C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə85/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   114
C fakepathelave vesait

12.5.Əhalinin sosial müdafiəsi


Hər bir dövlətin sosial siyasəti - cəmiyyətin həyat fəaliyyətinin sosial - iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir. Hökumətin sosial siyasəti, gəlirlərin bölgüsündəki bərabərsizliyin azal­dılmasına, gəlir və mülkiyyət sahəsindəki fərqlərin zəiflə­dil­məsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasında ziddiy­yətlərin «yumşaldılmasına», habelə baş verə biləcək sosial ixtilafların aradan qaldırılmasına yönəldilmişdir.
Dünyanın bütün ölkələrində əhalinin sosial müda­fiəsi məsələləri hökumətin diqqət mərkəzində olub, onun iqtisadi siyasətinin tərkib hissəsini təşkil edir.
Bəşəriyyətin keçdiyi tarixi inkişaf yolu sübut edir ki, sosial problemlərin həllini tam şəkildə cəmiyyətin, eyni zamanda bütünlüklə cəmiyyət üzvlərinin öz üzərinə ya­xud öh­də­sinə atmaq doğru sayıla bilməz.
Dünya təcrübəsində sosial siyasətin hazırda iki isti­qa­məti vardır. Birincisi, qalıq prinsipinə əsaslanan sosial siyasətdir. Bu halda sosial siyasət bazar iqtisadiyyatının lazımı səviyyədə həyata keçirə bilmədiyi vəzifələri yerinə yetirir. Bu öz əhatəsi və miqyasına görə məhdud sosial siya­sətdir. İkincisi, əhalinin sosial xidmətlərlə təmin olun­masını ön yerə çəkir. Buna İsveç sosial siyasət mo­deli nümunə ola bilər. Bu modellər arasında yerləşən sosial si­yasət variantları da vardır. Məsələn, bir sıra Avropa və xü­susilə Skandinaviya ölkələri buna konkret misaldır.
Əhalinin sosial müdafiəsinin bir forması da gəlir­lə­rin indeksasiya edilməsidir. Bu, ölkədə yaşayış səviyyə­sinin dəyərinin artması nəticəsində onlara dəyən zərərin, itkinin qarşısını almaq üçün həyata keçirilən tədbirlər sis­te­midir. Bu halda, inflyasiya şəraitində əhalinin gəlir­ləri möv­cud qiymətlərə uyğunlaşdırılır. Adətən indeksa­siya öl­kə­də qiymətlərin artması ilə eyni vaxtda, habelə əvvəl, ya­xud sonra həyata keçirilə bilər. Əhalinin gəlir səviy­yə­sin­dən asılı olaraq, fərqli (ünvanlı), tam və qismən kom­pen­sa­siya tətbiq olunur. Əsasən, əhalinin azgəlirli hissə­sinin həyat səviyyəsini normal saxlamaq, habelə digərlə­ri­nin minimum güzəştlərlə kompensasiyası həyata keçirilir. Bu istiqamətdə dövlətin sosial məsuliyyətinə dair müxtə­lif konsepsiyalar irəli sürülmüşdür.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin