C. M. Keyns və onun davamçılarının adı ilə bağlı olub, iqtisadi nəzəriyyədə "inqilabi dəyişikliklər" P. Samuel­



Yüklə 2,89 Mb.
səhifə72/114
tarix26.11.2023
ölçüsü2,89 Mb.
#136532
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   114
C fakepathelave vesait

11.2.Milli bazarın həcmi və tələbatı
İqtisad elmi və nəzəriyyəsində milli bazarın həcmi, tutumu, tələbatı anlayışları vardır.
Milli bazarın həcmi, tutumu dedikdə, ümumi şə­kil­­də oradakı alıcıların tədiyyə (ödəniş) qabiliyyətli alı­cı­lıq səviyyəsi nəzərdə tutulur. Başqa sözlə, bazarın həcmi-tutumu anlayışına, dəyəri və qiyməti ödənilə bilən əmtəə­lər, habelə xidmətlər daxildir. Eyni zamanda hər bir bazar­da, orada reallaşdırıla biləcək əmtəələrin və xidmətlərin müəyyən ehtiyatı olmalıdır. Bazarda hökm sürən tələb-təklifin dəyişikliyi şəraitində belə bir ehtiyatın olması zə­ruridir.
Milli bazarın tələbatı dedikdə, bu anlayışa bütöv­lükdə istehsal və şəxsi istehlak təyinatlı məhsullar, yəni həm bütövlükdə cəmiyyət, həm də onun ayrı-ayrı üzvləri üçün zəruri sayılan əmtəələr, xidmətlər nəzərdə tutulur.
Cəmiyyət miqyasında geniş təkrar istehsalın həyata keçirilməsi prosesində mühüm rol oynayıb, istehsalla is­teh­lakı əlaqələndirilən milli bazarın həcminin, habelə tələ­batının formalaşmasında dövlətin iqtisadi siyasət xətti böyük əhəmiyyət kəsb edir.
Milli bazarın formalaşaraq, tədricən daha da inkişaf edib hərtərəfli fəaliyyət göstərməsi gedişində dövlətin iqtisadi siyasəti himayədarlıq yaxud proteksionizm və azad ticarət yaxud fritrederçilik prinsiplərinə, habelə bun­ların qarışıq variantına əsaslana bilər.
Dövlətin himayədarlıq siyasəti, ölkənin milli isteh­sa­lını və daxili bazarını xaricilərin təsirindən və rəqabət mübarizəsindən qorumaq üçün məqsədyönlü surətdə hə­yata keçirilən məhdudlaşdırıcı tədbirlər sistemidir. Həmin məhdudlaşdırıcı iqtisadi tədbirlər içərisində yüksək göm­rük haqları, müəyyənləşdirilmiş kvota hədləri, artırılmış rüsum ödənişləri, zəruri olduqda qadağan siyasəti mühüm yer tutur. Məsələn, ölkə kənd təsərrüfatı məhsulları isteh­salına yerli fermerlərin marağını yüksəltmək üçün xaric­dən gətirilən məhsullara yüksək gömrük haqqı tətbiq edə bilər.
Azad ticarət siyasəti, dövlətin xüsusi sahibkarlıq iş­lərinə qarışmamağı və ölkəyə beynəlxalq hüquqda qada­ğan olunmayan məhsulların gətirilməsinə imkan verməyi nəzərdə tutur. Şübhəsiz, bu siyasətin demokratik cəhətləri ilə yanaşı, mənfi cəhətlərinə də göz yummaq olmaz. Təsa­düfi deyildir ki, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) ölkələr arasında azad ticarət xətti prinsiplərinə qarşı aşkar etiraz səsləri eşidilir.
Şübhəsiz, istər himayədarlıq, istərsə də azad tica­rət qaydaları tətbiq edilməsinin konkret yeri, şəraiti və müd­dətləri olmalıdır. Yaranmış şəraitlə bağlı hər hansı bir öl­kə, ümummilli mənafelər naminə həm himayədarlıq, həm də azad ticarət siyasətinin ünsürlərindən faydalana bilər.
Lakin müasir dövr və iqtisadi inteqrasiya proses­ləri, habelə vahid dünya təsərrüfat sisteminin formalaş­ması, azad ticarət üçün daha geniş perspektivlər açır.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin