C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə75/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   71   72   73   74   75   76   77   78   ...   114
C fakepathelave vesait

Birinci mərhələ, dövlətin iqtisadi məsələlərə və öl­kə­nin təsərrüfat həyatına qarışmamaq dövrünü əhatə edir. Son 200-300 ili əhatə edən bu mərhələ XIX əsrin so­nu və XX əsrin əvvəllərinə qədər davam etmişdir. Bu mər­hə­lə­nin təsərrüfat həyatının əsas iqtisadi prinsipləri iqti­sadi sərbəstlik və qiymət hər şeyi həll edir ideyası ol­muşdu.
İkinci mərhələ, keynsçilik dövrü kimi səciyyələnə­rək, XX əsrin 30-cu illərindən 70-ci illərə qədər olan bir müddəti əhatə edir. Bu dövrdə iqtisadiyyat öz-özünü tən­zim­ləmək yolunda aşkar çətinliklərlə qarşılaşdığından, onun tənzimlənməsi zəruri olur. Xüsusilə, 1929-1933-cü il­lər­də bütün dünya iqtisadiyyatını sarsıtmış dəhşətli böh­randan sonra iqtisadiyyatın dövlət tərəfindən tənzim­lənməsi prosesi xeyli sürətləndi.
Üçüncü mərhələ, son 40 ili əhatə edərək göstərdi ki, bu variant da, müasir iqtisadiyyatın mürəkkəb prob­lem­lərini tam həll edə bilmir. Çünki, dövlətin iqtisadiyyata getdikcə güclənən təsir və müdaxiləsi, mənfi nəticələr do­ğu­rur. Bu mərhələdə Amerika iqtisadçısı M.Fridmenin be­lə bir nəzəriyyəsi diqqəti cəlb edir ki, dövlət yalnız ölkə­nin tədavül dairəsində olan pul kütləsini nizamlamalı, qalan məsələlərdə isə istehsalçıların işinə qarışmamalı və ölkənin təsərrüfat həyatına müdaxilə etməməlidir.
Müasir şəraitdə bütün dünyada baş verən iqtisadi inteqrasiya prosesləri, tədricən vahid (qlobal) dünya təsər­rüfat sis­te­minin formalaşması və xüsusilə 2008-2012-ci illəri əhatə etmiş iqtisadi böhran, habelə onun sosial-iq­ti­sadi nəticələri dövlətin iqtisadiyyatı tən­zim­lən­məsi prob­leminə yeni mövqelərdən, konkret şəraitə uyğun olaraq, yaradıcılıqla yanaşmağı tələb edir.
11.5.İqtisadiyyatın dövlət tənzimlənməsinə dair nəzəriyyələrin təkamülü
İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi haq­­­qın­da fikir və nəzəri baxışlar böyük bir təkamül yolu keçərək, ciddi dəyişikliklərə uğramışdır.
Böyük ingilis iqtisadçısı A.Smitin «Xalqlar sərvə­tinin təbiəti və səbəbləri haqqında tədqiqat» (1776-cı il) əsərində irəli sürdüyü «görünməz əllərin» sərbəst bazarı ida­rə etməsi ideyası, uzun müddət iqtisadi nəzəriyyə elmində həlledici rol oynamışdır.
Bu fikrin tərəfdarı və müdafiəçisi olan «iqtisadi li­be­ralizm», daha sonralar «neoliberalizm» cərəyanının nü­ma­yəndələri, məsələn Valras, Bem-Baverek, Vizer, Ce­vons, Marşall kimi iqtisadçılar belə hesab edirdilər ki, dövlət ölkədə istehsalın həcmi və məşğulluğun səviyyə­si­nin tənzim olunması işinə qarışmamalıdır. Onlar düşünür­dülər ki, bazarda tələblə təklifin nisbətindən asılı olaraq, qiymətlər sərbəst surətdə yuxarı qalxıb, aşağı enə bilər.
Lakin aydındır ki, cəmiyyətin təsərrüfat həyatı real­lıq­larını əks etdirən iqtisadi mövqe və nəzəriyyələr don­muş bir ehkam deyildir. Həyat, konkret şərait, iqtisadi vəziyyət dəyişdikcə, şübhəsiz nəzəri baxışlar da dəyişir. Bu mənada dünya miqyasında və ayrı-ayrı ölkələrin milli təsərrüfatları timsalında iqtisadiyyatın dinamik yüksəlişi, daxili və xarici bazarın genişlənməsi, beynəlxalq iqtisadi-ticarət əlaqələ­rinin mürəkkəb sisteminin formalaşması sübut etdi ki, dövlət cəmiyyətin iqtisadi həyat məsələlərinə hökmən qarışmalıdır. Bu problem xüsusilə 1929-1933-cü ildə dün­ya­nın bir çox ölkələrini əhatə etmiş ümumi iqti­sadi böh­ran­dan sonra bütün kəskinliyi ilə qarşıda dur­muşdu.
C.M.Keyns həmin dövrün iqtisadi reallıqlarına əsas­­­lanaraq, 1936-cı ildə nəşr olunmuş «Məşğulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» adlı kitabında, klassik və neoklassik nəzəriyyələrdən fərqli olaraq belə bir fikir irəli sürmüşdür ki, dövlət cəmiyyətin ümumi tələb səviy­yəsinə təsir göstərməklə bütün iqtisadiyyatı tənzim­ləyə bilər.
Keynsçilik nəzəriyyəsinin əsasmı «səmərəli tələb» ideyası təşkil edirdi. Tələb isə iki amilin - şəxsi və məh­suldar istehsalının, yəni sərmayə qoyuluşlarının (inves­ti­si­­yaların) cəmindən ibarətdir.
Bu prinsipə əsaslanan iqtisadiyyatın tənzimlən­mə­sinin Keyns modeli, ilk növbədə tələbin idarə olun­ma­sın­da dövlət tənzimlənməsi ilə bazar mexanizminin vəhdətini nəzərdə, tutur. Onun fikrincə, cəmiyyətdə iqtisadi inkişafı (artımı) təmin etmək üçün tələbi formalaşdıran və milli gəliri artıran amillərə dövlət siyasəti vasitəsilə təsir gös­tər­mək lazımdır. Bunun üçün isə milli gəlirin artımı şə­raitind­ə tam məşğulluğu təmin etmək üçün istehlak, in­ves­ti­siya və məşğulluq arasındakı qarşılıqlı asılılığı müəy­­yən­­ləşdirmək lazımdır.
Real həyatda bunu əməli cəhətdən həyata keçirmək üçün eyni zamanda gəlirlər, istehlak, yığım, istehsalın həc­mi, investisiya kimi ümumi iqtisadi (makroiqtisadi) göstə­ri­cilər nəzərə alınmalıdır. Deməli, səmərəli tələbi və tam məşğulluğu təmin etmək üçün dövlət fəal büdcə-ma­liy­yə-kredit siyasəti yeritməlidir.
Bu ideyanı müdafiə edərək, onu daha da təkmil­ləş­dirən C.Helbreyt, R.Solou, T.Veblen, U.Mitçell kimi gör­kəm­li iqtisadçılar, dövlətin iqtisadiyyatı idarə etmə­si­nin vacibliyinə dair yeni fikir və mülahizələr söyləmişlər.
Lakin, bu istiqamətin, yəni dövlətin ölkənin təsər­rüfat həyatına müdaxilə etməsinin əleyhinə çıxanlar da olmuş və indi də vardır. Məsələn, belə müəlliflərdən biri, ABŞ iqtisadçısı, Nobel mükafatı laureatı Milton Fridmen «Seçim sərbəstliyi» adlı əsərində yazır: «Bütün iqtisadi sarsıntılara səbəb, bazarın qeyri-mütəşəkkilliyi və qey­ri-sabitliyi deyil, hökumətlərin səriştəsiz pul siyasə­ti­dir». Bu qrup iqtisadçıların fikrincə, bazar iqtisadiyyatı özünün sərbəstlik və rəqabət, tələb və təklif, xərclər və qiymət ki­mi amilləri ilə tənzimlənə bilər. Ona görə də dövlətin bu işlərə qarışmasına ehtiyac yoxdur.
Həyat və təsərrüfat təcrübəsi isə təsdiq edir ki, döv­lə­tin iqtisadiyyatı tənzimləməsi məqsədəuyğundur, lakin bu proses düşünülmüş hüdudlar daxilində həyata keçiril­mə­lidir. Çünki müasir inkişaf mərhələsində istər xüsusi (özəl) bölmə, istərsə də ictimai (dövlət) bölməsinin hökm­ran­lığı şəraitində, iqtisadiyyatın qarşısında duran prob­lem­ləri uğurla həll etmək çətiridir, Ən səmərəli çıxış yolu - bazar iqtisadiyyatı sistemində dövlətin tənzimləyici ro­lun­dan bacarıqla faydalanmaqdır. Bu isə hər bir ölkənin kon­kret şəraitinə uyğun, hökumətin və mütəxəssislərin iştirakı ilə real iqtisadi siyasət xəttinin hazırlanıb, ardı­cıl­lıq­la həyata keçirilməsini tələb edir.
Təsadüfü deyildir ki, ABŞ iqtisadçıları K.Makkon­nell və S.Bryunun fikrincə, dövlətin iqtisadiyyatı tənzim­lən­məsi dedikdə aşağıdakılar nəzərdə tutulmalıdır:

  • bazar sisteminin səmərəli fəaliyyətinə şərait ya­radan ictimai mühitin və hüquqi bazanın təmin edilməsi;

  • rəqabətin qorunub saxlanması və ona əngəl törə­dən amillərin aradan qaldırılması;

  • cəmiyyətin gəlir və sərvətlərinin düzgün yenidən bölgüsünün həyata keçirilməsi;

  • resursların bölgüsünü təkmilləşdirmək yolu ilə mil­li məhsulun quruluşunda səmərəli dəyişikliklər aparıl­ması;

  • iqtisadiyyatın sabitləşdirilməsi məqsədilə ölkədə inflyasiya və məşğulluğun səviyyəsinə nəzarət edilərək, iqtisadi artımın stimullaşdırılması.

Milli iqtisadiyyat çərçivəsində, özəl və dövlət böl­mə­lərinin uyğun nisbətinin tapılması, şübhəsiz səmərə­lilik, sosial ədalət, habelə sabitliyin təmin olunması kimi prob­lemlərin həllinə imkan yaradır.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin