BiRİNCİ FƏSİL


KİTAB ALMAQ ÜÇÜN SUBSİDİYA



Yüklə 279,21 Kb.
səhifə12/14
tarix24.02.2018
ölçüsü279,21 Kb.
#43270
1   ...   6   7   8   9   10   11   12   13   14

KİTAB ALMAQ ÜÇÜN SUBSİDİYA


Məsələlər asanlaşdırılmalıdır ki, insanlar kitab ala bilsinlər. Hər halda, kitab oxucularına subsidiya verilməlidir ki, kitab əldə edə bilsinlər.2

SATIŞ YOLLARI


Fürsətlərdən istifadə etmək mümkündür. Misal üçün, fərz edin ki, bu gün beş-altı min bəsicinin (könüllünün) mənimlə görüşü olub – belə görüşlər çox olur. Bunların arasında yada salınsa, mən işarə vursam, (Müqəddəs Müdafiəyə aid kitablar) hazır olsa və ixtiyarlarına verilərsə, bu kitabları alacaqlar. Birdən görəcəksiniz ki, beş-altı min kitab paylanıb. Yaxud ordu və İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli şəxsləri ilə olan görüşlərdə siz orada həmin kitabın adını görüşün aparıcısının dilinə gətirə bilərsiniz. Məsələn, təsəvvür edin ki, indi Birinci Kərbəla Əməliyyatının il dönümüdür. Birinci Kərbəla Əməliyyatı haqqında bir neçə cild yaxşı kitab hazırlansın və orada adı çəkilsin - neçə min tiraj kitabın satıldığını görəcəksiniz.3

CİB KİTABÇALARI VƏ İTİRİLƏN VAXTLAR


Bir təklif də cib kitabçaları haqqındadır. İndi dünyada çətin kitabları sadələşdirmək və irihəcmli kitabları xülasələşdirmək adət halı alıb. Əlbəttə, çox vaxt bunu dilin öyrənilməsi üçün edirlər, dili sadələşdirirlər, ancaq praktiki olaraq kitab xülasələşir. Böyük hekayələri xülasə edir və qısaldırlar. Misal üçün, "Səfillər" romanını yüz-yüz əlli səhifəlik kitabçaya yerləşdirirlər. Roman maraqlı və hamının oxuyacağı vəziyyətə gəlir. Bu iş yoluna düşərsə, yaxşı olar. Dünyada cib kitabçaları əsasən ona görə yarandı ki, insanlar kitab oxusunlar. Yəni kitabı ciblərinə qoysunlar və misal üçün, metroda, yaxud avtobusda gedərkən onu açıb oxusunlar. Bu, elə bir işdir ki, ənənəyə çevrilərsə, itirilən vaxtlardan səmərəli istifadə ediləcək.1

QATAR, METRO, AVTOBUS VƏ İDARƏLƏRDƏ KİTAB SATIŞI


Qatarın buradan Məşhədə qədər getməsi, fikrimcə, on iki, on dörd saat çəkir. Bir çox insanlar məşğuliyyət olmadığından yorğunluq hissi keçirirlər. Bekarçılıqdan qurtulmaq üçün isə heç bir vasitə olmur. Kimlərsə bu işi öhdəsinə götürsün, hətta naşirləri də bu işə vadar etmək olar. Yaxud işin əvvəlində dövlət işçilərinin özləri bu işi görə bilərlər. Belə ki, yaxşı, əyləncəli və çeşidli kitabları səyyar satıcılara versinlər və onlar qatara daxil olsunlar, kupe-kupe gəzsinlər, kitabları göstərsinlər və onu satsınlar. Burada kitabın alınma ehtimalı çoxdur. İnşaallah metro da fəaliyyətə başlayacaq. Bu iş metroda da, hətta avtobusda da həyata keçirilsin. Camaatın növbədə durduğu idarələrdə, misal üçün, ədliyyədə, əgər diqqət etsəniz bu binada insan əlindən yer yoxdur, bir çoxları hansısa bir şeyi iki-üç saat oturub gözləyirlər. Getsinlər və orada insanlara kitab satsınlar, yəni insanları kitabla qarşı-qarşıa qoysunlar. Şübhəsiz, bu iş kitab oxunmasını artıracaq.2

KİTABOXUMA MÜSABİQƏSİ


Məktəblərdə, şəhərdə, ölkənin müxtəlif təbəqələrində kitaboxuma müsabiqəsi keçirsinlər. Sonra bu müsabiqələri şeir məclisləri kimi televiziyada yayımlasınlar. Son zamanlar, neçə aydır televiziyada şeir verilişləri yayımlanır. Olduqca gözəl verilişlərdir. Mən bir neçə verilişi izlədim. Hər verlişə iyirmi dəqiqə, yarım saat tamaşa etdim. Bir müsabiqə Simnan şəhərində olmuşdu. Orada azyaşlı uşaqlar xeyli şeir əzbərləmişdilər. Bu iş şeirin geniş yayılmasına səbəb olur. Bu işin eynisini kitaboxuma üçün də təşkil etmək olar. Bütün ölkə üzrə müsabiqə keçirilsin. Sonra buradakı qaliblər üçün televiziya kanallarında veriliş hazırlansın, gəlsinlər və çıxış etsinlər. Sual soruşulsun, hədiyyələrini alıb, getsinlər.1

KİTABOXUMA HƏFTƏSİ, DAİMİ SƏRGİ


İnsanların kitab oxuması üçün bir sıra vasitələr də olmalıdır. Bu gün bir nəfər dedi ki, bir daimi sərgi düzəltsək, yaxud kitab həftəsi olsa və bu həftədə kitab oxucuları üçün müəyyən hədiyyələr nəzərdə tutulsa, yaxşı olar. Bu qəbil işlər həyata keçirilməlidir ki, inşaallah, camaat tezliklə kitab oxumağa həvəslənsin.

Mən əgər bilsəm ki, hər gün bir saat danışsam, nəticədə insanların mütaliəyə marağı artacaq, gündə bir saat yarım danışmağa hazıram! Əgər məsələni bu şəkildə həll etmək mümkündürsə, sözüm yoxdur. Bəli, biz camaata sözümüzü deməliyik. Mən də deyirəm. Ancaq bəzi şeylər var ki, təkcə demək kifayət deyil. Məlumat elə bir şeydir ki, bir dəfə deməklə qarşı tərəf anlayır. Daha onu iki dəfə, üç dəfə, on dəfə təkrar etməyə ehtiyac yoxdur. Lakin əxlaqa, xarakterə, adətlərə və rəftarlara aid məsələlər belə deyil. Əgər bir nəfər xoşagəlməz bir şeyə vərdiş edibsə, ona bir dəfə bu pis vərdişdir, bu işi görmə, o işdən çəkin demək kifayət deyil. Bir dəfə xatırlatmaqla artıq məsuliyyətin üzərimizdən götürdüyünü düşünürüksə, yanılırıq. Bu məsələ, bir neçə dəfə davamlı şəkildə demək, müxtəlif yollarla çatdırmaq, hərtərəfli açıqlamaq və onu fikirlə mühasirəyə almaq tələb edir ki, beləcə bir vərdiş aradan getsin, yaxud yeni bir vərdiş yaransın.1


ZEHNİ TƏNBƏLLİK


Təlim-tərbiyədə elə iş aparılmalıdır ki, gənc bütün gücünü təhsilə, elmə və tədqiqə sərf etməli olduğunu anlasın. Yəni müasir və gələcək nəsilləri elmə, tədqiqə, savadlı olmağa və düşüncəli yaşamağa doğru yönəltmək lazımdır. Biz bu vəziyyəti yaratmalıyıq. Əgər bu iş yoluna qoyularsa, kitaboxuma problemi də öz həllini tapacaq. Ölkəmizdə oxucu problemi var. Millətin kitab oxumağa hövsələsi yoxdur. Mən bu sahədə çalışan dostlara dəfələrlə demişəm. Məsələn, biz oturur və iyirmi dəqiqə televiziyadakı müxtəlif reklamları izləyirik. Çünki kinonun başlanmasını gözləyirik. Bir halda ki, əgər bu iyirmi dəqiqəni kitab oxusaq, neçə səhifə kitab oxumuş olarıq və nə qədər məlumat toplayarıq. Ancaq oxumuruq! Hətta əgər oxuduğumuz roman da olsa, hekayə də olsa, yenə də dəfələrlə oturub mənasız bir şeyə baxmaqdan yaxşıdır. İnsan bekar oturub bir səhnəyə tamaşa edir, bir halda ki, ondan nə bir şey öyrənir, nə də əqli baxımdan bir həzz alır. Amma bu işi görmürlər. Əllərinin altına kitab qoymurlar ki, oxusunlar! Buna zehni tənbəllik deyirlər. Biz onunla mübarizə aparmalıyıq. Mübarizə məkanı isə təlim-tərbiyə ocaqlarıdır.2

Yüklə 279,21 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin