C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


Mütləq bərabərlik, mütləq bərabərsizlik və



Yüklə 2,89 Mb.
səhifə79/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   114
C fakepathelave vesait

Mütləq bərabərlik, mütləq bərabərsizlik və
L orens əyrisi

Əhalinin (ailələrin) sayı (faizlə)

Burada, OF – Gəlirlər bərabər bölünür;


OEF – Gəlirlərin mütləq bərabərsizliyini göstərir;
OABCDE – Gəlirlərin əhali və ailələr arasında Lorens əyrisi əsasına faktiki bölgüsünü göstərir;
T – sahəsinin OEF üçbucağı sahəsində dəyişən nisbəti Cinni əmsalı adlanır.
Deməli, Lorens əyrisi – insanların qabiliyyətləri mül­kiyyətləri kapitalları, peşələri müxtəlif olduğundan, onların gəlirlərinin də fərqli formalaşdığını göstərir. Lakin bu əyri əhalinin yalnız pul gəlirlərini nəzərə alır və onların natural gəlirləri, habelə transfer ödənişləri (ictimai fondlar, humanitar yardım, kömək) buraya daxil edilmir. Bu əyri, əhalinin (100%) və onun gəlirlərinin (100%) ailələr, təbə­qələr, qruplar arasında bölgüsündə qeyri-bərabərlik oldu­ğu­nu göstərir. Məsələn, elə ölkələr ola bilər ki, ölkədə mil­li gəlirin 75% əhalinin 10%-nə; 20%-i əhalinin 8%-nə, 5%-i isə əhalinin 82%-nə düşsün. Başqa fərqli bölgü va­riant­larda mümkündür.
Cinni əmsalı - bu qeyri-bərabər bölgüdə, ayrı-ayrı əhali qrupları gəlirlərinin bir-birinə nisbətini göstərir. Məsələn, ən çox varlılar əhalinin 10%-ni, ən yoxsullar 20%-ni, orta səviyyədə yaşayanlar isə 70%-ni təşkil edə bilərlər. Bu halda da digər fərqli variantların olması təbii­dir.
«Pareto Qanunu» - göstərir ki, müəyyən həd­dən, məsələn orta səviyyədən yuxarı olan gəlirlilər qrupu öz nisbi sabitliyini əksər hallarda qoruya bilirlər. Müxtəlif səbəblər (böhran, inflyasiya və digər dəyişikliklər) onlara az təsir göstərir. Bu proseslərdən ən çox zərər çəkən cə­miy­yətin aztəminatlı, aşağı və orta təbəqələrinin nümayən­də­ləri olur.


12.2.Nominal və real gəlirlər


Hər hansı bir ölkə əhalisinin gəlirlərinin səviyyəsini və müqayisəli dəyişmə dinamikasını düzgün qiymətlən­dirmək üçün iqtisadi nəzəriyyə elmində nominal, sərən­cam­da qalan və real gəlir göstəricilə­rindən istifadə olu­nur.

Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin