YEMƏK VƏ İÇMƏK KİMİ
Əfsuslar olsun ki, kitab oxumaq, elm və təhsil adamlarından, təbii olaraq kitabla ünsiyyətdə olan bir qisim insanlardan başqa cəmiyyətimizdə gündəlik məşğuliyyət hesab olunmur. Bir halda ki, mütaliə yemək-içmək və digər gündəlik məşğuliyyətlər kimi millətin həyatına daxil olmalıdır.2
Kitab cəmiyyətimizin yalnız müəyyən bir qisminə aid olmamalıdır. Baxmayaraq ki, keçmişdə bir qrup oxucu, digər böyük əksəriyyət isə kitabdan uzaq və ona laqeyd idi. Bu, düzgün deyil. Əlbəttə, bu gün vəziyyət qabaqkından yaxşıdır. İnsan bunu duya bilir.3
KİTABA ADƏT ETMƏK
Qocalar öz yerində, mən bir çox gənclər görmüşəm ki, hətta roman da oxumağa meylləri yoxdur. Yeddi, səkkiz, on səhifə roman oxuyur və sonra “hövsələmiz yoxdur” - deyirlər. Bir halda ki, kinonun başlamasından qabaq verilən reklamlara iyirmi dəqiqə, yarım saat oturub baxmağa hazırdırlar. Ancaq bu iyirmi dəqiqədə, hətta roman da oxumazlar. Hələ ictimai, siyasi, yaxud elmi kitabları demirik. Bu haradan qaynaqlanır? Təbii ki, kitaba adət etməməkdən! Camaatın mütaliəyə meyli yoxdur. Bu haqda düşünmək lazımdır. 1
AZ FƏALİYYƏTLİ İNQİLAB
İnqilab bu qədər elmi əsərləri, yönləri və əzəməti ilə yanaşı, öz ideoloji əsaslarının çatdırılmasında ən zəif, ən az fəaliyyətli inqilablardan biridir.
Rusiyada Oktyabr inqilabı baş verdikdə on-on beş il ərzində bu inqilabın ideoloji prinsipləri haqqında o qədər müxtəlif səviyyəli kitab, roman yazılır və film çəkilir ki, inqilabın yeli çatan ölkələrdə camaatın onların kitablarından istifadə etməyə ehtiyacı qalmır! O qədər təbliğat aparılır ki, həmin ölkələrin öz ziyalıları oturub inqilabın fikri əsasları və dəyərləri haqqında kitab yazırlar. Keçmiş üç-dörd onillikdə bir çox iranlı Sovet inqilabının ideoloji əsasları haqqında fars dilində kitab yazmışdır. Çünki artıq fikir baxımından doymuşdular. Yəni onlar o qədər yazırdılar ki, bu və ya digər şəkildə onlarla ünsiyyətdə olan ziyalı fikir baxımından doyurdu. Sonra isə misal üçün, əli qələm tutan, mütəfəkkir və ziyalı bir insan özü meydana atılır, onların əsərlərinin çoxsaylı tərcümələrindən başqa mətləblər yazırdı. Biz nə etmişik? Bizim bu sahədə gördüyümüz iş həqiqətən çox azdır. Bəzən insanın heç bir iş görülməyib deməyə dili gəlmir. Çünki həqiqətən, bəzi ixlaslı insanlar bir sıra işlər görmüşlər. Lakin bu hissləri nəzərə almasaq, çox az iş görüldüyünü deyə bilərik.2
İFRAT VƏ TƏFRİTSİZ DİNİ KİTABLAR
Bizim inanılmayacaq dərəcədə üzərində az işlədiyimiz məsələlərdən biri də dini kitablar məsələsidir. Təəssüflər olsun ki, biz dini kitabların və islami məsələlərin üzərində az işləmişik. Bu dini mətnlər çox dəyərlidir. Bizim Şəhid Mütəhhərinin kitabları kimi kitablara ehtiyacımız var. Hansı ki, dini məsələləri düzgün baxışla, ifrat-təfritə və yanlışlığa yol vermədən cəmiyyətin bütün orta təbəqələrinin başa düşə biləcəyi dildə, nə təkcə alimlər, nə də aşağı təbəqə nəzərdə tutulmadan qələmə almışdır. Özümə borc bilirəm ki, elmi hövzələrin, xüsusilə Qum elmi hövzəsinin İslam maarifinin fikirlərini yaymaqdakı yüksək rolunu qeyd edim və o hövzəyə müraciət edərək deyim: “Burada məlum ehtiyacları aradan qaldırmaq sizin vəzifənizdir. Əlbəttə, bu məsələ yalnız sizin borcunuz deyil, ancaq hər halda mərkəz Qumdur. Fikrimcə, bu zəmində iş görülməldir.1”
ROMANSIZ İNQİLAB
Mən güman etmirəm ki, hər hansı bir tarix kitabı Sovet Oktyabr İnqilabının tarixini bu zəmində yazılmış romanlar qədər gözəl açıqlaya bilsin. Bu romanları oxumuş olsanız, nə demək istədiyimi anlayacaqsınız. Məsələn, "Sakit don" romanını yada salaq. Bilmirəm siz bu romanı oxumusunuz, ya yox. Bu roman marksistlərin şah rejiminin süqutu dönəmindəki təbliğat xarakterli romanlarından biri idi. Bu kitabın roman olmasına baxmayaraq, təbliğ üçün bir-birinə ötürür və oxuyurdular. . Bunlar o qədər gözəl yazıblar və inqilabı o qədər gözəl təsvir ediblər ki, siz bu kitablarda inqilabın bütün yönlərini öz əzəməti ilə yanaşı görə bilərsiniz. Əslində bu kitablarda zəif tərəflər də tapmaq mümkündür. Baxmayaraq ki, yazılanlar zəif tərəfləri göstərmək məqsədi ilə qələmə alınmamışdır. Bu haqda biz nə yazımışıq? Əslində bəzi şeylər yazılıb, o da yalan. İnqilab haqqında bir kitab yazılıb, o da İmam Xomeyninin İrana daxil olmasından bir müddət öncəsi haqqında. Hamısı həqiqətin əksi və yalan. Biz bu inqilabda, Tehranın küçə və prospektlərində, yaxud başqa yerlərində iştirak edirdik, bu kitabı oxuduqda, görürük ki, hamısı yalandan yazılıb. Öz nəzərlərinə əsasən bəzi şeylər yazıblar.1
CƏLAL - İRAN YAZIÇILARININ ƏN GÖRKƏMLİSİ
Hazırki şəmsi əsrinin əvvəllərindən, yəni altmış-yetmiş ildən bu yana yazıçılarımıza baxdıqda onların doğrudan da peşəkar olmadığını görürük. Yəni mayaları var, ancaq dünyadakı tanınmış romanlarla heç cür müqayisə olunası şəkildə deyil. Əlbəttə, növbə Ali Əhməd kimilərinə çatdıqda, ondakı həqiqətlər, ürək yanğıları, hədəflər və iman vəziyyəti yaxşılaşdırır. Mənim fikrimcə, tanıdığım qədərincə Ali Əhmədin romanı, insafla desək, farsca yazılmış romanların ən üstünüdür. Digərlərinin hamısından yaxşıdır. Başqalarının yazdıqları belə deyil. Əgər siz bu yeni pöhrəni və yeni cəhəti izləsəniz, bugünkü ehtiyacımızı izləmiş olacaqsınız. Yəni iran yazıçılığı öz yüksək inkişaf həddinə çatacaq.2
SÖZ YIĞINI
Bəziləri irihəcmli roman yazmağa çalışdılar və yazdılar. Zahiri, rəngi və görünüşü də pis deyil. Lakin bu gün dünyada tanınmış yüksək romanlarla, o cümlədən Viktor Hüqonunun "Səfillər"i, Tolstoyun "Hərb və sülh"ü, yaxud Sovet inqilabı haqqında yazılmış digər romanlarla müqayisə olunacaq şəkildə deyil. Səthi şeylərdir. İrihəcmli bədii əsərlər yazırlar, lakin insan onlara nəzər saldıqda görür ki, həqiqi təsvir üzərində çəkilmiş saxta rəsmdir. Təbii bir qaynağın olmadığı açıq-aydın sezilir. Son zamanlar ürəkləri İslam təfəkkürü ilə müxalif olan insanların on-on beş ildə yazıb-yaratdıqları bədii əsərlərin məzmunundakı problemlərdən hələ danışmırıq. Bunların əsərlərinin heç bir həqiqəti yoxdur, yalandır.
Siz, misal üçün, "Səfillər"i, "Hərb və sülh"ü, yaxud Emil Zolyanın (1840-1902) əsərlərini oxuduqda Rusiyanın, Fransanın, İngiltərənin, yaxud hər hansı başqa məmləkətin ictimai vəziyyətini həmin əsərdən əldə edirsiniz. Yəni insan tarix kitablarında olmayan məsələləri bu romanlarda tapa bilər. Bir halda ki, bizim yazarların əsərlərində yazdıqlarının xarici aləmdə, cəmiyyətdə heç bir nümunəsi yoxdur. Bunların romanlarında təsvir etdikləri kənddən İranda əsər-əlamət yoxdur. Bu kitabların çoxunu oxumuşam. Oxuduğum kitabların birində bir kənddən söhbət gedirdi. Əhvalat bir kənddə baş verirdi. Ancaq camaatın vəziyyətini nəzərə alsaq, belə bir kənd İranda yoxdur! Xüsusən müəllifin söz açdığı bölgə, bizim bölgə idi, yəni Xorasandan söhbət gedirdi. Demək olar ki, bizim həyatımız həmin yerlərdə keçmişdir. Biz oranın kəndlərini tanıyırıq. Ümumiyyətlə elə bir kənd yoxdur. Elə bir kənd yoxdur ki, orada fahişəxanalar olsun, ancaq məscid olmasın. Siz belə bir kənd tanıyırsınızmı? İranın harasında belə kənd var? Bunlar fransız yazıçılarından fərqlidir. Bir fransız hər hansı bir kəndi təsvir edirsə, oradakı həqiqətləri təsvir edir. Həqiqətləri göstərir. Buna görə də siz onların əsərlərini oxduqda on doqquzuncu əsr Fransa sivilizasiyası çevrəsindəki kəndləri, şəhərləri, evləri və Paris məhəllələrindəki həqiqətləri görürsünüz. Bəs bu haradan qaynaqlanır? Bunlardakı sənət ruhunun tam yetişib inkişaf etməməsindən! Yəni bir nəfərin zövqü var, nəsə yazmaq istəyir, ancaq bu iş üçün lazımi mayası yoxdur. Sonra təqlidçiliyə başlayır və oradan-buradan bir neçə kəlmə düzəldir. Bu bizim üçün nöqsan deyilmi?1
Dostları ilə paylaş: |