BURAXIR


Oxuduğum kitablardan özüm təsirlənirəm. Yəni kitab mənim vücudumun dərinliklərində iz buraxır. Bu reaksiyanın bir hissəsi həmin təsirlənmədən doğur. Digər hissəsi isə mənim xalqla ünsiyyətdə olmağımdan, cəmiyyətin ümumi hərəkətinin nəbzindən, onda baş verən hadisələrdən xəbərdar olmağımdan irəli gəlir. Mən sizə demək istəyirəm ki, kitabınız, yazınız, filminiz, yaxud şeiriniz böyük təsirə malikdir. Nə üçün biz gördüyümüz işlər haqqında belə bir səhvə yol verir və elə güman edirik ki, bunların faydası azdır.3

TARİXLƏ TANIŞLIQ


Mənim əzizlərim! Bəzilərinizin tarix haqqında kifayət qədər məlumatı var. Mən də tarixlə tanışam. Mən yetmiş-səksən il keçmişin və ondan da öncənin tarixini sətir-sətir, davamlı olaraq oxumuşam. Hindistan yarımadası haqqında geniş mütaliələrim olub. Bu zəmində kitab da yazmışam.1

PEŞƏKARCASINA ROMAN OXUMAQ


Mənim kino sənəti, digər təsviri sənətlər haqqında dərin məlumatım yoxdur. Yəni sadə bir izləyiciyəm. Lakin şeir və roman sahəsində savadsız deyiləm. Yazılmış əsərlərdən çox oxumuşam. Əgər siz indi rus ədəbiyyatına nəzər salsanız, orada bir pərdə olduğunu müşahidə edəcəksiniz. Yəni bir hasarın olduğunu görəcəksiniz. Bu hasarın hər iki tərəfində böyük işlər durur və hər iki tərəfə də aiddir. Ancaq siz Mixail Aleksandroviç Şoloxov və Aleksey Nikolayeviç Tolstoy kimi şəxsiyyətlərin əsərlərinə baxdıqda başqa bir dünya ilə qarşılaşırsınız. Aleksey Nikolayeviç Tolstoy çox məharətli yazıçıdır. Çox gözəl romanları var. Sovet İnqilabı yazıçılarındandır. Yeni dövrün dadı onun yazılarındadır. Siz, Lev Tolstoyun "Hərb və sülh" kitabında rus milli ruhunu görürsünüz, ancaq altmış il öncənin ruhunu görə bilmirsiniz. O, başqa bir dövr və başqa bir ruhiyyədir. Ümumiyyətlə tam fərqli zamana aiddir. Bugünkü Rusiyanın kimliyini təsvir edən hansı əsərlərdir? Şoloxovun, Aleksey Tolstoyun və digər bu kimi yazıçıların əsərləri. Deməli, hər dövrün sənətkarı o dövrü yazıb-yaradan və nəzmə çəkəndir. Ancaq, keçmişdə qalmış və keçmişi qələmə alan bir yazar müasir əsrə və bu əsrin ədəbiyyatına aid edilə bilməz.

Sizə bu haqda kamil nümunə göstərmək üçün bir roman adı çəkməliyəm. Mən "İt ürəyi" adlı povest oxumuşam Rus yazıçısının əsəridir. (Mixail Bulqakov) Bu povest elmi-fantastik əsərdir. Bu gün bəzi insanlar üçün oxşar film çəkməyə mövzudur. Ancaq ümumiyyətlə bu günün sənəti deyil. Səhvdir, yalandır. O, keçmiş əsərlərin kopyasıdır. Tutaq ki, amerikan, ingilis və fransız əsərlərindən götürülmüş olmasın. Amma Oktyabr inqilabından öncəki əsərlərin kopyasıdır və yeni əsər deyil. Bu roman həcmcə balaca əsərdir. Lakin çox ustalıqla yazılmışdır. Bu roman İranda da tərcümə olunmuş, çap edilmişdir. Amma siz onun adını da eşitməmisiniz. "İt ürəyi" 1925-ci ildə, yəni Rusiya inqilabının əvvəllərində inqilab əleyhinə yazılmış əsərdir. Müəllif inqilaba və bir sıra işlərə qarşı etiraz mövqeyi tutmuş və onları ələ salmışdır. Bu işlərin bənzərini burada da görmüşük. Bu əsərin rus ədəbiyyatına heç bir aidiyyəti yoxdur.1



Yüklə 279,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin