C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­


XII FƏSİL. GƏLİRLƏR VƏ ƏHALİNİN HƏYAT SƏVİYYƏSİ



Yüklə 2,89 Mb.
səhifə77/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   114
C fakepathelave vesait

XII FƏSİL. GƏLİRLƏR VƏ ƏHALİNİN HƏYAT SƏVİYYƏSİ


12.1.Gəlirlərin mahiyyəti, mənbələri və quruluşu


Bütün cəmiyyətlərin və orada fəaliyyət göstərən istehsal üsullarının, təsərrüfat formalarının, iqtisadi mo­del­lərin son məqsədi - insanların müxtəlif təyinatlı maddi, habelə mənəvi tələbatlarının dolğun ödənilməsidir.
Bazar iqtisadiyyatı şəraitində bu məqsəd daha qa­barıq səkildə qarşıya çıxır. Çünki, əmrlə idarə olunan in­zi­bati-amirlik sisteminin dağılması nəticəsində, xüsusi mül­kiyyət əsasında, sərbəst biznes-sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar yaranır. Lakin daha yaxşı təmin olunmaq, çox qazanmaq: arzusu istər istehsal imkanları, istər iqtisadi resurslar, istərsə də ekoloji, habelə mənəvi-psixoloji, eləcə də sağlamlıq nöqteyi-nəzərdən müəyyən çətinliklər, hətta ziddiyyətli vəziyyətlər yaradır. Çünki, alqı-satqı müna­si­bət­­lərinin hökm sürdüyü bazar iqtisadiyyatı gerçəkliyi, ümumi ədalət prinsiplərinə deyil, nə istehsal etmək, necə istehsal etmək, kim üçün istehsal etmək prinsiplərinə əsas­lan­dığından, burada tələb-təklif, rəqabət, qiymət, səmərə­lilik, mənfəət, şəxsi mənafe, gəlirlər mühüm rol oynayır
Gəlirlər anlayışı mücərrəd və təsadüfi bir şey ol­ma­yıb, istehsal-xidmət dairəsi, habelə bu proseslərin fasiləsiz hərəkət halında davam etdiyi konkret iqtisadi sistemlə bağ­lıdır. Tarixi inkişafın ayrı-ayrı mərhələlərindən və iq­ti­sa­di sistemlərdən asılı olaraq, bölgü prinsipləri, onun qay­da-qanunları, fəaliyyət mexanizmi xeyli dəyişmişdir. Məlum­dur ki, ibtidai icma quruluşunun, quldarlıq cəmiy­yətinin, feodalizmin, sosializmin, bazar münasibətləri iqti­sadi sisteminin öz iqtisadi təbiətinə, məqsədinə və vəzifə­lə­rinə uyğun bölgü prinsipləri olmuşdur, indi də vardır. Bu mənada bölgü münasibətləri nisbi müstəqilliyə malik olsa da, əslində iqtisadi sistemdən asılıdır.
Xüsusi mülkiyyət, tələb-təklif, qiymət, iqtisadi sər­bəst­lik, rəqabət prinsiplərinə əsaslanan bazar münasibət­ləri iqtisadi sistemi, ədalət-insaf, etika-əxlaq prinsipləri ilə deyil, səmərəlilik, təşəbbüskarlıq, işgüzarhq, təşkilatçılıq meyarları ilə fəaliyyət göstərir. Ona görə də bu cəmiyyətin bölgü qaydaları iqtisadi sistemin ümumi prinsiplərinə uy­ğun qurulur. Bu mənada, bazar münasibətləri iqtisadi sis­te­mi ilk növbədə resursların məhdudluğu və tələbatların sonsuzluğu şəraitində faydalılıq, səmərəlilik, meyarlarını əsas götürür. Ədalət, humanizm, insaf, bərabər bölgü anla­yışları ona təbiətən yaddır.
Tələb-təklif, qiymət, rəqabət üzərində qurulan bir cəmiyyətdə tanınmış futbolçu və müğənninin, məşhur cər­rah və rəssamın illik gəliri ilə orta məktəb müəllimi və fəhlənin, dəmir yolu nəzarətçisi və restoran xidmətçisinin illik gəliri arasındakı kəskin fərq bəzilərində təəccüb, bəzilərində isə qəzəb doğursa da, bu real həyatın faktla­rı­dır.
Bazar münasibətləri iqtisadi sistemi şəraitində so­sial-bərabərsizliyə, ədalət-insaf meyarlarının pozul­ma­sı­na yol verilməsinə baxmayaraq, hələlik cəmiyyətin çoxsa­həli təsərrüfat həyatı fəaliyyətinin, əvvəlkilərə nisbətən daha mükəmməl, faydalı, səmərəli bir forması sayılır. Mə­sə­lən, dünyanın yüksək inkişaf etmiş ölkələri qrupunun li­deri sayılan ABŞ-da XXI əsrin əvvəllərində illik gəlir sə­viy­yəsinə görə 5 dərəcəyə (kvantil) bölünmüş ailələrin və­ziyyəti belə olmuşdur.




Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin