Yaşayış minimumu - insanların (ölkə vətəndaşlarının) həyat fəaliyyətinin qorunub saxlanmasına və onların iş qüvvəsinin təkrar istehsalı üçün zəruri olan ən mühüm maddi nemətlərin və xidmətlərin minimum səviyyədə qəbul olunmuş istehlakını nəzərdə tutur.
Yaşayış minimumu - fizioloji və sosial minimuma ayrılır. Fizioloji minimum insanın yaşayıb işləyə bilməsi üçün zəruri olan nemət və xidmətlərin ən aşağı həddidir. Bu fizioloji minimum 12-25 adda zəruri nemətdən (çörək, yağ, şəkər, süd, çay, ət, meyvə və s.) ibarətdir.
Bu cəhətdən dünyanın ayrı-ayrı ölkələrində ailə büdcəsinin neçə faizinin çörək məmulatlarına sərf edilməsi maraqlıdır. Məsələn, ABŞ, Kanada, Hollandiya, Danimarkada aylıq gəlirin cəmi 1-2%-i; Avstriya, İngiltərə, Norveç, İsveç, Finlandiyada 3-4%-i, Almaniya, Macarıstan, İspaniya, Polşada 4-5%-i; İtaliya, Yaponiyada 5%-i; Rusiyada 10-12%-ni; Çində, Pakistanda 18-20%-i; Azərbaycanda isə 10-12%-i; çörək və çörək məmulatlarına sərf olunur.
Bu hal, milli xüsusiyyətlərlə bağlı olsa da, eyni zamanda əhalinin qida rasionunun quruluşunun zəngin olmaması, digər məhsullar almağa imkansızlıq və aşkar yoxsulluq əlaməti kimi səciyyələndirilməlidir.
BMT-nin məlumatlarına görə insanın gündəlik qida məhsullarının ümumi sərfi, yaxud istehlakı 3000 kaloridən az olmamalıdır. Lakin hazırda dünya üzrə bu orta göstərici rəqəm təxminən 2000-2200 kaloridir.
Aşağıda verilən cədvəldə Azərbaycanda ərzaq məhsullarının orta hesabla hər nəfərə düşən illik miqdarı (kq-la) elmi normalarla müqayisəli şəkildə verilmişdir.
Məhsullar
Elmi əsaslandırıl-mış normalar
Minimal istehlak səviyyəsi
Azərbaycan Respublika-sında
Süd və süd məhsulları
405
206
190
Ət və ət məhsulları
82
44
30-35
Yumurta (ədədlə)
292
140
130
Balıq və balıq məh-sulları
17
5
5
Tərəvəz və bostan məhsulları
146
74
90
Çörək və çörək məhsulları
95
155
150
Kartof
100
82
40
Şəkər və qənnadı məhsulları
32
18
17
Hazırda hər ilAzərbaycana xeyli kənd təsərrüfatı məhsulları idxal olunur. Bu ərzaq məhsullarına on milyonlarla dollar məbləğində valyuta sərf olunur. Mütəxəssislərin fikrincə, «ərzağın 30%-ni idxal edən ölkə səmərəsiz yolla gedir». Respublikanın emal sənayesi, quşçuluq fabrikləri xeyli gücə malik olduqlarından, bunların işinin səmərəli təşkili, şübhəsiz probleminin həllinə daha müsbət təsir göstərə bilər.
Dünyanın əksər ölkələrində sosial minimum anlayışına insanın minimum fizioloji (həyati, fiziki) tələbatlan ilə yanaşı, onun minimum mənəvi, habelə sosial tələbat xərcləri də daxil edilir. İnsanların əmək haqqı, təqaüd, sosial müavinətlər və başqa ödənişlər, beynəlxalq hüquqa müvafiq olaraq müəyyənləşdirilməlidir. BMT-nin «İnsan və şəxsiyyətin hüquq və azadlığı Bəyannaməsi»ndə deyilir: «təqaüd, müavinət və başqa ödənişlər, sosial yardımlar qanunla müəyyən olunmuş yaşayış minimumundan aşağı olmayan yaşayış səviyyəsini təmin etməlidir».
Sosial minimum, yaxud minimum istehlak səbəti, yaxud da minimal istehlak büdcəsi - insanın cəmiyyətdə normal yaşayıb, öz fəaliyyətini davam etdirməsini nəzərdə tutur.
Bu göstəriciyə 200-ə qədər həyat üçün lazım olan nemət və xidmətlər, o cümlədən 80 adda ərzaq məhsulları daxil edilir. İstehlak büdcəsinin şərti tərkibi təxminən belədir: ərzaq məhsulları - 45-46%, qeyri-ərzaq malları - 39-40%, xidmətlər - 12-13%, vergi və rüsumlar 2-3%. İstehlak büdcəsi, ayrı-ayrı ölkələrin xüsusiyyətlərindən asılı olaraq fərqli hesablanır.
Müasir dünyada əhalinin müəyyən hissəsi yoxsulluq həddində yaşayır. İqtisadi nəzəriyyədə mütləq və nisbi yoxsulluq anlayışları var. Mütləq yoxsulluq həddi - insanların minimum həyat səviyyəsidir, əsas fizioloji tələbatlardır. Nisbi yoxsulluq həddi hər hansı bir cəmiyyətdə qəbul olunmuş istehlak standartları səviyyəsində yaşamaq imkanıdır.
Beynəlxalq standartlara görə, yoxsulluq qrupuna ölkə üzrə orta gəlirlərin 1/2-dən 1/3-nə qədərini əldə edənlər daxil olunurlar. Rəsmi məlumatlara görə respublika əhalisinin 10 faizi yoxsulluq həddi səviyyəsində yaşayır.