C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


IV FƏSİL. MAKROİQTİSADİ QEYRİ-SABİTLİK



Yüklə 2,89 Mb.
səhifə24/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   114
C fakepathelave vesait

IV FƏSİL. MAKROİQTİSADİ QEYRİ-SABİTLİK,
BÖHRANLAR VƏ ONLARIN TƏNZİM-
LƏNMƏSİ TƏDBİRLƏRİ


4.1.İqtisadi inkişafın qeyri – sabitliyi meyli

Nobel mükafatı laureatı P.Samuelson (ABŞ), bazar münasibətləri iqtisadi sisteminin qeyri-sabit inkişaf meyl­lə­rinə toxunaraq qeyd etmişdir ki, kapitalizmin tarixi bir – birini əvəz edən hay-küylü inkişaf və durğunluq, tənəzzül və yüksəliş mərhələlərindən ibarətdir. Bu fikri davam etdi­rən tanınmış amerikalı iqtisadçı A.Oyken yazır ki, bazar münasibətləri reallığında bizim iqtisadi böhran, qeyri-sa­bitlik və geriləmələrin qarşısını həmişəlik almaq cəhdləri­miz qasırğa yaxud təyyarə qəzalarını ləğv etmək səylərinə bənzəyir. “Təhlükə bu gün də sovuşmamışdır və onu do­ğu­ran amillər kifayət qədər həyat gücünə malik olub, ye­nidən baş qaldırmaq üçün fürsət gözləyir. Deməli, məsələ bu proseslərin təsir gücünü məhdudlaşdırmaq müdrikliyi və bacarığındadır”.


Bəşəriyyətin keçdiyi çoxəsrli iqtisadi-sosial inkişaf yolu göstərir ki, hər hansı bir ölkənin müxtəlif obyektiv- subyektiv səbəblərlə bağlı həm yüksəliş, həm də tənəzzül - eniş dövrləri olur. Nisbətən daha uzunmüddətli inkişaf mər­­hələləri nəzərdən keçirildikdə aydın olur ki, ümumi inkişaf xətti dinamik bir xarakter daşısa da, lakin əslində müxtəlif istiqamətli dəyişikliklər və qeyri-sabitlik meylləri iqtisadi proseslərin səciyyəvi cəhətidir. Deməli, iqtisadi-sosial inkişafın qeyri-sabitliyi, bu proseslərin dalğavari gedişi tarixi və məntiqi bir hadisə olub, cəmiyyətin həya­tında mühüm rol oynayan tələb-təklif qanununun zid­diy­yətli təzahür formasıdır.
Təsadüfi deyildir ki, XIX-XX əsrlər boyunca dün­yanın müxtəlif ölkələrinin K.Marks, J.Şumpeter, C.Klark, C.Keyns, N.Kondratyev, U.Mitçell və başqa iqtisadçıları bu mühüm hadisəyə, habelə onun sosial-iqtisadi nəticələ­rinə ciddi diqqət yetirərək, mürəkkəb proses kimi müxtəlif cəhətlərini təhlil etmişlər.
Müxtəlif ölkələrin təsərrüfat həyatında baş verib, sanki okeanlardakı qabarma və çəkilmələri xatırladan bu iqtisadi proseslər, cəmiyyət həyatının ayrı-ayrı sahələrinə birbaşa, yaxud dolayı yolla təsir göstərsə də, lakin bunun ən güclü təsiri özünü ilk növbədə istehsalın (ÜDM-un) ümumi həcminin real surətdə aşağı düşməsində, ölkədə işsizlik səviyyəsinin artmasında, inflyasiyanın yüksəlmə­sin­də göstərir.
İqtisadi inkişafın qeyri-sabitliyi özünü iki formada: dövrü (müddətli, tsikl) və qeyri-dövrü (tərəddüdlü, qeyri-tsikl, nizamsız) şəkillərdə göstərə bilir. Qeyri-sabit inkişa­fın dövrü forması gözlənən və proqnozlaşdırıla biləndir. İkinci forması isə gözlənilməzliyi, qəflətən baş verməsi ilə səciyyələndiyindən, onun proqnozlaşdırılması çətindir.
“İqtisadi nəzəriyyə”də tsikllərin təbiəti və proq­noz­laş­dırılması haqqında vahid bir mövqe tam formalaşmasa da, lakin bu hadisənin müddət etibarilə meylləri, ayrı-ayrı tədqiqatçıların adları ilə bağlı belə müəyyənləşdirilir:

  • 2 - 4 ili əhatə edən C.Kitcin qısa tsikilləri;

  • 7 - 12 ili əhatə edən K.Yuqlar tsiklləri;

  • 10 - 12 ili əhatə edən K.Marksın dövrü tsiklləri, ya­xud ifrat istehsal böhranı;

  • 18-25 ili əhatə edən S.Kuznets tsiklləri;

  • 50-60 ili əhatə edən N.Kondratyev tsiklləri, yaxud dalğaları;

  • 200 ili əhatə edən Forrester tsiklləri;

  • 1000-2000 il ərzində sivilizasiyaların inkişafını nəzərdə tutan Toffer tsiklləri.

Bu müxtəlif tsikllər – iqtisadi sistemin investisiyalar və faiz dərəcələrinin dəyişkənliyi; məşğulluq və işsizlik; qiymətlər indeksi və istehsal həcminin aşağı düşməsi; is­tehsalın ictimai və onun nəticələrinin mənimsənilmə­si­nin xüsusi kapitalist xarakteri; mənzil tikintisi və əhalinin miq­ra­siyası; əmtəə-xidmətlər qiymətinin orta səviyyəsi və nor­­mal əmək haqqı kimi problemlərin qarşılıqlı təsir əla­qə­­si mövqeyindən öyrənib müəyyənləşdirilmişdir.
Cəmiyyətin iqtisadi-sosial həyatında qanunauyğun bir meyl kimi özünü göstərən inkişafın qeyri-sabitliyini şərt­ləndirən aşağıdakı daxili xarici amilləri göstərmək olar:

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin